MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə13/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   9   10   11   12   13   14   15   16   ...   106

_____________Milli Kitabxana______________

Heydərbaba, ağacların ucaldı,

Amma heyif cavanların qocaldı,

Toğluların arıqtayıb acaldı,

Kölgə döndü, gün batdı, qaş qərəldi,

Qurdun gözü qaranlıqda bərəldi.

Eşitmişəm yanır Allah cırağı,

Dair olub məscidüzün bulağı,

Rahat olub kəndin evi, uşağı,

Mənsur xanın əli-qolu var olsun,

Harda qalsa, Allah ona yar olsun.

Heydərbaba, Molla İbrahim var, ya yox?

Məktəb açar, oxur uşaqlar, ya yox?

Xərmən üstü məktəbi bağlar, ya yox?

Məndən axunda yetirərsən salam,

Ədəbli bir salami-malakəlam.

Xəccəsultan əmmə gedib Təbrizə,

Amma nə Təbriz ki, gələmmir bizə,

Balam, durun, qoyaq gedək əmmizə,

Ağa öldü, tifağımız dağıldı,

Qoyun olan yad gedibən sağıldı.

Heydərbaba, dünya yalan dünyadı,

Süleymandan, Nuhdan qalan dünyadı,

Oğul doğan, dərdə salan dünyadı,

Hər kimsəyə hər nə verib alıbdı,

Əflatundan bir quru ad qalıbdı.

Heydərbaba, yar-yoldaşlar döndülər,

Bir-bir məni çöldə qoyub çöndülər,

Çeşmələrim, çıraqlaım söndülər,

Yaman yerdə gün döndü, axşam oldu,

Dünya mənə xərabəyi-Şam oldu.

Əmoğluynan gedən gecə Qıpçağa,

Ay ki çıxdı, atlar gəldi oynağa,



_____________Milli Kitabxana______________

Dırmaşırdıq, dağdan aşırdıq dağa,

Məş Məmixan göy atını oynatdı,

Tüfəngini aşırdı şaqqıldatdı.

Heydərbaba, Qara gölün dərəsi,

Xoşginabın yolu, bəndi, bərəsi,

Orda düşər çil kəhliyin fərəsi,

Ordan keçər yurdumuzun özünə,

Biz də keçək yurdumuzun sözünə.

Xoşginabı yaman günə kim salıb?

Seyidlərdən kim qırılıb, kim qalıb?

A Mirqafar dam-daşını kim alıb?

Bulaq genə gəlib gölü doldurur?

Ya quruyub, baxçaları soldurur?

A Mirqafar seyidlərin tacıydı,

Şahlar şikar etməsi qıyqacıydı,

Mərdə şirin, namərdə çox acıydı,

Məzlumların həqqi üstə əsərdi,

Zalimləri qılıc təkin kəsərdi.

Mirmustafa dayı, ucaboy baba,

Heykəlli, saqqallı, Tolstoy baba,

Eylərdi yas məclisini toy baba,

Xoşginabın abrusu, ərdəmi,

Məscidlərin, məclislərin görkəmi.

Məcdüssadat gülərdi bağlar kimi,

Guruldardı buludlu dağlar kimi,

Söz ağzında ərirdi yağlar kimi,

Alnı açıq, yaxsı, dərin qanardı,

Yaşıl gözlər çıraq təkin yanardı.

Mənim atam süfrəli bir kişiydi,

El əlindən tutmaq onun işiydi,

Gözəllərin axıra qalmışıydı,

Ondan sonra dönərgələr döndülər,

Məhəbbətin çıraqları söndülər.




_____________Milli Kitabxana______________

Mirsalehin dəlisovluq etməsi,

Mirəzizin şirin şaxsey getməsi,

Mirməmmədin qurulması, bitməsi,

İndi desək, əhvalatdı, nağıldı,

Keçdi-getdi, itdi-batdı, dağıldı.

Mirəbdülün aynada qaş yaxması,

Cövcülərindən qaşının axması,

Boylanması, dam-divardan baxması,

Şah Abbasın dürbünü, yadəş bəxeyr,

Xoşginabın xoş günü, yadəş bəxeyr.

Sitarəmmə nəzikləri yapardı,

Mirqadir də hərdəm birin qapardı,

Qapıb, yeyib, dayça təkin çapardı,

Gülməliydi onun nəzik qappası,

Əmmənin də ərsininin şappası.

Heydərbaba, A Mirheydər neynəyir?

Yəqin genə samavarı qeynəyir.

Day qocalıb, alt əngiynən çeynəyir,

Qulaq batıb, gözü girib qaşına,

Yazıq əmmə, hava gəlib başına.

Xanım əmmə Mirəbdülün sözünü

Eşidəndə əyər ağız, gözünü,

Məlkamıda verər onun özünü,

Davaların şuxluğınan qatallar,

Əti yeyib, başı atıb yatallar.

Fizzə xanım Xoşginabın gülüydü,

A Miryəhya əmqızının quluydu,

Rüxsarə artist idi, sevgiliydi,

Seyidhüseyn Mirsalehi yamsılar,

A Mircəfər qeyrətlidir, qan salar.

Səhər tezdən naxırçılar gələrdi,

Qoyun-quzu dam-bacada mələrdi,



_____________Milli Kitabxana______________

Əmməcanım körpələrin bələrdi,

Təndirlərin qovzanardı tüstüsü,

Çörəklərin gözəl iyi, istisi.

Göyərçinlər dəstə qalxıb uçallar,

Gün saçanda qızıl pərdə açallar,

Qızıl pərdə açıb, yığıb qaçallar,

Gün ucalıb, artar dağın cəlalı,

Təbiətin cavanlanar cəmalı.

Heydərbaba, qarlı dağlar aşanda,

Gecə karvan yolun azıb, çaşanda,

Mən hardasam, Tehranda, ya Kaşanda,

Uzaqlardan gözüm seçər onları,

Xəyal gəlib, aşıb keçər onları.

Bir çıxaydım Damqayanın daşına,

Bir baxaydım keçmişinə, yaşına,

Bir görəydim nələr gəlib başına,

Mən də onun qarlarıylan ağlardım,

Qış donduran ürəkləri dağlardım.

Heydərbaba, gül qönçəsi xəndandı,

Amma heyif, ürək qəzası qandı,

Zindəganlıq bir qaranlıq zindandı,

Bu zindanın dərbəçəsin açan yox,

Bu darlıqdan bir qurtulub qaçan yox.

Heydərbaba, göylər bütün dumandı,

Günlərimiz bir-birindən yamandı,

Bir-birizdən ayrılmayın, amandı,

Yaxşılığı əlimizdən alıblar,

Yaxşı bizi yaman günə salıblar!

Bir soruşun bu qarğınmış fələkdən,

Nə istəyir bu qurduğu kələkdən?

Deynə, keçirt ulduzları ələkdən,

Qoy tökülsün, bu yer üzü dağılsın,

Bu şeytanlıq qurğusu bir yığılsın!




_____________Milli Kitabxana______________

Bir uçaydım bu çirpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,

Sən də qeytər, göylərə sal bu səsi,

Bayquşun da dar olmasın qəfəsi,

Burda bir şir darda qalıb bağırır,

Mürüvvətsiz insanları çağırır.

Heydərbaba, qeyrət qanın qaynarkən,

Qaraquşlar sənnən qopub qalxarkən,

O sıldırım daşlarınan oynarkən,

Qovzan, mənim himmətimi orda gör,

Ordan əyil, qamətimi darda gör.

Heydərbaba, gecə durna keçəndə,

Koroğlunun gözü qara seçəndə,

Qıratını minib, kəsib-biçəndə,

Mən də burdan tez mətləbə çatmaram,

Eyvaz gətib çatmayınca yatmaram.

Heydərbaba, mərd oğullar döğginən,

Namərdlərin burunların ovginən,

Gədiklərdə qurdları tut boğginən,

Qoy quzular ayın-şayın otlasın,

Qoyunların quyruqların qatlasın.

Heydərbaba, sənin köylün şad olsun.,

Dünya varkən ağzın dolu dad olsun,

Səndən keçən tanış olsun, yad olsun,

Deynə: mənim şair oğlum Şəhriyar,

Bir ömürdür qəm üstünə qəm qalar.

İKİNCİ HİSSƏ

Heydərbaba, gəldim səni yoxluyam,



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə