Neft və qazin yaranmasi ilə bağli əsas nəZƏriyyəLƏr və azərbaycanda neft və qaz yataqlarinin geologiyasi



Yüklə 21,76 Kb.
tarix18.05.2022
ölçüsü21,76 Kb.
#87354
Baxşıyev Elnur


NEFT VƏ QAZIN YARANMASI ILƏ BAĞLI ƏSAS NƏZƏRIYYƏLƏR VƏ
AZƏRBAYCANDA NEFT VƏ QAZ YATAQLARININ GEOLOGİYASI
Bakı Dövlət Universiteti lll kurs tələbəsi Baxşıyev Elnur
Müasir sivilizasiyanı neft olmadan təsəvvür etmək mümkün deyil. Neftdən və ondan hazırlanan məhsullardan bir sıra istehsal sahələri, nəqliyyat, hətta ümumilikdə bütün inkişaf prosesi asılıdır. Ancaq neft heç də insanlıqla bərabər yaranmayıb, milyon illər ərzində formalaşıb və bilirik ki, tükənən yeraltı sərvətlər sırasına daxildir. Alimlər keçən əsrin əvvəllərində yer üzündə neftin haradan gəldiyinə dair müəyyən fikirlərə sahib idilər. Bu yeraltı sərvətin meydana gəlməsi prosesi xüsusilə, G. A. Mixaylovski tərəfindən geniş təsvir edilmişdir. Əsərlərində o, Qafqaz neftinin mənşəyinə də toxunmuşdur. Sonradan elm adamları onun fikirlərində bəzi səhvlər tapsalar da, Mixaylovskinin izahı hazırda neftin yaranması ilə bağlı dominant olan biogen mənşəli nəzəriyyə ilə üst-üstə düşür. Bu nəzəriyyədən başqa abiogen və ya qeyri-üzvi mənşəli olması ilə bağlı nəzəriyyələr də mövcuddur.
Biogen nəzəriyyənin tərəfdarları hesab edirlərki, bu proses məhz yüz milyonlarla il bundan əvvəl Yer kürəsinin üzəri isti dənizlərlə örtülü olan zaman başlayıb. Dənizlər minerallarla və duzlarla zəngin idi və ona görə də üzvi maddələr parçalanmaya məruz qalmadan dibə çatırdı və 5-6 km dərinlikdə isə temperatur və təzyiqin təsirinə məruz qalırdı, nəticədə isə neft yarandı.
Neftin yaranması ilə bağlı abiogen nəzəriyyənin tərəfdaşları hesab edirlər ki, neft torpağın alt qatında yüksək təzyiq və temperatur altında üzvi olmayan hidrogen və oksigendən əmələ gəlir.Bu versiyanın lehinə olanlar qeyd edirlər ki, neft ilk dəfə Yerə kosmosdan gəlib.Buna əsas arqumentlərdən biri kimi, elm adamları digər planetlərdə və meteoritlərin tərkibində karbohidrogenlərin mövcudluğunu göstərirlər.Bütün bunlara baxmayaraq, alimlərin əksəriyyəti nefti üzvi mənşəli hesab edir və bu nəzəriyyə yeni-yeni enerji mənbələri axtarıb tapmağa imkan verir.
Təbii qazın yaranması prosesi və şərtləri olduqca müxtəlif və çoxcəhətlidir. Daha çox yayılmış tədqiqat nəticələrinə görə bu üzvi maddələrin biokimyəvi və termokatalik çevrilişi ilə bağlıdır. Alimlər müəyyən etmişlər ki, hələ milyon illər bundan əvvəl yerin təkindən təbii olaraq qazın özbaşına çıxması hadisəsi baş vermişdir. Məntiqi hesablamalara görə bəşər cəmiyyətinin tarixi ərzində havaya sovrulan və hasil edilən qazın həcmi neftin bütün mövcud hasilat miqdarından çox olmuşdur. Neftin sənaye üsullu istismarına keçidində paralel olaraq təbii qazın da əldə edilməsi və ilkin primitiv istehlakına zəmin yaranmışdır. Lakin ondan istifadə son dərəcə məhdud səviyyə daşımışdır. Qazma prosesində qazın atmosferə çıxışını adətən gözləmiş, sonradan nefti hasil etmişlər. Bununla belə azacıq da olsa müəyyən sahələrdə ondan köməkçi istilik qazanlarının qızdırılmasında istifadə olunmuşdur
Yanar qazların sənaye və məişətdə istehlakına hələ ötən yüzilliklərdə başlanmışdır. Daş kömürü termik emal etməklə onun tərkibində olan metan və digər qaz qarışıqlarını almışlar. İlk dəfə olaraq bu üsuldan 1830-1840-cı illərdə İngiltərədə geniş istifadə olunmuş, XIX əsrin sonlarında Moskva və Peterburq şəhərlərində də daş kömürdən qazın alınmasını reallaşdıran çoxsaylı zavodlar fəaliyyət göstərmişlər. Bu emal qazından iri sobalarda yandırmada və nisbətən də evlərin qızdırılmasında istifadə edilmişdir. Lakin burada miqyas genişliyi çox böyük olmamışdır.
Azərbaycan neft və qaz yataqları ilə məşhurdur. Respublika ərazisinin 2/3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa Cənub-Şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası neftlə zəngindir.
Dünyada məşhur olan Naftalan nefi əsasında bir sıra xəstəliklər müalicə olunur.
Respublikamızın qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqındadır. Azərbaycan Respublikasındakı yanar faydalı qazıntılar neft, qaz, şist, torf və s-dir. Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır. Azərbaycan Respublikasının ərazisi (xüsusi ilə Abşeron yarımadası) dünyanın ən qədim neft çıxarılan rayonlarından biridir. Hələ e.ə. VII-VI əsrlərdə Abşeronda neft çıxarılmış və bir çox ölkələrə daşınmışdır. 1985-ci ilədək Azərbaycan Respublikasında təqribən 1,2mlrd. t. neft (25%-i dəniz neft yataqlarından) hasil edilmişdir. Azərbaycan Respublikasının nefti yüksək keyfiyyətli, azkükürdlü və azparafinlidir. Sıxlığı böyük diapazonda (780-940kq/m3) dəyişir. Naftalanda Maykop və Ağçaqıl çöküntülərindən özünün müalicə xüsusiyyyətlərinə görə dünyada yeganə olan neft də hasil edilir. Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin tərkibində həll olmuş, sərbəst («qaz örtüyü»), xalis qaz halında olur. Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Kür-Qabırrı çaylararsı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı rayonlarında əsas neftli-qazlı dəstə «məhsuldar» qatdır. Qum, qumdaşı və gil təbəqələrinin növbələşməsindən ibarət olan bu dəstənin qalınlığı 4000m-ə (bəzi yerlərdə daha artıq) çatır. Məhsuldar qatla əlaqədar olan yataqlar (Balaxanı-Sabunçu-Ramana, Suraxanı-Qaraçuxur-Zığ, Qala, Bibiheybət, Neft Daşları, Puta, 28 May, Lökbatan-Binəqədi, Səngəçal-dəniz-Duvannı-dəniz-Bulla, Bulla-dəniz və s.) çox horizontlu və antiklinal quruluşludur. Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı Küryanı rayonlarındadır. İşlənən yataqlarda məhsuldar qatdan başqa, əsas neftli-qazlı çöküntülər Maykop dəstəsi, Eosen şöbəsi və Üst Təbaşir çöküntüləridir. Quba Xəzəryanı rayonunda Siyəzən monoklinalı ilə əlaqədar olan yataqlarda Samrat mərtəbəsindən başlayaraq Üst Təbaşir çöküntülərinə qədər bütün çöküntü kompleksləri (Sarmat, Çokrak, Maykop dəstəsi, Eosen, Paleosen, Üst Təbaşir) neftli-qazlıdır. Kür-Qabırrı çaylararsı rayonunda da kəşf olunmuş yataqlarda neft-qaz Eosen yaşlı çöküntülərlə (Tərsdəllər yatağı) əlaqədardır.

.
Yüklə 21,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə