Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə92/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   85   86   87   88   89   90   91   92   93

 
323 
müqqəddəs olanıdı.  Əgər M.P.Vaqifin şeirləri  anaların  dilində 
layla  kimi  əzizlənirdisə  onda  bunun  dəyəri  ölçüyəgəlməzdi. 
Məhtimqulunun  da  şeirləri  bu  mənada  əvəzsizdir.  “Hər  hansı 
bir türkmən ilə üzbəüz oturub şeirdən, sənətdən söhbət  açsan, 
M.Fəraqini  “türkmən  poeziyasının  atası”  adlandıracaq. 
Əslində, burada məsələ ədəbiyyat dairəsi ilə məhdudlaşmayıb, 
daha  da  dərinlərə  gedir.  Bu  sevginin  kökündə    türkmən  milli 
varlığının özünü təsdiqi, milli özünüdərk düşüncəsinin təşəkkül 
tapıb  formalaşması,  millətin  tarix  səhnəsində  öz  mənəvi  və 
fiziki varlığını qoruyub saxlaması  kimi ciddi  amillər dayanır”. 
(3,  47).  Məhtimqulunun  şeirlərindəki  ruh  bütünlükdə  türkmən 
elatının  düşüncəsində  olanların  izharıdır  və  qaynağını  da 
oradan götürür və bu səbəbdən də onun düşəncəsindən süzülüb 
gələnlər  hansı  formada  olmasından  asılı  olmayaraq  uğurlu 
alınır.  Həm  klassik  üslubda  yazdığı  qəzəl,  müxəmməs  və  s., 
həm də xalq şeiri üslubunda yazdığı qoşmalar etnosun ruhunun 
ehtiyacı kimi səslənir.  
 
Seyr eylədim, gəzdim eşqin dağında, 
Nə bəladır, kimsə çəkər bu dərdi. 
Eşq dağın asdılar göyün boynundan, 
Göy titrəyib, çəkə bilməz bu dağı. 
 
Eşq əsər etməsə yanmaz çıraqlar, 
Eşqə düşsə quşlar sızlayıb qurd ağlar
Əyilər heybətli, qüvvətli dağlar
Daşlar əriyib, çəkə bilməz bu dərdi. (70,  82) 
 
M.  Fəraqinin  bədii-estetik,  fəlsəfi  düşüncəsində  dayanan-
lar,  gözəllik  anlayışları  Vaqiflə  eyni  sistemdə  dayanır  və  bu 
XVIII  əsrin  düşüncəsində  olan  yeniləşmənin  bir  zərurət  kimi 


 
324 
gərəkliyini aydınlaşdırır. Orta əsrlərin şeir fəlsəfəsində olanlar 
həm  Vaqifdə,  həm  də  Məhtimquluda  yeni  konsepsiyalarla, 
milli olanın aparıcılığının ortaya qoyulması ilə şərtlənir. Məhz 
ona görə də M.Fəraqi türkmən poeziyasında olan boşluğu milli 
olanların  bədii  arenaya  gətirilməsi  ilə  doldurdu  və  “türkmən 
poeziyasının atası” kimi bir təsəvvürü özü haqqında formalaş-
dırdı. 
 
Gözəl vardır gözəllərdən ziyadə, 
Onun qulluğunda durasın  gələr. 
Ədəbli, ərkənli, mülayimzada, 
Ta ölüncə belə yörəsin gələr. 
 
Gözəl vardır uzun boylu, alkımı, 
Qaranlıq gecədə düşər yalkımı, 
Söyləyən sözləri misli-bal kimi, 
Yanağından busə alasın gələr. (70, 148) 
 
Və yaxud da bir başqa nümunəyə diqqət yetirək və burada 
da  xalq  düşüncəsindən  gələnlərin  elə  aşıq  şeir  texnologiya-
larından yararlanmaqla təbii nizamı görünür. 
 
Dəli könlüm, bir nəsihət deyəyim
Can deməsən, belə canan olarmı? 
Bir sözün yerinə söyləyə bilməyən, 
Adam deyən belə insan olarmı? 
 
Sadiq olub, Xuda əmrin tutmayan
Gövhər alıb, bazarında satmayan, 
Atadan, babadan bəylik etməyən, 
El qədrin bilən soltan olarmı? (70,  377) 


 
325 
Göründüyü kimi, M.Fəraqi şeirlərində aşıq poeziyasından, 
elat  həyat  tərzində  olanlardan  gələnlər  kifayət  qədərdir  və  bu 
böyük  sənətkar  onları  türkmən  baxşılarının  məclislərində 
oturub öyrənməklə, onların dediklərini sinəsinə yığmaqla, milli 
olana  vurğunluq  nümayiş  etdirmiş  və  görüb  götürdüklərini 
böyük  bir  ilhamla  yenidən  ustadların  özünə  qaytarmışdır.  Bu 
nümunələrdə  eyni  zamanda  Yunis  Əmrənin,  Dədə  Kərəmin, 
Qəribin,  Qurbaninin,  Tahir  Mirzənin,  Abbas  Tufarqanlının, 
Sarı Aşığın, Xəstə Qasımın, Aşıq Ələsgərin və s. sənətkarların 
ruhu boy göstərir, sazının səsi gəlir. Sanki min illər boyu ağır-
ağır  irəliləyən,  dünyanın  hər  üzünü  görüb  yola  salmış  türk 
kimliyinin  mənlik  duyğusu,  təsəvvürü  boy  göstərir.  Məhtim-
qulu  türkmən  düşüncəsində  qəlibləşmiş  klassik  ənənənin 
sərhədlərini  pozmaqla,  qəzəl  şeiri  haqqında  təsəvvürlərə  öz 
əlavələrini  elədi,  formanın  məna  imkanlarını  genişləndirdi. 
Məhtimqulu  milli  ruhun  yaşarlığı  və  qorunuşu  konsepsiyasını 
müəyyənləşdirmişdir.  Vaqif  və  Məhtimqulu  bu  müstəvidə  bir 
xətdə  görünür,  türk  milliliyinin  yeni  şəraitdə  konservatoru 
rolunu oynayırlar.  
 
Bir dilbərə tuş gəldim, qəmzəsi ox, qaşı yay, 
Gün heyrandır görkündən, xəcalətdə dolan Ay. 
 
Canım versəm cayizdir, beylə surət məhbuba, 
Heç görmədim onun tək başqa doğru, bağrı tay. (70, 85) 
 
Və yaxud da: 
Fələk aləmə rüsvay etdi, ayırıbdır zarımdan, 
Nə iş etsəm, xəbər biləm mən ol Mengli yarımdan. 
 
İns-cins tüğyan eyləyib, zəmin lərzana gəlmiş
Asimanlar cünbüş edib, kövkəb yanmış narımdan. (70, 93) 


 
326 
M.P.Vaqif  şeiri  M.Fəraqi  poeziyası  ilə  milli    təfəkkürün 
reallaşdırdığı  və  zərurət  kimi  ortaya  qoyduğu  arxetiplərdə, 
yaddaşdan  gələnlərdə  qovuşur,  həm  də  biri  digərini 
tamamlayan fakta çevrilir. Ədəbi-bədi təfəkkürün tarixi nikişafı 
normativlərin  dəyişkənliyini,  bir  mədəniyyət  layının  digəri  ilə 
əvəzlənməsini də aktuallaşdırır. Məhz XVI əsrdə olan yüksəliş 
sonrakı  yüzilliklərə  doğru  irəlilədikcə  Füzuli  xəttində  olanlar-
dan  daha  çox  Şah  İsmayıl  Xətai,  Qurbani  təsəvvüründə 
olanların intişarını və aparıcılığını Vaqiflə, Vidadi ilə, Məhtim-
qulu ilə reallaşdırdı. Zaman estetik təfəkkürün normativlərinin 
yeni  standartlarını  müəyyənləşdirdi  və  qəzəli  də  bu  sistemdə 
islahatlarla,  janrın  formatını  (mövzu  kontekstində)  genişlən-
dirdi. Vaqif  “Düşər”i, “Bax”ı yazdı və bu silsilədən olan bədii 
nümunələrin yaranması prosesinin genişlənməsinə rəvac verdi. 
 
Hər gedən gəlmiş, mənim ol gülüzarım gəlməmiş, 
Ey gözüm, qan ağla kim, çeşmi-xumarım gəlməmiş. 
 
Getmiş idi ixtiyarım biləsincə yarımın, 
Çünki yarım gəlməmiş, həm ixtiyarım gəlməmiş. (89, 146) 
 
Vaqif  qoşmaları  ilə  Məhtimqulu  qoşmaları  texnoloji 
sistemin  mətn  sxemləri,  məzmun  yaratma  funksiyası  ilə  eyni 
funksiyanı nümayiş etdirir və bütünlükdə mifik təsəvvürdən bu 
yana  olanlara,  milli  estetikanın  prinsiplərinə  köklənir.  Bütün  
boyalarını,  fonopoetik,  morfopoetik,  sintaktik  simmetriyasını 
etnosun şeir təsəvvürləri ilə reallaşdırır. 
 
Bulud zülflü, ay qabaqlı gözəlin, 
Duruban başına dolanmaq gərək. 
Bir evdə ki, belə gözəl olmasa, 
O ev bərbad olub talanmaq gərək. 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə