Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə89/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   85   86   87   88   89   90   91   92   93

 
311 
Cümənin  yaradıcılığını  tipoloji  müstəvidə  təhlilə  gətirərək 
yazır  ki,  “Вагиф  aşıqların  içində  böyüyüb.  Kiçik  yaşlarından 
onun  sinəsi  el  sözləri,  aşıq  dastan  və  qoşmaları  ilə  dolmuşdu. 
Ona  görə  hələ  Qazaxda  ikən  ilk  şeirini  də  qoşma  üstündə 
yazmışdı.  Xalq  aşıq  şeirlərində  böyük  məharətlə  ifa  edilən 
məhəbbət  mövzusu  onun  yaradıcılığında  da  əsas  istiqamət 
olaraq  qalırdı.  Vaqif  artıq  Qarabağa  sinəsi  el  sözləri  ilə  dolu 
gəlmişdi.  Vaqif  Azərbaycan  aşıq  sənətinin  yetirməsidir.  Ona 
görə  də  qoşma,  təcnis,  gözəlləmələrin  əksəriyyəti  ustad 
aşıqlarımızın  rədiflərini bənzəyirdi.  (38, 296). “Vaqif” dastanı 
da  aşıqlar  tərəfindən  bu  böyük  şairə  sevginin  nəticəsi  kimi 
meydana çıxmışdır. 
Dastanın  mükəmməl  və  dastan  ənənəsinə  hesablanmış 
strukturu vardır, ancaq təəssüflənməli odur ki, burada müəyyən 
əl  gəzmiş  və  aşıq  repertuarından  yazıya  almada  ləhcə 
özünəməxsusluğu  bir  qədər  qorunmamışdır.  Başlanğıcda 
deyilir:  “Sizə  hardan  xəbər  verim,  hardan  söhbət  açım,  adlı-
sanlı,  sözlü-söhbətli  Qazax  mahalından”  (69,  236).  Xanlıqlar 
dövrünün siyasi vəziyyəti, insanların həyat şəraiti, Tiflisdə Vəli 
xanın  sarayı  və  Vaqifin  həcvi  başlanğıc  epizod  kimi  ilkin 
təsəvvürləri  formalaşdırır.  Sonrakı  təsvirlərdə  M.P.Vaqifin 
Qarabağa gedişi və İbrahim xanın sarayı ilə yaxınlıqları özünə 
yer alır. 
Vaqif  şeirlərinin  arxasında,  demək  olar,  həmişə  tipik 
hadisə dayanmışdır. Ustad sənətkarlar da böyük şairin həyatını 
olanlar,  baş  verənlər  kontekstində  dastanlaşdırmış  və  bir  növ 
böyük  şairlə  bağlı  dastan  bağlamağı  məqsədə  çevirmişlər. 
“Vaqif”  dastanı  dastan  mühitində  “Vaqif  və  Sənəm  xanım” 
dastanı adı ilə də məşhurdur. Xalq arasında Vaqifin Qarabağa 
gəldikdən  sonra  sürətlə  tanınması  və  hətta  xanın  ailəsində  də 


 
312 
böyük  nüfuz    və  rəğbət  qazanması  ilə  bağlı  əhvalatlar  vardır. 
Həmin əhvalatlardan birində vurğulanır ki,  İbrahim xanın  qızı 
Sənəm  xanımın  şeirə  böyük  marağı  olmuşdur.  Məhz  bu 
səbəbdən  də  Vaqifin  şeirlərini  bəyazına  köçürərmiş.  Dastanda 
Sənəm xanım İbrahim xanın bacısı, Y.V.Çəmənzəminlinin “İki 
od  arasında”  romanında  isə  qızı  kimi  verilir.  Ancaq  bu 
fərqliliyə  baxmayaraq  mahiyyət  və  söylənilən  əhvalat 
eynitiplidir. Dastanda oxuyuruq: “Xanla vəzir çobanın yanında 
söhbət etməkdə olsun, sizə kimdən deyim, Sənəm xanımdan. 
Sənəm  xanım  Vaqifin  xəstə  olmasından  xəbər  tutmuşdu. 
Durub Sənəm xanım bağa çıxdı. Bağı xeyli dolandıqdan sonra 
gördü ki, şaftalı ağacının başında bir az yetişmiş, sulanmış iki 
şaftalı var. O, bu şaftalıları dərib siniyə qoydu. Üstünə də ipək 
sərdi. Nökərini çağırıb sinini ona verdi və dedi: 
Apar bunu Vaqifə ver. De ki, Sənəm  göndərib”  (69, 247-
247).  Vaqifin  bir  şeirinin  verdiyi  niformasiya  və  arxasında 
dayanan əhvalat dastana gətirilmişdir. 
 
Çox-çox əcəb qılıb xüsreyi-şahım, 
Bir cüt bizə ləbi şirin göndərmiş. 
Gözəllər bağında meyvə bəslənib
Onun bizə xoş nübarın göndərmiş. 
 
Məndən salam olsun Yərdü-Yamənə, 
Sinəsi büllurə, sədri Sənanə
Sanasan xoş gəldi, nə qədər mənə
Yer üzünün simu-zərin göndərmiş. 
 
Yarəb ola o cananə kim demiş, 
Filani xəstədir, meyvə diləmiş, 


 
313 
O ki bizə yemiş ənam eyləmiş
Vaqif ona peşkəş sərin göndərmiş (69,  248-249). 
 
Ayrı-ayrı  nəşrlərdə  bu  şeir  kiçik  fərqlərlə  özünə  yer 
almışdır,  ancaq  bütün  söz  və  ifadə  fərqlərinə  baxmayaraq 
ümumiyyətlə mahiyyət  eynidir və  Vaqif həyatında baş vermiş 
bir olayı özündə ehtiva edir. Həm şeir, həm də şeirin arxasında 
dayanan  əhvalat  aşıq  yaddaşında,  eləcə  də  elat  mühitində 
zaman-zaman  dolaşmaqdan  dastana  gəlmişdir.  Bunlar  dastan 
ənənəsi  üçün  xarakterikdir  və  bütünlükdə  dastan  mühitində 
belə əhvalatlar kifayət qədərdir. Dastan demək olar ki, Vaqifin 
Qarabağa  getməsi  hadisəsindən  tutmuş  digər  tipik  epizodları, 
çobanın itinə dua yazılması hadisəsini, İbrahim xan tərəfindən 
Tiflisə göndərilməsi və oradan gətirdiyi gözəlin təsvirinə qədər 
bütöv bir hadisə silsiləsini özündə əks etdirir. Dastanda Vaqifin 
“Ola”, “Gərək”, “Olar, “Saqqal” və s. qoşmaları verilmişdir ki, 
əhvalat  və  hadisələr  onun  üzərində  qurulmuşdur.  Məsələn, 
gözəlin təsvirini verən bir nümunədə oxuyuruq: 
 
Büllur zülflü, ay qabaqlı gözəlin, 
Duruban başına dolanmaq gərək. 
Bir evdə ki, belə gözəl olmaya
O ev bərbad olub talanmaq gərək. 
 
Sərxoş durub sarayından baxanda, 
Ağ gərdənə həmayıllar taxanda, 
Gözə sürmə, qaşa vəsmə yaxanda, 
Canım eşq oduna qalanmaq gərək.  (69, 253) 
 


 
314 
Ustad sənətkarlar  bu şeirlərlə bir istiqamətdə böyük şairin 
yaradıcılığını  qorumaq,  saz  repertuarında  yaşatmaq  yolunu 
tutmuşlar.  Vaqif  şeiri  ilə  aşıq  şeiri  arasında  sərhədsizliyin 
olduğunu  bədii  arenaya  çatdırmaq  məqsədində  olmuşlar. 
Burada  həm  də  M.P.Vaqifin  bədii  irsinin  gələcəyə  ötürülməsi 
düşüncəsi vardır. 
Dastanın  sonrakı  epizodlarında  Vaqifin  Tiflisə  səfəri  və 
oradakı söhbətləri, xan sarayındakı qazandığı nüfuz təsvirlərdə 
özünə  yer  tapır.  “Hayıf  ki,  yoxdur”  şeiri,  “sevdiyim  ləblərin 
yaquta  bənzər”  misralı  məşhur  qoşması  və  s.  burada  dastan 
təhkiyəsinə uyğun olaraq təqdim edilir. F.Köçərli də möhtəşəm 
“Azərbaycan  ədəbiyyatı”  kitabında  Vaqifin  Tiflisə  səfərini  və 
orada  yazdığı  şeirləri  “Molla  pənah  vaqif”  oçerkində  verir. 
Bununla  “Vaqif”  dastanında  olanlar  arasında  ciddi  yaxınlıqlar 
vardır. Dastan nikbin sonluqla Tiflis xanı Vəli xanın bacısının 
İbrahim  xanla,  İbrahim  xanın  bacısı  Sənəmin  Vaqiflə 
evlənməsi  ilə  yekunlaşır.  Bütün  olanların  əsasında  Vaqifin 
şəxsiyyəti,  onun  bacarığı,  fitri  istedadı,  qabiliyyəti  və  s. 
dayanır.  Vaqif  aşıqların  ürək  dostu,  könül  sirdaşı  olmuşdur.  
Xalqın  zəngin  söz  xəzinəsindən,  ustad  aşıqların  dilindən 
oxuyub  öyrəndiklərini,  ruhunda  əzizlədiklərini  Vaqif  sonrakı 
vaxtlarda  yazdıqları  ilə  təzədən  bol-bol  aşıqlara,  xalqa 
qaytarmışdır.  Aşıqlar  onun  qoşmalarını  el-el,  oba-oba  gəzdir-
miş, məclislərdə çalıb oxumuşlar və özləri də həmin qoşmanın 
təsirində  maraqlı  nümunələr  yaratmış  və  zəngin  aşıq  yaradı-
cılığını  da  bir  boy  zənginləşdirmişlər.  Son  olaraq  bütün  bu 
yaxınlıq,  zəngin  xəzinə,  aşıqların  Vaqif  vurğunluğu  dastana 
çevrilmiş,  “Vaqif”  dastanının  yaranması  üçün  əsas  olmuşdur. 
“Vaqif”  dastanı  aşıqların  Vaqif  sevigisindən  yoğrulmuş  və 
oradan  boy  göstərmişdir.  Hətta  aşıq  havaları  ilə  bağlı  tərtib 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə