MAHMUD ALLAHMANLI
TƏXƏLLÜSÜ VAQİF,
NƏZMİ DÜRƏFŞAN
Bakı - 2017
2
Redaktoru: P.Ş.Əfəndiyev, əməkdar elm xadimi,
filologiya elmləri doktoru, professor,
Rəyçilər: E.H.Quliyev, filologiya elmləri doktoru,
professor
Y.M.Babayev, filologiya elmləri doktoru,
professor
Mahmud Allahmanlı,
TƏXƏLLÜSÜ VAQİF, NƏZMİ
DÜRƏFŞAN, Ləman Nəşriyyat Poliqrafiya, Bakı,
2017, 340 səh.
Kitabda M.P.Vaqifin mühiti, dövrü, həyatı, XVIII
Azərbaycan poeziyasının inkişaf istiqamətləri, şairin intibah
konsepsiyası, klassik ənənədə və xalq şeiri üslubunda
yazdıqlarının spesifikası, aşıq şerindən gələnlərin Vaqif
poeziyasında yeni məzmun kəsb etməsi, sonrakı dövr
ədəbiyyatda oynadığı əzəmətli rol və s. məsələlər özünün
geniş həllini tapır.
Qrifli nəşr A
4702060000 86
2017
M.Allahmanlı,
3
2017
MÜNDƏRİCAT
Ön söz əvəzi ............................................................................. 4
Milli intibah və Molla Pənah Vaqifin
millilik konsepsiyasi ................................................................ 9
Qarabağ ədəbi mühiti və Molla Pənah Vaqif ........................... 61
Dədə Qorquddan Qurbaniyə, Qurbanidən Vaqifə ................... 138
Əhməd Yasəvidən Xətaiyə, Xətaidən Vaqifə .......................... 187
Molla Vəli Vidadi və Molla Pənah Vaqif ................................ 214
“Vaqif” dastanı ......................................................................... 307
Molla Pənah Vaqif və Məhtimqulu Fəraqi .............................. 316
Son söz ...................................................................................... 329
Ədəbiyyat ................................................................................. 334
4
ÖN SÖZ ƏVƏZİ
Molla Pənah Vaqifin anadan olmasının 300 ili tamam
olur. Heç şübhəsiz, bundan sonra da üç yüz illər keçəcək və bu
böyük şair boy göstərəcək, etnosun ruhunun, milli yaddaşının,
bədii-estetik düşüncəsinin hadisəsi kimi ciddi marağa səbəb
olacaqdır. Azərbaycan ədəbiyyatı bütün zamanlarda uğurları,
özünəməxsusluqları ilə səciyyələnmiş və bu gün də belədir.
Onun qaynağı isə xalqın zəngin mədəniyyəti, qurub yaratmaq
istəyi, tarixi ənənələrə olan marağıdır. Çağdaş zamanımızda
Vaqifə olan marağın kökündə bu sayğı, böyük ideallara sədaqət
dayanır. Çünki M.P.Vaqif ruh və ədəbiyyat hadisəsidir, olanları
ilə xalqın içindən keşir. Haqqında dolaşan əhvalat, hadisə və
hekayətlər bir növ onun zəngin istedadına, fitri qabiliyyətinə
marağın nəticəsi kimi uzun illər dolaşmışdır. “Divanı”, “Divan-
ları” sağlığında məhv edilməsinə baxmayaraq, M.P.Vaqif
yaddaşlarda yaşarılıq qazanmışdır. Xalq onu təkcə yazıda,
kitabda qoruyub saxlamaq yolunu tutmamış, həm də yaddaş
hadisəsinə çevirmişdir. Şeirlərini sinəsinə toplamış və onunla
bir növ ruhunun, mənəvi-ruhani dünyasının ehtiyaclarını
ödəmişdir.
Məlum olduğu kimi, XVIII əsr Azərbaycanın ictimai,
siyasi mədəni tarixində xüsusi bir mərhələdir. Səfəvilərin
hakimiyyətinin sonuclanması, Nadir şahın hakimiyyətə gəlişi
və onun qətlindən sonrakı mərhələnin hadisələri artıq siyasi
enişin faktı kimi narahatçılıq yaradır. Xanlıqlar dövrü və ayrı-
ayrı xanlıqlar arasında baş verən gərginliklər, xarici siyasətdəki
çatlar hamısı problem, uğursuzluq arxasınca uğursuzluq
gətirirdi. Eyni zamanda növbəti uğursuzluğun başlanğıcını
5
qoyurdu, hətta hakimiyyətin özünün daxilindəki gərginlik də
işlərin yaxşılığından xəbər vermirdi. Bütün bunlar ictimai,
siyasi münasibətlərə təsir göstərir, hətta mühitin mədəni ab-
havasına əlavə ağırlıq gətirirdi. Ağırlıqlar isə etnosun
bütünlükdə çiyinlərində daşınırdı. Ona görə də Vaqif dövrü
anlayışının altında ciddi mahiyyətə yönəlikli hadisələr, onun
bütün təbəddüatları yer alır. Eyni zamanda milli oyanışın
mövcudluğunu zəruri edir.
Vaqif M.Füzulidən sonrakı bədii düşüncənin zirvəsidir.
XVI əsrdəki mədəni hərəkat Füzuli // Xəta // Qurbani xəttində
özünün ən möhtəşəm dövrünü yaşayır. Nizamidən sonrakı
mərhələ Füzuli ilə bədii-estetik düşüncə müstəvisində yeni
sferaya daxil olur. Və özlüyündə klassik ənənənin yeni bir
mərhələ fenomenini ortaya qoyur. Füzulidən sonra olanlar isə
Füzuli çevrəsini formalaşdırır və klassik formulanın (əruz
ədəbiyyatının) bir başqa müstəvidə yenilənməsini aktlaşdırır,
daha doğrusu, daha fərqli düşüncə modellərinin gərəkliyi
təsəvvürünü yaradır. XVII əsr bu müstəvidə öz bətnində
klassik ənənədən əlavə elat təsəvvüründə olanların oyanışını və
aparıcı xəttə doğru gəlişini zərurət kimi mühitin qarşısına
qoydu. “Koroğlu”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Abbas və
Gülgəz”, “Əsli və Kərəm”, “Nəcəf və Pərizad” kimi möhtəşəm
abidələr məhz bu dövrün hadisəsi kimi meydana çıxır. Dədə
Qorquddan üzü bəri olanların müqəddəslik dərki daha
aydınlıqla başlayır və milli olan öz tarixi yerinə, öləzimiş
(əslində bu siyasi elita üçün belə idi) vəziyyətindən daha
ecazkar inkişaf sferasına daxil olur. Qurbani, Miskin Abdal,
Abbas Tufarqanlı, Lələ, Sarı Aşıq, Qaracaoğlan və s. şəxsində
daşınan elat mədəniyyəti XVII əsrdən XVIII əsrə doğru yeni
məzmun və mahiyyət fonunda ciddi uğurlara imza atır. XVIII
əsrdə aşıq yaradıcılığı timsalında mühitlərin formalaşmasını
zərurətə çevirir və Qarabağ mühiti timsalında Aşıq Cünun,
Aşıq Güllü, Şair Məhəmməd, Aşıq Səməd, Aşıq Valeh, Aşıq
Qənbər kimi ustadların meydana çıxmasını aktuallaşdırır. Onu
Dostları ilə paylaş: |