Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə90/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   85   86   87   88   89   90   91   92   93

 
315 
olunmuş  cədvəllərdə  “Dastanı”,  “Vaqifi”  havalarının 
yaradıcısının Vaqif olduğu da vurğulanır. Dastan strukturu isə 
mükəmməl  bir  poetik  sistemi,  M.P.Vaqifin  həyatı  və 
yaradıcılığının uğurlu ifadə forması ilə səciyyələnən zəngin bir 
janr məzmunu  ilə bütövləşir. Bütün bunlar “Vaqif” dastanının 
aşıqların  bağrının  başından  qopduğunu  və  ona  olan  xalq 
sevgisinin nəticəsi kimi yarandığını düşünməyə əsas verir.  
 
 
 


 
316 
MOLLA PƏNAH VAQİF VƏ 
MƏHTİMQULU FƏRAQİ 
  
Vaqif  yaradıcılığını  araşdırarkən  tədqiqatçıların  diqqət 
yetirdiyi  problemlərdən  biri  də  Molla  Pənah  Vaqiflə    türkmən 
xalqının  mütəfəkkir  şairi  Məhtimqulu  Fəraqi  ilə  tipoloji 
təhlillərə  üstünlük  vermələridir.  Əlbəttə  burada  diqqət 
yetirilməli  olan  ən  birinci  məsələ  türk  xalqlarının  bu  iki 
görkəmli  şairinin  milli  düşüncədə  yaxınlıqlarının  genetik 
mahiyyətinin  aydınlaşmasıdır.  Burada  digər  məsələ,  bəlkə  də 
təbii olan və yaxud da olmayan hər iki sənətkarın eyni zaman 
kəsiyində  yetişməsi  məsələsidir.  Çünki  tarixin  elə  kəsimləri 
olur  ki,  mövcud  vəziyyətin  həllində  problemi  önləyəcək 
şəxslərin  yetişməsi  eyni  zaman  kəsiyinə  düşür  və  bu  mövcud 
zamanın zərurəti kimi daha çox təhlil faktına çevrilir. Vaqif və 
Məhtimqulu  yaradıcılığı  arasındakı  yaxınlığın  genetikasında 
bunu  mümkünsüz  etmək  elə  də  asan  məsələ  deyildir.  Belə  ki, 
XVIII  əsrdə  Azərbaycanda,  Kiçik  və  Orta  Asiyada  gedən 
proseslər  yeniləşməni  artıq  bir  zərurət  kimi  ortaya  qoymaqda 
idi.  Hətta  Avropanın  ümumi  mənzərəsinə  fikir  verdikdə  eyni 
proseslərin gedişini sezmək elə də çətin deyildir. Lakin məsələ 
XVIII  əsr  Azərbaycan  və  türkmən  ədəbiyyatı  səviyyəsində 
yaşananlarla bağlı olduğu üçün ona geniş müstəvidə yanaşmaq 
zərurəti  duyulmur,  Siyasi  prosesləri  izlədikdə  də  bu  bir  tərəf 
kimi ciddi faktlarla səciyyələnir. 
Burada digər məsələ ruhun oyanışı ilə bağlıdır, artıq bunu 
türklüyün  bir  hərəkat  kimi  yeni  dalğası  anlamında  da  başa 
düşmək  olar.  Belə  ki,  orta  əsrlərin  ağır  dolaylarında  ağır-ağır 
irəliləyən    düşüncə  modeli,  klassik  şeir  ənənəsi,  bütünlükdə 
sistemin islami dəyərlər üzərində oturuşması, yeni bir oyanışı, 


 
317 
milli olanı bir zərurət kimi ortaya qoyurdu. Məhz bundan çıxış 
etməklə  ədəbiyyat  yaranmış  boşluğu  doldurmaq  yolunu  tutdu. 
Bədii  düşüncənin  daha  bir  modelini,  xalq  yaddaşından 
gələnlərin oyanışını və hərəkətliliyini zərurətə çevirdi. Əlbəttə 
bu  proses  əvvəlki  çağlarda  bir  qədər  arxa  planda,  elat 
məişətində olan kimi yaşayır və qorunurdu. Hamısı bir qaynaq 
olaraq  “Kitabi-Dədə  Qorqud”dan  gələnlərə,  qopuza,  saza 
dayanırdı. Və saz da öz böyük funksiyasını, elat mədəniyyətini 
saraydan uzaq bir mühitdə yaşayır və yaşadırdı. Y.Əmrə, Molla 
Qasım,  C.Rumi,  B.Nəqşbəndi,  Ş.İ.Xətai  və  s.  kimi  böyük 
simalar təriqət düşüncəsində bu missiyanın oyanışına və xalqa 
daha yaxın olana üstünılük vermək yolunu tuturdular. Beləlik-
lə,  artıq  daha  əski  olanın,  milli  yaddaşın  sadə,  aydın  və  təbii 
canlanması  hərəkətliliyi  bir  istiqamət  kimi  xüsusi  maraq 
doğururdu.  M.F.Axundovun  dediyi  “amma  mən  əyyami-səya-
hətimdə    səfheyi-Qarabağda  Molla  Pənah  Vaqifin    bir  para 
xəyalatını  gördüm  ki,  zikr  etdiyim    şərt  bir  növ  ilə  onda 
göründü”  (4,  315).  M.F.Axundovun  “zikr  etdiyi  şərt”  eyni 
dövrün  görkəmli  sənətkarı  M.Fəraqidə  də  təkrarlanır. 
Maraqlıdır  ki,  eyni  təhlillər,  eyni  ruh,  həyata,  həyat 
hadisələrinə  yanaşmalar  hər  iki  böyük  şairdə  bir-birinə  yaxın 
səviyyədə boy göstərir və bu təbii, həm də ortaq olacaq oyanış, 
bədii-estetik  düşüncənin  arxetiplərlə  süslənməsi  məsələsini 
ortaya  qoyur.  Türkmənistan  prezidenti  Qurbanqulu  Berdi-
mühəmədov  bu  böyük  şairi  insan  qəlbinin  mənəvi  loğmanı 
adlandırır və vurğulayır ki, “türkmən xalqının mütəfəkkir şairi 
Məhtimqulu  Fəraqi    özünün  qiymətli  bədii  yaradıcılığı  və  öz 
adı  ilə  təxminən    üç  yüz  ildir  ki,  soydaşlarını  şöhrətləndirir. 
Şairin hörməti, türkmən tarixində, ictimai-siyasi, mədəni-ədəbi 
həyatında  yeri  əbədidir.  Məhtimqulu  özünə    türkmənlərin 


 
318 
qəlbində  çox  böyük  inanc,    onların  düşüncəsində  həyatın 
yaxşısını-yamanını  səhvsiz  ayırd  edən    məhək  daşı  kimi 
möhkəm yer tutmuş, onların gözlərinin sönməz nuru  olmuşdu” 
(20,  5).    Doğurdan,  da  həm  Vaqifin,  həm  də  Məhtimqulunun 
yaradıcılığı  üç  yüz  ildir  ki,    soydaşlarını  şöhrətləndirir.  Milli 
ədəbiyyatın  yeni  bədii-estetik  meyar  daşımasında,  texnolo-
giyalarının  məzmun  yaratmada  mühüm  önəm  kəsb  etməsində 
ciddi  fakt  rolu  oynadığı  aydınlaşır.    Məhz  bu  səbəbdəndir  ki, 
hər iki sənətkar milli intibahın hadisəsi kimi elə öz dövründən 
yazılır,  yozulur  və  yenə  də  fərqli  yanaşmaların  ortaya 
çıxmasını  zəruriləşdirir.  F.Köçərli  xüsusi  olaraq  vurğulayırdı 
ki,  “Molla  Pənah  milli  şair  olduğuna  binaən,  onun  şeir  və 
qəzəliyyatı  bizim  Azərbaycan  türklərinə    ziyadə  xoş  gəlir  və 
hər nə onun qələmindən  zühura gəlibsə, xah müxəmməsat və 
xah  mürəbbeat,  və  xah  qəzəliyyat  tamami  ürəkdən    və  həqiqi 
həyatdan  nəşət  edən  əsərlərdir.  Bu  qism  əsərlərdən  masəva  
Molla  Pənahın  bir  çox  əşar  və  ədəbiyyatı    dəxi  vardır  ki, 
onlarda  öz  müasirlərinin  ayinü  adətı,    adabü  əxlaqı  və 
dolanmaları  artıq məharət ilə rişteyi nəzmə çəkilibdir. Belə ki, 
onlar  gələcək  nəsil  üçün    böyük  bir  yadigar  məqamındadır” 
(60,  172).  Təxminən  keçən  əsrin  doxsanıncı  illəri  idi  və 
Məhtimqulunun  şeirlərindən  bir  qism  əlimə  keçmişdi. 
Oxuduqda  ilk  ağlıma  gələn  onun  M.P.Vaqif  şeirləri  ilə  
yaxınlığı  oldu.  Düşündüm  ki,  bunların  bu  qədər  yaxınlığının 
səbəb və mahiyyəti nə ilə bağlana bilər. Heç cür bir yana çıxara 
bilmədim.  Çünki  bu  iki  böyük  sənətkarın  şəxsən  əlaqə 
imkanları mümkünsüzdü və yenə də o fikirdəyəm ki, bu ola da 
bilməzdi.  Bunların  olsa-olsa  eşitdikləri  ozanların,  el 
sənətkarlarının  verdiyi  informasiya  qədərində  bilgiləri    yarana 
bilərdi və bunun özü də müşküldü. Ancaq yaxınlığın bu qədər 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə