Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə85/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   81   82   83   84   85   86   87   88   ...   93

 
296 
sahiblərini)  zəlalət  torpağında,  alçaqları,  cahil  və  nadanları 
mötəbər  məqamında    görən  sənətkar  acizləşir.  Haqqa  üz 
tutmaqdan  başqa  çıxış  yolu  tapa  bilmir.  Sərvətin  də,  hər  cür 
cah-cəlalın  da,  zülfünə,  xətti-xalına  tərif  yazdığı  gözəllərin  də 
ötəri,  aldadıcı,  illüziyadan  ibarət  olduğu  qənaətinə  gəlir”  (17, 
734).  Göründüyü  kimi,  xalq  şeiri  ənənəsində  əvəzsiz 
nümunələr  yaradan  Vaqif  klassik  üslubda  da  istedadının 
möhtəşəmliyini göstərdi. “Müxtəsər kim, belə dünyadan gərək 
etmək həzər” deməklə eyni zamanda bu həzər etmənin cavabını 
da  verdi  və  söylədi  ki,  “ondan  ötrü  kim,  deyildir  öz  yerində 
xeyrü şər”. Sonda “Vaqifə, ya rəbbəna, öz lütfünü eylə pənah” 
deməklə  bütün  düşüncəsində  olanların  mahiyyətinə  nöqtə 
qoydu. 
 
Baş ağardı, ruzigarım oldu gün-gündən siyah
Etmədim, səd heyf  kim, bir mahi rüxsarə nigah
Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah, 
Vaqifə, ya rəbbəna, öz lütfünü eylə pənah
Səndən özgə kimsədə lütfü inayət görmədim. (89, 175) 
 
Doğurdan  da,  “Görmədim”in  verdiyi  mətn  informasiya, 
poetik  sistemi,  janrın  məzmunyaratma  imkanı  Vaqif 
yaradıcılığının əzəmətini, möhtəşəmliyini, Azərbaycan şeirinin, 
bədii-estetik  düşüncəsinin  imkanlarını  bir  fakt  olaraq  ortaya 
qoyur. “Zəngin və bənzərsiz yaradıcılığı, məşhur “Görmədim” 
müxəmməsi  və  lütfü-kəramət”  səyləri  Vaqifi  ucaldaraq  Molla 
Pənah  dərgahına  çatdırmışdır”  (45,  8).  “Bax”  qəzəlində 
söylədiyi  “üz  çevir  ali-əbayə,  Əhmədi-Muxtarə  bax”  qənaəti 
“ya rəbbəna, öz lütfünü eylə pənah, səndən özgə kimsədə lütfü 
inayət  görmədim”lə  yekunlaşmışdır.  Bütün  bunlar  Vaqif 


 
297 
yaradıcılığında  “Vaqifin  son  şeirləri”  adı  ilə  qəliblənmiş 
düşüncədə  nələrin  olduğunu,  Vaqifin  bu  şeirlərdə  nələri 
çatdırmaq  istədiyini,  bir  şair  olaraq  qüdrətinin,  yaradıcı 
imkanlarının sonsuzluğunu və əlçatmazlığını müəyyənləşdirir. 
 
“Hayıf ki, yoxdur”. M.P.Vaqif yaradıcılığında elə poetik 
nümunələr vardır ki, arxasında şairin həyatının, yaradıcılığının, 
mühitinin bir sıra məqamlarını əks etdirəcək hadisələr dayanır. 
Məsələn, “Bax”,  “Tüfəng”, “Kürk”, “Göndərmiş” və s. şeirləri 
buna  nümunədir.  “Hayıf  ki,  yoxdur”  qoşması  da  bu  sıradadır. 
Bu  qoşma  müxtəlif  səpkili  təhlillərin  mövzusu  olmuş,  xalq 
arasında maraqlı əhvalatların danışılması ilə diqqət mərkəzində 
dayanmışdır.  M.Y.Qarabaği,  F.Köçərli,  S.Mümtaz,  Ə.Müznib, 
Y.V.Çəmənzəminli,  H.Araslı,  A.Dadaşzadə,  N.Cəfərov, 
İ.Həbibbəyli,  Y.Babayev  və  başqaları  “Hayıf  ki,  yoxdur” 
qoşması  ilə  bağlı  elmi-nəzəri,  publisistik  səciyyəli  qənaətlər 
irəli sürmüşlər.   Bütün təhlillərdə “Hayıf ki,  yoxdur” qoşması 
fonopoetik,  morfopoetik,  sintaktik  sistemin  mükəmməlliyi  ilə  
diqqəti cəlb edir və mükəmməl ədəbiyyat nümunəsi kimi ciddi 
faktlara  çevrilir.  M.Y.Qarabaği  “Məcmueyi  –  Vaqif  və 
müasirini  digər”  təzkirəsində  dörd  bənd  vermişdir.  Görkəmli 
ədəbiyyatşünas F.Köçərli yazır: “İbrahim xan  bir vaxtı Tiflisə 
səfər edəndə Molla Pənahı dəxi özü ilə aparıb və əsnayi-rahda  
Molla Pənah xandan izn alıb öz vətənini və qohum əqrəbasını 
ziyarət  etmək  üçün    gəlibdir.  Və  lakin  burada  bir  neçə  gün 
iqamət  etdikdən  sonra  öz  əhli-əyalının  müfariqətinə    tab 
gətirməyib, münasibi-hal  bu  fərdləri deyibdir: 
 
Vətən xoşdur, deyə Vaqif, məni çəkdin Salahlıya, 
 Nədir onda səlahın kim, çü yari-canfəza yoxdur. 


 
298 
Əzəl başdan şəkərləblər olurdu Sarıqamışda, 
Gəlib sordum sorağın, şimdi onlardan səda yoxdur”  
(60, 160) 
 
M.P.Vaqifin  Qarabağ  xanlığında  olarkən  doğma  yurda 
gəlişi  ilə  bağlı  müxtəlif  əhvalatlar,  rəvayətlər  yaranmışdır. 
Bunun bir tərəfində və əsas olanında Vaqifə, böyük şairə olan 
sonsuz vurğunluq  dayanırsa, digər tərəfində baş  verən hadisə-
lərin  reallığı  durur.  F.Köçərlinin  M.P.Vaqiflə  bağlı  yazdığı 
oçerkdən  verdiyimiz  nümunənin  əsasında  da  bu  dayanır. 
Ə.Müznib  M.P.Vaqifin  yaradıcılığı  haqqında  qənaətkərini 
bölüşərkən vurğulayır ki, “hətta ədəbiyyatda  yüksəlişi o qədər 
olmuş  ki,  haqqında  söylənən  təqdir  və  təhsin  mənqibəsi 
Vaqifin  haqqında  da  söylənmişdir.  Mirzə  Yusif  Qarabağinin  
yazdığına  görə,  İbrahimxəlil  xan  səfərlərinin  birində  piyada 
qoşunu ilə Kür nəhri qırağında çox yubandığından məiyyəti ilə 
gedənlər darıxıb Molla Pənahdan Şuşaya qayıtmaq  və bir çarə 
eləməyi  rica  etmişlər”  (76,    77-78).  Ə.Müznib  sonra  Molla 
Pənahın altı bəndlik “Bu yerdə” rədifli qoşmasını verir, ki biz 
ondan  üç  bəndini  “Kür  qırağında”nın    ilkin  variantı  kimi 
fikrimiz müqabilində təqdim edirik. 
 
Siyahtel görmədinm Kür qırağında, 
Məgər heç yaşılbaş olmaz bu yerdə. 
Tərlan könlüm yenə uca dağlara
Havalanıb hərgiz qonmaz bu yerdə. 
 
Bu diyarda kolağı yoq, kətan yoq, 
Sinəmə müjgan oxun atan yoq
Sərxoş durub bir nəzakət qatan yoq, 
Heç sövdəkar fayda bulmaz bu yerdə. 


 
299 
Yarın xəyalıyla bu gün mən şadam
Ğəribliyə düşsə qan ağlar didəm, 
Pərisi yanında olmayan adam
Nə yaxşı sağ qalır, ölməz bu yerdə. (76, 77-78). 
 
Verilən  məlumatlara  görə,  M.P.Vaqif  bunu  “xanın 
məclisində  oqutmuşsa  da  bir  nəticə  verməmişdir”.  Bu  şeir 
Vaqif  ruhunun  özünəməxsusluğunu  və  birxətliliyini  aydınlaş-
dırmaq,  “Hayıf  ki,  yoxdur”un  mahiyyətini  ortaya  qoymaq 
baxımından daha çox önəm kəsb edir. Burada ciddi görünəcək 
bir sıra müəyyənləşməli məqamlar var. 
a) Vaqif yaradıcılığının məzmun qaynaqlarını aydınlaşdır-
maq baxımından; 
b) xalqın şairə məhəbbətinin ifadəsi kontekstində; 
c) xanın Vaqif sözünə, şəxsiyyətinə verdiyi qiymət müstə-
visində; 
ç)  Qarabağ  xanının  Qazağa  səfərinin  poetik  ifadəsi  anla-
mında; 
d) Vaqifin vətən, yurd sevgisini ehtiva etmək baxımından; 
e) XVIII əsr Azərbaycan şeirinin enerji qaynaqlarını müəy-
yənləşdirmək cəhətdən
ə)  şeirin  özünün  poetik  mətninin  bütövlüyü,  uğurluluğu, 
mətn informasiyası kontekstində və s. 
S.Mümtaz  “Rudəki  və  Molla  Pənah  Vaqif”  adlı  məqalə-
sində ciddi tipoloji təhlillər aparmış və vurğulamışdır ki, “ustad 
Əbülhəsən Rudəki ilə böyük Molla Pənah Vaqifin bir-birlərinə 
oylə çox bənzəyiş və münasibətləri vardır ki, bunları bir azacıq 
təəmmül  ilə  nəzər-diqqətdən  keçirsək    filfövr  təsdiq  etmək 
məcburiyyətində  qalacağıq”  (76,  262).  Əlbəttə  burada  ciddi 
paralelləri zəruri edən kifayət qədər məqamlar var, ən başlıcası, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə