Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə88/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   85   86   87   88   89   90   91   92   93

 
308 
etmək məqsədinə xidmət edir. Etnosu ifadəyə yönəlikli hadisə 
kimi nəzər-diqqəti cəlb edir.  
Dastanlar toy məclislərində, el şənliklərində yüz illər boyu 
söylənmiş, xalqın ruhunun, mənəvi-əxlaqi dəyərlərinin qorunu-
şunda,  bədii-estetik  dünyagörüşünün  formalaşmasında  əvəzsiz 
hadisə kimi mühüm əhəmiyyət kəsb etmişdir. Ustad aşıqlar bu 
dastanlarla  türk  ellərini  gəzmiş,  onların  genetik    yaddaşının, 
təsəvvürlər  sisteminin  bütövləşməsində    el  anası  funksiyasını 
yerinə yetirmişlər. Məhz böyük şairimiz S.Vurğunun “Tomris” 
əfsanəsi  ilə  bağlı  dedikləri  də  həmin  ənənənin  əzəmətini, 
davamlılığını aydınlaşdırır. Dastan təcrübəsi onu göstərir ki, bu 
möhtəşəm  sənət  abidələri  bir  bütöv  olaraq  etnosu  olanları  ilə 
təmsil edir və xalq məhəbbətinin izharı kimi  yaxın-uzaq elləri 
gəzib dolaşır. “Kitabi-Dədə Qorqu”, “Koroğlu”, “Aşıq Qərib”, 
“Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Tahir və Mirzə”, “Arzu 
və  Qənbər”  bütünlükdə  türk  ellərini  bu  sevgi  ilə  gəzib 
dolaşmışdır.  Xalq  onun  içərisində  məişətini,  əxlaqını,  milli-
mənəvi  dəyərlərini  görür və onun qoruyucusuna  çevrilir, daha 
doğrusu onunla yaşayır, kimliyini orada tapır. Ona görə də bu 
xalq abidələrinin yaradıcıları yüz illər, min illər boyu xalqın ən 
əziz  sənətkarı,  yaxın  olanı  kimi  uca  tutulmuşlar.  Yaratdıqları 
ilə etnosun keçib gəldiyi və gedəcəyi yolun xəritəsini cızmışlar. 
“Vaqif”  dastanı  da  belə  bir  sevginin,  Vaqif  yaradıcılığına 
məhəbbətin ifadəsi kimi ortaya çıxmışdır. 
Azərbaycan dastan ənənəsində dastanların yaranma yolları 
bir müxtəlifliklə səciyyələnir ki, onlardan biri də böyük şəxsiy-
yətlərlə,  yazılı  ədəbiyyatın xalq  şeiri üslubunda yazıb  yaradan 
görkəmli  sənətkarlarının  həyat  və  yaradıcılığı  ilə  bağlıdır. 
Folklorşünas  P.Əfəndiyev  yazır  ki,  “aşıq  və  xalq  pieziyası 
üslubunda  yazıb-yaradan  yazılı  ədəbiyyat  nümayəndələri  haq-


 
309 
qında da bəzən dastanlar düzəldilmişdir. Burada da əsas mövzu 
həmin sənətkarın  tərcümeyi-halının  bəzi cəhətlərindən ibarət 
olur. Onların şeirləri də  dastana daxil edilir. “Vaqif”, “Zakir”, 
“Nəbati” dastanlarından bacarıqla istifadə edir”. (35,  379). Bu 
sənətkarlar xalqın yaddaşında, ictimai mədəni həyatında xüsusi 
rol oynamış və qəlbinin dərinliklərinə iz salmış şəxsiyyətlərdir. 
Xalq  arasında  bu  gün  də  danışılan  rəvayət,  əhvalat,  hadisələr 
onların  nə  qədər  önəmli  işlərinin  olduğunu  düşünməyə  əsas 
verir. Burada digər tərəf bu yaradıcı şəxsiyyətlərin  ruhu etibarı 
ilə  etnosla  bağlantılarının  əsaslığıdır  ki,  M.P.Vaqif,  Q.Zakir, 
X.Natəvan müstəsnalığı ilə seçilir. 
“Vaqif”  dastanı  öz  başlanğıcını  heç  şübhəsiz  elə  şairin 
sağlığından,  xalq  içərisində  tanınmağa  başladığı  vaxtlardan 
götürmüşdür.  Dastanı  folklorşünas  alimimiz,  dastan  yaradı-
cılığının tədqiqatçısı prof.R.Rüstəmzadə Qazax rayonunun Dağ 
Kəsəmən  kəndində  yaşayıb  yaradan  Aşıq  Ədhəm  Ərəbovun 
dilindən  yazıya  almış  və  “Məhəbbət  dastanları”  kitabında 
vermişdir. 
Heç şübhəsiz, uzun illər “Vaqif” dastanı xalq  sənətkarları 
tərəfindən  məclislərdə  söylənmiş  və  formalaşma  prosesi 
keçirmiş,  müxtəlif  epizod,  əhvalat  əlavələri  ilə  repertuarı 
bəzəmişdir.  Burada  M.P.Vaqifin  həyatının,  yaradıcılığının 
müxtəlif məqamları özünə yer tapır. Hətta onunla bağlı yazılan 
bədii  nümunələr  üçün  də  bu  dastan  bir  fakt  kimi  önəm 
daşımışdır.  Yəni  ayrı-ayrı  təzkirələrdə,  bəyazlarda,  ədəbiyyat 
nümunələrində  verilənlərlə  dastanın  daxilində  yer  almış 
epizodlar  arasında  ciddi  bağlantılar  vardır.  Bunun  isə 
başlanğıcında  Vaqifin  elat  həyat  tərzi  ilə  güclü  bağlantıları 
dayanır.  Xalq  onun  qətlindən  sonra  Vaqifə  daha  da 
yaxınlaşmış,  onun  yazıb  bağladığı  “Divan”  və  yaxud  da 


 
310 
“Divan”ları  bağrının  başında  gəzdirmişlər.  M.Y.Qarabağinin 
“Məcmuəyi-Vaqif  və  müasirini  digər”  təzkirəsinin  əvvəlində 
vurğulanır  ki,  “bu  məcmuə  deyil,  rəngarəng  söz  və  mənalar 
toplusudur.  Bu,  bəyaz  deyil,  bəlkə  də,  üzü  ağ,  gözləri  qara 
gözəlin    zülf  və  rüxsarının  surətidi  və  bu  surəti  məlaikələr  
gözləri  üstünə  qoya  bilər,  bu  bəyazı  gözəllər  ürəkləri  üstündə 
gəzdirə bilərlər. Hər səhifəsi gözəllərin cöhrəsi kimi nur saçır, 
hər  vərəqi  vəfa  əhlinin  qəlbi  kimi  məhəbbətlə  döyünür”  (62, 
11).  Məhz  “hər  səhifəsi  gözəllərin  cöhrəsi  kimi  nur  saçan” 
Vaqif  şeirləri  öz  qaynağını  sazdan,  el  məclislərində 
söylənənlərdən  aldığı  üçün  elə  öz  ruhu  etibarilə  də  ona 
köklənmişdi.  S.Vurğun  bu  sadəliyin,  ozandan  /  aşıqdan 
gələnlərin  nəticəsi  olaraq  “səsinə  səs  verir  dağda  çobanlar” 
deyirdi.  Vaqif  xalqdan,  aşıqların  sazından,  sözündən  sinəsinə 
yığdıqlarını elə eyni ruhda daha poetik, daha təravətli, həm də 
əlavələri ilə aşığa, mühitin bədii sferasına qaytarmışdır. Aşıqlar 
onun  şeirlərini  söz-söz,  misra-misra  sinəsinə  yığmış, 
məclislərdə  çalıb  oxumuşlar.  Eyni  zamanda  Böyük  şairin 
şeirlərinin  təsirində  əvəzsiz  nümunələr  yaratmış  və  aşıq 
yaradıcılığını daha da zənginləşdirmişlər.  
XVIII  əsrdə  yaşayıb  yaratmış  və  Vaqifə  yaxınlığı  ilə 
seçilən  Aşıq  Əli  Qaracadaği,  Abdalgülablı  Aşıq  Valeh,  Xəstə 
Hasan,  Aşıq  İrfani  və  başqaları  buna  nümunədir.  Göründüyü 
kimi,  Vaqifə  aşıqların  sevgisinin  başlanğıcı  elə  böyük  şairin 
sağlığında  qoyulmuşdur.  Sonrakı  dövrdə  Aşıq  Hüseyn 
Şəmkirli,  Aşıq  Ələsgər,  Aşıq  Pəri,  Aşıq  Hüseyn  Bozalqanlı, 
Molla Cümə və s. kimi onlarla sənətkar Vaqif yaradıcılığından 
bəhrələnmişlər. 
Deməli, 
Vaqif 
ustad 
sənətkarlardan 
öyrəndiklərini, yazdıqlarını artıqlaması ilə ustadların, aşıqların 
özünə  qaytarmışdır.  Folklorşünas  P.Əfəndiyev  Vaqiflə  Molla 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə