Малик башга бир јердә дејир


İYİRMİ İKİNCİ FƏSİL NİSBİ ƏXLAQ NƏZƏRİYYƏSİNİN ARAŞDIRILMASI



Yüklə 1,54 Mb.
səhifə22/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   18   19   20   21   22   23   24   25   26

İYİRMİ İKİNCİ FƏSİL

NİSBİ ƏXLAQ NƏZƏRİYYƏSİNİN ARAŞDIRILMASI


«Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar, zina etməyi, pis işlər görməyi zülm etməyi isə qadağan edər»51.

Əvvəlki iki fəsildə ədalət barədə söhbət açdıq və belə bir qənaətə gəldik ki, ədalət haqq və həqiqət üzərində qurulmuşdur. İnsanın da bütün həqiqətləri sabit və dəyişilməz olduğu üçün ədalət də nisbi yox, mütləq bir məfhumdur. Bu fəsildə, əvvəlki fəsillərdə işarə etdiyimiz «nisbi əxlaq» barədə söhbət açacaq və nisbilik mövzusunu əxlaq və ədalət məsələləri ilə bitirəcəyik.

Qeyd etdik ki, bəzilərinin fikrincə, əxlaq nisbi məsələlərdəndir. Yəni hər hansı bir şeyi, bütün zaman və məkan üçün yaxşı və ya pis hesab edə bilərik. Belə ki, istər maddi olsun, istərsə də mənəvi, hər bir şey müəyyən dövr və məkanda müsbət, müəyyən dövr və məkanda isə mənfi qiymətləndirilir. Demək, əxlaq nisbi bir məfhumdur və müəyyən əxlaq normaları bütün zaman və məkan üçün rəğbətlə qarşılanıb, müsbət qiymətləndirilə bilməz. Belə bir tərzi-təfəkkürün doğru olub-olmaması haqda daha geniş söhbət açmalıyıq.

Bu barədə irəli sürülən fərziyyələr tamamilə səhv və əsassızdır. Ümumiyyətlə, biz cəmiyyətin bəzi şeyləri müsbət, bəzi şeyləri isə mənfi qiymətləndirməsini necə başa düşə bilərik? Bu barədə fikir irəli sürən şəxslər müsəlmanlar olmuşlar. Bu da «hüsn» və «qubhi əqli» məsələsidir. Hüsn, yaxşılıq və gözəllik, qubh isə pislik və çirkinlik mənalarını daşıyır. Əqli hüsni qubhin qeyri-əqli hüsni qübhin müqabilində necə dura bilər?

Bəzən gözəllik və çirkinliyi kiminsə və ya nəyinsə xarici görünüşündə nəzərdə tuturuq. Məsələn, ceyranı gözəl, qarğa və ya bayquşu isə çirkin hesab edirik. Gözəllik və çirkinlikdən əldə olunan məlumatlar, bu günlər dünyəvi elmlərdən birinin meydana gəlməsinə səbəb olmuşdur. Gözəlliyi tanımaq, gözəllik elminin əsasını qoymaq deməkdir.

Demək, əqli gözəllik və çirkinlik, gözlə görünməyən gözəllik və çirkinliyə deyilir. Bu kimi şeyləri adətən insanın ağıl və şüuru dərk edir. Məsələn, səhrada heç yanı tanımayan bir şəxs xəstələnir. Onun kim olduğunu bilməyən başqa bir şəxs, onun səhrada itdiyini və xəstələndiyini hiss edir. Təmənnasız olaraq dərhal onu xəstəxanaya çatdırıb, müalicə olunması üçün lazımi işlər görür və onun ehtiyac duyduğu dava-dərmanları tədarük görür. Müalicə olduğu müddət ərzində vaxtaşrı onu görməyə gəlir və nəhayət, xəstəxanadan çıxdıqdan sonra pulu olmadığını hiss edib lazımi qədər pul verib elinə-obasına yola salır. Onlar ayrı-ayrı ölkələrdə olub, bəlkə də ömürlərinin sonunadək bir-birini bir daha görməyəcəklər. Sizdən bu işin yaxşı olub-olmadığını soruşsam, hamınız bir nəfər kimi bunun olduqca gözəl iş olduğunu deyib, müsbət cavab verəcəksiniz. Lakin bu, işin gözəlliyini biz gözlərimizlə görə bilərikmi? Xeyr. Göz səsi dərk edə bilmədiyi kimi, belə bir xeyirxah işi də görə bilməyə qadir deyildir. Lakin o bunu ağıl və şüuru ilə dərk etdiyi üçün belə bir işi müsbət qiymətləndirir.

Bunun tam əksini götürək. Bəzən də elə olur ki, birisi ona yaxşılıq edən şəxsi küçədə gördükdə, imkanı çatdıqda belə, qarşılıqlı olaraq yaxşılıq etmək istəməyib, dərhal ya özünü gizlədir, ya da özünü görməməzliyə vurur. Biz bu işi pis qiymətləndirir və həmin şəxsə mənfi münasibət bəsləyirik. Bəs biz belə bir mənfi xüsusiyyəti gözümüzlə görə bilərikmi? Xeyr. Allah insana əql və vicdan vermiş, o da bunun vasitəsilə bu işin pis olduğunu dərk edir. Bütün bunlara da əql, gözəllik və çirkinlik (hüsn və qübhi əqli) deyilir.

Adətən, əxlaqi işlər ağılın bəyənib, müsbət qiymətləndirdiyi, qeyri-əxlaqi işlər isə ağılın bəyənməyib mənfi hesab etdiyi işlərə deyilir. Əxlaq kitablarında bir çox hallarda tərifə layiq və gözəl əxlaqın müqabilində «bəyənilməyən» və «qeyri-əxlaqi rəftar və davranışlar» kimi ibarətlərlə qarşılaşırıq. Ağıl gözəl əxlaqı bəyənərək, yüksək qiymətləndirir. Qeyri-əxlaqi rəftar və davranışları isə, qətiyyətlə rədd edir. Əxlaqın əsasını da müsbət və mənfi davranışlar, həmçinin gözəllik və çirkinlik təşkil edir.

Bəzən də belə hesab edirlər ki, müsbət və mənfi xüsusiyyət və davranışlar, habelə gözəllik və çirkinliyi ağıl müxtəlif zaman və məkanlarda eyni qaydada qiymətləndirmir. Yəni insan bir vaxtlar qiymətləndirdiyi hər hansı bir şeyi zaman və məkan dəyişməklə qiymətləndirməyə başlayır. Demək, əxlaqın əsasını təşkil edən əqli gözəllik və çirkinlik, qeyri-sabit və dəyişgəndir. Məsələn, Hindistanda (heyvanlara pərəstiş olunan ərazilərdə) ev heyvanlarını, xüsusilə inəyi kəsmək yasaq və böyük günah hesab olunur. Lakin digər ölkələrdə məsələn, Pakistan, Əfqanıstan, Türkiyə, İraq, İran, Azərbaycan və s.-də ev heyvanları, o cümlədən inək şəri qanunlarla kəsilir və qida məhsulu kimi istifadə olunur. Bir sözlə, bir millət inəyin və digər ev heyvanlarının kəsilməsinə yol verməyir, başqa bir millət isə, bu işə adi hal kimi yanaşır.

Başqa bir misal: Bildiyimiz kimi hər bir millətin özünəməxsus zövq və səliqəsi vardır. Əvvəldən örpəyə adət etmiş qadın, özünün və başqa qadınların örpəksiz gəzməsinə pis baxır. Örpək taxmayan, ümumiyyətlə açıq-saçıq paltarlar geyinən başqa bir millət isə nəinki örpəyi, hətta bədəninin tam örtülməsinə belə pis baxır. Çox arvadlıq müsəlman ölkələrində adi hal hesab olunsa da, digər qeyri-müsəlman ölkələrdə buna çox pis qiymət verilir.

Demək, əqli gözəllik və çirkinlik nisbi və qeyri-sabit məsələlərdəndir. Hər iki məsələ, yəni əxlaqın əsasını əqli gözəllik və çirkinliyin təşkil etməsi və gözəllik və çirkinliyin nisbi olması tamamilə səhv və əsassızdır.

Görək, gözəllik və çirkinlik əxlaqın əsasını necə qoya bilər. Buna cavab tapdıqdan sonra bunun nisbi olub-olmamasına dair söhbət açmalıyıq.

Əxlaqın əqli gözəllik və çirkinlik əsasında qoyulması, heç də İslami tərzi-təfəkkür deyildir. Müsəlman alimlərinin dediklərində bu sözə çox rast gəldikdə belə, bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Belə bir tərzi-təfəkkür İslam aləminə yunanlardan keçmişdir və bunun əsasını yunan filosofu Sokrat qoymuşdur. Sokrat belə bir fikirdə olmuşdur ki, əxlaqın əsasını əqli gözəllik və çirkinlik qoyur. Sokratın özünəməxsus əxlaq məktəbi olmuşdur və deyilənlərə görə, onun əxlaq məktəbi əqli məktəb olmuşdur. Bunun da səbəbi, Sokratın gözəl əxlaqı ağılın yüksək qiymətləndirdiyi, pis əxlaqı isə ağılın qiymətləndirmədiyi və mənfi münasibət bəslədiyi işlərdən ibarət olduğunu hesab etməsi olmuşdur. Demək, Sokrat özünün əxlaq məktəbini ağıl və şüur əsasında qoymuşdur. Onun kitablarını tərcümə edən şəxslər də təbii olaraq fikirlərini də qəbul etmiş və bu haqda mübahisələr aparan İslam alimləri də sözsüz ki, gözəllik və çirkinliyin sabit olmadığını dərk etmişlər. Bəs cavab vermək üçün nəyə görə biz gözəllik və çirkinliyi əxlaqın əsasını təşkil etdiyini hesab etməliyik?! Xeyr, bu heç də belə deyildir.

Tibbin vəzifəsi bədən üzvlərinin normal nəzminə nəzarət etmək olduğu kimi, əxlaqın da üzərinə düşən ən başlıca vəzifə, insanın daxili xüsusiyyətlərinə nəzarət edərək, onları bütün mənfi ünsürlərdən uzaqlaşdırıb, saflaşdırmaqdan ibarətdir. Tibb və əxlaqın əqli gözəllik və çirkinlik əsasında qoyulmadığını necə başa düşək?

Əvvəlki fəsillərdə qeyd etdik ki, insan ruhi baxımdan müxtəlif güc və xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərin hər biri də insanın üzərinə müəyyən vəzifələr qoyur. Yəni insan onların hər birindən nə qədər və necə istifadə edəcəyini bilməli və onlardan nə çox istifadə etməlidir, nə də az. Əgər insan öz ruhi xüsusiyyətlərinə fikir verməzsə, yəni onlardan bəzilərinə diqqət yetirib, bəzilərinə də diqqət yetirməzsə, ruhi iztirab və sarsıntılarla qarşılaşmış olur. Buna da ruhi xəstəlik deyilir. Məsələn, insan daim yemək-içmək barədə düşünərsə, özünütərbiyə və digər vacib şeyləri unudub, nəfsini böyük təhlükə ilə qarşı-qarşıya qoymuş olar. Lazım olduğunda, az yeyib qidalanmasına diqqət yetirmədikdə, başqa bir çətinliklərlə üzləşməli olur. Demək, əxlaqın əsasını sağlam psixologiya (ruh) təşkil edir.

Sağlam ruhun sağlam bədən kimi gözəllik və çirkinliklə heç bir bağlılığı yoxdur. Bədən idmana və enerjiyə ehtiyac duyduğu kimi, insanın ruhu da özünəməxsus idman və enerjiyə ehtiyac duyur. Yəni insan hətta gördüyü hər hansı bir işlə belə öz tərzi-təfəkkürünü tərbiyə etməyə qadirdir. Emil Durkem özünün roman üslubunda yazdığı kitabında bu məsələyə xüsusi diqqət yetirmişdir. Əsərdə haqqında söhbət açılan uşaq, özünəməxsus üsulla böyüdülüb tərbiyə olunur. Məsələn, ona elə bir işlər təklif olunur ki, bu onun ruhiyyəsini möhkəmləndirib, daha da iradəli olmasına köməklik edir. İnsan bəzən fikirləşdiyi şeyə diqqət yetirir, bəzən də yox. Ola bilsin, hər gün məscidə gəlib-gedək, lakin bizdən məscidin daxili və xarici görünüşü haqda məsələn, məscidin hündürlüyü, eni, divarlardakı yazılar barədə soruşulduqda, cavab verə bilməyək. Lakin bunu hər hansı bir rəssam və ya arxiterdordan soruşsaq, bizə bütün bunlar haqda ətraflı məlumat verəcəkdir. Çünki onun gözləri bu kimi şeylərə alışmış və onlara diqqətlə yanaşmağa adət etmişdir. Səsləri isə yalnız böyük musiqiçilər məharətlə bir-birindən ayırd edə bilir. Həkim xəstənin nəbzini tutmaqla, onun xəstəliyini müəyyən edə bilir. Güclü hissiyatlı korların (xüsusilə anadangəlmə korlarlın) hərəkətlərində də müşahidə edə bilərik. {nəyi}

Bir sözlə, bədənin bütün üzvlərinin eyni qaydada inkişaf etməsi lazımdır. Ruhu yüksək insani xüsusiyyətləri - iradə, ağıl, tərzi-təfəkkür eyni qaydada gücləndirib, inkişaf etdirmək lazımdır. Bütün bunlara da əxlaq deyilir. Əxlaqın əsasını, insanın möhkəm iradəsi, şəhvət və nəfsani istəklərinə qalib gələ bilməsi təşkil edir. İnsan o qədər güclü iradəyə malik olmalıdır ki, hər hansı bir iş görməli olduğunu bildikdə, onu yerinə yetirmək üçün qəti qərara gəlməli və onu bu işdən heç nə çəkindirməməlidir. Məsələn, insan namazın vacib olduğunu dərk edib, Allahdan bağışlanmasını və ona kömək etməsini istəyir. O, dan yeri sökülməzdən əvvəl şirin yuxudan durub namaz qılır. Təbiəti ona «yat, istirahət et» desə də, namaz qılmağı hər şeydən üstün tutur. Süfrə arxasına oturduqda, nəfsimiz bizi mümkün qədər çox yeməyə sövq edir. Lakin ağıl və şüurumuz bizə lazımı qədər yeməyi və nəfsimizə güc gəlməyi tövsiyə edir. Əgər güclü iradəyə malik olarıqsa cismani, əxlaqi və iqtisadi zərəri olan siqaretin orqanizmə nə qədər mənfi təsir göstərəcəyini dərk edib onu tərk etməyə nail olarıq. İradə zəif olduqda isə, insanın vərdiş etdiyi bir çox xoşagəlməz adətləri onu özünə tabe edir. Əxlaqı, iradənin nəfsi istəklərə, hava və həvəsə qalib gəlməsi kimi də tərif etmək olar. İradə kimi xoşagəlməz adətlərə deyil, yaxşı adətlərə də hakim olmalıdır. Çünki insanın hər hansı bir yaxşı işə adət etməsi, heç də yaxşı şey deyildir. Məsələn, bilirik ki, namaz qılmalıyıq, lakin namaz qılmaq bizim üçün adət halına düşməməlidir. Bəs necə bilməliyik ki, namaz qılmaq bizim üçün adət halına düşmüşdür, ya yox?

İlahi hökmləri namaz kimi yerinə yetirdiyimizə diqqət yetirməliyikmi? Əgər belə olarsa bilməliyik ki, gördüyümüz işlər yalnız Allaha xatir olmuşdur. Sələmə (faizə) pul verib nafilə namazlarını qılır və əmanətə xəyanət edib eyni zamanda daim Aşura ziyarətlərində iştirak ediriksə bilməliyik ki, ibadətlərimiz Allaha xatir deyil, sadəcə olaraq adət üzündəndir. İmam Əli (ə)-dan nəql olunmuş rəvayətlərdən birində deyilir: «Namaz qılanın rüku və səcdələrini uzatmasına baxmayın». {mənbə yoxdur}

Çünki bəzən onlar bunu adət üzündən edirlər, tərk etdikdə isə, özlərində narahatlıq hissi keçirirlər. Onların kimliyini bilmək istəsəniz, əmanətə sədaqətli olub-olmamalarını yoxlayın. Çünki sədaqət, düzlük namaz kimi adət olunası şey deyildir.

Demək, insanın əxlaq və iradəsi o qədər güclü olmalıdır ki, adət və nəfsani istəklərinə qalib gələ bilsin. Fiqh alimləri bu fikirdədirlər ki, (bunu əxlaq alimləri də təstiq etmişlər) insan bəzi müstəhəbb işləri adət halına almasın deyə, bir müddət onu tərk edib yenidən yerinə yetirməyə başlasa, daha yaxşı olar.

Bir sözlə əxlaqı, bütün güc və xüsusiyyətləri insanın üzərində haqqı olduğu və insan ağıl və iradəsini bütün istəklərinə nəzarət edə biləcək qədər gücləndirə bilməsi kimi mənalandırsaq, artıq müxtəlif zaman və məkanlarda əxlaqın müxtəlif və bir-birindən fərqli olduğunu hesab edə bilmərik. Əxlaqı nisbi hesab edənlər Sokrat kimi fikirləşmişlər, lakin bu heç də belə deyildir. Əxlaqın əsasını əxlaqi gözəllik və ya çirkinlik təşkil etmir. Gözəllik və çirkinliyin də qeyri-sabit və dəyişgən olması həm düzdür, həm də yox. Əllamə Təbatəbai bu barədə geniş təhqiqat işi aparmışdır. Onun fikrincə, əqli gözəllik və çirkinliyin əsası sabit, onun şaxələri isə, dəyişgən və qeyri-sabitdir.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə