Малик башга бир јердә дејир


ON DOQQUZUNCU FƏSİL İBADƏT VƏ PƏRƏSTİŞ – İNSANIN DƏYİŞMƏZ EHTİYACI



Yüklə 1,54 Mb.
səhifə19/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

ON DOQQUZUNCU FƏSİL

İBADƏT VƏ PƏRƏSTİŞ – İNSANIN DƏYİŞMƏZ EHTİYACI


«Barı hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün) qalsın»42.

Hər bir önsan tənqidi tərzi-təfəkkürə yiyələnməlidir. Lakin tənqidi tərzi-təfəkkür dedikdə, heç də kiminsə və ya nəyinsə eybini üzə çıxarmaq nəzərdə tutulmur.

Tənqid, sözün əsl mənasında məhək daşının rolunu oynayır. Yəni düzü əyridən ayırd etmək üçün biz tənqid etməyi bacarmalıyıq. Məsələn, hər hansı bir kitabı tənqid etdikdə, biz heç yalnız onun mənfi xüsusiyyətlərini üzə çıxarmaq fikrində olmamalıyıq. Bizim ən başlıca məqsədimiz, oxucunu kitabın mənfi müsbət xüsusiyyətləri ilə tanış etmək olmalıdır. {məntiqi uyğunsuzluq} İnsan başqalarından eşitdiyi hər bir şeyi tənqid etməyi bacarmalı, araşdırmalıdır. Bəzən hər hansı bir cümlə və ya ibarət xüsusilə gözəl bəyan edildikdə, camaat arasında şöhrət tapır. Lakin bu heç də bizim onu hökmən qəbul edəcəyimizə dəlalət etmir. Dini məsələlərdə bu məsələyə daha çox diqqət yetirməli və insan tənqidi olmağı bacarmalıdır. Peyğəmbər (s)-dan nəql etdiyimiz hədisin özü bu mətləbə dəlalət edir. Hədisdə deyilir: «Məndən eşitmədiyiniz hədisi Quranla müqayisə edin. Əgər Quranla müvafiq olarsa, onu qəbul edin, müxalif olduqda isə, kənara qoyun».

İmamlardan biri İsa Peyğəmbər (ə)-dan nəql edir: «Elm öyrəndikdə üzərinizə düşən ən başlıca vəzifə ona məntiqi tənqidlə yanaşıb, təhlil etməyinizdir. İstər düzdür desinlər, istərsə də səhv, kor-koranə ona təslim olmayın. Kəhf surəsinin 14-cü ayələrində deyilir: «(Ya Məhəmməd!) Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar, Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini (imanını, səbatını, və bəsirətini) artırmışıq. Onlar (Rum qeysəri bütpərəst Diqyanusun hüzurunda) durub, «Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə (Allahdan başqalarına tapınacağıq, söyləmək) küfr danışmaqda həddi almış, ifrata varmış alarıq” -dedikdə zaman onların ürəklərinə qüvvət, mətanət vermişdir».

Ayədə haqqında söhbət açılan mömin gənclər haqda müxtəlif fərziyələr irəli sürülmüşdür. Bəziləri onların qızıl-gümüş alver ilə məşğul olduqlarını hesab etsələr də, bu həqiqət deyildir.

Onlar olduqca savadlı və qəlbləri iman nuru ilə dolu hikmət sahibləri olmuşlar. Başqalarından eşitdikləri hər bir sözü kor-koranə qəbul etməyib, araşdırır və düzgün nəticə çıxarırdılar.

Bir qədər əvvəl Əli (ə)-a mənsub edilən hədisə işarə etdik. Siz bu ibarətlərin nə qədər gözəl və ürəyə yatımlı olduğunun şahidi oldunuz. Bir çoxlarının onu ümumiyyətlə qəbul etmələrinə səbəb olan da məhz bu olmuşdur.

YENİYETMƏLİK İLLƏRİNDƏN BİR XATİRƏ


Yadıma bir əhvalat düşdü: «14-15 yaşlarında idim, ərəb qrammatikasından bir qədər oxumuşdum. Xorasan hadisələrindən sonra Məşhədin dini elmi mədrəsəsi, demək onlar ki, tamamilə dağılmaqda idi. Baş verən hadisələri görən hər bir şeyx belə güman edirdi ki, bundan belə ruhaniyyətdən artıq heç bir əsər əlamət qalmayacaqdır. Elə bir şərait yaranmışdı ki, yazıçılığa böyük ehtiyac duyulurdu. Məndən bir məqalə yazmağımı istədilər, mən də yazıb məqaləni onlara verdim. Orada yüksək məsul vəzifədə çalışan bir şəxs məqaləmi oxuyub, mənə diqqətlə baxdı. Gördü ki, başdan ayağadək ruhaniyyət aləminin vurğunuyam. Sonra nəsihət edərək dedi: «Qum, Nəcəf və sair yerlərə gedib yüksək məqama çatmaq dövrü artıq arxada qalmışdır. Əli (ə) buyurmuşdur: “Övladlarınızı zamana uyğun olaraq tərbiyə edin”. Məgər indi kasa arxasında oturanlar sizdən artıqdır və ya göydən düşmüşdürmü?

Dediklərini unudub qarşıma qoyduğum hədəfin ardınca düşdüm. Quma gəlib 15 il dini mədrəsədə təhsil aldım. Sonra Tehrana qayıdıb özümün “Fəlsəfə əsasları” adlı ilk əsərimi nəşr etdirdim. Həmin şəxs sonralar parlamentin sədriliyinədək ucaldı.

O, olduqca zirək və bacarıqlı bir şəxs idi. Cavanlıqda vəziyyəti yaxşı olmasaydı da, getdikcə yaxşılığa doğru gedirdi. Həmin əhvalatdan on səkkiz il keçmişdi və mənə etdiyi nəsihəti unutmuşdu. “Fəlsəfə əsasları”nı oxuyub çox bəyənmişdi. Getdiyi hər yerdə həmin kitabı tərif edirdi. Hətta günlərin biri mənim özümü görüb, tərif etməyə başladı. Öz-özümə dedim: «Sən həmin şəxs deyilsən ki, on səkkiz il bundan əvvəl mənə bu yolu tutmamağı tövsiyə edirdin? Əgər o vaxt sənin sözünə qulaq assaydım, indi mən də adi dəftərxana işçilərindən biri idim».

Bütün bunları deməkdə əsas məqsəd, bəzi cümlələrin insanların qarşılaşdıqları hadisələrdə uğurlu və ya uğursuz olmasıdır. Belə ki, bəzi cümlələr bir o qədər böyük əhəmiyyət kəsb etməsə də, insanlar arasında geniş şəkildə yayılır və dillər əzbərinə çevrilir. Lakin böyük əhəmiyyət kəsb edən dərin mənalı cümlələr insanlar arasında özünün həqiqi yerini tapmır.

«Övladlarınızı özünüz kimi tərbiyə etməyin» cümləsini də uğur qazanmış, bir o qədər də böyük əhəmiyət kəsb etməyən cümlələrə aid etmək olar. Bir qədər əvvəl qeyd etdik ki, onu bu günlər istifadə olunan mənada işlətmək, tamamilə səhv və əsassız olardı. Lakin başqa bir düzgün məna daşıya bilər.

ADƏT-ƏNƏNƏLƏRİN İKİ NÖVÜ


Daha sonra əxlaqla bacarıq arxasında mövcud fərqə işarə edib, bacarığın iki hissədən ibarət olduğuna işarə etdik. Bu günlər bəzən həmin bacarığa sənət deyilir. Əxlaq, ruhi xüsusiyyətlər və əxlaq adlanan ruh qüvvəsinə verilən nizam ilə yanaşı, insan zəmanəsinin ehtiyac duyduğu, hər hansı bir elm və sənət ki, onunla həm özünə, həm də bəşəriyyətə xeyir verə bilsin. Elm və sənətdə də insan zamana tabe olmalıdır.

Əgər «övladlarınızı öz adət-ənənələrinizlə tərbiyə etməyin» və ya «övladlarınızı öz sənətinizə yiyələndirməyin» deyilirsə, zamanın qeyri-sabit və daimi dəyişiklikdə olduğu nəzərdə tutulur. Qeyd etdiyimiz kimi insan təəssübkeşlik edərək, daha gözəl elmi sahələr və sənət olduğu bir halda övladını öz sənətinə yiyələnməyə vadar etməlidir.

O ki, qaldı adət-ənənələrə onlar da iki hissədən ibarətdir. Onlardan bir qismini dini adət-ənənələr təşkil edir. İslamın sünnət adı altında bəyan etdiyi hər bir məsələyə yanaşmalı və qanun tək keşiyində durmalıyıq. Məsələn, Əgər İslam yemək yeməkdən əvvəl və sonra əlləri yumağı, tikəni kifayət qədər çeynədikdən sonra udmağı, yeməyə başlamazdan əvvəl “Bismillah” və qutardıqdan sonra “Əlhəmdulillah” deməyi, yemək yeyərkən tələsməməyi tövsiyə edirsə bilməliyik ki, burada ilahi bir hikmət vardır. Öz davamçılarının maddi və mənəvi məsələlərini nəzərə alan müqəddəs İslam dini, onların səhhətini də nəzər alaraq, müəyyən qanun və qaydalar tərtib etmişdir və bu qanunlar müəyyən zaman və məkana deyil, bütün dövr və məkana şamildir.

Nəql olmuş hədislərdən birində deyilir: «Əli (ə)-ın əkin sahəsi var idi. Əbi Nəyzər” adlı bir şəxs deyir: «Günlərin biri Əli (ə) oraya gəlib əlinə külüng alaraq, quyu qazmağa başladı. Bir neçə saat sürətlə işlədikdən sonra qantər içində quyudan çıxıb buyurdu: «Yeməyə bir şey varmı?». Dedim: «Bəli, bir az kədu var, istəyirsinizsə gətirim». Buyurdu: «Çox yaxşı, gətir».

Sonra əl-üzünü yumaq üçün çaya tərəf getdi. Yuyunduqdan sonra su içmək istədikdə dedi: «Əllərim ən gözəl su qabıdır». Bunu deyib əllərini suya saldı». {mənbə yoxdur}

Suyu əllə içmək, dəstamaz alarkən ağızı, burunu su ilə yaxalamaq, dişləri fırçalamaq müstəhəb işlərdəndir və bunun artıq zaman və məkanla heç bir bağlılığı yoxdur.

Haqqında söhbət açdığımız məsələlər isə, zaman və məkanla sıx əlaqəlidirlər.

Diqqət yetirmək lazımdır ki, güman edirlər ki, İslam ictimai din olduğu üçün bütün cüzi məsələlərdə qanun və qaydalar müəyyən etməlidir. Əksinə olaraq, İslam ictimai din olduğu üçün bir çox məsələlərdə qanun müəyyən etməmişdir. İslamın müəyyən etdiyi qanun bundan ibarətdir ki, insan azad bir varlıq kimi qarşılaşdığı gündəlik məsələlərini zamanın tələblərini nəzərə alaraq aradan qaldırmış olsun.

Bu məzmunda nəql olmuş hədislərdən birində deyilir: «Allah, insanların azad olmasını və onları öz ixtiyarına qoyduğu işləri sevir». {mənbə yoxdur} Yəni insan özündən yeni bir şey əlavə etmədən, öz ixtiyarına qoyduğu məsələləri müstəqil olaraq həll edib, qarşılaşdığı çətinliklərin öhdəsindən gələ bilsin.

Əli (ə) buyurur: «Allah bəzi şeyləri sizlərə vacib etmişdir, onları tərk etməyin. Bəzi şeyləri də sizlərə yasaq etmişdir, onlara da yaxın durmayın. Bəzi məsələlərdə də sizlərə heç bir hökm verməmişdir. Əlbəttə o, bunu unutmamış və sizləri öz ixtiyarınıza azad buraxmamışdır. Allahın insanların öz ixtiyarına azad buraxdığı məsələlərə dəxalət edərək, müəyyən qanunlar çıxarmayın».{mənbə yoxdur}

Demək, qeyd etdiyimiz mətləb insanların adət-ənənələri ilə əlaqəlidir. Beləki, insanlar həmin adət ənənələri həyata keçirməklə, heç nə dəyişilmir. Allah-təala insanları bu kimi məsələlərdə öz ixtiyarına qoymuşdur. Lakin bəşər ondan ayrılmayan özünəməxsus bir xüsusiyyətə malikdir. Bu da onun təm-təraqlı olan meylidir. Bunun isə bir sirri vardır.

PƏRƏSTİŞİN MƏNASI


Söhbəti yekunlaşdırıb yeni bir mətləb haqqında söz açmaq istərdim. O da bəşəriyyətin daim ehtiyac duyduğu və zaman və məkanın dəyişilməsinə baxmayaraq, daim sabit qalan pərəstiş və ibadətdir. İbadəti biz necə tərif edə bilirik? İbadət, insanın, onu yaradan və daim ehtiyac duyduğu varlığa qarşı olan batini hissinə deyilir. Sözün əsl mənasında ibadət insanın batinindən onu yaradan varlığa doğru etdiyi şeyə deyilir. İbadət insan ruhunun ehtiyac duyduğu bir həqiqətdir. Bu ehtiyaca göz yummaq, insan həyatını öz təadülündən xaric edir. Məsələn, yükləmək istədiyimiz heyvanın bir tərəfinə az, digər tərəfinə isə çox yük yığarıqsa, heyvan öz təadülünü itirib, yol getməyə belə çətinlik çəkəcəkdir.

İnsanın vücudunda boş qalan yerlər çoxdur. Onun qəlbində bir çox şeylərə yer vardır. Ehtiyacları aradan qalxmadıqda, özü-özlüyündə iztirab hissi keçirir. Bir qədər əvvəl qeyd etdik ki, insan bütün ömrünü ibadətlə keçirib digər ehtiyaclarını aradan qaldırmadıqda, narahatçılıq hissi keçirir. Bunun əksi də eyni nəticəni verir. Yəni ömrünü maddiyatla başa vurub mənəviyyata göz yuman hər bir şəxs, böyük ruhi və mənəvi sarsıntılarla üzləşməli olur.

Cəvahirlər Nehru cavan yaşlarında dinə, məzhəbə etiqadı olmayan bir şəxs idi. Lakin ömrünün son illərində onda böyük dəyişiklər baş verməyə başladı. O, özü etiraf edirdi ki, daxilimdə elə bir boşluq hiss edirəm ki, onu mənəviyyatdan başqa heç bir şeylə doldurmaq olmaz. Aləmdə vücuda gəlmiş belə bir iztiraba səbəb olan amil, məhz mənəviyyatın zəifləyib aradan getməsidir. Nehru deyir: «Sovetlər Birliyinin əhalisi nə qədərki aclıq çəkirdi, artıq heç nəyi düşünmürdü. Elm təhsil fikrinə düşüb, məişətlərini orta səviyyəyə çatdırdıqdan sonra artıq başqa bir çətinliklə, yəni mənəvi sarsıntı və iztirabla üzləşməli oldular. İşdən sonra və ya işsizliklə qarşılaşdırdıqda, bu hiss onları daha da narahat edirdi». Nehru sözlərinə əlavə edərək deyir: «Güman etmirəm ki, onlar mən özümdə hiss etdiyim bu boşluğu qeyri-mənəvə şeylərlə doldura bilsinlər».

Demək, insan ibadət və pərəstişə böyük ehtiyac duyur. Dünyada pisxoloji sarsıntıları artmasına səbəb olan da insanların ibadətdən uzaq düşməsidir. Biz bunu çox vaxt nəzər almırıq. Lakin dəqiq bilin ki, bu belədir. Yemək, təmiz hava və su hər insanın sağlamlığı üçün lazım olduğu kimi, namaz da ruh və mənəviyyatın saflaşması üçün lazım və zəruridir. Əgər insan gündə heç olmasa, bir saat öz Pərvərdigarı ilə ünsiyyətdə olarsa, ruh və mənəviyyatını nə qədər gücləndirmiş olar.

Namaz insanın ruhuna mənfi təsir göstərən ünsürləri onun vücudundan xaric edir. Söhbətlərimin birində qeyd etdim ki, İslama ictimai din yox, əxlaq, təlim tərbiyə, mənəvi saflıq dini deyin. İslam hər şeyi əhatə edir. Onun təlimləri ictimai təlimlərdən daha üstündür. Hədid surəsinin 25-ci ayəsində deyilir: «And olsun ki, biz Peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab ədalət tərəzsi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər».

Başqa bir yerdə deyilir: «(Əksəriyyəti yazıb oxumaq bilməyən) ümumi ərəblərə özlərindən Peyğəmbər göndərən Odur. Bu Peyğəmbər (əvvəllər haqq yoldan açıq aşkar azsalar da) Allahın ayələrini oxuyar, onları, (günahlardan, şirk küfr çirkabından) təmizləyər, onlara kitabı hikməti (Quranı şəriəti) öyrədər»43.

İslam ictimai təlimlərə bu qədər əhəmiyət verməklə, ibadət və pərəstişin dəyəri azalmışdırmı? Əsla! İslam nəinki ibadətin dəyərini azaltmamış, əksinə olaraq, onun hər şeydən çox əhəmiyyət kəsb etdiyini bəyan etmişdir.

İBADƏT İSLAM TƏLİMLƏRİNİN SƏRLÖVHƏSİ


İslam nöqteyi-nəzərindən hər şeyin əsasını ibadət təşkil edir. Əgər ibadi məsələlər düzgün həyata keçirilərsə, həm əxlaq, həm də ictimaiyyətə yönəlmiş olar. Əks təqdirdə, onların hər ikisi böyük çətinliklərlə üzləşməli olur. Əgər kimsə ibadət etmədən, əxlaq və ictimai məsələlərdə müsəlmançılıq iddiası edərsə, bilin ki, iddiası boş və əsassızdır.

Namaz qılmayan hər hansı bir şəxsi həqiqi müsəlman hesab edə bilmərik. Əli (ə) buyurur: «Allaha iman gətirdikdən sonra namazdan üstün ibadət yoxdur». Peyğəmbər (s) buyurur: «Namaz, evlərdən çıxan və insan gündə beş dəfə onda yuyulan isti çeşməyə bənzəyir».

Əli (ə) Nəhcül-bəlağədə buyurur: “Namaz qılın və onun keşiyində durun”44.

Taha surəsinin 132-ci ayəsində Allah-təala buyurur: «Əhlinə (Əhli-Beytinə ümmətinə) namaz qılmağı əmr et, özündə ona (namaza) səbrlə davam et».

Digər iki ayədə deyilir: «(Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzəndə üçdə birini amaz qılırsan»45, «Ya (Məhəmməd!) Gecənin bir vaxtı durub, ancaq sənə xoş olan əlavə (təhəccod) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) göndərsin».

İbadətsiz kiminsə kamil insan olması qeyri-mümkündür. Həzrət Məhəmməd (s) gününün böyük bir hissəsini ibadətlə keçirir və Allah-təaladan bağışlanmasını diləyirdi. İmam Sadiq (ə) buyurur: “Elə bir məz pis olmazdı ki, Peyğəmbər (s) orada heç olmasa «Əstəğfirullahi Rəbbi və ətubu iləyh» deyərək, Allah-təaladan bağışlanmasını diləməsin».

Əli (ə) həm rəhbərlik edir, həm də gecələrini sübhə dək ibadətlə keçirirdi. Vəfat etdikdən bir neçə il sonra onun yaxın tərəftarlarından olan Udey İbni Hatəm adlı ir şəxs Müaviyənin yanına gəlir. Müaviyə bilirdi ki Udey Əli (ə)-ın yaxın səhabələrindən biri olmuşdur. Bunun üçün də elə bir iş görmək istəyirdi ki, Əli (ə)-ı onun gözündən salsın. Edey saraya daxil olduqda, dərhal Müaviyə ondan soruşur: Udey! Bəs oğlanların hanı? (Udeyin üç oğlu Əli (ə)-ın ordusunda iştirak etmiş və müxtəlif döyüşlərdə şəhadətə nail olmuşdular və Müaviyə bunu çox gözəl bilirdi) Udey dedi:


  • Əmirləri Əli (ə)-ın bayrağı altında küfr etdiyin zaman, səninlə döyüşmüş və şəhid olmuşlar.

  • Əli öz oğlanlarını saxlayıb, sənin oğlanlarını ölümə verməklə, sənin barəndə insafsılıq etmişdir.

  • Müaviyə! Əgər düzünü bilmək istəyirsənsə, insafsızlıq edən o yox, mən olmuşam. İndi Əli (ə) torpaqlar altında yox, gərək mən olaydım. Kaş mən öləydim, amma Əli (ə) sağ olaydı.

Müaviyə oxunun başa çıxdığını görüb, bir qədər yumşaldı və dedi:

  • Udey, sən Əli ilə çox olmusan, danış görüm, o necə adam idi, nə işlər görərdi?

  • Məndən bu şeyi istəmə.

Müaviyə israr edərək, Əli (ə) barədə danışmasını istədi. Udey dedi:

  • İndiki belədir, deyəcəyəm. Amma bil ki, bunu sən istədiyin üçün yox, həqiqət aşkara çıxmaq üçün deyirəm. Əlinin xüsusiyyətlərindən biri hikmət sahibi olması idi. O, zəiflərin qarşısında zəif, zülümkarların müqabilində isə qüdrətli idi. Daim bizim aramızda olmasına baxmayaraq, nə təkəbbürlük edər, nə də özünü kimdənsə üstün tutardı. İstər-istəməz onun qarşısında icazəsiz danışa bilməzdik. Öz gözümlə gördüyüm haqda danışmaq istərdim. Günlərin biri Əli (ə) ibadət edərkən Allahdan bağışlanmasını diləyib sonra saqqalından tutub dedi: Uf! Uf! Uf ey dünya səndən! Ey dünya başqasının ardınca get!

Müaviyə, Udeyin sözlərinin təsiri altına düşüb, daş ürəyi yumşaldı və paltarının ətəyi ilə göz yaşını sildi və dedi:« Dünya özündə bir daha Əli kimisinə yer verməyə qadir deyildir. Əli (ə), düşməni onu tərif edən bir şəxsiyyət idi».


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə