Малик башга бир јердә дејир


ON SƏKKİZİNCİ FƏSİL ƏXLAQ VƏ ƏDƏB QAYDALARININ NİSBİLİYİ



Yüklə 1,54 Mb.
səhifə18/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

ON SƏKKİZİNCİ FƏSİL

ƏXLAQ VƏ ƏDƏB QAYDALARININ NİSBİLİYİ


«Barı hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün) qalsın»41.

Bu hədisi Əli (ə)-a mənsub etmişlər: «Övladlarınızı özünüz kimi tərbiyə etməyin, çünki onlar başqa dövrün adamlarıdırlar».

Yəni siz indinin, onlar isə gələcəyin adamlarıdırlar. Yiyələndiyiniz əxlaq və xüsusiyyətlər yaxşıdır, lakin sizin öz dövrünüzə aiddir. Onların yiyələnməli olduqları əxlaq və xüsusiyyətlər isə, gələcəyin tələblərinə cavab verməlidir.

Burada iki sual meydana gəlir. Hədis doğrudan da Əli (ə)-ın sözləridirmi? Görəsən, sənəd baxımından mötəbərdirmi? Fərz edək ki, kim tərəfindən deyildiyi bizə məlumdur, məna və məfhumu əsaslı ola bilərmi?

Cavab: İstər Nəhcül-bəlağəyə, istər dörd mötəbər hədis məcmuəsinə, istərsə də sonralar təlif olunmuş hədis kitablarına nəzər saldıqda, belə bir hədisi hətta zəif hədislər arasında nəql olunmadığını görürük. Bu hədis son vaxtlarda meydana gəlmişdir. Yəni son 50-60 il bundan əvvəl. Çünki yüz il bundan əvvəl təlif olunmuş hədis kitablarında belə bir məzmunda hədislə qarşılaşmaq qeyri-mümkündür. Bir neçə il bundan əvvəl qədim tarix kətablardan birini, yəni “Naşxuttərix” adlı kitabı mütaliə edərkən, təsadüfi olaraq Əflatunun şər-halı ilə qarşılaşdım. Orada Əflatunun dediyi bu sözlər də qeyd olunmuşdur: «Uşaqlarınızı özünüz kimi tərbiyə etməyin, çünki onlar başqa dövrün adamlarıdırlar». Onda başa düşdüm ki, bu sözləri Əli (ə)-a aid edən ya səhv üzündən və ya qərəzli olaraq demişdir. Hər hansı bir cümlə və ya ibarətin dini rəhbərlər tərəfindən buyurulmadığını bildikləri bir halda, özlərini müsbət qiymətləndirdirdikləri hər hansı bir mətləbi camaat rəğbətlə qarşılasın deyə, onu dini rəhbərlərdən birinə mənsub etmişlər.

Bizə məlum olduğu qədər bu hədis Əli (ə)-ın sözləri olmamışdır. Lakin Əli (ə)-ın bütün buyurduqları bizə gəlib çatmadığı üçün qətiyyətlə onun belə bir şey buyurmadığını deyə bilmərik. Bunu deyə bilərik ki, əldə olan heç bir mötəbər mənbədə bu məzmunda bir dənə də olsun hədis nəql olunmamışdır. Bu səbəbdən də hədisin Əli (ə)-a mənsub olub-olmaması haqda söhbət açmaq istəmirik. Bəs belə bir ibarət özü-özlüyündə əsaslı ola bilərmi?


ƏXLAQ QAYDALARININ NİSBİLİK NƏZƏRİYYƏSİ


Bu məsələ, qədim zamanlardan bəri və indinin özündə də «nisbi əxlaq» adı altında bir çox alim və filosofları özünə cəlb etmişdir. Nisbi əxlaq hər hansı bir sifət və xüsusiyyətin qəti olaraq müsbət və ya mənfi qiymətləndirilə bilmədiyini deyilir. Yəni hər bir sifət və xüsusiyyət zaman və məkanda müsbət, müəyyən zamanda və məkanda isə mənfi qiymətləndirilir. Belə bir nəzəriyyə özünə bir çox tərəftar tapa bilmişdir.

Bununla yanaşı «nisbi əxlaq» adlanan başqa bir mövzuda meydana gəlmişdir. Nəzəriyyə tərəftarları deyirlər: «Ədalət hamının müsbət qiymətləndirdiyi bir məfhumdur». Lakin ədalət mütləqdir, ya nisbi?

Mütləq dedikdə, hər hansı bir işin bütün zaman və məkanda ədalətli olması nəzərdə tutulur. Bəlkə də «övladlarınızı özünüz kimi tərbiyə etməyin» deyən şəxs, nisbi əxlaqı özü üçün yaxşı olsa da, uşağının xoşuna gəlməyə də bilər.

Nisbi əxlaq və ədalət barədə bir qədər sonra söhbət açacağıq. Burada yalnız bunu qeyd etmək istəyirəm ki, nisbi əxlaq yalan və əsassız bir şeydir. Yəni üzərinə əxlaq adı qoyulan hər bir şey, heç də nisbi deyildir. Lakin cümlənin başqa bir mənası da ola bilər. Bu səbəbdən “tərbiyə verməyin” kəlməsini izah etməliyik.


ƏXLAQ VƏ ƏDƏB QAYDALARININ FƏRQİ


Biz bir sıra davranış tərzinə əxlaq, bəzilərinə isə, ədəb-ərkan deyirik. Bu iki şey bir-birindən bir qədər fərqlidir və biz hər şeydən əvvəl onlar arasında olan fərqi bilməliyik.

Əxlaq insanın özünə aiddir. Yəni əxlaq onun öz təbiətini dəyişib, islah etməsinə deyilir. İnsan müxtəlif təbiətə malikdir.

Qədim alimlər belə bir fikirdə idilər ki, insan üç əsas qüvvəyə malikdir (bəziləri dörd əsas qüvvəyə yiyələndiyini hesab etmişlər):


  1. Ağıl;

  2. Şəhvət (yalnız cinsi şəhvət nəzərdə tutulmur);

  3. Qəzəb.

Onlar belə hesab edirdilər ki, şəhvət qüvvəsi insanı mənafei naminə çalışmağa vadar edir. Qəzəb qüvvəsi (qəzəb dedikdə, yalnız əsəb nəzərdə tutulmur) insanı ona xeyirli və ya zərərli olan şeyləri bir-birindən ayırmağa vadar edir.

İnsanın cismində özünümüdafiə qüvvəsi olduğu kimi, ruhu da belə bir qüvvəyə malikdir. Yemək yeyərkən tikəsini çeynəyir, udğunduqdn sonra yemək mədəsinə daxil olur. Yemək mədədə həzm olur, oradan bağırsaqlara keçir və onun divarlarına cəzb olur. Yeməyin bir cismi isə bədənə lazım olmadığı üçün başqa bir qüvvə ilə bayıra ifraz olur. Ruh da belə bir xüsusiyyətə malikdir.

İnsanın bədənində «ağıl» adlı başqa bir qüvvə də mövcuddur. Bu üç qüvvənin hər biri öz işini görür. Məsələn, şəhvət qüvvəsi ilə yemək yeyir və bədənə ləzzət verən bəzi işlər görür və onunla artıq heç bir iş görmür. Çünki qüvvə ilə yalnız cinsi əlaqəyə olan ehtiyacını aradan götürür. Qəzəb qüvvəsi ilə də, eyni qaydada.

Lakin insan bu qüvvələrin hər birini nizama salmalıdır. Əgər onlardan birini sərbəst buraxıb nəzarət etmirsə, çox keçmədən verdiyi acı nəticələrlə üzləşməli olacaq. Məsələn, hər hansı bir (qeyri-əxlaqı) mənzərəni görmək və ya (halal olmayan) yemək şeylərindən birini yemək, insana ləzzət bəxş edə bilər. Lakin hər şey bununla bitmir. Bütün bunların insanın bədəninə (ruhuna) qoyduğu təsirə diqqət yetirmək lazımdır. Bunun üçün də insan bütün təbii xislətlərini və üçlük təşkil edən qüvvənin cilovunu əlində saxlamalı və onları nizama salmalıdır.

Bir sözlə, insan hər bir daxili qüvvəsini ağıl və şüurunun nəzarəti altında saxlanmalıdır. Nəql olmuş rəvayətlərdə də bu qüvvələrin hər birinin müəyyən payı olduğuna işarə olmuşdur.

Demək, insan nə onları öhdəsinə düşən paydan məhrum etməli, nə də onları tamamilə sərbəst buraxmalıdır.

İnsan təklikdə bütün bunların öhdəsindən gəlmədiyi üçün dinin üzərinə düşən əhəmiyyətli məsələlərdən biri də budur. Din bu vəzifənin üzərinə düşməsi ilə insanın batini qüvvətlərinin hər birinin payına düşən hər bir şeyi müəyyən edir. Biz bunu əxlaq adlandırıq. Əlbəttə, əxlaq yalnız bundan ibarət deyildir. Yəni əxlaqın pis olması yalnız batini qüvvələrin birinin payına az, digərinin payına isə çox düşməsindən irəli gəlmir. Beləki, onlardan birinin payına düşəni azaltmaq, digərini isə çoxaltmaq başqa problemlər meydama gətirir. Əgər cəmiyyət üzvləri daxili qüvvələrdən biri hər şeylə təmin, digəri isə hər şeydən məhrum olarsa, həm hər şeylə təmin olunan, həm də hər şeydən məhrum olan qüvvələr böyük çətinliklərlə qarşılaşar.

Nəticədə, hər iki tərəf öz mənfi təsirini qoyacaqdır. İlk zaman həddən artıq hər şeylə təmin olan şəxslər tərəfindən vurulmuş olur.

Onlar adətən xoşa gəlməz əxlaq və ədəb-ərkana yiyələnərlər. Bu xüsusiyyət onların özlərində biruzə verməsə də, övladlarında hökmən özünü biruzə vermiş olur. Belə şəxslər üç-dörd nəsildən artıq davam gətirmirlər. Hər şeydən məhrum olan təbəqənin mənfi təsir qoymasına səbəb olan isə, çəkdiyi zəhmətdən başqalarının bəhrələnməsini görməkdən irəli gəlir. Bu kimi hallarda onlara qarşı qəlblərində kin küdrət yaranır. Sonralar baş verən qətl, qarət və sair ağır cinayətlərə səbəb olan da məhz budur.

Bəzən görürük ki, xidmətçinin evin bütün ailə üzvlərini amansızcasına qətlə yetirir. Səbəbi isə məlumdur. O, zadəgan həyatı keçirən ailə üzvlərinin naz-nemət içində üzdüyünü və eyni zamanda, özünün bütün bunlardan məhrum olduqlarını görüb, narahat olur və bütün bunlar üst-üstə yığılıb, həmin şəxsin belə bir ağır cinayətə əl atmasına səbəb olur. Onlar əsla ağıllarına belə gətirməzdilər ki, onun gözləri önündə var-dövlətlərindən belə istifadə etmələri, bu cür ağır nəticə verə bilər.

Bütün bunlar insanın nəfsani qüvvəsində də baş verir. Yəni əgər insan öz batini qüvvələrindən bəzilərini ac, bəzilərini isə tox saxlayarsa, ac saxladığı qüvvələr tox qüvvələrinə qarşı qiyam edər və bu da insanın məhvinə səbəb olar.

İslamda bütün qüvvələrin paylarına düşən tələblərinndən məhrum etməməyi məhz bu səbəbdən tövsiyə edir. Əgər insan «Ruhun var cismin var deyirsə» bilməlidir ki onların hər birinin payına düşən haqqı vardır və onları öz haqlarından bundan məhrum etməlidir.

Əgər insanın həm ibadətə, həm də cinsi əlaqəyə ehtiyacı olarsa, bilməlidir ki, ibadətlə məşğul olmaqla yanaşı, şəhvətini boğub, özünü qanuni cinsi fəaliyyətdən məhrum etməməlidir. Necə ki, bunu keşişlər də bilsinlər. Onlar keşişin evlənməsini qəti olaraq haram hesab edirlər. Necə ? {sual natamamdır}

Sualın cavabı artıq məlumdur. Deyilənlərə görə, Rus çarparından biri, kişilərdən birinin haramzadə övladlarından olmuşdur.

Bir neçə il bundan əvvəl qəzetlərdən birində belə bir xəbər dərc olunmuşdu. Avropa keşişlərindən biri bir neçə il evinin zirzəmisində bir neçə qadın saxlamış və oranı haramxanaya çevirmiş, lakin uzun müddət onun bu işindən kimsə xəbərdar olmamışdır.

Belə bir cərəyan insan bədənində baş verir.

İnsan öz təbii xüsusiyyətlərini əxlaqı ilə nizama salır. Zaman dəyişdikdə necə, onun batini xüsusiyyətləri, yəni təbiəti, gözün, nəfəsin, və insanın şöhrətpərəstliyi də dəyişirmi? İnsanın bədənində baş verməli olan belə bir bölgü dəyişilə bilərmi? Deyə bilərikmi ki, övladlarınızın payına düşən, sizin payıza düşəndən fərqlidir? Xeyr! Daim olduğu kimi qalır çünki dəyişilən insan deyildir. Əgər yüz il bundan əvvəlki insan təbiət batini xislətlər baxımından bu günki insanla fərqli olardı. Lakin insan bu nöqteyi-nəzərdən sabit və dəyişilməzdir.

MÜXTƏLİF PEŞƏ VƏ SƏNƏTLƏRƏ AİD OLAN QAYDALAR


Bacarıq adlanan başqa bir məsələyə də işarə etməliyik. Bacarıq dedikdə, insanın gündəlik ehtiyaclarını aradan qaldırmaq üçün savad və müxtəlif sənətə yiyələnməsi nəzərdə tutulur. Məsələn, yazı yazmağv ehtiyac duyur. Bunun üçün o, ilk növbədə hərflərin yazılış qaydasını və onları biri-biri ilə əlaqələndirməyi öyrənməlidir. Bütün bunlar insanın savadlı olmasına dəlalət edir. Peyğəmbər (s) buyurur: «Atanın üzərinə düşən vəzifələrdən biri , oğluna yaxşı ad qoyub, ona yazmağı öyrədib yetginlik yaşına çatdıqda, evləndirməkdir». Demək yazı savadın, üzgüçülük, at minmək bacarığı, dərzilik isə sənətin bir növüdür.

Bütün bunlar zaman dəyişdikcə öz əhəmiyyətini itirir və ya yerini başqa bir şey ilə əvəz edir. Bu səbəbdən hər bir şəxs övladlarını zamanın ehtiyac duyduğu sənət, elm və s.-ə yiyələndirmilidir. Əgər bir zamanlar bütün işlər əl yazmaları ilə görmüşdüsə, zaman dəyişməklə çap maşınları, kompüter və s. müasir vasitələr meydana gəlmişdir. Uşaqların təlim və tərbiyə olunmasında bütün bunlara diqqət yetirmək və onları zamanın tələbləri ilə tanış etmək lazımdır. Əvvəllər nəqliyyat vasitəsi olaraq at, dəvə və s.-dən istifadə olunduğu üçün atalar övladlarına at sürməyi öyrədirdilərsə, bu günlər onlara maşın və digər müasir nəqliyyat vasitələrini idarə etməyi öyrətməlidirlər.

Bu kimi işlərdə artıq kimsə təəssübkeşlik edərək, öz ata-baba adət-ənənələrinə sadiq qalmağa səy etməməlidir.

Məsələn, biri ömrünün sonunadək ədviyyat satmışsa, övladını da bu sahəyə yönəltməyə çalışmamalıdır. Bilməlidir ki, hal-hazırki müasir dövrdə həm özü, həm də başqaları, həm də dünyası, həm də axirəti üçün faydalı olan müxtəlif sahələr vardır. Belə bir addım atmaq, artıq insanın cəhalət və nadanlığından xəbər verir. Əxlaq necə, zamanın tələb və ehtiyacları ilə əvəz olurmu? Xeyr! Bəs zamanın tələbləri necə, insanın elm və bacarığını əvəz edirmi? Bəli. Millətlərin müxtəlif adət-ənənələri yuxarıda qeyd etdiyimizin bir hissəsini təşkil edir.

Hər bir millətin özünə məxsus evlənmə, qonaqlıq mərasimləri vardır. Biz onlara qətiyyətlə nə yaxşı deyə bilərik, nə də pis. Əli (ə)-a mənsub edilən qəsidələrdən birində deyilir: «Övladlarım! Əgər qərib bir şəhərə düşərsinizsə, həmin şəhərin əhalisinin ənənələrinə hörmətlə yanaş və ona əməl et. Əgər getdiyin yerdə gördün yemək yeyirlərsə, səndə onlarla yanaşı süfrə arxasında otur».

Məsələn, ərəblər kiməsə bir şey vermək istədikdə, bəzən onu həmin şəxsə tərəf atırlar. Onların belə bir rəftarlarından inciməməliyik. Bizlər qonaqlıq vermək istədikdə, evimizi tutacaq qədər qonaq çağırırıq, lakin onlar belə deyillər. Evləri kiçik olsa da, istədikləri qədər qonaq çağırırlar. Qonaqlar gəldikcə yeməklərini verir, onlarda yedikdən sonra dərhal gedirlər. Bizlər isə qonaqlar hamısı yığışmayınca süfrə açmırıq. Demək, onların yanında olduqda, belə bir adət-ənənələrindən inciyib hər şeyin özümüzdə olduğu kimi olmasını istəməməliyik.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə