Малик башга бир јердә дејир


İYİRMİNCİ CİLD NİSBİ ƏDALƏT NƏZƏRİYYƏSİNİN TƏHLİL VƏ ARAŞDIRILMASI



Yüklə 1,54 Mb.
səhifə20/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

İYİRMİNCİ CİLD

NİSBİ ƏDALƏT NƏZƏRİYYƏSİNİN TƏHLİL VƏ ARAŞDIRILMASI


«And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-birləri ilə) ədalətlə rəftar etsinlər»46.

Haqqında söhbət açacağımız mövzu ədalət məsələsidir.

Ədalət mütləqdir (yəni daim sabit və dəyişməz), ya nisbi?

Əvvəlki fəsillərimizdə bəşəriyyətin ehtiyaclarının iki hissədən, yəni sabit dəyişgən olduğundan ətraflı söhbət açdıq. Qeyd etdik ki, biz iki cərəyanla, yəni ehtiyacların sabit və dəyişməz olduğunu hesab edən donuq və qeyri-fəal tərzi-təfəkkür və hər şeyin daimi dəyişilməkdə olduğunu hesab edən cəhalətlə üzləşməli oluruq.

Cəhalət adlandırdığımız cərəyan, aləmdəki hər bir şeyi sabit və dəyişməz hesab edir. Biz bütün bunlar haqda əvvəlki fəsillərimizdə ətraflı söhbət açdığımız üçün bir daha təkrar etmək istəmirik.

Cəhalət təbəqəsi iki yarı fəlsəfi fərziyyəyə istinad edir (Alimlərin arasında belə bir fikirdə olanlar da var və biz onların hər biri haqda söhbət açacağıq ki, həqiqətdən agah olub, onlara cavab verə bilsinlər). Bu fərziyyələri qəbul edənlər heç nəyi sabit hesab etməyən cahillərin dediklərini təsdiq etmiş olur. Bu nəzəriyyələrdən biri «nisbi əxlaq», digəri isə «nisbi ədalət» nəzəriyyəsidir. Əxlaq hər bir insanın özünə və onun şəxsi xüsusiyyətləri, ədalət isə, ictimai nizamla əlaqəlidir.

Nisbi əxlaq fərziyyəsinə əsasən, dünyada heç bir şey sabit deyildir. Demək, heç bir əxlaqi məktəb bəşər üçün hər zaman sabit ola bilməz. Nisbi ədalət fərziyyəsinə əsasən isə, ədalət mütləq deyil, nisbi bir məfhumdur. Bunun üçün də heç bir məktəbin bərqərar etdiyi ədalət hər zaman bəşəriyyət üçün bərqərar ola bilməz.

Dediklərimizi bir qədər geniş açıqlayaq.



Nisbi ədalət: «Nisbi» dedikdə, nəyi nəzərdə tutmalıyıq?

Hər hansı bir şeyin xüsusiyyəti başqa bir şey ilə müqayisə etməklə məlum olursa, biz onu nisbi adlandırmalıyıq. Məsələn, əgər sizdən biri «böyük» ya «kiçik»in qədər olduğunu soruşursa, müəyyən ölçünün böyük ya kiçik olduğunu deyə bilərsə? Bəzən deyərlər: «Böyük bir qoyun gördüm». Bir qədər də şişirdərək, qoyunun buzov boyda olduğunu deyənlər də olur. Lakin biz adi qoyunun nə boyda olduğunu bilirik və onu buzov boyda qələmə vermək, sözün əsl mənasında həqiqi ölçüsündən daha böyütmək deməkdir. İnək boyda dəvə gördükdə isə, onun nə qədər kiçik olduğuna təəccüb edərik. Demək, qoyun buzov boyda olduqda onu böyük, dəvə inək boyda olduqda isə onu kiçik hesab edirik. İnək buzovdan böyük olduğu bir halda, necə ola bilər ki, hər hansı bir şey buzov boyda olduqda böyük, inək boyda olduqda isə kiçik hesab olunsun?

Yaxınlıq və uzaqlıq da nisbidir. Məsələn, bəzən bizim evimiz aeroportdan uzaqdır, bəzən «evimiz nə qədər uzaqdır», bəzən də «filan şəhər filan şəhərə yaxındır» deyilir. Əgər şəhərlər arasındakı fasiləni meyar götürsək? Şamaxını Bakıya ən yaxın şəhər hesab etməliyik. Evlər arasındakı fasiləni meyar götürdükdə isə? əgər yaşadığımız ev aeroportdan uzaqda yerləşirsə deməliyik ki, aeroport bizim yaşadığımız evdən çox uzaqda yerləşir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, yaxınlıq və uzaqlıq nisbidir. {başqa bir misal ilə əvəz olunsaydı, daha yaxşı olardı} Yəni müəyyən fasiləni nəzərdə tutaraq qətiyyətlə deyə bilərik ki, uzaq bu qədər, yaxın da bu qədərdir. Əgər haranınsa yaxın və ya uzaq olduğunu bildirmək istəyiriksə, oranı başqa bir yerlə müqayisə edib, müəyyən ölçü ilə hesablamayınca qəti nəticəyə gələ bilmərik. Lakin bəzi şeylər mütləq və qətidir. Hərçənd bəziləri belə bir məntiqə qarşı çıxır və dünyada heç nəyin qəti olmadığını hesab edir. Təbii ki, bu da tamamilə səhv bir fikirdir. Belə ki, ölçü və ədədləri biz mütləq hesab edə bilərik. Məsələn, iyirmi ulduz və iyirmi ağac dedikdə, bu iki şey kəmiyyət baxımından bir-birindən fərqli olmalıdırmı? Xeyr, kəmiyyət baxımından onlar arasında heç bir fərq yoxdur. Ölçü zamanda eyni qayda olaraq, məsələn, parça metr ilə ölçülür. 180 sm ölçüdə olan parça həmin ölçüdə olan adi bir insanla ölçü baxımdan fərqli ola bilərmi?

Demək, bəzi şeylər mütləq, bəziləri isə nisbidir. Bəzən müxtəlif şeylərin mütləq və ya nisbi olduğunu müəyyən etmək bir o qədər də asan olmur.

Götürək, elm və həqiqəti. Elm və həqiqət nisbidir, ya mütləq? Lakin biz bu barədə söhbət açmaq istəmirik. Bir qədər əvvəl haqqında söhbət açdığımız ədalət mövzusuna qayıdıb, ədalətin mütləq və ya nisbi olub-olmadığı haqda söhbətimizi davam etdirək.

Əgər ədaləti nisbi hesab ediriksə, cahillərin dedikləri öz yerini tapmış olur. Nəticədə, ədalət hər bir cəmiyyətdə və hər bir dövrdə bir cür qələmə veriləcəkdir. Demək, ədalət mütləq xarakter daşımır. Bunun üçün də hər hansı bir məktəb nəyisə ədalət adlandıraraq, onun bütün dövrlərdə icra olunmasına nail ola bilməz. Əgər nail olarsa, bunu yalnız öz zaman və məkanında tətbiq edə bilər. Böyük və kiçiklik bütün əşyalar üçün eyni olmadığı kimi, ədalət də bütün zaman və məkanda eyni ola bilməz. Əgər həqiqətən də ədalət nisbi olsaydı, deyilənləri tamamilə əsaslı hesab etməliyik. Ədalət nisbi və ya mütləq olduqda isə, onların söylədikləri tamamilə əsassız, bizim bu barədə irəli sürdüyümüz fərziyyələr isə, doğru və məntiqli olacaqdır.

Hər şeydən əvvəl ədaləti tərif etməliyik və yalnız bundan sonra onun nisbi və ya mütləq olduğunu müəyyən edə bilərik. Tərifə gəldikdə isə, biz ədaləti üç cür tərif edə bilərik:

Ədalət, ədl kökündən olduğu üçün biz onu bərabərlik və müsavat kimi mənalandıra bilərik. Çünki ədl, bərabərlik mənasını daşıyır. Qurani-kərimin bəzi ayələrində ədalət məhz bərabərlik mənasında işlənilmişdir. Belə ki, Ənam surəsinin 1-ci ayəsində deyilir: «Sonra kafir olanlar, yenə öz Rəbbinə tay tutarlar».

Bizim ədaləti bərabərlik kimi mənalandırmağımız nə dərəcədə düzgündür? Hər şeydən əvvəl nəyin nəzərdə tutulduğuna diqqət yetirməliyik. Bəzən ədalət bərabərlik kimi mənalandırılaraq belə bir qənaətə gəlinir ki, bəşər eyni səviyyədə yaşayaraq, onlara verilən nemətlərdən bərabər olaraq istifadə etməlidir. Yəni bütün insanlar bərabər olaraq (biri digərindən fərqli olmadan) eyni cür paltar geyməli, yemək yeməli, var-dövlətə sahib olmalı, eyni şəraitdə yaşamalı, nəqliyyat vasitələrindən istifadə etməli, bir sözlə, onların xoşbəxt həyatını təmin edəcək bütün şeylərdən bərabər olaraq istifadə etməlidirlər. Ədaləti belə mənalandırmağımız heç də düzgün deyildir. Sözün əsl mənasında bu ədalət deyil, zülmdür.

Əvvəla ona görə ki, belə bir ədalətin cəmiyyətdə bərqərar olunması qeyri-mümkündür. Çünki, xoşbəxtliyimizi təmin edən şeylərin bəziləri bizim ixtiyarımızda, bəziləri isə ixtiyarımızda deyildir və biz onları əldə edə bilmərik. Çünki xoşbəxtliyi təmin edən şeylər yalnız var-dövlət, yemək-içmək və minik vasitələrindən ibarət deyildir. Bütün bunlar xoşbəxtliyin yalnız bir hissəsini təşkil edir. Aristotel doqquz şeyi xoşbəxtliyə səbəb olan ən başlıca amil hesab edir. Onlardan üçü insanın öz bədənində, üçü ruhunda, üçü isə ruh və bədənindən xaricdədir. İnsanın bədənində olanlar sağlamlıq, qüdrət və gözəllikdir (xüsusilə qadınlar üçün). Ruhda olanlar isə ədalət, hikmət və bilikdir.

Belə ki, cahil ilə aqil (bilikli) insan xoşbəxtlik baxımından eyni səviyyədə olmurlar. Üçüncü amil isə şücaətdən ibarətdir. Aristotel şücaət dedikdə, güc və qüdrət deyil, qəlbin güclü və mətinli olmasını nəzərdə tutur. İnsandan xaricdə olan üç amil isə var-dövlət, vəzifə və ad-sandan ibarətdir. Bütün bunlar təbii olaraq dəyər baxımından bir-biri ilə bərabər deyildir. Bunun üçün də cəmiyyətdə ədalət bərqərar etmək istədikdə bəzi hallarda bu iş qeyri-mümkün olur. Məsələn, var-dövləti bütün insanlar arasında bərabər olaraq bölə bilərik, lakin hər şey bununla bitmir. Vəzifələri necə, bərabər olaraq onların arasında bölə bilərikmi? İstər kommunist olsun, istərsə də sosialist hər bir ölkəyə müəyyən şəxslər rəhbərlik etməli və yüksək vəzifələri iqtidarda olan dövlət adamları tutmalıdırlar. Çünki hamının yüksək vəzifə tutması və dövlətə rəhbərlik etməsi sadəcə olaraq qeyri-mümkündür. Sevgi, hörmət və ehtiramın cəmiyyətdə bərabər bölünməsi də qeyri-mümkündür.

«Heç olmasa, insanın ixtiyarında olan işlərdə ədalət bərqərar olunmalıdır» deməklə tutulan iradları rədd edə bilmərik. Yəni iqtisadi məsələlərdə bərabərlik bərqərar edərək, ictimai ədalətə nail ola bilərik. Lakin bunun özü də bir növ ədalətsizlikdir. Məgər istedad, bacarıq baxımından hamı bir cür yaradılmışdırmı? Hamı təfəkkür və ideologiya baxımında eyni səviyyədədirmi? Xarici görünüş baxımından iki nəfər şəxs bir-birinə tam oxşamadığı bir halda istedad, bacarıq və ideologiya baxımından bir-birləri ilə necə tam oxşar ola bilərlər. Zahiri görünüş baxımdan bir-birinə daha çox oxşayan iki əkiz bacı və qardaş belə, ruhi baxımdan bir-birlərindən olduqca fərqli olurlar. Zövq, həvəs, qüdrət, əxlaq, səmimiyyət və s. baxımından da insanlar bir-birləri ilə tam oxşardırmı? Xeyr. Birinin meyli ticarətə, digərinin siyasətə, başqa birisinin isə elm və təhsilə olur. İnsanlar bir-birlərindən fərqli yaradıldıqları kimi, onların gördükləri iş, istedad və bacarıqları da bir-birlərindən fərqli olmalıdır. Belə ki, onlardan biri digərindən daha çox fəaliyyət göstərir və bunun üçün də gördüyü işlər də daha çox səmərə verir. İnsanlar istedad, güc və qüdrət baxımından bir-birlərindən fərqli yaradılmalarına baxmayaraq, bərabər olaraq mükafatlandırılmalıdırlarmı? Yəni təhsil alan zirək və tənbəl şagirdlər arasında fərq qoymadan «ölkəmiz bərabərlik ölkəsidir» deyərək, hər ikisinə orta qiymət, yəni 5 alana əla qiymət yox və 2 alana qeyri-kafi yox, 3 və ya 4 qiymət verərək, bərabər olaraq qiymətləndirməliyikmi?! Xeyr. Bu ədalət yox, sözün əsl mənasında zülm və haqsızlıqdır. Birisinin zəhmət çəkmədən digərinin zəhmətindən bəhrələnməsini ədalət adlandırmaq olarmı?! Bütün bunlar ədalətin ziddinə olmaqla yanaşı, ictimai şüur və məsləhətlə də tamamilə ziddiyyətlik təşkil edir. Çünki belə olduqda nə tənbəl zirəngləşir, eyni zamanda zirəng və fəal insanlara da tənbəllik üz verir. Bu isə, tamamilə adi bir haldır. Ömrünü, gününü ixtira və yeniliklərə sərf edən bir şəxs, zəhmətinin dəyərləndirilmədiyini və cəmiyyətdə heç bir fəaliyyəti olmayan adi bir şəxs ilə ona eyni qiymət verildiyini gördükdə təbii ki, öz fəaliyyətinə son qoymaq istəyəcəkdir. Çünki hər hansı bir şeyi ixtira edən şəxs, yalnız o zaman bu işə daha da sövq olur ki, əldə etdiyi nailiyyət tarixdə başqasının deyil, onun öz adı ilə yazılmış olsun. Bunun üçün də bəşər bundan artıq ədalətin ardınca getməyə cürət etməmişdir. Bunun üçün də əgər ədaləti müsavat, müsavatı da insanların nemət və bərabər olaraq mükafatlandırılması kimi mənalandırsaq, hər şeydən əvvəl bu işin qeyri-mümkünlüyünü və eyni zamanda ədalət yox, zülm və haqsızlığa, ən acınacaqlısı isə ictimai pozğunluğa yol verdiyimizi bilməliyik. Çünki insanların təbiəti müxtəlif və bir-birlərindən fərqlidir.

Soruşa bilərsiniz ki, insanlar nə üçün quruluş, xasiyyət, istedad, bacarıq, görünüş, tərzi təfəkkür, zövq baxımından bərabər olaraq yaradılmamışlar? Nə üçün Allah-təala (nəuzubillah) bu kimi işlərdə ədalətə riayət etməmişdir? Nə üçün insanlar fabrik və zavodlarda istehsal olunan mallar kimi eyni quruluşda yaradılmamışlar?

Kamal ixtilaflardan meydana gəlir və müxtəlif səth və səviyyədə olan ixtilaflar hərəkətə səbəb olur. Ümumiyyətlə, əgər biz hamımız eyni quruluş, zahiri görünüş, eyni istedad, zövq və bacarığa malik olsaydıq, mənim malik olduğuma siz də və sizin malik olduğunuz işlərə mən də malik olsaydım, burada nə işlə məşğul olardıq? Nə üçün siz ticarət, mən isə elm ardınca getdim. Hərəmiz bir yolu seçdik, lakin bu ixtilaf kamal və ya nöqsandan irəli gəlmir. Yəni kiməsə naqis, kiməsə də kamil deyə bilmərik. Hər bir şəxs öz sahəsində kamil olsa da, ümumilikdə hamı naqisdir. Kamil olan kütlə və cəmiyyətdir. İnsanın burnu da olmalıdı, qaşı da, qaş əyri, burun isə düz olmalıdır. Əgər burnu əyri, qaş düz olarsa, insanın zahiri görünüşü olduqca pis və eybəcər olacaqdır.{münasib, məntiqli misallarla əvəz et}

Biri savadlı, digəri isə savadsız olmayınca, elm və təhsil heç bir əhəmiyyət kəsb etməyəcəkdir. İnsanları bir-birlərinə cəzb edən və ya yaxınlaşdıran da məhz budur. Əgər hamı eyni səviyyədə və bir-birinə oxşar olsaydı, insanlar arasında heç bir cəzzabiyyət olmazdı. Əgər yaradılış baxımından kişi ilə qadın arasında heç bir fərq olmasaydı, nə kişilər evlənmək fikrinə düşərdi, nə də qadınlar ailə qurmaq. Nə kişi kişini, nə də qadın qadını cəzb edərdi. Onları bir-birlərinə cəzb edən və yaxınlaşdıran da məhz bir-birlərinə duyduqları ehtiyaclardır.

Qurani-kərim bu ixtilafları Allahın qüdrət və nişanələrindən biri olduğuna işarə edir: «Göylərin yerin yaradılışı, dillərinizin rənglərinizin müxtəlifliyi Onun qüdrət əlamətlərindəndir»47.

İnsanlar bir-birlərindən fərqli olduqları kimi, yaşadıqları cəmiyyətlər də bir-birindən olduqca fərqli olur. Bəqərə surəsinin 213-cü ayəsində bu haqda deyilir: «İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi».

Peyğəmbər (s)-dan bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir: «Ümmətim arasında olan ixtilaflar Allahın rəhmətidir».

Demək, ədaləti müsavat və bərabərlik kimi mənalandırmaq və bərabərliyi bütün ictimai məsələlərdə fərz etmək, tamamilə səhv və əsassızdır. Lakin biz ədaləti başqa cür də mənalandıra bilərik. Diqqət yetirsək görəcəyik ki, bir qədər fərqli olsa da, bunu özü də ədalətdir. Qədim alimlər ədaləti belə tərif edirdi: Hər bir şəxs və ya hər bir şey özünə xas olan bacarıq və ya ləyaqətlə yaradılmışdır.

Haqq və hüquq da məhz buradan, yəni əşyaların quruluşunun zatından meydana gəlir. Hər bir şeyi öz zatı ilə tanımalıyıq və yalnız bundan sonra baxıb görməliyik ki, onun istedad və bacarığı nəyə çatır. Məsələn, insanın bədən üzvlərinin hər birinin öz haqqı və görə biləcəyi işlər vardır. Gözün üzərinə düşən şeyləri əlin öhdəsinə qoymaqla nəinki ələ köməklik etmiş, bəlkə əksinə olaraq ,ona zülm etmiş oluruq.

Fəal və alaçı şagirdin qiymətini kəsmək və tənbəl şagirdin qiymətini artırmaqla hər birinə qarşı haqsızlıq etmiş oluruq.

Əgər bərabərlikdən dəm vuran şəxslərdən «nə üçün filan şəxs ölkə rəhbəri seçildi» soruşsaq deyəcəklər ki, o, buna layiq və hamıdan bacarıqlı idi. Əvvəllər adi fəhlə işləmiş sonralar tədriclə yüksələrək belə bir yüksək vəzifəyə gəlib çatmışdır. Bu da dediyimiz ədalətdir. Buradan belə məlum olur ki, hər şeydən önəmli istedad və bacarıqdır. Biri bacarıqlı, digəri isə bacarıqsız olduqda, bacarıqlının payına düşəni məhz onun özünə vermək lazımdır. Əks təqdirdə, ədaldətsizliyə yol vermiş olarıq.

Şair deyir:

Yeddi iqlimi yaran xaliq,

Hər şeyi etmişdir özünə layiq.
İctimai haqsızlıq isə bunun tam əks deməkdir. Sədi şerlərinin birində deyir:

Şam fitnə baş verdiyi zaman,

Hamı hər yerdən qaçırdı yaman.

Kəndlərdə doğulmuş alim və dana,

Şahın vəzirinə çevrilirdi.

Vəzirlərin nadan övladları,

Kəndlərdə yolçuluğa başladılar.
Budur ədalətin mənası. Qanunun icrasında ədalətə riayət etmək, hamıya bir gözlə baxıb, hərənin haqqını özünə verməkdən ibarətdir. Başqa sözlə desək, qanun, yaradılış baxımından eyni şəraitdə olanlarla bərabər, müxtəlif şəraitdə olanlarla isə, qeyri-bərabər və şəraitə müvafiq olaraq rəftar etməlidir. Bu da, ədalətin daşıdığı ikinci mənadır. Üçüncü mənası ilə isə, növbəti fəsillərimizdə tanış olacağıq.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə