Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə8/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

29 
 
Lekarla
1
 tanışlıq 
 
"Dudutka" dəyirmanında. Yelski ailəsinin canlı 
bitki kolleksiyası ilə tanışlıq. Lekarın qayğıları. 
Bulaq suyunun möcüzəvi gücü. 
 
 
aksim  mavi  bulağa  baxdıqca  onun  əsirinə 
çevrilirdi.  Naməlum  mavi  məkan  onu  elə  bil 
ovsunlamışdı.  Otağın  divarları  sanki  harasa  uçub 
getmişdi.  Yeni,  əvvəllər  heç  vaxt  görmədiyi  naməlum 
mənzərələr  peyda  olmuşdu.  Amma  yox...Burda  nəsə  ona 
tanış  gəlirdi.  Diqqətlə  baxanda  o,  anladı  ki,  Dudiçdə  su 
parkının  sahilindəki  Yelski  malikanəsindədi.  Və  onun 
çiyinlərinə sanki nəsə toxundu. Elə bil canını payız soyuğu 
bürüdü.  Lakin  yuxarı  baxanda  aydın  səma  gördü.  Günəş 
şüaları  hündür  ağacların  yarpaqları  arasından  bərq 
vururdu.  Deməli,  payızdı,  hə?  Gün  ərzində  səkkiz  dəfə 
hava dəyişir. Oğlan bir qədər də oyan-buyana baxdı, üzünə 
sanki  sentyabr  günəşinin  ilıq  şüaları  düşürdü.  Görəsən 
onun  bildiyi  tapmaca  bu  barədədir?.  "Mavi  suda  boşqab 
üzür." Maksimka günəş barədə ikinci tapmacanı da yadına 
saldı: "Pəncərəni döyəcləmir, yalnız baxır."... 
Oğlan gözlərini nəhəng palıd ağacına dikdi. Ağacın 
böyründə  füsunkar  quşarmudunun  budaqları  yellənirdi. 
Ondan  bir  neçə  metr  aralıda  onun  daha  bir  bacısı 
gizlənmişdi.  Bax,  bu  da  muzey  işçilərinin  yaratdığı  su 
dəyirmanı. Görünür, bu dəfə dəyirmanda heç kim yox idi. 
Məsələ aydın idi: ekskursiyalar qurtarmışdı. Dəyirman isə 
elə  onlara  görə  işləyirdi.  İşləyirdi  ki,  gələn  adamlara  iki 
yüz-üç  yüz  il  bundan  qabaq  taxılın  una  neçə  döndüyünü 
                                                 
1
 burada: Loğman 


30 
göstərsin. Doğrudur, Maksimkanın bəxti gətirdi, gördü ki, 
suyun  yaxınlığında  təkərin  üstündə  bir  qız  oturub.  Yaxın 
gəldi. "Doğurdanmı bu, su pərisidir?.."düşündü. Qız uzun 
gözəl saçlarını çırparaq ona sarı döndü. Maksimka qorxa-
qorxa ətrafa boylandı və çəmənliyə aparan cığıra üz tutdu. 
Bir azdan o, gül-çiçəklə dolu olan iri bir talaya düşdü. 
"Bu  ki  Yelskilərin  yaratdığı  herbaridir!  Bircə  fərqi 
budur ki, buradakı güllər təbiidir, canlıdır, quru deyil," – 
deyə  Maksimka  əvvəllər  "Dudutka"ya  ekskursiyasını 
xatırladı.  Və  birdən  məcburən  geri  boylandı.  İnilti  eşitdi. 
Maksimka  geri  dönüb  gördü  ki,  talanın  qırağında  iri  bir 
qaya  parçasının  üstündə  qoca  kişi  oturub.  Qocanın  boyu 
çox  da  hündür  deyildi,  yaşından  xeyli  qıvraq  görünürdü. 
Ağ saqqalı, nurlu sifəti vardı, xeyirxah adama oxşayırdı. 
– Sən kimsən? – deyə Maksimka həyəcanla soruşdu. 
–  Hamı  mənə  Lekar  deyir!  Mən  burda,  şəfalı 
bitkilər,  güllər  arasında  yaşayıram.  Bunların  hamısını 
böyük zəhmət və qayğı  hesabına Yelski panları toplayıb, 
bit  yerə  yığıb.  Aleksandr  Karloviç  məni  təsadüfən 
Ozeriçinanın  yanındakı  çəmənlikdə  gördü  və  bu  talaya 
dəvət  elədi.  O  zaman  bu  gözəl  otları,  gülləri  yerli  əhali 
tanımırdı. Və Aleksandr Karloviç çox narahat idi; narahat 
idi ki, adamlar özlərinə zərər gətirə bilərlər. Axı bilirsən, 
bəzən  bir  gül  xəstəliklərin  birini  sağaldır,  o  birini  isə 
gücləndirir...  Bir  neçə  xəstəliyi  olan  adama  gərək  xüsusi 
dərman  bitkisi  verəsən,  yalnız  onun  xəstəliyinə  aid  olan 
bitkini  tapasan...  Mən  də  əlləşirəm  ki,  bu  gözəllik 
talasından  insanlara  bəla  yox,  yalnız  şəfa  gəlsin.  Bizim 
pan isə bütün gücünü cəmiyyətin xeyrinə sərf edirdi, yerli 
əhali  üçün  çalışırdı.  Və  burda  elə  bir  firavanlıq  vardı  ki, 
adam heç burdan getmək istəmirdi. Sadə xalqdan çox şey 
öyrənmiş  Yelskilərin  gördükləri  işlər,  becərdikləri 
məhsullar  kitablarda  tədqiq  edilib  və  bu  da  onunla 


31 
nəticələndi  ki,  bu  iqamətgah,  bu  malikanə  müqəddəs 
məkan  sayıldı,  ona  müqəddəs  tala  dedilər.  Və  Dudiçin, 
Zamostyenin  və  digər  yaxın  kəndlərin  əhalisi  də  buranı 
sevdilər;  onlar  bu  gül-çiçək  arasında  elə  dincəlmək 
istəyirdilər ki... Mən az qala özümü güclə gizlədirdim, ya 
da  başqa  yerə  qaçıb  getmək  istəyirdim  ki,  məni 
görməsinlər. 
–  Məgər  siz  burda  daimi  yaşamırsız?-məsələni 
anlayan və bir qədər də rahatlaşan Maksimka maraqlandı. 
O,  Lekara  artıq  "siz"  deyə  müraciət  etdi,  çünki  özündən 
yaşca  böyüklərə  və  tanış  olmayan  adamlara  gərək  "siz" 
deyə müraciət edəsən. 
–  Yox,  Maksimka,  mənim  qeydiyyatım  üç 
ünvanadır. 
– ??? 
– Adını hardan bildiyimə təəccüblənirsən, hə?.. Axı 
mən çox şey bilirəm. Mənim başım kitab kimi bir şeydir: 
orda hər şey yazılıb-torpaq, səma, su barədə... Və bilirəm 
ki,  sən  buraya  necə  gəlib  çıxmısan.  Nə  üçün  uçub 
gəlmisən?.. 
Amma 
sən 
mənim 
qeydiyyatımla 
maraqlanırsan. Əgər mənim pasportum olsaydı orda dərhal 
üç ünvan yazılardı: tala, bax bu qaya parçası, çaya  yaxın 
yer-yəni su dəyirmanı, bir də soyuq havada, şaxtalı qışda 
hamam.  Mənim  xidməti  iş  yerim-  otlar  və  güllər 
arasındadır. Dincələndə isə dəyirmana gedirəm. Bəzən də 
Su  ilə  mübahisələrimiz  olur:  təkərin  üstündə  yatmaqdan 
ötrü. Bir sözlə, nə qədər ki su var şərab içirəm, su qaçır- 
şərab da qaçır... 
–  Deməli,  siz  də  Su  barədə  danışırsız...  Susuz 
dəyirman da olmaz. Bəs əgər çayda su qurusa, ya da çıxıb 
getsə onda necə olar? Ptiç çayının taleyi necə olar? 
–  Bizim  çayın  adını  niyə  belə  qoyublar-  bilirsən 
bunu?..  Bu  çay  quşa  oxşayır!  Quş  kimi  o  tərəf  bu  tərəfə 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə