MahirəNərimanqızı



Yüklə 2,96 Kb.
Pdf görüntüsü
səhifə26/35
tarix26.10.2017
ölçüsü2,96 Kb.
#6706
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
81 
avtomobilimi  işə  salmaq  üçün  açara  da  ehtiyac  qalmır. 
Qalanını  artıq  siz  özünüz  də  bilirsiniz.  Ümumiyyətlə,  həmin 
şəxs  mənim  avtomobilimdə  hansı  naqillərin  siqnalizasiya 
sisteminə,  hansı  naqillərin  isə  mühərrikə  getdiyini  çox  yaxşı 
bilirmiş. Qatil bu tipli avtomobilə çox yaxından bələd imiş. 
- Bəs, avtomobilinizin markası nə idi? 
- RANGE ROVER 
- Telefonla danışanda sizə deməmişdim. Məhz burda - Bakıda 
qətlə  yetirilən  oğlanları  da  onların  məşğul  olduqları  sahəyə 
uyğun qətlə yetirmişdilər. Məsələn, Bahadur atası ilə birlikdə 
qəssablıqla  məşğul  olurdu  və  onu  özünün  işlətdiyi  qəssab 
baltası  ilə  qətlə  yetirmişdilər.  Rəvan  ağır  atletika  üzrə 
çempion idi və onu da trenajor zalında özünün istifadə etdiyi 
ağırlıq  qaldırma  alətləri  ilə  qətlə  yetirmişdilər.  Yəqin  ki,  bu 
cinayətkar  sizin  və  oğlunuzun  da  avtomobil  satışı  ilə  məşğul 
olmağınızı  bilirmiş  və  törətdiyi  qətli  də  məhz  buna  uyğun 
planlaşdırıb. 
- Deməli, mənim oğlumu da digər oğlanları qətlə yetirən qatil 
öldürüb. 
- Bu aydın məsələdir. 
İbrahim  əli  ilə  Tərlanı  prokurora  göstərə-göstərə 
qəhərdən boğulmuş şəkildə sözünə davam etdi: 
-  Yoldaş  müstəntiq,  mənə  zəng  edəndə  bu  işi  o  qədər  də 
ciddiyətə  almadım.  Hətta  dedim  ki,  mənim  uşaqlarıma 
barmağını toxunduran heç anasından olmayıb. Çox böyük bir 
səhvə  yol  verdim.  Hətta,  mənə  zəng  edən  müstəntiqinizin 
üzünə telefonu belə söndürdüm. Kimə pislik elədim ? Əlbəttə 
ki,  özümə.  İndi  sizin  hər  ikinizdən  bir  xahişim  var  -  tez  bir 
zamanda  həmin  qatili  tapıb  layiqli  cəzasını  verin.  Nə  mənim 
balamın, nə də ki, digər uşaqların qanını yerdə qoymayın. 
Cavabında  prokuror  bildirdi  ki,  9  aydır  ki,  onların 
idarəsi bu cinayət işinin üzərində işləyir. Eyni zamanda Səbael 
rayon prokurorluğundan əlavə Nəsimi rayon prokurorluğu və 
bir neçə polis bölməsi də baş vermiş cinayət işlərinin istintaqı 
ilə bağlı təhqiqat aparırlar. Uzun müddətdir ki, çalışmaqlarına 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
             Vasif Şıxıyev 
 Gecikmiş qisas 
 
82 
baxmayaraq 
qatilin 
şəxsiyyətini  hələ  də  müəyyən 
edilməmişdir.  Prokuror  sonuncu  olaraq  qətlə  yetirilən 
İbrahimin  atası  Rasimi  əmin  etdi  ki,  məhz  onun  köməyi  ilə 
çox  yaxın  zamanlarda  həmin  cinayətkarı  taparaq  layiqli 
cəzasını verəcəklər. Prokuror eyni zamanda bildirdi ki, lazım 
gəlsə  onların  idarəsi  Rusiyadakı  həmkarları  ilə  də  əlaqə 
saxlayacaq və hər necə olursa-olsun bu cinayət aktının üstünü 
açacaqlar.  Bunun  üçün  Rasimin  bir  müddət  Bakıda  qalması 
vacibdir. 
Rasim  cavabında  bildirdi  ki,  o  bir  müddət  Bakıda 
qalacaq və əgər istintaqla bağlı onu prokurorluğa çağırsalar o, 
istənilən  vaxt,  istənilən  yerə  gəlməyə  hazırdır.  Təki  həmin 
cinayətkar  tapılsın.  Daha  sonra  Rasim  öz  nömrəsini  Tərlana 
təqdim  etdi.  Bundan  sonra  Rasim  Səbael  rayon 
prokurorluğunun  binasını  tərk  elədi.  Kabinetdə  qalan  Tərlan 
və prokuror isə söhbətlərini davam etdirdilər. Əvvəlcə söhbətə 
prokuror başladı. 
-  Allahverdiyev,  törədilən  cinayətlər  barədə  psixoloqun  və 
sizin  təxmininiz  düzgün  çıxdı.  Qətlə  yetirilənlər  bir  vaxtlar 
məktəbdə  oxuduğu  vaxtlarda  nə  eləyiblərsə,  etdiklərinin 
günahlarını  indi  çəkirlər.  Əgər  ilk  qətlə  yetirilənlər  Bahadur 
və  Rəvan  məktəbi  bitirdikdən  sonra  da  bir-biri  ilə  görüşüb 
əlaqə  saxlamışdılarsa,  bu  sonuncu  qətlə  yetirilənin  məktəbi 
bitirdikdən  sonra  sinif  yoldaşları  da  daxil  olmaqla  Bakıdakı 
heç kimlə əlaqəsi olmayıb. Amma hər necə olursa-olsun artıq 
bu  qatili  saxlamaq  lazımdır.  Mən  cənab  baş  prokurora  zəng 
vurub  xahiş  edəcəm  ki,  Rusiya  Federasiyasındakı 
həmkarlarımızla,  eyni  zamanda  Rusiyanın  Daxili  İşlər 
Orqanları  ilə  əlaqə  saxlamaqda  bizə  yardımçı  olsun.  Əlaqəli 
çalışsaq, tez bir zamanda bu işin üstünü açarıq. 
- Cənab prokuror, mümkündürsə həm AZAL-nan, həm Dövlət 
Dəmir Yolu idarəsi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, həm də 
yenidən  Dövlət  Gömrük  Xidməti  ilə  də  əlaqə  saxlayardınız. 
Mütləq respublikaya gələn və gedən bütün insanların siyahısı 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
     Vasif Şıxıyev 
 Gecikmiş qisas  
83 
ilə də tanış olmalıyıq. Mənə elə gəlir ki, qatil hər kimdisə artıq 
bu idarələrdən birinin siyahısına düşüb. 
-  Bunu  yaxşı  yadıma  saldınız.  Cənab  baş  prokurordan  xahiş 
eliyərəm həmin orqanlarla da əlaqə saxlamaqda bizə hərtərəfli 
köməklik  göstərsin.  Mən  özüm  birbaşa  həmin  orqanlardan 
icazə ala bilmərəm. Buna baş prokurorluq səviyyəsində icazə 
alınmalıdır. Yəqin ki, sizdə keçmiş sinif yoldaşlarının telefon 
nömrələri qalıb ? 
- Bəli, qalıb. 
- Onlara və valideynlərinə, eyni zamanda ilk qətlə yetirilənlər 
Bahadur  və  Rəvanın  valideyni  Kərim  və  İbrahimə,  həmçinin 
bir  qədər  öncə  buranı  tərk  edən  Rasimə  zəng  edin  və  sabah 
saat  10-00-dan  gec  olmayaraq  mütləq  burda  olmalarını 
tapşırın.  Mən  Nəsimi  rayonundakı  həmkarıma,  bizimlə 
əməkdaşlıq  edən  polis  bölmələrinə  və  psixoloqa  da  zəng 
vurub  sabah  bura  dəvət  edəcəm.  Siz  həmçinin  öz  müstəntiq 
həmkarınız  Ramini  də  mütləq  çağırarsınız.  Amma  çalış  bu 
gün işdən sonra da olsa Raminin özü ilə görüşüb bəzi şeyləri 
məsləhətləşəsiniz. Lazım gəlsə, hətta o sinifdə oxumuş qızları 
və  onların  valideynlərini  də  bura  çağırarıq,  araşdırarıq.  Ola 
bilməz ki, bütün bunlardan sonra kimsə nəyisə xatırlamasın. 
 
Tərlan  “Oldu.”  deyərək,  prokurorun  kabinetini  tərk 
elədi. Öz otağına gedərək keçmiş sinif yoldaşlarına və onların 
valideynlərinə, həmçinin oğlanları qətlə yetirilmiş valideynlər 
-  Kərim,  İbrahim  və  bir  qədər  öncə  prokurorluğu  tərk  edən 
Rasim  də  daxil  olmaqla  hər  kəsə  bir-bir  zəng  edərək,  onlara 
sabah  səhər  saat  10
00
-da  Səbael  rayon  prokurorluğuna 
gəlmələrini  bildirdi.  Eyni  zamanda  Raminə  zəng  vuraraq 
istintaqla əlaqədar olaraq görüşməli olduqlarını bildirdi. 
Həmin gün işdən sonra Raminlə görüşən Tərlan səhər 
saatlarında  Moskavadan  Bakıya  gələrək  oğlu  İbrahimin  qətlə 
yetirilməsi xəbərini çatdıran Rasimin bütün dediklərini bir-bir 
Raminlə  bölüşdü.  Hər  iki  müstəntiq  sabahkı  gün  geniş 
tərkibdə təşkil olunacaq istintaq toplantısında nələri müzakirə 
edəcəklərini indidən müəyyənləşdirdilər. 


Yüklə 2,96 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə