MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə31/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   27   28   29   30   31   32   33   34   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

96 



prinsiplərinə zidd olan, başqa dövlətlərə qəsd edən faşizm və s. kimi 

insanlıq  əleyhinə  olan  ideoloji  mövqedir.  Üstəlik  də  universalizm 

hər  hansı  dövlətin  ideya  tarixində  ənənəyə  çevriləndə  onun 

nəticələri  bütün  dünya  üçün  təhlükə  və  gərginlik  mənbəyi  olur. 

Məsələn,  alman  xalqının  faşizm  ideyasından  qurtularaq  öz  milli 

amalını  dəyişməyə,  daha  ülvi  məqsədlərə  qadir  bir  xalq  olduğunu 

dünyaya  alman  möcüzəsinin  arxitektoru  K.Adenauer  sübut  edə 

bildi.  Bu,  XXI  əsrdə  Ermənistanın  hələ  də  şovinizm  və  işğal 

siyasətinin əsasında duran arxaik milli ideyadan nə vaxt qurtulacağı 

barədə  düşüncələri  yada  salır.  Ermənistanı  qlobal  inteqrasiya 

dövrünün  layihələrindən  kənarda,  özünütəcrid  kimi  ağır  duruma 

düşməsinə  gətirib  çıxaran  bu  ideyadan  xilas  olmasına  tarix  son 

imkan vermişdir.  

    İdentikliklərin  hökmən  dixotomik  -  məntiqi  üzərində,  neqativ 

təməllər  üzərində  qurulması  bütün  fundamentalizmlərə  xasdır. 

Məsələn,  "Şərq-Qərb",  "ənənəvi-müasir"  və  s.  "toqquşma" 

konsepsiyalarının  kökündə  bu  durur.  Dünya  qədər  qədim  olan  bu 

yanaşmada yeni heç nə yoxdur. Sadəcə, dərk edilmir ki, identikliyin 

ilkin  formalaşmasında  səmərəli  rol  oynayan  "biz-onlar"  fərqi, 

müxtəlifliyin  dərki  uzunmüddətli  perspektivdə  artıq  ümumbəşəri 

dəyərlər və pozitiv identiklik elementləri ilə tamamlanmalıdır.  

    Azərbaycan tarix boyu həmişə bölgədə, həm də qlobal miqyasda 

baş  verən  hadisələrin  gedişatına  təsir  edə  bilən  ölkələr  sırasında 

olmuşdur. Son iki əsrdə isə onun bu yöndə fəallığı dünyanın demək 

olar  bütün  qitələrinə  yayılmışdır.  Bəşəriyyətin  mədəni-mənəvi 

irsinə  olan  töhfələri  ölkəmizi  xüsusilə  dünyada  tanınan  dövlətə 

çevirmişdir. Təbii ki, belə bir ölkədə milli ideyaya dair düşüncələrin 

tarixi də çox qədimdir. Üstəlik də xüsusi olaraq vurğulanmalıdır ki, 

tarixi-obyektiv  şərtlər  üzündən  həmişə  çoxmilli,  çoxkonfessiyalı 

birgəyaşayış  ənənəsinə  malik  olan  bu  məmləkətdə  milli  ideya 

həmişə qüsurlu məzmundan uzaq olmuşdur. 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

97 


 

 

Multikulturalizm: nailiyyətlər və problemlər 



 

Etibar Nəcəfov – professor, Bakı Slavyan Universiteti            

 

Müxtəlif Ölkələrdə Multikulturalizm Siyasətinin Müqayisəli Təhlili 



 

Multikulturalizm  elə  bir  siyasətdir  ki,  o,  mədəni  plüralizmi  qəbul 

edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi 

və  dini  müxtəlifliyindən  asılı  olmayaraq,  onların  hamısının  hüquq 

və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər 

bir  vətəndaş  öz  mədəniyyətini,  dilini,  ənənəsini,  etnik  və  dini 

dəyərlərini  inkişaf  etdirmək,  ana  dilində  məktəb  açmaq,  qəzet  və 

jurnal  dərc  etdirmək  sahələrində  bərabər  hüquqlara  malikdir. 

Multikulturalizm  siyasəti  assimilyasiyanı  inkar  edən  inteqrasiyaya 

aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni 

zamanda  millətin  yüksək  vəzifə  tutmayan  digər  nümayəndələri  ilə 

yanaşı həm də milli və dini azlıqlar da dəstəkləyirlər. 

 

Multikulturalizmin  nəzəri  əsasını  liberalizm,  xüsusən  də  



liberalizmin  azadlıq,  bərabərlik  və  qarqaşlıq  kimi  dəyərləri  təşkil 

edir.  Bu  səbəbdən  də  multikultural  cəmiyyətdə  nəinki  sosial 

ədalətsizliyi  aradan  qaldırmağa  nail  olmaq  mümkündür,  həm  də 

burda  irqçiliklə  bağlı  ədalətsizliyə  qətiyyən  yol  verilmir.  Lakin 

multikulturalizmlə  liberalizm  arasında  bir  mühüm  fərq  vardır. 

Liberalizmdən  fərqli  olaraq  multikulturalizm  fərdlərin  deyil, 

qrupların hüquqlarını ön plana çəkir. 

 

Multikulturalizm  bir  siyasət  kimi  öz  mahiyyəti  baxımından 



tolerantlıqla  da  sıx  bağlıdır.  O,  müxtəlif  mədəniyyətlərin  paralel 

şəkildə  yaşamasını  qəbul  edən  tolerant  cəmiyyətin  başlıca 

xüsusiyyətlərindən  biridir.  Tolerant  cəmiyyətdə  multikulturalizm 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

98 



mədəniyyətlərin  qarşılıqlı  surətdə  zənginləşməsinə,  xalqları 

birləşdirən  mədəniyyətin  formalaşmasına  səbəb  olur  ki,  bu  da 

insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər 

mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. 

 

Multikulturalizm  cəmiyyətdə  təzahür  edən  çoxnövlü  mədəni 



müxtəlifliyin 

növlərindən 

biridir. 

Bundan 


başqa, 

biz 


multikulturalizmlə  əlaqədar  olan  izolyasionizm  (təcrid  etmə), 

assimilyasiya  və  aparteidi  kimi    digər  təzahürləri  də  qeyd  edə 

bilərik. 

 

İzolyasionizm  elə  bir  siyasətdir  ki,  o,  milli  azlıqların  ölkəyə  daxil 



olub  orada  məskunlaşmaqla  mədəni  müxtəlifliyin  formalaşmasının 

qarşısını  alır.  Nümunə  kimi,  1901-ci  ildə  Avstraliyada  qəbul 

olunmuş ―İmmiqrasiya haqqında Qanunu‖ göstərmək olar; 

Assimilyasiya  –  izolyasionizmə  alternativ  olan  siyasətdir.  Bu 

siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və 

ölkəyə  yeni  daxil  olanların  mədəniyyətlərinin  əridilməsini  nəzərdə 

tutur; 

Aparteid  –  müəyyən  qrup  adamların  assimilyasına  mane  olmaq 



məqsədilə onların izolyasionizmə (təcridinə) yönəlmiş siyasətdir. 

Göstərilən  təzahürlərdən  fərqli  olaraq,  multikuliuralizm  –  təkcə 

adamların hakim etnik qrupu tərəfindən deyil, həm də milli azlıqlar 

və  ölkəyə  yeni  daxil  olanlar  tərəfindən  dəstəklənən  mədəni 

müxtəlifliyə  münasibətdə  fərqli  reaksiyaların  rəngarəngliyidir. 

Multikulturalizmin  yuxarıda  sadalanan  spesifik  cəhətləri  onu  son 

nəticədə  cəmiyyətin  inkişafına  səbəb  olan  pozitiv  təzahür,  müsbət 

hadisə kimi xarakterəzə edir. 

 

Multikultural  cəmiyyətin  formalaşması  və  inkişafı  –  tarixi 



təkamülün  xüsusiyyətləri  ilə,  konkret  olaraq,  sosial  amillərlə 

müəyyənləşmişdir.  Onu  da  qeyd  edək  ki,  multikultural  cəmiyyətin 

formalaşmasında  və  inkişafındademokratiya  mühüm  rol  oynayır, 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə