MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə27/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   23   24   25   26   27   28   29   30   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

84 



dövlətlərin 

müstəsna 

hüququ 

təsdiqlənmişdir. 



Həştərxan 

sammitində  Xəzər  dənizinin  dibinin  və  səthinin  hamı  tərəfindən 

qəbul  olunmuş  prinsiplər  əsasında  milli  sektorlara  bölünməsi 

zərurəti də öz əksini tapmışdır. Bu razılaşmaların əldə edilməsində 

Bakıda  keçirilən  III  Xəzər  sammitinin  əhəmiyyətindən  bəhs  edən 

professor  Əli  Həsənov  bu  kontekstdə  Prezident  İlham  Əliyevin 

Həştərxan  sammitindəki  dərin  məzmunlu  çıxışında  səsləndirdiyi 

fikirlərə  diqqəti  cəlb  etmişdir:  ―2010-cu  ildə  Bakıda  keçirilmiş  III 

Xəzər  sammiti  zamanı  Xəzər  dənizinin  hüquqi  statusuna  dair 

başlıca  məsələlərin,  xüsusilə  də  milli  zonaların  eni  və  dənizin 

bioloji  resurslarının  mühafizəsi  üzrə  ümumi  razılığa  gəlinməsi 

sonrakı  danışıqlar  prosesinə  təkan  verdi...  Biz  Xəzər  dənizinə 

dostluq,  sülh,  təhlükəsizlik  və  əməkdaşlıq  dənizi  kimi  baxırıq. 

Azərbaycan  Xəzəryanı  ölkələrlə  qarşılıqlı  hörmət  və  etimada 

əsaslanan  ikitərəfli  əlaqələrin  inkişafına  xüsusi  diqqət  yetirir. 

Xəzəryanı  ölkələr  arasında  sıx  dostluq  əlaqələri  və  çoxsahəli 

əməkdaşlıq 

regionumuzdakı 

sabitlik, 

əmin-amanlıq 

və 

təhlükəsizliyin rəhnidir‖. 



Əsərdə  Xəzər-Qara  dəniz  hövzəsi  və  Cənubi  Qafqazın  transmilli 

enerji  ixracı  sistemində  yeri  və  rolu  beynəlxalq,  regional  və  yerli 

maraqlar  kontekstində  araşdırılmış,  Azərbaycanın  enerji  nəqlinin 

şaxələndirilməsi  siyasəti  və  onun  regionun  ümumi  geoiqtisadi 

vəziyyətinə  təsiri  ilə  bağlı  məsələlər  elmi  təhlillər  predmetinə 

çevrilmişdir. Bu məsələlərdən bəhs edən müəllif haqlı olaraq qeyd 

edir  ki,  hazırda  dünya  siyasətinin  və  geoiqtisadiyyatının  ən  aktual 

mövzularından  biri  Xəzər  hövzəsinin  zəngin  karbohidrogen 

yataqlarının  azad  və  açıq  rəqabət  şəraitində  işlənilməsi,  dünyanın 

artan  enerji  tələbatına  cəlb  edilməsi  və  bu  məhsullar  hesabına 

Avropa  enerji  bazarlarında  Rusiyanın  inhisarçı  mövqelərinin 

qismən zəiflədilməsi ilə bağlıdır. 

Tədqiqat  işində  ümummilli  lider  Heydər  Əliyevin  misilsiz 

fədakarlığı və siyasi iradəsinin nəticəsi olaraq 1994-cü il sentyabrın 

20-də  ―Əsrin  müqaviləsi‖  adlanan  transmilli  çoxtərəfli  sazişin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

85 


imzalanması ilə əsası qoyulan və keçən müddətdə dönmədən həyata 

keçirilən yeni neft-qaz strategiyasının bütün istiqamətləri üzrə dərin 

elmi-analitik  təhlillər  aparılmışdır.  Əsərdə  qeyd  olunur  ki, 

Azərbaycan  üçün  enerji  təhlükəsizliyi,  ilk  növbədə,  enerji 

marşrutlarının  şaxələndirilməsində  öz  təsdiqini  tapır.  Avropa  üçün 

isə  enerji  təhlükəsizliyi  birinci  növbədə  enerji  mənbələrinin 

şaxələndirilməsində ifadə olunur. Əsərdə xüsusi olaraq qeyd olunur 

ki,1994-cü  ildə  ümummilli  lider  Heydər  Əliyevin  uzaqgörən 

siyasəti  nəticəsində  imzalanmış  ―Əsrin  müqaviləsi‖  Azərbaycanda 

XX  əsrin  layihəsi  hesab  olunurdusa,  17  dekabr  2013-cü  ildə 

Prezident  İlham  Əliyevin  siyasi  iradəsi  hesabına  imzalanmış 

―Şahdəniz-2"  layihəsi  üzrə  investisiya  qərarı  isə  Azərbaycan  və 

bütöv  region  üçün  XXI  əsrin  önəmli  layihəsidir.  Məhz  bu  layihə 

‖Cənub qaz dəhlizi", o cümlədən onun mühüm komponentləri olan 

TANAP  və  TAP  kəmərlərinin  çəkilməsi  ilə  bağlı  tarixi  qərarların 

qəbul edilməsini şərtləndirmişdir. 

Müəllif  bu  məsələlərlə  bağlı  dərin  məzmunlu  təhlillərinin  yekunu 

olaraq  bir  sıra  mühüm  tezis  və  proqnozlarını  da  irəli  sürmüşdür. 

Onları aşağıdakı kimi qruplaşdırmaq olar: 

–  Azərbaycanın  malik  olduğu  enerji  ehtiyatlarını  xarici  transmilli 

aktorlarla  birgə  işləmək,  istehsal  edilən  məhsulların  sərbəst  və 

alternativ  yollarla  maneəsiz  olaraq  dünya  və  bölgə  bazarlarına 

çıxarmaq  təşəbbüsü,  dünya  ölkələri  ilə  enerji  təhlükəsizliyi 

sahəsində yaratdığı möhkəm tərəfdaşlıq münasibətləri həm də bütün 

bölgənin geosiyasi və geoiqtisadi vəziyyətini kökündən dəyişdi. 

–  Bu  layihələr  təkcə  bu  gün  deyil,  bütün  XXI  əsrdə  Avropanın 

enerji  təhlükəsizliyinə  təsir  göstərməklə  yanaşı,  həm  də  əksər 

Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz ölkələrinin inkişafına, 

bölgə xalqlarının sabit və firavan həyatına xidmət edəcəkdir. 

–  Reallaşdırılması  yüz  illəri  əhatə  edən  bu  layihələrin  getdikcə 

Xəzər hövzəsi və Cənubi Qafqazı daha sürətlə transmilliləşdirməsi 

və  dünya  orbitinə  daha  sıx  bağlaması,  nəticədə  bütün  regional 

münaqişələrin  sahmana  düşməsinə,  o  cümlədən  Ermənistan-



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

86 



Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həllinə,  Dağlıq 

Qarabağda  və  Cənubi  Qafqazın  digər  məkanlarında  uzunmüddətli 

etnik-separatçı  meyillərin  aradan  qalxmasına  öz  müsbət  təsirini 

göstərəcəkdir. 

Əsərin ―Azərbaycanın xarici aləmlə hərbi-geostrateji münasibətləri: 

beynəlxalq,  regional  və  milli  təhlükəsizlik  siyasətinin  əsasları‖ 

adlanan sonuncu IV bölümündə beynəlxalq təhlükəsizlik sisteminin 

əsasları və geosiyasi tələbləri, Xəzər-Qara dəniz hövzəsi və Cənubi 

Qafqazın təhlükəsizlik mühiti, Azərbaycanın regional təhlükəsizlik 

siyasəti  və  beynəlxalq  aləmlə  hərbi-geostrateji  münasibətləri, 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli 

yolları,  habelə  Azərbaycanın  milli  təhlükəsizlk  siyasəti  əsas  milli 

maraqlar, geosiyasi kod və təhlükəsizlik perspektivləri kontekstində 

dərin və əhatəli elmi araşdırmalar predmetinə çevrilmişdir. 

Əsərdə  Azərbaycan  dövlətinin  təhlükəsizliklə  bağlı  xarici 

siyasətinin  əsas  vəzifə  və  istiqamətləri  göstərilməklə  yanaşı,  onun 

özünəməxsus  səciyyəvi  xüsusiyyətləri  də  müəyyən  edilmişdir.  Bu 

xüsusiyyət  özünü,  ilk  növbədə,  beynəlxalq  hüquq  normaları  və 

prinsiplərinə  söykənərək  sivil  dövlətlərarası  münasibətlərə  hörmət 

bəsləməkdə,  beynəlxalq,  regional  və  dövlətlərarası  münaqişələri 

sülh  və  danışıqlar  yolu  ilə  həll  etməyə  çalışmaqda,  bütün  dünya 

ölkələrinin  suveren  hüquqlarına  və  təhlükəsizlik  maraqlarına 

hörmətlə  yanaşmaqda  və  s.  özünü  göstərir.  Fikrini  davam  etdirən 

Əli  Həsənov  qeyd  edir  ki,  təhlükəsizlik  sahəsində  Azərbaycanın 

xarici  siyasət  fəaliyyətinin  xarakterik  xüsusiyyətləri  sırasına 

həmçinin  onun  çevik,  praqmatik  və  tarazlaşdırılmış  təhlükəsizlik 

siyasəti  yürütməsini,  qonşu  ölkələrlə  ortaq  təhlükəsizlik 

maraqlarının  tapılmasına  üstünlük  verilməsini,  dünya  təhlükəsizlik 

mühitinə  əhəmiyyətli  təsir  göstərən  böyük  dövlətlərlə  tərəfdaşlıq 

münasibətlərinin  yaradılmasına  çalışmasını,  ayrı-ayrı  sahələrdə 

onların  təhlükəsizlik  maraqları  ilə  öz  strateji  mənafelərini 

uzlaşdırmaq cəhdlərini və s. mühüm cəhətləri də aid etmək olar. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə