MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə133/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   126   127   128   129   130   131   132   133   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

410 



 

 

Azərbaycan multikultiralizmi yeni baxış 



bucağında 

 

 



Niyaz  Niftiyevin  ―Azərbaycanda  birgəyaşayış  və  multikultiralizm‖ 

kitabını  birgəyaşayışın  mümkünlük  düsturunu  öyrənən  və  tədqiqi 

əsaslara  söykənən  toplu  kimi  də  qiymətləndirmək  olar.  Müəllif 

dünyada  gedən  inteqrativ  tendensiyanın  fonunda  Azərbaycanda 

tolerantlıq  və  birgəyaşayışın  çoxəsrlik inkişaf  dinamikasına  da  baş 

vurmaqla ortaya dəyərli bir nümunə qoya bilib. 

 

Şübhəsiz  ki,  öyrənilməsi,  istifadəsi  və  əhəmiyyəti  baxımından 



müstəsnalıq  kəsb  edən  hər  bir  sahənin  tədqiqi  onun  ―əlifbası‖na 

münasibətdən  başlayır.  Multikultiralizm  Azərbaycanda  nisbətən 

yeni  termin  kimi  ortaya  atılsa  da,  onun  daşıdığı  ideya-siyasi 

istiqamət ölkəmizdə əsrlər boyu gözlənilib və müxtəlif xalqların bu 

torpaqlarda  birgə,  mehriban  yaşaması  üçün  xüsusi  zəmin  yaradıb. 

Ayrı-ayrı  bölgələrimizdə  Azərbaycan  türkləri  ilə  eyni-bərabər 

səviyyədə  yaşamaq  imkanı  əldə  edən  bütün  azsaylı  xalq  və  etnik 

qruplar  elə  bu  tolerant  münasibətə  görə  də  əksərən  onlarla  eyni 

dəyərləri  bölüşərək 

həyatlarına  davam 

ediblər. 

Müəllif 


―Azərbaycanda  birgəyaşayış  və  multikultiralizm‖  kitabını  yazmağı 

qarşısına  məqsəd  qoyduqdan  öncə  ölkəmizdə  bu  xalqlar,  etnik 

qruplar arasındakı münasibətlərin tarixi, eləcə də iqtisadi, siyasi və 

təbii  ki,  multikultiralizm  baxımından  daha  çox  mədəni  bağlılığını 

araşdırmaq  zərurətini  əsas  götürərək  qollarını  çırmayıb.  Nəticədə 

bizim  masamıza  ―azərbaycançılıq  modelinə  növbəti    mültikultiral 

töhfə‖  adlana  biləcək  geniş  məlumat  bazasına  malik  bir  kitab 

qoyulub. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

411 


 

Politoloqlar,  etnoqraflar,  tarixçilər,  beynəlxalq  münasibətləri 

öyrənən doktorantlar, xüsusilə də ―Azərbaycan multikultiralizmi‖ni 

tədris edən pedaqoq heyəti üçün vəsait kimi istifadə ediləcək kitabın 

əvvəlində  indiyədək  bu  və  ya  digər  mənada  müvafiq  mövzulara 

müraciət  etmiş  azərbaycan  alimlərinin  analitik  tədqiqati  işlərindən 

bəhs edilir, onların bu tarixi xidmətləri xüsusi ehtiramla yad edilir. 

Eyni  zamanda  ölkə  rəhbərliyinin  bu  istiqamətdə  zaman-zaman 

gördüyü işlər bütün detalları ilə sadalanır, onların əhəmiyyəti xüsusi 

vurğulanır, nəticə olaraq xalqların ölkəmizdə birgəyaşayışının təmin 

olunması  məqsədilə  aparılan  siyasət  müsbət  çalarları  ilə  diqqətə 

çatdırılır.  Azərbaycanda  millətlərarası  multikulturalizm  və  dini 

məsələlər  üzrə  dövlət  müşavirliyinin  təsis  olunması,  həmçinin 

xalqların  mədəni  mərkəzlərinin  yaradılması,  onların  öz  dillərində 

yazıb-oxumaqlarına  yaradılan  şərait,  Azərbaycan  radiosunda  öz 

dillərində  verilişlərinin,  eləcə  də  ictimai  televiziyada  azsaylı 

xalqlarla  bağlı  xüsusi  verilişlərin  hazırlanması  kimi  təkzibedilməz 

arqumentlər 

önə 

çəkilir. 



Azərbaycanın 

millətlərarası 

multikulturalizm  və  dini  məsələlər  üzrə  dövlət  müşaviri  Kamal 

Abdullayevin qısa zaman kəsiyində gördüyü işlərdən bəhs olunur. 

 

Multikultiralizmin 



dünyanın 

düşüncə 


adamları 

tərəfindən 

yaradılaraq  necə  formalaşması  və  bu  günümüzə  gəlib  çıxması 

faktları  ilə  oxucunu  tanış  edən  müəllif,  eyni  zamanda  müvafiq 

normativ 

aktların 

ayrı-ayrı 

ölkələrin 

təcrübəsində 

yerli 


qanunvericilik  və  beynəlxalq  öhdəliklər  kontekstində  necə 

ratifikasiya  olunduğuna  da  aydınlıq  gətirir.  Dünyanın  əksər 

ölkələrində  dini,  milli  dözümlülük  şəraitində  millətlərin  bərabər 

yaşamasından  bəhs  edərkən  bütün  dünyanın  diqqətini  heç  bir 

tolerantlığa  yol  vermədən  monoetnik  struktura  çevrilməkdə  olan 

bədxah  Ermənistan  Respublikasına  yönəldir.  Bu  fikir  bizim 

ermənilərlə  apardığımız  tarixi  gerçəkliklərə  dayanan  informasiya 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

412 



mübarizəsində  çox  qiymətli  silah  sayıla  bilər.  Dünya  ədalət 

tərəzisini nə qədər itirsə də belə... 

 

Milli dövlətlərimiz milli azlıqlara doğma yanaşıb 



 

On iki əsas bölüm, redaktoru siyasi elmlər doktoru, professor Elman 

Nəsirovun  ön  sözü,  müəllif  qeydləri,  yekun  və  xülasədən  ibarət 

kitabın  ―Azərbaycanda  milli  azlıqlar‖  hissəsi  sırf  ölkədaxili  milli 

azlıqların  tarixinin,  müasir  yaşayış  imkanlarının,  say  tərkiblərinin, 

mədəniyyətlərinin, 

adət-ənənələrinin, 

yaşam 


tərzlərinin, 

mətbəxlərinin  araşdırılmasından  bəhs  edir.  O  da  qeyd  edilir  ki,  bu 

xalqlara  isti  münasibət  azərbaycanlıların  qan  yaddaşında 

daşlaşdığından  onların  normal  yaşaması,  dövlət  vəzifələrində 

çalışmaları,  bir  sözlə  onlara  doğma  münasibətin  göstərilməsi  bu 

torpağın  üzərində  yaranan  bütün  milli  dövlətlərin  əsas  ideya 

istiqaməti,  ilkin  addımlarından  biri  olub.  Belə  ki,  hələ  Səfəvilər 

dövlətinin  zamanında  da,  cəmisi  23  ay  yaşaya  bilən  Azərbaycan 

Demokratik  Respublikası  dövründə  də  onların  bütün  hüquq  və 

azadlıqlarının  qorunması,  doğma  dillərində  yazıb-oxumalarına 

şərait  yaradılması  başlıca  prinsip  kimi  dövlətin  əsas  vəzifəsi 

qismində  qanunvericilik  əsasında  təsbit  olunub.  Bu  tendensiya 

müasir  Azərbaycan  Respublikasında  da  yüksək  səviyyədə  davam 

etdirilir. 

 

 ―Azərbaycanda  birgəyaşayış  və  multikultiralizm‖də  ölkəmizdə 



yaşayan  azsaylı  xalq  və  etnik  qrupların  hamısına  doğma,  eyni 

münasibətlə  onların  hər  birinin  haqqında  yuxarıda  qeyd  etdiyimiz 

bilgilər  xüsusi  həssaslıqla  qeyd  edilib.  Oxucular  burada  ləzgilərə, 

avarlara,  talışlara,  tatlara,  daha  azsaylı  hesab  olunan  xınalıqlılara, 

hapıtlara, qrızlara, gürcülərə, axıxlara, axısxa türklərinə, almanlara, 

buduqlara  və  başqalarına  aid  çox  zəngin  materiallarla  tanış  ola 

biləcəklər.  Ölkəmizdə  yaşayan,  lakin  böyük,  ucsuz-bucaqsız 

vətənləri  olan  ruslar,  hətta  onların  malakan  qolları  ilə  bağlı 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə