MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə132/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   126   127   128   129   130   131   132   133   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

407 


Məsələn, ürəkdə tac damar çatışmazlığı olan xəstələr çox vaxt balon 

angioplastikası  və  stend  proseduraları  vasitəsilə  müalicə  edilir.  Bu 

proseduralar  zamanı  rentgen  flüoroskopiyasından  istifadə  olunur. 

Ultrasəs müşahidəsi qurğularının vasitəsilə iynə ilə deşmələr həyata 

keçirilir.  Klinikalarda  müdaxilə  proseduralarını  idarə  etmək  üçün 

maqnit-rezonans  tomoqrafiyadan  nadir  hallarda  istifadə  olunur. 

Buna  səbəb  problemlərdir:  (a)  aşağı  sürətlə  məlumat  toplama;  (b) 

müdaxilə  proseduralarında  istifadə  edilən  qurğuların  güclü  maqnit 

sahəsinə  malik  olması;  (c)  müayinə  edilən  xəstələrin  MRT 

prosedurası zamanı uzun və nazik maqnit daxilində yerləşdirilməsi. 

 

Tədqiqatçılar, o cümlədən də bizim MRT texnologiyaları üzrə işçi 



qrupumuz,  bu  problemlərin  həlli  ilə  məşğuldur.  Əgər  həmin 

problemlər  öz  həllini  tapsa,  MRT  ideal  vizual  müşahidə  alətinə 

çevrilə bilər. 

 

Bizim  qrupun  böyük  həcmdə  ürək-damar  müdaxiləsi  üçün 



texnologiyaların  işlənib  hazırlanmasına  baxmayaraq  (1-30),  bu 

əlyazmada  MTR-ın  prostat  vəzinin  müalicəsi  zamanı  istifadə 

olunmasından  bəhs  edilir.  Prostat  vəzinin  xərçəngi  50  yaşından 

yuxarı olan kişilər arasında ən geniş yayılmış xəstəliklərdən biridir. 

Prostat  vəzisi  –  çox  kiçik  ölçülü  (qoz  boyda)  bir  vəzdir  və  onu 

ənənəvi texnologiyalar vasitəsilə müayinə etmək qeyri-mümkündür. 

Prostat vəzinin biopsiyası bu gün müvəffəqiyyətlə tətbiq olunan ən 

geniş  yayılmış  diaqnostika  üsuludur  və  MRT-dan  yalnız  xərçəng 

xəstəliyinin  dərəcəsini  müəyyən  etmək  üçün  istifadə  olunur.  MRT 

xərçəng xəstəliyinin aşkar olunması üçün istifadə edilmir, çün ki o 

çoxlu  sayda  səf  müsbət  nəticələr  verir,  yəni  xərçəng  mövcud 

olmadığı halda onun varlığını bilər. Digər tərəfdən, indiki zamanda 

prostat  vəzinin  biopsiyası  vizual  müşahidə  olmadan  aparılır 

(ultrasəs  prostat  vəzinin  ümumi  vəziyyətini  göstərir)  və  buna  görə 

də  prostat  nümunələri  təsadüfi  götürülür.  Həmin  nümunələrə  görə 

çox vaxt zədələnmiş hissə nəzərdən kənarda qalır. Bu da səf mənfi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

408 



nəticələrə  gətirib  çıxarır,  yəni  prostatın  biopsiya  nəticələri 

xəstələrdə  xərçəng  xəstəliyinin  olduğu  hallarda  onların  sağlam 

olmasını göstərə bilər. 

 

Biz bu iki texnologiyanın birgə işlənməsini, yəni biopsiyanın MRT 



tərəfindən idarə olunması üsulu təklif edirik. Həmin nişanə biopsiya 

həm müsbət, həm də mənfi nəticələrinin sayını azaltmalıdır. Bunun 

üçün  pasiyentin  maqnit  sahədə  olduğu  zaman  onun  prostat 

vəzisindən  nümunələri  götürən  mexaniki  avadanlıq  hazırlanmışdır. 

Bu mexaniki qurğu MRT ilə tam uyğunlaşdırılmışdır, yəni skanerin 

daxilində  maqnit  sahəsini  dəyişmir,  hətta  güclü  maqnit  sahəsinin 

mövcud olması belə qurğunun işinə heç bir təsir göstərmir. MRT ilə 

uyğunlaşma  məsələsi  qurğu  konstruksiyasının  əsasən  plastik 

materiallardan  hazırlanması  yolu  ilə  həll  edilmişdir.  Avadanlıqda 

istifadə  oıunan  bütün  dəmir  materiallar  MRT  ilə  uyğunlaşma 

baxımından  testdən  keçirilir.  Xəstə  uzun  və  nazik  keçiddə  olan 

zaman  qurğunun  forma  və  ölçülərini  də  dəyişmək  mümkündür. 

Bununla  yanaşı,  uroloqun  xəstəyə  maneəsiz  yaxınlaşması  üçün 

iynəni  idarə  edən  iki  kontrol  düymə  nəzərdə  tutulmuşdur.  Bu 

avadanlıq  proqramla  təmin  olunur.  Uroloq  MRT  skaner  otağından 

iki düymənin köməyi ilə iynənin trayektoriyasını tənzimləyir. MRT 

təsviri  otağda  yerləşən  ekranda  əks  olunur.  Uroloq  zədələnmiş 

hissəni  müəyyənləşdirir  və  iynənin  trayektoriyasını  korrektə  edir, 

sonra isə zədələnmiş hissədən yüksək dəqiqliklə biopsiya götürülür. 

Biz  bu  sistemi  MSİ  (Birləşmiş  Ştatların  Milli  Sağlamlıq  İnstitutu) 

tədqiqatçıları  ilə  birgə  testlərdən  keçirtdik.  Sonralar  biz 

braxiterapiyanın  yüksək  dozalarını  istifadə  etməklə  həmin  işi 

prostat vəzinin müalicəsi üçün genişləndirdik. Bunun üçün prostatın 

daxilində  MRT-ın  idarəsi  altında  iynələri  yerləşdirməyə  imkan 

verən  sistem  işlənib  hazırlandı.  Bu  metodda  MRT  arasından 

görünən  şəbəkə  təkmilləşdirilmişdir,  iynənin  daxil  edilmə  nöqtəsi 

və  dərinliyi  bizim  laboratoriya  tərəfindən  hazırlanmış  proqramla 

müəyyən edilir, bundan sonra həkim prostatın zədələnmiş hissəsini 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

409 


müəyyən edir. Bu metod prosedura zamanı aldığı radiasiya dozasını 

daha dəqiq müəyyən edir. 

 

Apardığımız  tədqiqat  zamanı  biz  yeni  endouretral  və  endorektal 



yüksək  tezlikli  makaraları  işləyib  hazırladıq,  hansılar  ki  prostat 

vəzisinin  maqnit-rezonans  tomoqrafiyası  ilə  müayinəsində  daha 

yaxşı nəticələr əldə etmək üçün imkan yaradır. Sonralar makaraların 

geometrik optimallaşma metodunu işləyib hazırlayaraq, daha dəqiq 

təsvrin alınmasına nail olduq. 

 

Hal-hazırda  biz  Türkiyənin  milli  maqnit-rezonans  tədqiqat 



mərkəzində  (UMRAM,  http://umram.bilkent.edu.tr)  müdaxilə 

proseduralarının  inkişafına  dair  tədqiqatları  davam  etdiririk.  MRT 

müdaxilə sahələri, yeni vizual müalicə metodların üzərində işləyən 

tədqiqatçılar  üçün  açıqdır.  Prostat  vəzi  və  ürək  nahiyəsində 

əməliyyat  aparmaqla  yanaşı,  bizim  tədqiqat  qrupumuz  hal-hazırda 

maqnit-rezonans  tomoqrafiyanın  idarəçiliyi  altında  baş  beyin 

nahiyəsində əməliyyat metodları istiqamətində iş aparır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə