MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə118/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   114   115   116   117   118   119   120   121   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

363 


üzrə  təlimin  maliyyələşdirilməsinin  zəruriliyini,  həmçinin 

tələbələrin işə düzəlməsi məsələlərinə də toxunmuşdu. 

 

O  da  təşviş  doğurur  ki,  ölkələrin  iqtisadi  inkişafındakı  fərqlər 



«beyin axını» kimi neqativ meyilin yaranmasına gətirib çıxarır. Bu, 

inkişaf  etməkdə  olan  və  keçid  dövrü  ölkələri  üçün  çox  mənfi 

prosesdir.  Məsələ  ondadır  ki,  inkişaf  etmiş  ölkələr  məqsədyönlü 

miqrasiya  siyasəti  yürüdərək,  getdikcə  daha  sərfəli  şərtlər  təklif 

edirlər.  Odur  ki,  dünya  ali  təhsil  sisteminə  inteqrasiya  edərkən  bu 

prosesin  həm  müsbət,  həm  də  mənfi  cəhətlərini  nəzərə  almaq 

zəruridir.  Beynəlxalq  əməkdaşlıq  ali  təhsilin  məzmun  və 

səviyyəsinin  iqtisadiyyatın  tələbatlarına  uyğunluğu,  müxtəlif 

ölkələrdə  mütəxəssis  hazırlığının  səviyyəsinin  bərabərləşdirilməsi, 

bu sahədə tərəfdaşlığın möhkəmləndirilməsi kimi aktual məsələlərin 

həllinə  yardımçı  olur.  Bununla  yanaşı,  o  həm  də  «beyin  axını»nın 

qarşısını  almalıdır.  Onun  ən  mühüm  vəzifələrindən  biri  isə  məhz 

milli iqtisadiyyat üçün ixtisaslı kadrlar hazırlanması olmalıdır. İndi 

bu məsələ son dərəcə aktualdır. Azərbaycanda bu istiqamətdə ciddi 

addımlar atılır. İlk növbədə, ölkə rəhbərliyi son illər ərzində yeni iş 

yerlərinin  açılması  üçün  məqsədyönlü  iş  aparır.  Elm  və  təhsildə 

əmək  şəraitinin  və  maddi-texniki  təminatın  yaxşılaşdırıl­masına 

xüsusi  diqqət  yetirilir.  Bu  sahələrin  işçilərinin  əmək  haqlarının 

demək olar ki, hər il artırılması artıq yaxşı bir ənənəyə çevrilmişdir. 

Dövlət  proqramı  üzrə  dünyanın  aparıcı  ali  məktəblərində  təhsil 

almış gənc mütəxəssislərə xüsusi diqqət yetirilir. 

 

Sirr  deyil  ki,  ali  məktəblərdə  elmin  zəif  maliyyələşdirilməsi 



akademik  elmlə  universitet  elmi  arasında  uçurum  yaradır. 

Məsələnin  köklü  həlli  kompleks  tədbirlər  görülməsindədir. 

Maliyyələşdirilmənin 

artırılması 

ilə 

yanaşı, 


tədris-elm 

komplekslə­rinin formalaşdırılması, aparıcı alim və mütəxəssislərin 

tədris  fəaliyyətinə  cəlb  edilməsi,  müəllimlərin  və  tələbələrin  elmi 

araşdırmalarının  stimullaşdırılması  zəruridir.  Bu  gün  inkişaf  etmiş 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

364 



ölkələrdə  ali  təhsil  elmi  araşdırmalar  və  innovasiyalarla  eyni 

hüquqlara malikdir. 

 

Respublikamızda  da  bu  istiqamətdə  məqsədyönlü  iş  aparılır. 



Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin 

«iqtisadi  potensialı  intellektual  kapitala  çevirmək»  çağırışı  həyata 

keçirilir.    Bundan  başqa,  bu  yaxınlarda  cənab  Prezident  qarşımıza 

ən  qısa  müddətə  –  3  aya  2011-2021-ci  illər  üçün  milli  təhsil 

strategiyasını işləyib hazırlamaq vəzifəsini də qoymuşdur. 

 

Əminəm  ki,  bu  Forumdakı  müzakirələr  həmin  Strategiya  üzərində 



işimizdə əməli kömək olacaqdır. 

 

Deyilənlərlə  əlaqədar,  müzakirəyə  müasir  cəmiyyət  üçün  aktual 



olan tezisləri çıxarmaq istəyirəm: 

 

Bu, ilk növbədə, müxtəlif sosial-iqtisadi inkişaf səviyyələrinə malik 



ölkələrdə  təhsil  və  elmin  inkişafının  tarazlaşdırılmış  səviyyəsinə 

nail  olmaq  yollarının  axtarılmasıdır.  Avropada,  ABŞ-da  və  digər 

inkişaf  etmiş  ölkələrdə  ali  təhsilə  ümumi  daxili  məhsulun  1  və  2 

faizdən daha çoxu, elmin inkişafına isə 2-3 faizi yönəldilir. Üstəlik, 

ABŞ təkcə 2010-cu ildə tədqiqatlara və innovasiyalara əlavə olaraq, 

təkrar  edirəm,  əlavə  olaraq,  təxminən,  148  milyard  dollar 

ayırmışdır. Avropa İttifaqı da ondan geri qalmır. Nəhəng büdcələri 

olan  7-ci  çərçivə,  «Tempus»,  «Erazmus  Mundus»  və  digər 

proqramları  xatırlamaq  kifayətdir.  Son  nəticədə,  bütün  bunlar  öz 

əksini  istehsal  səviyyəsində  tapır  ki,  onun  göstəricilərinə  görə 

aparıcı  ölkələr  başqalarını  çox  qabaqlamaqdadır.  Sual  yaranır: 

ölkələrimizin ali məktəblərinin bu proqramlarda fəal iştirakını təmin 

etmək üçün nə etmək lazımdır? 

Digər  bir  mühüm  problem  sürətlə  inkişaf  edən  elmin  onun 

nailiyyətlərinin  təhsil  sisteminə  tətbiqi  templərini  qabaqlamasıdır. 

Məhz  bu dövrdə təhsil  müəssisələrinin elmi  mərkəzlərə çevrilməsi 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

365 


və biznes-inkubatorlar, injener-hauslar və texnoparklar yaradılması 

ilə  yeni  təlim  metodlarından  istifadə  olunması  zərurətə  çevrilir. 

Bununla  əlaqədar,  qarşımıza  problem  çıxır:  müasir  ali  məktəb 

məzunlarına  tələbat  olması  və  onların  müxtəlif  sahələrdə  əmək 

fəaliyyətinə hazır olmaları üçün nə etməli? 

 Müasir dövr ən çox tələbat olan ixtisaslar üzrə məqsədli mütəxəssis 

hazırlığının  genişləndirilməsini  tələb  edir.  Məsələn,  Azərbaycan 

Respublikasının  Dövlət  Neft  Şirkəti  gələcəkdə  özünü  ixtisaslı 

kadrlarla  təmin  etmək  məqsədilə  tələbələr  üçün  təqaüdlərə  vəsait 

ayırır.  Elm  və  təhsilin  tarazlaşdırılmış  inkişafı  üçün  yeni 

yanaşmalara  ali  təhsil  müəssisələrinin  məktəblər  üzərində 

qəyyumluğunu, 

istedadlı 

şagirdlərin 

ali 

məktəblərin 



laboratoriyalarında  aparılan  elmi  araşdırmalarda  iştiraka  cəlb 

olunmasını da aid etmək olar. Hazırda əmək bazarında tələbat olan 

bir  çox  ixtisaslar  üzrə  yüksək  ixtisaslı  kadrların  kəskin  qıtlığı 

mövcuddur. Odur ki, istedadlı uşaqları artıq məktəblərdə seçmək və 

öz  seçimləri  ilə  onları  müəyyən  ixtisaslara  məqsədyönlü  şəkildə 

hazırlamaq zəruridir. 

İnformasiya  texnologiyalarının  inkişafının  yüksək  səviyyəsi 

gənclərin  biliklərə  təkcə  orta  və  ali  məktəblərdə  yiyələnməsinə 

deyil,  həm  də  onları  müxtəlif  virtual  informasiya  mənbələrindən 

əldə  etmələrinə  yardımçı  olur.  Ortaya  belə  bir  sual  çıxır:  bu 

informasiya mənbələri bir-birini necə tamamlamalıdır? Bütövlükdə, 

tələbələrin  müstəqil  işi  qalıq  biliklərin  formalaşmasına  necə  təsir 

göstərir? 

Nəhayət,  ölkələrimiz  arasında  təhsil  və  elm  sahələrində  regional 

inteqrasiya  dinamikasının  güclənməsinin  zəruriliyini  xüsusi 

vurğulamaq  istəyirəm.  Bu,  elmlə  təhsilin  dünya  səviyyəsində 

sonrakı inteqrasiyasının rəhninə çevriləcəkdir. 

Bu  gün  elm  və  təhsil  təkcə  yüksək  inkişaf  etmiş  ölkələrin  milli 

prioritetlərindən  biri  yox,  həm  də  dünya  prioritetlərinin  tərkib 

hissələrindən  biridir.  İndi  metodologiyalar  və  texnologiyalar 

kökündən  dəyişməkdədir,  elm  öz  inkişafında  görünməmiş 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə