Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

 

 

29 



birlikdə  makroiktisat  da  (yeni  makroiktisat)  müzakirəyə  çıxarılmışdır.  Yeni 

iqtisadiyyatı  ortaya  çıxaran  əsas  faktorun  məhsuldarlıq  artımı  və  bunun  ortaya 

çıxardığı nəticələrin olduğunu söyləmək mümkündür. 

Məhsuldarlıq artımları, yeni iqtisadiyyatın aparıcısı kimi qəbul edilən ABŞ-dakı 

inkişafla  ortaya  qoyula  bilər.  ABŞ-da  kənd  təsərrüfatı  qeyri-neft  sektorunda  1980-

1989-cu  illərdə  orta  hesabla  1.37  faiz  məhsuldarlıq  artımı  təmin  edərkən,  bu  nisbət 

1990-2000-ci  illərdə  orta  hesabla  2.15  faizə  qədər  çıxmışdır  (Bureau  of  Labor 

Statistics  Data  [BLS],  2001).  Məhsuldarlıq  artımı  ilə  birlikdə  böyümə,  adambaşına 

real  gəlir  və  məşğulluq  artıb;  İşsizlik  və  inflyasiya  faizləri,  ümumi  daxili  məhsul 

zımni  deflyatoru  və  vahid  əmək  maya  dəyərində  əhəmiyyətli  azalmalar  təmin 

olunmuşdur. 

c - Yeni İqtisadiyyatda Bazarlar Daha Çox Qlobal və Rəqabətə Davamlıdır 

Rabitə  texnologiyasındakı  inkişaf  və  qloballaşma  ilə  yanaşı,  dünya  ticarətində, 

birbaşa  kapital  investisiyalarında  və  beynəlxalq  kredit  əməliyyatlarında  mühüm 

irəliləyişlər  baş  verməkdədir.  Məsələn,  BVF  məlumatlarına  görə,  dünya  ixracatı 

1998-ci  ilin  ilk  yarısında  5.6  trilyon  dollar  olmuşdur.  Bu  rəqəm  1989-ci  ilə  görə  86 

faizlik  bir  artımı  ifadə  edir.  Həmçinin  Beynəlxalq  Ödəmələr  Bankının  (BIS) 

məlumatlarına  görə,  1989-ci  ilin  ikinci  rübündə  4.6  trilyon  dollar  olan  beynəlxalq 

bank  kreditləri, 1998-ci  ilin  ortalarında  9.1  trilyon  dollara  yüksəlmişdir  ki,  bu  da  98 

faizlik bir artımı ifadə edir. 

Bazarların  qloballaşması  istehlakçıların  tələbləri  şaxələnir  və  daha  da  artır. 

Beləliklə,  müəssisələr  fəaliyyətlərini  planlaşdırarkən  daha  qlobal  düşünmək 

məcburiyyətindədir.  Bundan  başqa,  yer  və  kadr  seçimi  edərkən  də,  informasiya 

əsrinin  tələb  etdiyi  keyfiyyətləri  nəzərə  almaq  məcburiyyətindədir.  Çünki  yeni 

iqtisadiyyat  həm  dinamik,  həm  də  rəqabətə  davamlıdır.  Yeni  iqtisadiyyatda  minlərlə 

alıcı və satıcı hər an qarşılaşa bilər. Firmalar coğrafi olaraq çox hərəkətli hala gəlmiş, 

rəqabətin  ölçüsüdə  milli  olmaqdan  çıxmış;  Qlobal  xarakter  qazanmışdır.  Belə  bir 



 

 

30 



şəraitdə  yenilik  və  keyfiyyətə  verilən  əhəmiyyətin  artması  və  xərclərin  də  düşməsi 

gözlənilir. 

 Yeni  iqtisadiyyat  bir  ünsiyyət  şəbəkə  iqtisadiyyatıdır.  Yeni  texnologiya 

şəbəkələri  sayəsində  kiçik  müəssisələr,  böyük  müəssisələrin  sahib  olduğu  miqyas 

iqtisadiyyatı və mənbələrə çatım üstünlüklərinə malik ola bilər. Eyni zamanda kiçik 

müəssisələr,  böyük  müəssisələrin  çəkdikləri  xərclərə  çəkmədən  qlobal  bazarlara 

çıxarıla bilər (Tapscott, 1998, s.50). 

d - Yeni İqtisadiyyatda Gəlir Bölgüsü Dəyişir 

Yeni  iqtisadiyyatda  real  maaşların  artımı  əsas  olmaqla,  bu  artımlardan 

faydalanacaq şəxslərin yaxşı təhsilli, yüksək səviyyəli kadrlar olacaqları şübhəsizdir. 

İnformasiya  cəmiyyətində  kifayət  qədər  təhsilə  malik  olmayan  insanların  real  əmək 

haqlarının  artması  bir  yana,  azalması  da  baş  verə  bilər.  Həmçinin  bu  təhsil  və 

qabiliyyətlər  ilə  təchiz  edilməyən  şəxslərin  qeydiyyatdan  kənar  iqtisadiyyata 

keçidlərin də artacağını söyləmək mümkündür. 

Şübhəsiz,  gəlir  bölgüsü  yalnız  işləyənlər  üçün  deyil,  eyni  zamanda  firmalar, 

şəhərlər,  bölgələr  və  dövlətlər  üçün  də  dəyişəcəkdir.  Belə  ki,  Dünya  Bankının  dərc 

etdiyi  "Dünya  İnkişaf  Hesabatı  2000/2001"  də,  1960-ci  ildə  ən  zəngin  ölkələrin 

adambaşına  ümumi  daxili  məhsulu  ən  yoxsul  ölkələrdən  18  dəfə  daha  çox  olduğu 

halda;  Nisbətin  1995  ildə  37  dəfə  səviyyəsinə  çıxdığı  bildirilir  (The  World  Bank 

Group,  2000,  s.  51).  Açığın  getdikcə  artmasının  əsas  səbəbi,  ölkələr  arasındakı 

böyümə çıxışlarının fərqlilik göstərməsidir. Beləliklə, yeni iqtisadiyyatdakı inkişaflara 

bağlı  olaraq  bildirilən  fərqliliklər  müsbət  və  ya  mənfi  istiqamətdə  təsirlənəcək. 

Hansının  gerçəkləşəcəyi,  ölkələrin  yeni  iqtisadiyyat  ilə  birlikdə  ortaya  çıxacaq 

fürsətləri necə istifadə edəcəyinə bağlıdır. Görünən odur ki, inkişaf etmiş ölkələr bu 

məsələdə  qabaxda  gedir.  Beləliklə,  yeni  iqtisadiyyatın  da  ölkələr  arasında  gəlir 

bölgüsü ədalətsizliyini daha da artıracağını söyləmək səhv olmayacaq. 

e - Yeni İqtisadiyyatda İstehsal Təşkilatının Quruluşu Dəyişir 



 

 

31 



Yeni  iqtisadiyyatın  cəlbedici  bir  xüsusiyyəti  də,  kütlə  istehsalı  əvəzinə 

müştərinin tələbi əsasında həyata keçirilən bir istehsal strukturunun ortaya çıxmasıdır. 

Digər bir ifadə ilə kütləvi istehsalı əvəzinə, xüsusi istehsal, ya da kütləvi istehsalının 

özəlləşdirilməsi  var.  Beləliklə,  nə  növ  istehsalın  keçiriləcəyinə  birbaşa  istehlakçılar 

qərar  verirlər.  Bunun  nəticəsində,  yeni  iqtisadiyyatda  istehsalçılarla  istehlakçılar 

arasında məsafə yaxşıca daralır;(Tapscott, 1998, s. 57). 

f  -  Yeni  İqtisadiyyatda  İnformasiya  Texnologiyaları,  Bütün  Müəssisələr  Üçün 

Əsas Amildir 

İstiyir  ev  istiyir  ofis  və  ya  zavod  şəraitində  olsun,  informasiya  texnologiyası 

bütün müəssisələr üçün uğurun əsas açarı vəziyyətindədir. Bu səbəblə, müəssisələrin 

informasiya  texnologiyasına  ayırdıqları  sərmayənin  getdikcə  artdığını  müşahidə 

etmək  mümkündür.  Belə  ki,  ABŞ-da  müəssisələrin  cd  proqramları  üçün  etdikləri 

investisiyalar  1987-ci  ildə  28  milyard  dollar,  1999-ci  ildə  149  milyard  dollara 

yüksəlmişdir  (U.S.  Department  of  Kommers,  2000,  s.  3).  İnformasiya 

texnologiyalarındakı  inkişafdan  təcrid  olunmuş  bir  şirkətin  yaşaması  mümkün 

olmayacağına görə, şirkətlərin bu məsələdə daha çox yol alması lazım olduğu ortaya 

çıxır. İnformasiya texnologiyaları inkişaf etdikcə də, yeni iqtisadiyyat özünü daha çox 

qəbul etdirəcəkdir. 

Texnoloji inkişaflar iş həyatına da təsir edir. Yeni işlərin ortaya çıxması, mövcud 

işlərin  itirilməsi,  iş  müqaviləsi  şəkillərinin  və  əmək  təşkilatlarının  dəyişməsi  kimi 

ortaya  çıxan  yeni  təsirlərə  misal  olaraq  verilə  bilər.  Texnologiyanın  istifadə 

edilməsinə  asılı  olaraq,  ölkələr  arasındakı  rəqəmsal  pərakəndəlik  ümumi  bir  obraz 

yaradır.  Belə  ki,  internetin  istifadə  edilməsi  yaşlı  insanlardan  daha  çox  gənclər, 

qadınlardan  çox  kişilər,  az  təlimlərdən  daha  çox  yaxşı  təhsillilər,  kənd  yerdən  daha 

çox şəhərlər və aşağı gəlirlərdən daha çox yüksək gəlirlər arasında çoxdur.  



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə