M. F. Axundov ad. Azərbaycan Milli Kitabxanası; tərt ed. S. Quliyeva; elmi red



Yüklə 233,01 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix25.06.2018
ölçüsü233,01 Kb.
#51093
1   2   3   4   5   6   7

22 

 

Azərbaycan  alimləri,  ziyalıları  ölkəmizin,  cəmiyyətimizin 



elitasıdır.  Onların  dünyagörüşü,  mövqeyi,  hərəkətləri,  fəaliyyəti 

Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli 

dərəcədə müəyyən edir. 

 

*** 



A

kademik Zərifə xanım Əliyeva respublikamızda tibb elmi-

nin  inkişafına  mühüm  töhfələr  verərək  oftalmologiyanın  aktual 

problemlərinə  dair  sanballı  tədqiqatları  ilə  böyük  şöhrət  qazan-

mışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni 

nəslinin  yetişməsinə  və  Azərbaycanda  oftalmologiya  elminin 

inkişafına güclü təsir göstərmişdir.  

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

 

 

Ana 

Sözləri: Fikrət Qoca 

Musiqisi: Sevil Əliyeva 

Əziz anam, şirin sözlü anam,  

Qəlbin kövrək, eşqin solmaz bahar.  

Gülər üzlü, qara gözlü anam,  

hara getsəm gözün mənə baxar,  

Ana qəlbin layla olar gəzər, 

Doğma səsin ömrü-günü bəzər  

Qəlbi geniş ana,  

həyat verdin mənə,  

Günəş kimi yana-yana, ana,  

Mənim günəş anam,  

Ana, əziz ana,  

Ana qəlbi başım üstə səma  

Ana səsin aydın səhər olar,  

Ana qəlbin keşik çəkər bizə,  

Yolum üstə uzaq səfər olar,  




23 

 

İşıq olar nurdan düşən gözə.  



Mənim görən gözüm sənsən, ana,  

Ömrüm-


günüm, sözüm sənsən, ana  

Qəlbi geniş ana,  

həyat verdin mənə,  

Günəş kimi yana-yana, ana,  

Mənim günəş anam,  

Ana, əziz ana,  

Ana qəlbi başım üstə səma. 

 

 



*** 

Z.Ə.Əliyeva  özünü  tibbi  tədqiqatların  istedadlı  təşkilatçısı, 

sənaye oftalmologiyası sahəsində görmə orqanının peşə patologi-

ya

sı məsələləri üzrə böyük mütəxəssiz, dərin klinik təfəkkürə və 



zəngin  pedaqoji  təcrübəyə  malik  alim  kimi  göstərmişdir.  O, 

ölkədə  ilk  dəfə  olaraq  sənaye  istehsalının  müxtəlif  sahələrində 

göz xəstəliklərinin profilaktikasına dair geniş tədqiqatlar aparmış-

dır.  


S.P.Burenkov,  

tibb elmləri doktoru 

 

Fitri istedada malik alim, 



pak  və  nəcib  insan, alovlu  vətən-

pərvər  olan  Zərifə  xanım  dünya  təbabətində  özünəməxsus  yeri 

olan, hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat və kamillik 

nümunəsi ola biləcək nadir şəxsiyyətlərdən biri idi.  



 

O.K.Şirəliyev,  

Azərbaycan Respublikasının Səhiyyə naziri, 

t

ibb elmləri doktoru, professor  

 

Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər. Qadın zə-



rif

liyi, ipək kimi yumşaq xasiyyət, xeyirxahlıq, ailəsinə, dostları-

na  böyük  məhəbbət  və  səadət  hissləri  onun  şəxsiyyətində  müs-



24 

 

təsna  zəhmətsevərlik,  qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün 



inad

karlıq, tibb elminə təmənnasız xidmət borcu ilə üzvi surətdə 

qaynayıb-qovuşmuşdu.  

A.P.Nesterov, 

Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, 

Piroqov adına II Moskva Tibb İnstitutunun  

Göz x

əstəlikləri kafedrasının müdiri,  

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı 

 

Zərifə xanım, hər şeydən əvvəl həyat sevgisi və maraq dairə-

si

nin  böyüklüyü  ilə  fərqlənirdi:  o,  həkim-oftalmoloq  sənətinin 



vurğunu idi, elmi tədqiqatlara çox vaxt sərf edirdi, o, oftalmolo-

giyada yeni, çox çətin və az öyrənilən bir sahəni araşdırmış, bu 

tipli  xəstəliklərin  profilaktikasına  və  müalicəsinə  böyük  töhfə 

vermişdir. Zərifə Əziz qızı həyatda olduğu kimi, elmdə də özünə 

tap

danmış yol seçməmiş, elmin az öyrənilən, lakin inkişafı günün 



tələbi olan sahələrini araşdırmışdır.  

V.V.Şmelyeva, 

Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu  

Oftalmologiya kafedrasının professoru, akademik  

Filatov adına mükafatın laureatı  

 

Onun bir alim, pedaqoq, həkim kimi istedadı öz çoxcəhətliyi 



və dərinləyi ilə insanı heyrətə gətirirdi. Zərifə xanım canlı zəkası, 

orijinal  mühakimələri  və  parlaq  mətbu  çıxışları  ilə  seçilirdi.  O, 

özü

nün insani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması 



və  köməyinə  çatması,  ən  ağır  anlarda  insana  dayaq  durması  ilə 

hamının hörmətini qazanmışdı. Zərifə xanımla ünsiyyət saxlamaq 

səadətinə nəsib olmuş hər bir şəxs onun bu insani keyfiyyətlərini 

öz üzərində hiss etmişdir.  

 

*** 


Zərifə xanımın adı, şöhrəti 

Yaddan çıxan deyil, əbədilikdir. 

Alim müdr

ikliyi, həkim şəfqəti 

ölçüyə gəlməz. 



25 

 

Səfərə çıxdımı alim dedilər, 



Hamı söhbət açdı səadətindən. 

Evinə döndümü – bir qadın-ana 

Hamıya pay düşdü 

Ana əllərinin hərarətindən! 

Əl tutdu bir kimsə düşəndə dara

Yaxşılıq etsə də gətirməz dilə. 

O yandı, alışdı bir ulduz kimi, 

Sönməyib işığı, yol gəlir hələ. 



N.B.Şulpina  

Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun  

kafedra müdiri, professor  

 

Zərifə  Əziz  qızı  ən  qiymətli  insani  keyfiyyətlərə  malik  idi. 



Onlardan ən əsası insanlara xeyirxahlıqla bağlıdır.  

N.A.Puçkovskaya,  

Ukrayna Oftalmoloqlar Elmi Cəmiyyətinin sədri,  

Tibb Elmləri Akademiyasının həqiqi üzvü  

 

Zərifə  Əziz  qızı  təkcə  görkəmli  alim,  istedadlı  pedaqoq  və 



tərbiyəçi, fəal ictimai xadim deyildi, həm də kövrək qəlbli insan, 

qayğıkeş və sevimli qadın, ana, nənə idi, qeyri-adi şəxsiyyət idi. 

Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi.  

O.P.Dobromislova, 

professor  

 

Azərbaycan  oftalmologiyasını  dünya  səviyyəsində  tanıdan 



aka

demik  Zərifə  xanım  Əliyeva  təbabətdə  öz  dəst-xətti  olan 

novator  bir alim idi. O, elmi-

pedaqoji fəaliyyətində təkcə çoxşa-

xəli elmi-tədqiqat  işləri  aparmaqla  kifayətlənməmiş,  yüksəkixti-

sas


lı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlə-

rin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. 



Akif Əlizadə,  

AMEA-

nın prezidenti, akademik 


26 

 

 



Ötən  əsrin  bizim  əsrlə  qovşağında  ixtisasca  həkim  olan, 

böyük yazıçı və böyük humanist A.P.Çexov tibb işçisinə xas olan 

peşəkar  xüsusiyyətlərdən  danışarkən  demişdi:  “Hərəkətvericilər 

də günəş kimidir. Onlar cəmiyyətin ən poetik və həyatsevər ün-

sür

ləri kimi bizi ilhamlandırır, rahatlayır və şəfqətləndirir”. Mən 



elə bilirəm ki, bu sözlər insanların həyat yoluna nur saçan, parlaq, 

həqiqətən də hərəkətverici bir ömür yaşamış Zərifə Əziz qızı Əli-

ye

va haqqında deyilib.  



M.C.Cavadzadə,  

akademik 

 

Zərifə xanım işgüzarlığı, xeyirxahlığı, qayğıkeşliyi, nəcibliyi, 



istiqanlılığı və qeyri-adi nikbinliyi ilə min adamın içində seçilirdi. 

Çexovun  təbirincə  desək,  bu  adamda  hər  şey  gözəl  idi  –  “həm 

zahiri, həm batini.” O, əsl dost idi və yalnız şad günümüzdə deyil, 

həm da qəmli anlarımızda Zərifə xanım bizim hamımıza öz kö-

mək əlini uzadırdı. O, nadir adamlara məxsus olan natiqlik qabi-

liyyətinə və söz duyğusuna malik idi.  



N.M.Əfəndiyev,  

t

ibb elmləri doktoru 

 

Biz onu 



sevir,  onunla  fəxr  edirdik.  O,  Azərbaycan  Elmlər 

Akademiyasının  həqiqi  üzvü  seçilən  ilk  qadın  oftalmoloqumuz 

idi.  Zərifə  xanım  Azərbaycan  xalqının,  Azərbaycan  elminin, 

Azərbaycan  oftalmologiyasının  iftixarı  idi.  Bununla  bərabər 

Zərifə  xanım  qeyri-adi  dərəcədə  təvazökar  və  ciddi  insan  idi. 

Bütün  ömrü  boyu,  həyat  tərzinə  görə  də,  bütün  siması  ilə  də, 

məqalə  və  çıxışlarında  da  meşşanlığa  və  mənəviyyatsızlığa, 

əxlaqi idealların itirilməsinə qarşı barışmaz mübarizə aparmışdı. 

Kristal dərəcədə təmiz, doğruçul və təmənnasız bir insan kimi o, 

yüksək  insani  keyfiyyətlərin  carçısı  idi.  Deontologiya,  həkim 

etikası  və  əxlaqı  barədə  respublikamızda  ilk  çıxış  edən  də  o 

olmuşdu. Oftalmoloqların Daşkənddə keçirilmiş beşinci qurulta-




27 

 

yında  Zərifə  Əliyeva  Oftalmoloqlar  Cəmiyyəti  İdarə  Heyətinin 



sədri  seçilmişdi.  “Oftalmologiya  xəbərləri”  jurnalının  redaksiya 

heyətinin üzvü kimi də o, həmişə müasir oftalmologiyanı inkişafa 

aparan elmi və ictimai hərəkatın mərkəzində dayanmışdı.  

Z.T.Quliyeva, 

Əməkdar elm xadimi,  

tibb elmləri doktoru, professor 

 

Biz  Zərifə  xanımın  müasir  oftalmologiyaya  bir  alim  kimi 



verdiyi  böyük  töhfələrlə  yanaşı,  onun  humanist  həkim  kimi 

vəsiyyətlərini də yaddan çıxarmamalıyıq.  



Q.Ə.Adıgözəlova-Polçayeva,  

professor,  

 

Onun yaradıcılıq qüvvəsi aşıb-daşırdı, yeni fikir və ideyaları-



nı həyata keçirmək əzmində idi, əməkdaşlarının elmi, pedaqoji və 

təcrübi işlərinə, o cümlədən bir neçə dissertasiyaya qayğıkeşliklə, 

canıyananlıqla rəhbərlik edirdi. 

M.Y.Sultanov, 

tibb elmləri doktoru, professor  

 

Onu yüksək vətəndaşlıq və peşəkar prinsipiallıq səciyyələn-



di

rirdi.  İstər  söhbətlərində,  istərsə  də  məqalələrində  –  həmişə 

həkim və oftalmoloq düşüncəsinin təmizliyindən danışır, təəssüb-

keşliklə bu yolu müdafiə edirdi. O dönə-dönə bildirirdi ki, elmi-

texniki  tərəqqi  dövründə  həkimlərin  mənəvi-əxlaqi  keyfiyyətləri 

nəinki  aşağı  düşməməli,  əksinə,  daha  da  artmalıdır.  Hər  cür 

mənəviyyatsızlıq,  ruhi  eybəcərlik  ona  yabançı  idi,  belə  hallar 

Zərifə xanımın gözünün düşməni idi.  



B.İ.Vaynşteyn,  

tibb elmləri doktoru, tibb xidməti polkovniki  

 

Yüksək  dünyagörüşlü  mütəxəssis,  dərin  tədqiqatçı,  maraqlı 



insan,  ağıllı  müsahib  kimi,  incə  yumoru  və  hədsiz  ziyalılığı  ilə 

həkk olunub yaddaşıma Zərifə xanım. Onun vicdanı saf və büllur 




28 

 

idi. Əyninə gənc yaşlarından geydiyi ağ xalat ömrünün sonlarına 



qədər  tərtəmiz  qaldı,  zərrəcə  ləkələnmədi.  O,  xalqı  və  xəstələri 

qarşısında  borcunu  müqəddəs  bildiyindən  təbabət  elminə  uzun 

illər təmənnasız xidmət etdi, elə buna görə də gənc nəslə mənsub 

oftalmoloqların idealına çevrildi...  



P.S.Məlikaslanova, 

t

ibb elmləri doktoru, professor 

  

Yüksək peşəkarlığı, mədəni tələbatının genişliyi, dostpərvər-



liyi, ünsiyyətdə səmimiliyi və istiqanlılığı, qayğıkeşliyi, ehtiyacı 

olanın  köməyinə  çatmağa  can  atması  Zərifə  xanımın  həyatını 

insan

lara humanist xidmət nümunəsi kimi, ləyaqətlə tibb elminin 



ön  sıralarına  çıxmış  bir  insan  kimi  səciyyələndirməyə  tam  əsas 

verir. Hədsiz dərəcədə xeyirxah bir insan olan Zərifə xanım yaşa-

maq

dan, işləməkdən ilham alır, həyata və insanlara nikbin yana-



şır, xeyirxahlıq və etimad ab-havası yaradırdı. Bu parlaq şəxsiy-

yət  nurlu  bir  səmimiyyətə,  həyatı  Xeyirin  təntənəsi,  ümumxalq 

səadəti  uğrunda  mübarizə  üçün  insana  verilmiş  bir  hədiyyəyə, 

zəkanın  və  hissiyyatın  qırılmaz  vəhdəti  kimi  qəbul  edən  böyük 

istedada malik idi.  

A.Y.Nəcəfov, 

Əməkdar elm xadimi,  

fəlsəfə elmləri doktoru, professor 

 

O, insanlara inam, nikbinlik təlqin edir, səmimi bir müdrik-



lik

lə faydalı məsləhətlər verir, böyük nəzakət və nəvazişlə onları 

yanlış yoldan çəkindirir, pis fikirlərdən daşındıra bilirdi. O, ağla-

gəlməz  bir  lütfkarlıq  və  səbirlə  həmsöhbətini  dinləyərək,  söylə-

nənlərin  əhəmiyyətsiz  tərəflərini  nəzakətlə  qulaqardına  vurar, 

diqqətini ən əsas və vacib məqamlara cəmləşdirərdi. İşinin həd-

din

dən  artıq  olmasına  baxmayaraq,  məsələləri  ən  xırda  təfərrü- 



atlara qədər yadda saxlayır, hadisələrin gedişini düzgün hesabla-

ma

ğı bacarırdı.  



A.M.Mirqasımov  

Azərbaycanın Xalq rəssamı  


29 

 

Zərifə xanım respublikamızda da, onun hüdudlarından kənar-



da da kifayət qədər tanınmış bir alim idi. Oftalmologiya sahəsinə 

gətirdiyi  yeniliklər,  neçə-neçə  elmi  məqaləsi,  kitabları  dünyanın 

ən  tanınmış  alimləri  tərəfindən  yüksək  qiymətləndirilirdi.  Alim-

liyi, həkimliyi ilə yanaşı gözəl insan, qayğıkeş ana kimi də sevi-

lirdi.  

S.Nəcəfova  

Əməkdar jurnalist 

 

 

 

 

 

 

 

 



30 

 

 



 

Ədəbiyyat 

 

Akademik Zərifə Əliyeva – 90 [Elektron resurs]: biblioqra-

fiya /


Azərbaycan  Milli  Kitabxanası;  tərt.  M.Vəliyeva.-  Bakı: 

[s.n.], 2013.- 1 elektron opt. disk [CD-ROM].  



Əntiqə, G. Zərifə: şeirlər 

/

Gövhər Əntiqə.- Bakı: Şirvannəşr, 



2001.- 76 s.  

Kərimov, K. Akademik Zərifə Əliyeva və milli oftalmologi-

ya

mız  /Kərəm  Kərimov.-  Bakı:  [Parni  iz  Baku  Nəşriyyat  Evi], 



2009.- 104 s. 

Kərimov, K. Akademik Zərifə Əliyeva və müasir oftalmolo-

giya 


/Kərəm Kərimov.- Bakı: Parni iz Baku, 2010.- 182, [2] s. 

Mirələmov,  H.  Zərifə  Əliyeva  /Hüseynbala  Mirələmov.- 

Bakı: Azərbaycan, 2013.- 206, [2] s. 



Zərifə  Əliyeva:  Ziyarətə  çevrilmiş  ünvanlar  /müəl.  və  tərt. 

N.Şamilqızı, N.Şneyder.- Bakı: Elm və təhsil, 2013.- 95, [1] s. 

 

*** 


Akademik  Zərifə  Əliyevanın  xatirəsi  yad  olundu  //Tibb 

qəzeti.- 2017.- 30 aprel.- S.4. 



Akademik  Zərifə  Əliyevanın  ömür  yolu  hər  bir  həkim 

üçün həyat və mənəviyyat dərsidir //İki sahil.- 2015.- 29 aprel.- 

S. 13. 


Allahverdiyev, M. 

Nəsillərə  nümunə  olan  ömür  yolu: 

Akademik  Zərifə  xanım  Əliyeva  –  93  /Mübariz  Allahverdiyev 

//Xalq qəzeti.- 2016.- 28 aprel.- S.4. 



Allahverdiyev, M. 

Dünya şöhrətli oftalmoloq-alim /Mübariz 

Allahverdiyev

 

//Xalq qəzeti.- 2017.- 15 aprel.- S.3. 



Əliyeva,  İ.  Nurlu insan:

 

Elm  xadimləri  /İradə  Əliyeva 



//Azərbaycan.- 2016.- 15 aprel.- S.7. 


31 

 

Əliyeva, N. Zərifə xanım nadir, unikal bir qadın idi /Nurlana 

Əliyeva //Yeni Azərbaycan, 2015.- 28 aprel. – S. 8. 

Əmiraslanov,  Ə.  Nurlu  ömrün  işığı:  Elm  xadimləri 

/Əhliman Əmiraslanov

 

//Azərbaycan.-2017.-15 aprel.- S.7. 



Gəraybəyli,  G.  Alim  müdrikliyi,  həkim  şəfqəti:  Elm 

xadimləri /Gəray Gəraybəyli

 

//Azərbaycan.- 2017.- 28 aprel.- S.3. 



Görkəmli  oftalmoloq  alim,  akademik  Zərifə  Əliyevanın 

xatirəsi anılıb //Azərbaycan.- 2017.- 16 aprel.- S.4. 

Hüseynova, H. 

Akademik  Zərifə  xanım  Əliyevanın  nurlu 

xatirəsi  ürəklərdə  yaşayır  /Hicran  Hüseynova  //Səs.-  2016.-  28 

aprel.- S.4. 



Hüseynova, H. Novator alim – 

şəfqətli  alim  /Hicran 

Hüseynova //Respublika.- 2016.- 29 aprel.- S.5. 

Hüseynova, P. 

Xalq sevgisinin tərənnümü:

 

Bəxtiyar Vahab-



za

dənin "Mərsiyə-Rekviyem" əsərində akademik Zərifə Əliyeva-

ya  ümümxalq  məhəbbətinin  bədii  fəlsəfi  təcəssümü  /Pəri  xanım 

Hüseynova //Kredo.- 2016.- 29 aprel.- S.3-4. 



İnsanlara nur bəxş edən alim

 

//İki sahil.- 2017.- 26 aprel.- 



S.15. 

Qasımov,  N.  Mənəvi  ucalığın  zirvəsində  /Nazim 

Qasımov


 

//Xalq qəzeti.- 2017.- 28 aprel.- S.3.

 

Qurbanlı,  D.  Vətənpərvər,  qayğıkeş  Ana

 

/Dəmir  Qurbanlı 



//Azad Azərbaycan.- 2016.- 26 aprel.- S. 4. 

Musayeva, M.

 

Qayğıkeş ana, fədakar həyat yolşadı, cəfakeş 



qadın /Mirvari Musayeva //Yeni Təfəkkür.- 2017- 26 may.- S.3. 

Nəciblik  və  mənəvi  paklıq  timsalı  //İki  sahil.-  2016.-  29 

aprel.- S.4. 



Zərifə  xanım  Əliyevanın  zəngin  həyat  yolu  bugünkü  və 

gələcək  nəsillər  üçün  örnək  və  yaşam  etalonudur //İki sahil.-

2017.- 28 aprel.- S.5. 

 

Rus dilində 

Зарифа  ханум  Алиева  /Ответственный  за  выпуск  и 

автор текста. Ф.Абдуллазаде; В книге использованы работы 




32 

 

художников О. Садыхзаде, А. Китаева, Н. Сафронова и фото 



из  семейных  архива  Алиевых.-Баку:  XXI,  1998.-275  с.:  ии. 

фото., 31 см. 



Мираламов, Г. Зарифа Алиева /Гусейнбала Мираламов.- 

Москва: Молодая Гвардия, 2010.- 189, [3] с. 

 

İngilis dilində  

Kerimov, K.  Academician Zarifa Khanum Aliyeva and the 

modern ophthalmology /Kerem  Kerimov;  reviewers O.Eldarov, 

V.Mammadaliyev; editors A. Bairamova, S. Huseynova; Baku: 

Parni iz Baku, 2010.- 182, [2] p.: photo., portr. 



Miralamov,  H.

 

Zarifa Aliyeva:  Life of outstanding people 



/Huseynbala  Miralamov; trans. K. Ahmadgizi.-Baku: Azerbaijan 

Publishing House, 2013.- 206, p.: portr.; photo. 

 

*** 


http://www.zarifa-aliyeva.az/ 

http://anl.az/new/az/pages/60

 

http://anl.az/el/emb/ZE/index.html 



 

 

 

 

 

 

 

 

 

 

 

 


33 

 

 



 

Mündəricat  

 

Tərtibçidən .................................................................................. 4 



Akademik Zərifə Əliyevanın həyat  

və fəaliyyəti haqqında .................................................................. 5 

Zərifə Əliyevanın 95 illik yubileyi ilə əlaqədar  

kitabxanalarda keçiriləcək tədbirlər ............................................. 9 



Əlavələr  

Əlavə 1: Zərifə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi ......... 17 

Əlavə 2: Görkəmli şəxsiyyətlər Zərifə Əliyeva haqqında ......... 21 

Ədəbiyyat ................................................................................... 30 

 

 

 

 

 

 

 

 

 



34 

 

Nurlu ömrün salnaməsi 



Zərifə Əliyeva - 95  

 

(Metodik vəsait) 



 

 

 

N

əşriyyat rеdaktоru:      Mehriban Cəfərova 

 

 

 

 

Ünvan: AZ-

1000 Bakı ş., Хaqani küç. 57 

Е-mail: contact@anl.az 

URL: www.anl.az 

 

 



 

 

 



 

M.F.Aхundоv adına Azərbaycan 

Milli Kitabхanasının mətbəəsində  

оfsеt üsulu ilə çap оlunmuşdur. 

Sifariş: № 9 

Çapa imzalanmışdır: 12.03.2018 

Tirajı: 150 

Pulsuz 


 

 

 



Document Outline

  • Elmi redaktor:  K.M.Tahirov,
  • 2013   - Estoniyanın paytaxtı Tallində akademik Zərifə Əliyeva adına uşaq bağçasının filialının açılışı olmuşdur.
  • - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş suvenir poçt bloku dövriyyəyə buraxılmışdır.
  • - Xətai rayonunda akademik Zərifə Əliyeva adına uşaq bağçası üçün tikilmiş yeni binanın açılışı olmuşdur.
  • Nəşriyyat rеdaktоru:      Mehriban Cəfərova
  • Ünvan: AZ-1000 Bakı ş., Хaqani küç. 57
  • M.F.Aхundоv adına Azərbaycan

Yüklə 233,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə