M. F. Axundov ad. Azərbaycan Milli Kitabxanası; tərt ed. S. Quliyeva; elmi red



Yüklə 233,01 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix25.06.2018
ölçüsü233,01 Kb.
#51093
1   2   3   4   5   6   7

18 

 

məktəbin  təntənəli  açılış  mərasimində  iştirak 



etmişdir.  

2005  

 - 


Estoniya hökumətinin qərarı ilə Tallin şəhərində 

akademik  Zərifə  Əliyeva  adına  Şərq  Mədəniyyəti 

Xalq Universiteti təsis olunmuşdur;  

Yardımlı  qəsəbəsində  akademik  Zərifə  Əliyeva 



adına  körpələr  evi-uşaq  bağçası  istifadəyə  veril-

mişdir;  

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayo-



nu Şahtaxtı kənd orta məktəbinə akademik Zərifə 

Əliyevanın adı verilmişdir. 



2006  

 - 


Akademik  Zərifə  Əliyeva  adına  Ucar 

rayon 

Qazıqumlaq  kənd  xəstəxanasının  açılışı 

olmuşdur;  



2007  

 - Ankar


ada yeni parka akademik Zərifə Əliyevanın 

adı verilmişdir;  

Xaçmaz  şəhərində  akademik  Zərifə  Əliyeva 



adına orta məktəbin açılışı olmuşdur;  

2008  

 - 


Bakının  Zərifə  Əliyeva  küçəsində,  ümummilli 

lider  Heydər  Əliyevin  və  akademik  Zərifə  xanım 

Əliyevanın  vaxtilə  yaşadıqları  22  nömrəli  binada 

xatirə lövhələrinin açılışı olmuşdur.  

Estoniyanın  paytaxtı  Tallin  şəhərində  akademik 



Zərifə xanım Əliyevanın büstü açılmışdır;  

Estoniyanın paytaxtı Tallin şəhərində uşaq bağça-



la

rından birinə akademik Zərifə xanım Əliyevanın 

adı verilmişdir;  

Bakıda  görkəmli  oftalmoloq  alim,  akademik 



Zərifə Əliyevanın adını daşıyan gəmi-bərə istifadə-

yə verilmişdir;  

Bakı  şəhəri  Yasamal  rayonunda  Heydər  Əliyev 



Fondunun  dəstəyi  ilə  akademik  Zərifə  Əliyeva 

adına liseyin açılışı olmuşdur; 




19 

 



Saatlı  rayonunda  görkəmli  oftalmoloq  alim, 

akademik  Zərifə  Əliyeva  adına  mədəniyyət  və 

istirahət parkı istifadəyə verilmişdir;  

Masallı şəhərində akademik Zərifə Əliyeva adına 



Milli Oftalmologiya Mərkəzinin regional şöbəsinin 

açılışı olmuşdur.  



2009  

 - 


Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstə-

likləri  İnstitutu  “Akademik  Zərifə  Əliyeva  adına 

Milli Oftalmologiya Mərkəzi” adlandırılmışdır; 

İsmayıllıda akademik Zərifə Əliyeva adına park 



istifadəyə verilmişdir.  

2011  

 - 


Ukraynanın  İrpen  rayon  mərkəzində  (Kiyev 

vilayəti)  “Zərifə  Əliyeva  adına  dostluq  parkı” 

açılmışdır.  

2012  

 - 


Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan 

şəhər poliklinikası istifadəyə verilmişdir.  

Ukraynanın  İrpen  şəhərində  Şəhər  Şurasının, 



Ukray

nada  Azərbaycanlı  Gənclər  İttifaqının 

(UAGİ) təşəbbüsü və Azərbaycan Respublikasının 

Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə tanın-

mış  oftalmoloq-alim,  akademik  Zərifə  Əliyeva 

adına  Dostluq  Parkında  Uşaq  yaradıcılıq  və 

istirahət klubunun açılışı olmuşdur.  

2013  

 - 


Estoniyanın  paytaxtı  Tallində  akademik  Zərifə 

Əliyeva  adına  uşaq  bağçasının  filialının  açılışı 

olmuşdur.  

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi-



nin “Azərmarka” şirkəti tərəfindən akademik Zərifə 

xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş 

suvenir poçt bloku dövriyyəyə buraxılmışdır. 

Xətai rayonunda akademik Zərifə Əliyeva adına 



uşaq  bağçası  üçün  tikilmiş  yeni  binanın  açılışı 

olmuşdur. 




20 

 

2014  

 - 

Ukraynanın  paytaxtı  Kiyev  şəhərində  akademik 



Zərifə  Əliyeva  adına  Elmi-Tibbi  Kitabxananın 

açılışı olmuşdur. 



2015  

 - 


Ukraynanın İrpen şəhərində xarici dil təmayüllü 

12 nömrəli I-III dərəcəli şəhər ümumtəhsil məktə-

bi

nə (linqvistika məktəbi) akademik Zərifə Əliye-



va

nın adı verilmişdir. 



2016  

 - 


Gəncədə  Akademik  Zərifə  Əliyeva  adına  Milli 

Oftalmologiya Mərkəzinin filialı açılmışdır. 



2017  

 - 


Ukraynanın  Lvov  şəhərində  1  saylı  şəhər  klinik 

xəstəxanasının  poliklinikasında  akademik  Zərifə 

Əliyeva adına Oftalmoloji Mərkəzin açılış mərasi-

mi olmuşdur. 

 

 

 



 

 



21 

 

Əlavə 2 



 

Görkəmli şəxsiyyətlər  

Zərifə Əliyeva haqqında 

 

...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olub-

dur.  Mən  bütün  həyatımı  buna  sərf  etmişəm  və  bu  gün  də  bu 

yolda  çalışıram.  Bu  yolda  mənim  həmişə  səmərəli,  müvəffəqiy-

yətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük 

rolu  olub.  Zərifə  xanım  kimi  həyat  yoldaşım  olduğuna  və  o, 

ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt 

olmuşam.  Həyatımın  bütün  dövrlərində  işlə  məşğul  olduğuma 

görə  ailə  məsələlərinə  fikir  verməyə  vaxtım  olmayıb.  Bunların 

hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, 

sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.  

Zərifə  xanım  çox  böyük  alim  olub.  Mən  hələ  onunla  həyat 

qura

nda  o,  artıq  elm  yolunda  idi,  elmlə  məşğul  idi.  Onun  elmi 



fəaliyyəti  məlumdur.  O,  çox  istedadlı,  çox  xeyirxah,  çox  sadə 

insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, 

bu  günlərə  çatması,  övladlarımın  tərbiyəsi  üçün  və  həyatımda 

onun  əvəzsiz  rolu  üçün  mən  bu  gün  Zərifə  xanımın  məzarı 

qarşısında  baş  əyirəm.  On  il  keçsə  də,  onu  bir  dəqiqə  belə 

unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-

ruhiyyədədirlər.  Onlar  bu  əhval-ruhiyyə  ilə  tərbiyələniblər,  for-

ma

laşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...  



...Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi 

böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, 

mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On 

il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm. 



 

*** 


…Mənim üçün o, birinci növbədə, böyük bir insan idi. Zərifə 

xanım  sədaqətli  həyat  yoldaşı,  çox  mehriban,  sədaqətli  ana, 

mənim  ailəmi,  mənim  uşaqlarımı,  mənim  nəvələrimi  yaşadan, 

böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır. 



Heydər Əliyev, 

Azərbaycan xalqının ümummilli lideri 


Yüklə 233,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə