M. F. Axundov ad. Azərbaycan Milli Kitabxanası; tərt ed. S. Quliyeva; elmi red



Yüklə 233,01 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix25.06.2018
ölçüsü233,01 Kb.
#51093
1   2   3   4   5   6   7

12 

 

Slayd 3: 

Kitablarla daha yaxından tanış olmaq üçün kitabxa-

na

nın ünvanı, əlaqə vasitələri (telf., faks, e-mail) qeyd edilir. 



Virtual kitab sərgilərini hazırlayan zaman kitabın üz qabığı, 

bib


lioqrafik  təsviri,  annotasiyası  və  əgər  varsa  kitabın  onlayn 

versiyası və ya linkini də yerləşdirmək olar.  



Telekonfranslar  – 

Dünya  şöhrətli  alimin  95  illik  yubileyi 

münasibətilə  kitabxanalarda  təşkil  olunacaq  digər  tədbirlərdən 

biri də telekonfransların keçirilməsidir. 

Telekonfrans  əsasən  (telefon  vasitəsilə,  audiokonfrans,  çat, 

poçt vasitəsilə konfrans, videokonfrans və s.) Windows əməliyyat 

sistemində  Microsoft Net  Meeting  proqramı  vasitəsilə  həyata 

keçirilir.  Bu  proqram  uzaq  məsafədə  səs  və  video  əlaqələrinin 

təşkili, eləcə də internet vasitəsilə onlayn görüş və konfransların 

keçirilməsi  üçün  nəzərdə  tutulmuşdur.  Telekonfranslar  iki  növə 

ayrılır: audiokonfranslar (səsin ötürülməsi vasitələrindən istifadə 

etməklə) və videokonfranslar (video-rabitə vasitələrindən istifadə 

etməklə).  

Telekonfransa hazırlaşarkən kitabxanaçı mövzunun müəyyən 

edilməsi, ünsiyyət dilinin seçilməsi, iştirakçıların dəvət olunması, 

müzakirələrin  idarə  olunması  və  onlara  yekun  vurulması  kimi 

təºkilati  işləri  həyata  keçirir.  Telekonfransın  əsas  üstünlüklərin-

dən  biri  də  iştirakçı  tərkibinə,  sayına,  həmçinin,  telekonfransın 

müddətinə heç bir məhdudiyyətin qoyulmamasıdır.  

Oftalmoloq-

alim Zərifə xanımın 95 illik yubileyi ilə əlaqədar 

kitabxanalar tibb ocaqları ilə birgə “Zərifə Əliyeva və oftalmolo-



giya elmi”, “Ömrü dastana 

çevrilmiş alim – Zərifə Əliyeva” və 

s.  mövzularda  regionlararası,  region  daxilində,  eyni  zamanda 

MKS  daxilində  filial  kitabxanalar  arasında  telekonfrans  keçirə 

bilərlər. Hazırlıq müddətində kitabxanaçı konfransda iştirak edə-

cək şəxslərlə sıx əlaqə saxlamalı, proqram tərtib etməli, konfrans-

da  çıxış  edəcək  şəxsləri  və  onların  onlayn  qeydiyyatdan  keçə 

bilmələri üçün veb ünvan müəyyən etməlidir. Sonra sosial şəbə-

kələrdə,  kitabxananın  saytında,  yerli  qəzetdə  konfransla  bağlı 

elan və ya anons yerləşdirilir. 



13 

 

Virtual dəyirmi masa – Görkəmli akademikin 95 illik yubi-

leyi münasibətilə kitabxanalarda Regional Mədəniyyət və Turizm 

İdarələri, səhiyyə və digər təşkilatlarla birgə regionlararası və ya 

region  daxilində  bir  neçə  MKS  arasında  “Qaranlığa  nur  saçan 

işıq”, “Kamil və müdrik ömür yolu”, həmçinin, göz xəstəlikləri 

ilə  bağlı  -  “Katarakta  və  ya  Mirvari suyu”, “A vitamininin 



çatışmaması  və  toyuq  korluğu  xəstəliyi”,  “Traxoma  nədir?”, 

“Göz xəstəlikləri ilə bağlı ilkin tibbi biliklər nələrdir?” və digər 

mövzular  ətrafında  virtual  dəyirmi  masaların  təşkili  də  çox 

əhəmiyyətlidir. Belə tədbirlər maarifləndirmə xarakteri daşıyır. 

Virtual dəyirmi masanı təşkil edən zaman müzakirə olunacaq 

məsələlər  müəyyənləşdirilməli,  iştirakçılar  əvvəlcədən  təyin 

edilməli,  mütəxəssislərin  konkret  mövzularda  çıxışları  nəzərdə 

tutulmalı  və  mövzu  ilə  bağlı  suallar  hazırlanmalıdır.  Burada  da 

telekonfransda olduğu kimi kitabxanaçı tədbirlə bağlı sosial şəbə-

kələrdə,  kitabxananın  saytında,  yerli  qəzetdə  elan  yerləşdirməli 

və iştirakçıların onlayn qeydiyyatdan keçmələrinə nəzarət etməli-

dir.  Bu  cür  tədbirlərin  video  çəkilişini  kitabxananın  saytında, 

sosial  şəbəkələrdə  yerləşdirməklə  daha  çox  istifadəçinin  məlu-

mat

landırılmasına imkan yaratmaq olar. 



“Nurlu  ağac”  layihəsi  –  Kitabxanaçılar  orta  məktəblər, 

məktəbdənkənar hazırlıq qrupları, incəsənət məktəbləri, gimnazi-

ya

lar,  sosial  qurumlar,  tibb  ocaqları  və  digər  təşkilatlarla  birgə 



gör

kəmli oftalmoloqun yubileyi münasibətilə “Nurlu ağac” layi-

həsini  həyata  keçirə  bilərlər.  Simvolik  məna  daşıyan  bu  ağac 

kitab


xananın  foyesində  və  ya  Açıq  Kitabxanada  hazırlana  bilər. 

Ağacın  budaqlarında  şagirdlər  tərəfindən  yazılmış  Zərifə  xanım 

Əliyeva,  onun  həyat  və  fəaliyyəti,  sağlamlıqla  bağlı  esselər 

yerləşdirilir.  Ağacın  müxtəlif  mövzular  üzrə  hazırlanması  daha 

məqsədəuyğundur. Ağacdan asılan esselər əsasən aşağıdakı möv-

zu

ları  əhatə  edə  bilər:  “Ana  qəlbi”,  “Gözəl  gözlü  insan”, 



”Qaran

lıqdan işığa doğru”, “Zərifə Əliyevanın həyatı və fəaliy-

yəti”, “Göz xəstəlikləri haqqında nə bilirik”, “Göz xəstəlikləri və 

on

lardan necə qorunmalı?”, “Gəlin gözlərimizi qoruyaq”, “Gör-


14 

 

məni  yaxşılaşdıran  ən  sadə  üsullar  hansılardır?”,  “Gözlərimiz 



yoru

larkən  nə  etməliyik?”,  “Eynək  taxmaq  istəmiriksə  nələrə 

diqqət etməliyik”, “Kompüterin gözlərə ziyanı nələrdir?” və s.  

“Nurlu ağac”da esselərlə yanaşı mövzuya uyğun kitabların, 

qəzet və jurnalların tövsiyə siyahısının yerləşdirilməsi də faydalı 

olar.  İl  boyu  davam  edəcək  layihə  çərçivəsində  ən  yaxşı  esse 

yazan şagird kitabxanaçılar tərəfindən mükafatlandırılır.  

Dünya şöhrətli akademik, gözəl həkim Zərifə xanım Əliyeva-

nın 95 illik yubileyi münasibətilə kitabxanaçılar regionda fəaliy-

y

ət göstərən tibb ocaqları ilə birgə “Sağlamlıq həftəsi” layihəsi 



həyata keçirə bilərlər. Sağlamlıq həftəsinin ilk tədbirinin görkəm-

li  alimə,  onun  elmi-pedaqoji  fəaliyyətinə  həsr  olunmuş  kitab 

sərgisinin  açılışı  ilə  başlanması  daha  məqsəduyğundur.  “Zərifə 

Əliyeva – gözlərə nur bəxş edən alim” adlı sərgidə alimin kitab-

xa

nanın fondunda olan kitab və elmi məqalələri, monoqrafiyaları, 



həmçinin, onun haqqında dövri mətbuatda çıxan məqalələr, kitab-

lar,  xatirə  yazıları,  foto  şəkillər  və s.  materiallar  sərgilənə bilər. 

Sərgi zamanı Zərifə Əliyevaya həsr olunmuş virtual görüntülərin, 

video filmlərin, məlumat bazalarının nümayişi də tövsiyə olunur.  

Həftənin  növbəti  günlərində  isə  kitabxanaçılar  məktəb  və 

tibb işçilərinin iştirakı ilə göz xəstəlikləri, gözlərə qulluq haqqın-

da,  göz  zəifliyinin  qarşısını  necə  almalı,  gözlər  üçün  gimnastik 

hərəkətlər hansılardır, uşaqlarda ən çox rast gəlinən göz xəstəlik-

ləri hansılardır, astiqmatizm nədir, göz xəstəliklərinin müalicəsin-

də xalq təbabətindən istifadə və s. mövzular üzrə söhbət, treninq, 

mühazirə saatları, praktik təlimlər, təcrübələr, tеstlər, yarış-oyun-

lar, kinofilmlərə baхış və digər tədbirlər həyata keçirə bilərlər.  

Konkret bir mövzunu əhatə edən tədbir zamanı bu sahə üzrə 

mütəxəssisin  dəvəti  və  həmin  mövzunu  əhatə  edən  videoçarxın 

nümayişi də olduqca faydalıdır. Bundan əlavə həftə ərzində işti-

rak


çılara mövzu üzrə bukletlərin, broşürlərin, məlumat vərəqələ-

ri

nin, maarifləndirici materialların paylanması da tövsiyə olunur.  



Layihə  çərçivəsində  kitabxananın  fəal  oxucuları  həftənin 

müəyyən  olunmuş  günündə  kitabxanaya  gələ  bilməyən  yaşlı  və 

fiziki qüsurlu, görmə qabiliyyətini itirmiş və zəif görən insanlara 



Yüklə 233,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə