M. F. Axundov ad. Azərbaycan Milli Kitabxanası; tərt ed. S. Quliyeva; elmi red



Yüklə 233,01 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix25.06.2018
ölçüsü233,01 Kb.
#51093
1   2   3   4   5   6   7

15 

 

sağlamlıqla  bağlı  evlərdə  “oxu  saatları”  keçirə  bilərlər.  Bu 



zaman fiziki qüsurlu şəxslərin mütaliə maraqları da nəzərə alın-

ma

lıdır. 



Layihə çərçivəsində həyata keçiriləcək digər tədbirlərdən biri 

də  Açıq  Kitabxanada  görkəmli  oftalmoloq-alimə,  onun  elmi-

pedaqoji fəaliyyətinə həsr olunmuş yeni kitabların təqdimatının 

keçirilməsidir.  Kitab  təqdimatında  öncə  təqdim  ediləcək  kitab 

haqda,  daha  sonra  kitabın  müəllif  heyəti  haqqında  məlumat, 

kitabın  məzmunu,  onun  keyfiyyəti  barədə  danışılır.  Texniki 

imkanları  olan  kitabxanalarda  proyektorun  köməyi  ilə  ekranda 

kitabın elektron variantı da nümayiş etdirilə bilər. Kitab təqdimatı 

keçirərkən  imkan  daxilində  müəllifin  iştirakı  əhəmiyyətlidir. 

Sonda kitabı necə əldə etməyin mümkünlüyü, yerləşdiyi kitabxa-

na, elektron versiyası varsa internet ünvanları, haqqında məlumat 

verilmiş mənbələr də oxucuların diqqətinə çatdırılmalıdır. 



İnformasiya günü – Yubiley ilində kitabxanaçılar öz saytla-

rında və sosial şəbəkələrdə Zərifə xanım Əliyevanın həyatı, elmi 

fəaliyyəti haqda, eləcə də uşaq, yeniyetmə və gənclərin göz xəstə-

lik


ləri ilə bağlı, həmçinin, mütaliə edərkən gözlərin sağlamlığını 

qoruya  bilmələri  və  bu  sahədə  biliklərin  artırılması  məqsədilə 

mütəmadi  olaraq  informasiya  xarakterli  məlumatları,  həkimlərin 

bu sahədə tövsiyələrini yerləşdirməklə onlayn informasiya günü 

həyata  keçirə  bilərlər.  Sosial  şəbəkələrdə  və  saytlarda  verilən 

faydalı məsləhətlərin əsasən “Yadda saxlayın!”, “Bilirsinizmi?”, 



“Unutmayın  ki,”  kimi  diqqət  çəkən  başlıqlar  altında  verilməsi 

tövsiyə olunur.  

Layihə çərçivəsində həmçinin oftalmologiya ilə bağlı kitab-

xa

nanın fondunda olan kitab, qəzet və jurnal məqalələrinin (Azər-



bay

can və digər dillərdə) elektron mətnlərinin, eləcə də, kitabxa-

na

ya yeni daxil olan tibb elminə, o cümlədən oftalmologiyaya aid 



kitablar,  qəzet  və  jurnalların  biblioqrafik  siyahılarının  və  onlar 

haq


qında  qısa  annotasiyaların  saytda  yerləşdirilməsi  də  kitabxa-

na

çılara tövsiyə olunur. Maarifləndirici və tövsiyə xarakterli belə 



resursların kitabxananın saytında yerləşdirilməsi kitabxanaya gəl-


16 

 

mə  imkanı  olmayan  fiziki  qüsurlu  oxucular  üçün  də  olduqca 



faydalı olacaqdır.  

Müsabiqə  –  Zərifə  xanım  Əliyeva  haqqında  materialların 

geniş oxucu kütləsi arasında təbliği zamanı yeniyetmə və gənclər 

arasında  keçirilən  müsabiqələrin  xüsusi  əhəmiyyəti  vardır. 

Görkəmli  alimin yubileyi  münasibətilə  kitabxanaçılar 



“Unudulmaz alim, mehriban insan, qayğıkeş ana” mövzusunda 

regionda fəaliyyət göstərən orta məktəb, lisey və kollec şagirdləri 

arasında inşa müsabiqəsi təşkil edə bilər. 

Kitabxanaçı  iştirakçıları,  münsiflər  heyyətini,  müsabiqənin 

şərtlərini,  həmçinin,  müsabiqənin  keçiriləcəyi  yeri  və  tarixi 

müəyyən etdikdən dərhal sonra bu barədə saytda, sosial şəbəkə-

lərdə, yerli qəzetdə elan verməlidir.  

Kitabxanaçı inşaları topladıqdan sonra obyektiv seçim etmək 

məqsədilə  mütəxəssislərdən  ibarət  komissiya  yaratmalı  və  kon-

kret gün təyin edərək qalibləri müəyyən etməlidir. Qaliblərin bir 

neçə  nominasiyada  hədiyyələr,  həvəsləndirici  təltiflər,  fəxri  fər-

man və diplomlarla mükafatlandırılması tövsiyə olunur. Müsabi-

qənin münsiflər heyətində Regional Təhsil, Regional Mədəniyyət 

və Turizm İdarələrinin nümayəndələri və kitabxanaçılar ola bilər. 

Tədbir öncəsi iştirakla bağlı müvafiq qurumlara rəsmi dəvətnamə 

göndərilməlidir.  Keçirilən  tədbirin  işıqlandırılması  üçün  tədbir 

haqqında press-reliz hazırlanmalıdır. 

Daycest - 

Zərifə xanımın həyatı və elmi-pedaqoji fəaliyyəti, 

onun  oftalmologiya  elmində  xidmətləri  ilə  bağlı  “daycest”in 

hazırlanması  kitabxanaçılar  və  tədqiqatçılar  üçün  önəmli  olardı. 

Bu  məqsədlə  kitabxanaçı  müəyyən  dövr  ərzində  Zərifə  xanım 

Əliyeva haqqında dövri nəşrlərdə dərc edilmiş məqalələri seçərək 

müxtəlif  mənbələrdə  çap  olunmuş  materialların  qısa  xülasəsini 

əks etdirməklə onu geniş ictimaiyyətin diqqətinə çatdırır. 

 

 

 

 



17 

 

 



Əlavələr  

 

Əlavə 1 

Zərifə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi  

 

1997  

 - 

Xalq  rəssamı  Ömər  Eldarovun  akademik  Zərifə 



Əliyevanın  xatirəsinə  həsr  etdiyi  “Elegiya” 

əsərinin  –  mərmər  abidənin  və  bu  abidədən  bəhs 

edən albomun təqdimat mərasimi keçirilmişdir.  

Naxçıvan  şəhərində  səhiyyə  ocağına  akademik 



Zərifə Əliyevanın adı verilmişdir;  

Qəbələ  rayonu  xəstəxanasına  akademik  Zərifə 



Əliyevanın adı verilmişdir.  

1999  

 - 


R.Behbudov  adına  Azərbaycan  Dövlət  Mahnı 

Teatrında  “Zərifə  xanım  Əliyeva”  kitab-

albomunun təqdimatı 

2000  

 - 


Bakının  Binəqədi  rayonu  ərazisində  Zərifə 

Əliyeva adına parkın açılış mərasimi olmuşdur.  



2001  

 - 


Azərbaycan  Elmi-Tədqiqat  Göz  Xəstəlikləri 

İnstitutuna  akademik  Zərifə  Əliyevanın  adı 

verilmişdir. 

2002  

 - 


Ukraynanın İrpen rayon mərkəzindəki küçələrdən 

birinə Zərifə Əliyevanın adı verilmişdir.  



2003  

 - 


Milli  Elmlər  Akademiyasının  A.Qarayev  adına 

Fiziologiya  İnstitutunun  qarşısında  Zərifə  xanım 

Əliyevanın barelyefi açılmışdır.  

2004  

 - 


Ukraynada  akademik  Zərifə  xanım  Əliyevanın 

abidəsinin açılış mərasimi olmuşdur;  

Azərbaycan  Respublikasının  Prezidenti  İlham 



Əliyev Bərdə şəhərində görkəmli oftalmoloq alim, 

akademik  Zərifə  Əliyevanın  adını  daşıyan  orta 




Yüklə 233,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə