M. F. Axundov ad. Azərbaycan Milli Kitabxanası; tərt ed. S. Quliyeva; elmi red



Yüklə 233,01 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix25.06.2018
ölçüsü233,01 Kb.
#51093
  1   2   3   4   5   6   7


 

 



 

 

 

 

 

 

 

 

 

 

Nurlu ömrün salnaməsi 

Zərifə Əliyeva – 95  

 

 

 

 

Respublikanın  kütləvi və  ixtisaslaşdırıl-

mış  kitabxanaları,  Mərkəzləşdirilmiş 

Kitabxana Sisteml

əri üçün metodik 

v

əsait 

 

 

 

 

 

BAKI – 2018 

  



 

Tərtibçi

 

 

S.Quliyeva 



 

Elmi redaktor

 

K.M.Tahirov, 



professor, 

Əməkdar mədəniyyət işçisi  

Redaktor:     

 

L. Əhmədova 

 

 

 

 

 

 



 

Nurlu ömrün salnaməsi - Zərifə Əliyeva 95 /M.F.Axundov 

ad. Azərbaycan Milli Kitabxanası; tərt. ed. S.Quliyeva; elmi red. 

K.Tahirov; red. 

L.Əhmədova.- Bakı, 2018.- 33 s. 



 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

© Azərbaycan Milli Kitabxanası, 2018 

 



 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Həkim insanlardan özünü ayırmamalı, özünü sevən

 

laqeyd insan olmamalıdır.  

 

Zərifə xanım Əliyeva,  



akademik 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 



 

 

Tərtibçidən 

Bu il 


Azərbaycan  oftalmologiya  elmini  beynəlxalq  aləmdə 

tanıdan yüksək intellekt sahibi, oftalmologiya sahəsi üzrə ilk qadın 

akademik,  tibb  elmləri  doktoru,  professor,  gözəl  insan,  fədakar 

ana 


Zərifə xanım Əziz qızı Əliyevanın 95 yaşı tamam olur. Onun 

elmi  tədqiqatları,  mürəkkəb  cərrahiyyə  əməliyyatları  ilə  yanaşı 

pedaqoji  fəaliyyəti,  peşəkar  elmi  kadrların  yetişdirilməsindəki 

xidmətləri danılmazdır. 

Azərbaycanda  oftalmologiya  sahəsində  ilk  akademik  olmuş 

Zərifə xanım Əliyeva ictimai işlərdə də fəaliyyət göstərmiş, Sovet 

Sülhü  Müdafiə  Komitəsinin,  Azərbaycan  “Bilik”  Cəmiyyətinin 

və  Ümumittifaq  Oftalmoloqlar  Elmi  Cəmiyyəti  Rəyasət  Heyəti-

nin üzvü olmuşdur. 

Təqdim  olunan  vəsaitdə  Zərifə  xanım  Əliyevanın  həyat  və 

fəaliyyəti,  kitabxanalarda  görkəmli  oftalmoloqun  zəngin  elmi 

irsi


nin təbliği məqsədilə metodik tövsiyələr, görkəmli şəxsiyyət-

lərin  akademik  haqqında  söylədikləri  fikirlər,  xatirəsinin  əbədi-

ləşdirilməsinə dair məlumatlar yer almışdır. 

Nəşrlə  bağlı  rəy  və  təkliflərini  Milli  Kitabxanaya  göndərən 

şəxslərə əvvəlcədən minnətdarlığımızı bildiririk. 

 

Ünvan: AZ-

1000 Bakı ş., Хaqani küç. 57 

Е-mail: metodik@anl.az 

 

 

 

 

 

 




 

 



 

Akademik Zərifə Əliyevanın  

həyat və fəaliyyəti haqqında  

 

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elm-

ləri doktoru, akademik Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprel 

ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun 

Şahtaxtı  kəndində  görkəmli  dövlət  və  ictimai-siyasi xadim, elm 

fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailə-

sin

də  anadan  olmuşdur.  O,  1942-ci  ildə  orta  məktəbi  bitirmiş, 



Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  (indiki  Azərbaycan  Tibb 

Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-

ci ildə institutu əla qiymətlərlə başa vurmuşdur. 

İki  il  Moskva  şəhərində  Ümumittifaq  Mərkəzi  Həkimləri 

Təkmilləşdirmə  İnstitutunda  ixtisaslaşma  kursu  keçərək  həkim-

oftalmoloq ixtisasına yiyələnmiş, Vətənə qayıdaraq 1949-cu ildən 

Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  Elmi-Tədqiqat 

Göz Xəstəlikləri İnstitutunda həkim-ordinator, elmi işçi və böyük 

elmi  işçi  vəzifələrində  çalışmışdır.  1950-1953-cü  illərdə  Zərifə 

Əliyeva həmin institutda aspiranturada təhsilini davam etdirmiş-

dir.  O  illərdə  Azərbaycanda  gözün  iltihabı  və  buynuz  qişasını 

zədələyən, ağır nəticələrə, hətta tam korluğa səbəb olan xlamidiya 

etiologiyalı infeksion traxoma xəstəliyi geniş yayılmışdı. Doğma 

xalqının  sağlamlığı  uğrunda  mübarizəyə  atılmış  gənc  həkim 

Zərifə  Əliyeva  bu  xəstəliyin  müalicə  və  profilaktik tədbirlərinin 

təşkilində  fəal  iştirak  etmiş,  dəfələrlə  Azərbaycanda  traxoma 

xəstəliyi  ən  çox  yayılmış  rayonlara  getmiş,  praktik  oftalmoloq-

həkimlərə  məruzələr  oxumuş,  göz  xəstəlikləri  olan  xəstələri 

müayinə və müalicə etmişdir. 

Zərifə Əliyeva 1960-cı ildə “Traxomanın digər terapiya üsul-

ları  ilə  birlikdə  sintomisinlə  müalicəsi”  mövzusunda  namizədlik 

dissertasiyasını  uğurla  müdafiə  etmişdir.  Zərifə  xanımın  təklif 

etd

iyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilmiş-




Yüklə 233,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə