M. F. Axundov ad. Azərbaycan Milli Kitabxanası; tərt ed. S. Quliyeva; elmi red



Yüklə 233,01 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix25.06.2018
ölçüsü233,01 Kb.
#51093
1   2   3   4   5   6   7

 

dir. 



Azərbaycanda  traxomanın  sosial  xəstəlik  kimi  ləğvi  məhz 

Zərifə  xanımın  adı  ilə  bağlıdır.  Görkəmli  alim  vərəm,  şəkərli 

diabet və qlaukoma kimi xəstəliklər nəticəsində gözün zədələnmə 

xüsusiyyətlərinin  öyrənilməsi  kimi  ağrılı  problemləri  də  tədqiq 

etmişdir. 

1963-cü  il

də  Zərifə  Əliyeva  “Oftalmologiya”  ixtisası  üzrə 

böyük elmi işçi, 1967-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət 

Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrası-

nın dosenti olmuş, 1969-cu ildə görmə orqanının peşə patologiya-

sı laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 

1976-


cı ildə Zərifə Əliyeva gözün peşə xəstəlikləri problemi-

ni tədqiq edərək “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri 

işçilərində  görmə  orqanının  vəziyyəti”  mövzusunda  doktorluq 

dissertasiyasını  müdafiə  edərək,  tibb  elmləri  doktoru  elmi 

dərəcəsi  almış,  1977-ci  ildə  Azərbaycan  Dövlət  Həkimləri 

Təkmilləşdirmə  İnstitutunun  göz  xəstəlikləri  kafedrasının 

professoru  vəzifəsinə  seçilmişdir. 1977-ci  ildə  professor  Zərifə 

Əliyevanın təklifi və təşəbbüsü ilə Bakıda ilk dəfə Ümumittifaq 

Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmiş və 

Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi 

üzrə  ilk  ixtisaslaşdırılmış  elmi-tədqiqat  laboratoriyasının 

yaradılması barədə təklifi irəli sürülmüşdür. 

1979-

cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya 



İnstitutunda Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradı-

lan  bu 


laboratoriyada  az  intensivli  zəhərli  istehsal  sahələrində 

görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizm-

lərin təsirinin öyrənilməsi üzrə qiymətli tədqiqatlar aparılmışdır. 

El

mi araşdırmalar nəticəsində Zərifə xanım Əliyeva “Şin istehsa-



lında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə 

bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin 

pro

filaktikası” monoqrafiyalarını çap etdirmiş, bu əsərlər dünya-



nın elmi ictimaiyyətinin etimadını qazanmışdır.  

1981-


ci ildə oftalmologiyanın inkişafında yüksək xidmətləri-

nə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi 




 

tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya sahəsin-



də  ən  yüksək  mükafata  –  SSRİ  Tibb  Elmləri  Akademiyasının 

akademik  M.İ.Averbax  adına  mükafatına  layiq  görülmüşdür. 

Zərifə  xanım  Əliyeva  həmin  mükafata  layiq  görülən  ilk  qadın-

alimdir. 

Zərifə  xanımın  tədqiq  etdiyi  görmə  orqanının  virusla  zədə-

lənməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyət tərəfin-

dən  maraqla  qarşılanmışdır.  Həmin  elmi  işlərin  tətbiqi  bir  sıra 

xəstəliklərin  differensial  diaqnostikasını  yaxşılaşdırmış,  onların 

müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün 

nəzərdə  tutulmuş  “Herpetik  göz  xəstəliyi”,  “Ağır  virus  konyuk-

tiv

ləri” adlı dərs vəsaitləri məhz bu məsələlərə həsr olunmuşdur.  



Həmin  dövrdə  Zərifə  xanım  qlaukomanın  etimologiyası, 

diaq


nostikası  və  müalicəsi  məsələlərinə  həsr  olunmuş  maraqlı 

tədqiqatlar  aparmışdır.  Gərgin  və  gərəkli  tədqiqatlar  nəticəsində 

o,  bir  sıra  elmi  məqalələr  və  iki  monoqrafiya  –  “Gözün hidro-

dinamik sisteminin anatomo-

fizioloji xarakteristikası” və “Yaşla 

bağlı  gözün  əsəb  yollarının  dəyişməsi”  monoqrafiyalarını  çap 

etdir

mişdir.  



Zərifə  Əliyeva  göz  travmatizminin  profilaktikası  və  onunla 

mübarizə imkanlarını da tədqiq etmişdir. Bir sıra əsərlərində göz 

trav

masının ağır nəticələrinin cərrahi üsullarla müalicəsinə möv-



cud m

etodik  yanaşmaları  təhlil  etmiş,  bir  sıra  elmi  tədqiqatlar 

apar

mış,  müalicə  üsulları  işləmişdir  ki,  bu  da  gözün  və  onun 



köməkçi  aparatının  travmatik  zədələrinin  müalicəsinin  yaxın  və 

uzaq nəticələrini yaxşılaşdırmağa imkan vermişdir. Göz xəstəlik-

ləri klinikasında fizioterapevtik üsullardan istifadənin perspektiv-

ləri də onun diqqətindən kənarda qalmamışdır.  

Zərifə xanım Əliyeva xəstəliyin diaqnostikasının yeni istiqa-

mətdə inkişafını (gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaq-

nos

tikanı) ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir 



sıra elmi  məqalələr  həsr  etmişdir. O,  həkimlərin  iş təcrübəsində 

əvəzolunmaz elmi vəsait hesab edilən “İridodiaqnostikanın əsas-




 

la



rı”, “Terapevtik oftalmologiya” adlı əsərlərin həmmüəlliflərin-

dən biridir. 

Zərifə  Əliyeva  gənc  həkimlərin  tərbiyəsinə,  onların  peşə 

fəaliyyəti  ilə  bağlı  problemlərin  öyrənilməsinə  və  həllinə  xeyli 

zəhmət sərf etmiş, çoxsaylı məqalələri, çıxışları məhz bu məsələ-

yə  həsr  olunmuşdur. Onun  “Yüksək  etimad”  kitabı  cəmiyyətdə 

həkimin  şəxsiyyət  kimi  formalaşması  prosesinə  dəyərli  töhfə 

vermişdir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığı və həkimlərin 

ixtisasının  təkmilləşdirilməsi  sahəsində  də  səmərəli  fəaliyyət 

göstərmiş, onun  birbaşa  rəhbərliyi  altında  cavan  alimlərin  və 

həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. 

Görkəmli alim 1983-cü ildə Azərbaycan Elmlər Akademiya-

sının həqiqi üzvü seçilmişdir. 

Akademik Zərifə Əliyeva həmişə ictimai fəaliyyətlə məşğul 

olmuş,  keçmiş  SSRİ-nin Sülhü  Müdafiə  Komitəsinin  üzvü, 

Azərbaycan  Sülhü  Müdafiə  Komitəsi  sədrinin  müavini,  “Bilik” 

Cəmiyyəti  İdarə  Heyətinin  və  keçmiş  İttifaqın  Oftalmoloqlar 

Elmi  Cəmiyyəti  İdarə  Heyətinin  üzvü  olmuşdur.  Eyni zamanda 

“Oftal

mologiya  xəbərləri”  (“Вестник  офтальмологии”)  jurnalı-



nın redaksiya heyətinin üzvü idi. 

Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva 

şəhərində  vəfat  etmiş,  1994-cü  ildə  cənazəsi  Moskvanın  Novo-

Deviçye  qəbiristanlığından  Bakıya  gətirilərək  Fəxri  Xiyabanda 

d

əfn edilmişdir. 



Bu böyük alim v

ətən  və  xalq  qarşısında  göstərdiyi  misilsiz 

xidmətlərə, çoxillik elmi-tədqiqat işlərinə görə orden və medallar-

la  təltif  olunmuş,  bir  sıra  müəssisələrə,  məktəblərə,  küçələrə, 

parklara adı verilmiş, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri 

adına layiq görülmüşdür. 



 

 

 

 

 


Yüklə 233,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə