KüSKÜn göZƏLÇƏLƏRİMİ xatirlayarkəN



Yüklə 322,12 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix26.03.2018
ölçüsü322,12 Kb.
#34302
1   ...   5   6   7   8   9   10   11   12   13

yollandım. Qapılar möhürlənmişdi, ancaq polis yox, sanitar xidməti tərəfindən. Qonşular heç nə 

bilmirdilər. Delqadinadan iz qalmamışdı və mən təhlükəli, bəzən də gülməli axtarışlara başladım, 

əməllicə taqətdən düşmüşdüm. Uşaqların oynadığı, Simon Bolivarın uçub tökülmüş heykəlinə 

dırmaşdığı parkdakı tozlu skamyada günlərlə oturub, gənc velosipedçi qızlara göz qoyurdum. Qəşəng-

qəşəng fahişələr pedalı fırladaraq, yanımdan ötürdülər, hamısı da hazır, gözüyumulu əlini at, istədiyini 

tut, apar. Ümidim üzüləndə sakit balero dünyasına çəkildim. Ancaq bu, zəhərli su kimi təsir edirdi: 

oradakı hər söz onu xatırladırdı. Əvvəllər yazmaq üçün mənə sakitlik lazım idi, çünki ağlım həmişə 

əlyazmadan çox, musiqiyə can atırdı. İndi isə hər şey əksinə olmuşdu: mən yalnız balero sədaları 

altında işləyə bilirdim. Mən onunla nəfəs alırdım. Həmin iki həftədə qələmimdən çıxan məqalələrin 

hamısı əsl məhəbbət məktubları idi. Axın-axın gələn məktublardan əsəbiləşən redaksiya müdiri eşqə 

düşmüş oxucuları necə ovundurmağı düşünüb tapana qədər məhəbbət alovunu bir qədər azaltmağımı 

xahiş etdi. 

   Dinclik tapa bilmirdim, ona görə günüm baş-ayaq gedirdi. Saat beşdə oyanıb, qaranlıqda uzanaraq, 

Delqadinanı öz qeyri-real həyatında təsəvvürümə gətirirdim: qardaşlarını necə oyadır, onları məktəbə 

yola salmaq üçün necə geyindirir, evdə bir şey varsa, necə yedizdirir, şəhərin bir başından o biri başına 

cəzasını çəkməyə – düymə tikməyə velosipedlə necə gedir. Və təəccüblə özümdən soruşurdum: 

«Düymə tikəndə qadın nə barədə fikirləşir? O, mənim haqqımda düşünürmü? Məndən xəbər tutmaq 

üçün o da mənim kimi Rosa Kabarkası arayırmı?» Tam bir həftə ev xələtimi gecə-gündüz əynimdən 

çıxarmadım, yuyunmadım, üzümü qırxmadım, dişimi təmizləmədim, çünki məhəbbət məni çox gec 

öyrətmişdi ki, insan kimdən ötrüsə özünü səliqəyə salır, ətirlənir,  mənim isə heç kimim olmamışdı. 

Damiana səhər saat onda məni tor yelləncəkdə çılpaq görüb, xəstələndiyimi fikirləşdi. Mən şəhvətdən 

dumanlanmış baxışlarla onu süzüb, bir yerdə çılpaq yellənməyi təklif etdim. O, saymazyana cavab 

verdi: 

   – Əgər razılaşsam, nə edəcəyinizi düşünmüsünüz? 



   Əzabın məni necə taqətdən saldığını onda anladım. Bu yeniyetmə həyəcanlarına görə özümü tanıya 

bilmirdim. Telefondan aralanmaqdan qorxduğum üçün evdən çıxmırdım. 

   Yazırdım, heç kimə zəng etmirdim və elə ilk zəngdə bunun Rosa Kabarkas ola biləcəyini düşünüb, 

telefona tərəf atılırdım. Gün ərzində tez-tez işimdən aralanıb, bu telefonda insaf olmadığını başa düşənə 

qədər günlərlə zəng vurdum. 

   Yağışlı bir axşam evə qayıdanda qapının ağzındakı pilləkəndə pişiyin yumaq kimi büküldüyünü 

gördüm. O, çirkli və tükləri  didilmiş vəziyyətdə idi, adamın ona yazığı gəlirdi. Təlimatdan başa 

düşdüm ki, pişik xəstələnib və onu həyata qaytarmaq üçün bütün tapşırıqlara əməl etdim. Gündüz, 

siestadan sonra oyananda isə pişiyin məni Delqadinanın evinə aparıb çıxara biləcəyi qəfildən ağlıma 

gəldi. Onu bazar zənbilində Rosa Kabarkasın hələ də möhürlü qalmış və heç bir həyat işartısı 

duyulmayan evinə gətirdim, ancaq pişik zənbildə çırpınmağa başladı, nəhayət, tullanıb çəpərdən bağa 

aşaraq, ağacların arasında yoxa çıxdı. Mən qapını yumruqladım; içəridən kimsə əsgəri qaydada 

soruşdu: «Gələn kimdir?».«Özümüzünkülərdir, – mən də eyni tərzdə cavab verdim. – Ev yiyəsini 

axtarıram». «Ev yiyəsi yoxdur», – içəridəki dedi. «Açın, heç olmasa, pişiyi götürüm». – «Pişik 

yoxdur», – içəridən eşidildi. Mən soruşdum: «Siz kimsiniz?» 

   – Heç kim, – içəridən cavab gəldi. 

   Həmişə elə hesab etmişəm ki, «məhəbbətdən ölmək» ifadəsi şairlərin uydurmasıdır. Ancaq həmin 

axşam onsuz və pişiksiz evə qayıdanda əmin oldum ki, belə deyil, mən özüm, qoca və tənha adam 

məhəbbətdən ölürəm. Bir şeyin də həqiqət olduğunu anladım: dünyanın heç bir ləzzətini öz əzablarıma 

dəyişməzdim. Leopardinin «Mahnılar»ını tərcümə etmək üçün on beş ilimi itirmişdim və yalnız həmin 

axşam onları əsl mənada hiss etdim: «Nə bədbəxtəm, əgər məhəbbət budursa, bəs əzab nədir». 

   Ev paltarında və üzü tüklü vəziyyətdə redaksiyaya gəlişim ağlım barədə bəzi şübhələr doğurdu. Şüşə 

arakəsmələrlə ayrı-ayrı kiçik otaqlara bölünərək, yenidən qurulan redaksiya tavandan düşən işıqda 

doğum evinə oxşayırdı. Süni surətdə yaradılan sakitlik və rahatlıq şəraiti adamı  pıçıltı ilə danışmağa, 

barmaqlarının ucunda yeriməyə vadar edirdi. Vestibüldə keçmiş krallar kimi üç ömürlük prezidentin 



yağlı boya ilə çəkilmiş portreti və redaksiyaya görüşə gələn məşhur adamların fotoşəkilləri nəzərə 

çarpırdı. Öndəki böyük zalın layiqli bir yerindən redaksiyanın indiki tərkibinin mənim ad günümdə 

çəkilən iri fotoşəkli asılmışdı. Özümü saxlaya bilməyib, fikrimdə onu otuz yaşımda çəkilən şəkillə 

müqayisə etdim və bir daha  əmin oldum ki, fotoşəkildə həqiqətdə olduğundan daha çox və daha pis 

qocalırsan. Yubileydə məni öpən katibə xəstə olub-olmamağımla maraqlandı. İnanmaması üçün ona 

həqiqəti deməkdən xoşbəxtlik duydum: «Məhəbbətdən xəstəyəm». Qadın bərkdən dedi: «Heyif ki, 

mənə olan məhəbbətdən yox!». Mən komplimentlə cavab verdim: «Nahaq yerə belə əminsiniz». 

   Cinayət şöbəsinin redaktoru öz otağından çıxa-çıxa qışqırdı ki, iki qız meyiti tapılıb, şəxsiyyətləri 

müəyyənləşdirilməyib. Mən qorxdum: «Neçə yaşındadırlar?». «Gəncdirlər, – cavab verdi. – Görünür, 

rejimin qatillərindən, muzdlularından qaçaraq, orta rayonlardan gələnlərdir». Mən rahatca nəfəs aldım. 

«Hadisələr qan ləkəsi kimi yavaş-yavaş böyüyüb, bizi də batırır», – mən dedim. Redaktor uzaqdan 

qışqırdı: 

   – Qanda yox, maestro, zibilin içində batırıq. 

   Bir neçə gün sonra Mundo kitab mağazasının qarşısında əlində pişik üçün səbət tutmuş bir qız sürətlə 

yanımdan keçəndə lap betər vəziyyətə düşdüm. Məni titrətmə tutdu. Günortanın səs-küylü basabasında 

adamları dirsəyimlə itələyə-itələyə qızın dalınca qaçdım. Qız çox gözəl idi və mənim çətinliklə 

yardığım  insan selinin arasından rahatca sivişib keçirdi. Axır ki, onu qabaqlayıb, sifətinə baxdım. O 

dayanmadan, üzr istəmədən məni əlilə kənarlaşdırdı. Axtardığım deyildi, ancaq vüqarlı qaməti məni elə 

sarsıtdı ki, sanki, o, Delqadina idi. Başa düşdüm ki, onu ayıq və paltarlı vəziyyətdə tanıya 

bilməyəcəyəm, heç vaxt görmədiyi üçün o da məni tanımayacaq. Onu xatırladan mahnılara qulaq 

asmamağa, o mahnıları oxumamağa, yada salmamağa çalışıb, çılğınlıq içində üç günə on iki cüt mavi 

və çəhrayi papış hördüm. 

   İztirablarımın öhdəsindən heç cür gələ bilmirdim və anlamağa başladım ki, əgər məhəbbət qarşısında 

belə aciz və gücsüzəmsə, demək, qocayam. İzdihamlı ticarət rayonunda avtobus velosipedçi qızı 

vuranda bu, bir daha sübut olundu. Təcili yardım maşını onu yenicə aparmışdı, ancaq fəlakət barədə 

təzə qan gölməçəsinə və velosipeddən qalan metal yığınına görə mühakimə yürütmək olardı. Əzik 

velosipeddən çox, onun növü, modeli və rəngi mənə təsir etdi. Bu yalnız Delqadinaya bağışladığım 

velosiped ola bilərdi. 

   Görənlər deyirdi ki, avtobusun vurduğu qız gənc, hündür, arıq, qıvrımsaç olub. İlk rastıma çıxan 

taksini dəli kimi saxladıb, sarımtıl hasara alınmış, qumluqda itib batmış həbsxanaya oxşayan Şəfqət 

xəstəxanasına sürdürdüm. Klinikaya girmək üçün yarım saat vurnuxdum, daha bir yarım saatı ətir 

saçan çiçəkləmiş meyvə bağından çıxmağa sərf etdim, bağda xəstə qadın düz gözümün içinə baxıb 

qışqırdı: 

   – Mən – sən axtardığın deyiləm. 

   Ancaq indi anladım ki, bələdiyyə dəlixanasının xəstələri burada saxlanılır. Xidmətçinin məni təcili 

yardım şöbəsinə aparması üçün müdiriyyətə jurnalist olduğumu dedim. Qeydiyyat jurnalında 

yazılmışdı: Rosalba Rios, on altı yaşında, məşğuliyyəti bilinmir. Diaqnoz: beyin silkələnməsi. 

Vəziyyəti: orta ağır. İcazə verməyəcəklərini güman edərək, şöbə müdirindən soruşdum ki, xəstəni görə 

bilərəmmi, ancaq xəstəxananın necə bərbad vəziyyətdə olduğundan yazacağımı düşünüb, məni 

sevincək apardılar. 

   Karbol turşusunun qoxusu hopmuş, xəstələrin çarpayılarda büzüşdüyü iri zaldan keçdik. 

Axtardığımız qız içərilərdə bir küncdə, diyircəkli dəmir xərəkdə uzanmışdı. Başı bintlə sarınmışdı, 

qançır olmuş ağrılı sifətini seçmək olmurdu, intəhası, ayaqlarını görməyim kifayətdi ki, onun 

Delqadina olmadığını bilim. Və yalnız o məqamda qəfil düşündüm: «Əgər o olsa idi, neyləyəcəkdim?» 

   Səhərisi gün hələ gecənin zülmətini üstümdən çırpmamış qızın işlədiyi köynək fabrikinə, bir dəfə 

Rosa Kabarkasın mənə nişan verdiyi yerə yollandım və fabrik sahibindən xahiş etdim ki, Birləşmiş 

Millətlər Təşkilatının qitələrarası layihəsi üçün nümunə kimi təqdim etmək istədiyimiz müəssisəni bizə 

göstərsin. Gönüqalın, bədbin livanlı sahibkar dünya birliyinə örnək olmaq ümidi ilə öz səltənətinin 

qapısını həvəslə üzümə açdı. 



Yüklə 322,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə