KüSKÜn göZƏLÇƏLƏRİMİ xatirlayarkəN



Yüklə 322,12 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix26.03.2018
ölçüsü322,12 Kb.
#34302
1   2   3   4   5   6   7   8   9   ...   13

qaralamasını bitirdim. Mən fikirləşdim: bax budur, doxsan yaşım üzüb gəldi. Bilmirəm niyə, heç vaxt 

da bilməyəcəm, ancaq mənim şərəfimə bir dəli gecə təşkil etmək üçün Rosa Kabarkasa zəng etmək 

qərarına gəlməyim, yəqin, hər şeyi uçurub dağıdan xatirələri bir növ ovsunlamaq istəyindən doğmuşdu. 

Artıq illərdi sevimli Latın Amerikası müəlliflərinin dönə-dönə oxuduğum kitabları arasında dolaşaraq 

və klassik musiqiyə dalaraq, öz bədənimlə sülh şəraitində yaşayırdım, amma həmin gün məni elə bir 

istək çulğaladı ki, bunu Allahdan gələn əlamət saydım. Telefon danışığından sonra daha yaza bilmədim. 

Kitabxananın səhərlər gün vurmayan küncündən tor yelləncək asıb uzandım, əzab dolu intizar isə 

sinəmi sıxırdı. 

   Mən hər cəhətdən qabiliyyətli, əlli yaşında vərəmdən ölən anamın, halal yaşayan, ömründə səhv 

etməyən və Mingünlük müharibəyə, eyni zamanda, keçən əsrin xeyli vətəndaş müharibəsinə son 

qoymuş Neerland müqaviləsinin imzalandığı gün dan yeri söküləndə öz dul yatağında keçinən atamın 

ərköyün uşağı idim. Sülh şəhəri gözlənilmədən və arzu edilməyəcək dərəcədə dəyişdi. Bekar qadınlar 

dəstə-dəstə, ürəyimə bu qədər doğma olan, işıqlı saf havasına,  sakinlərinin gözəl xasiyyətinə görə 

özününkülərin də, özgələrin də sevdiyi bu şəhərin sonradan Abelo, indi isə Kolumb prospekti adlanan 

Geniş küçəsindəki köhnə çaxır zirzəmilərini kefli havasına doldururdular. 

   Heç bir qadınla pulsuz yatmamışam, nadir hallarda qeyri-peşəkarlarla iş görəndə də sözlə, ya güclə, 

hətta zibilliyə atmalı olsalar belə, yenə onları pul götürməyə razı salmışam. İyirmi yaşından onların  

hesabını aparmağa  başladım,  hamısının adını,  yaşını,  görüş yerini,  qısası – şəraiti və hər birinin 

üslubunu yazırdım. Əlli yaşıma çatanda, ən azı bir dəfə olduğum qadınların sayı siyahıda beş yüz on 

dördə çatmışdı. Bədən artıq bu zıppazıpa dözməyəndə yazmağı tərgitdim, hesabı beynimdə davam 

etdirdim. Mənim öz əxlaq qaydalarım var idi. Heç vaxt dəstə halında və adamların gözü qabağında 

cinsi əlaqədə olmamışam, heç vaxt sirlərimi heç kimlə bölüşməmişəm, bədənimin və ruhumun 

sərgüzəştlərini heç kimə danışmamışam, çünki cavanlıqdan bilmişəm ki, bunların heç biri cəzasız 

qalmır. 


   Yeganə qəribə, illərlə davam edən əlaqəm vəfalı Damiana ilə olub. Damarlarında hindu qanı axan 

qıvraq, utancaq bu qız, az qala, uşaq idi, qısa və qətiyyətlə danışırdı, mən yazı yazanda narahat 

etməmək üçün evdə ayaqyalın gəzirdi. Yadımdadır, dəhlizdə tor yelləncəkdə uzanıb, «Əndəlus qaməti» 

kitabını oxuyurdum, təsadüfən gözüm ona sataşdı, əyilib paltar yuyurdu, qısa yubkası yuxarı dartılıb, 

baldırlarını açıqda qoymuşdu. Canıma istilik gəldi, onun üstünə atıldım. «Of, senyor», –  o, yanıqlı-

yanıqlı hıçqırdı. Onu alçaltdığıma görə özümü alçalmış hiss edib, ən bahalı fahişələrin o vaxtkı 

qiymətindən ikiqat artıq pul vermək istədim, di gəl  götürmədi, onda mən onun məvacibini artırmalı 

oldum ki, ayda bir dəfə – paltar yuyanda bunu təkrar eləyim. 

   Haçansa düşündüm ki, bu yataq hesabı mənim düşkün həyatım haqqında hekayətin təməli ola bilər

adı da, elə bil, göydən düşdü: «Küskün gözəlçələrimi xatırlayarkən». Mənim göz qabağındakı həyatım, 

əksinə, az maraqlı idi: atasız-anasız yetim, gələcəyi olmayan subay, ortabab jurnalist, Kartaxena de-

İndiasdakı Çiçək oyunlarının dördqat finalçısı və eybəcərlikdə tayı-bərabəri olmayan bir adam kimi 

karikaturaçıların sevimli obyekti. Qısası: puç olmuş həyat və bu həyat on doqquz yaşımda anamın 

əlimdən tutub, ritorika və ispan dili dərslərində yazdığım məktəb həyatından bəhs edən məqaləmin çap 

olunub-olunmayacağını biləcəyini öyrənmək üçün məni «Diario de-la-Pas»a apardığı gündən əyri 

getdi. Məqalə bazar sayında məktəb direktorunun gələcəyimə böyük ümidlər bəslədiyindən dəm 

vurduğu ön sözü ilə  çap olundu. İllər keçəndən sonra biləndə ki, anam həmin və sonrakı yeddi nəşr 

üçün pul verib, xəcalət çəkmək artıq gecdi, o vaxta qədər mənim həftəlik köşəm daha ayaq tutmuşdu, 

bundan başqa,  xəbər tərtibatçısı və musiqi tənqidçisi idim. 

   Bakalavr dərəcəsi və əlaçı diplomu alan kimi, üç kollecdə ispan və latın dilindən dərs deməyə 

başladım. Mən lazımi təhsili olmayan, işə həvəssiz yanaşan və valideynlərinin zülmündən qurtulmaq 

üçün məktəbə getməyin ən asan çıxış yolu olduğunu düşünən bədbəxt uşaqlara bir damcı da rəhmi 

gəlməyən pis müəllim idim. Eləyə bildiyim bir şey var idisə, o da sevdiyim misraları taxta xətkeşin 

qorxusu altında onlara əzbərlətməkdi: «İndi bütün gördüklərin, Fabio, dağlar, kədərli təpə, tərk edilmiş 

vadi bir zamanlar şöhrətli İtaliko adlanırdı». Yalnız qocalandan sonra şagirdlərimin mənə verdiyi iyrənc 



ayamadan xəbər tutdum: Kədərli Təpə. 

   Vəssalam, həyat mənə bunları verdi, daha çox şey əldə etmək üçün isə heç nə etmədim. Dərsarası 

fasilədə tək nahar eləyirdim və saat altıda ulduzlu səmadan siqnallar tutmaq üçün redaksiyaya gəlirdim. 

Saat on birdə, redaksiya bağlanandan sonra isə mənim əsl həyatım başlayırdı. Həftədə iki-üç dəfə 

gecəni Çin məhəlləsində keçirirdim, özü də elə cürbəcür adamlar arasında ki, iki dəfə ilin müştərisi 

elan olunmuşdum. Yaxınlıqdakı «Roma»  kafesində şam eləyəndən sonra bəxtə-bəxt hansısa bir 

fahişəxananı seçib, arxa qapıdan sivişib içəri keçirdim. Mən oraya kef çəkmək üçün gedirdim, amma 

vaxt ötdükcə bu mənim işimin bir hissəsinə çevrildi, çünki belə yerlərdə siyasət qurdlarının dili açılırdı, 

onlar bir gecədə öz məşuqələrini dövlət sirlərindən agah eləyirdilər, heç fikirləşmirdilər ki, karton 

arakəsmələrin arxasında onlara geniş ictimaiyyət qulaq asır. Elə bu üsulla – başqa nə cür ola bilərdi – 

bildim ki, mənim qayğısız subay həyatımı Karmen küçəsindəki yetim oğlan uşaqlarının köməyilə 

soyutduğum uşaqbazlıq həvəsimlə izah edirlər. Başqa şeylər kimi bunu da unutmaq mənə qismət oldu, 

çünki elə orada özüm haqqında xeyli yaxşı şeylər də eşitdim və bunu lazımınca qiymətləndirdim. 

   Mənim heç vaxt yaxın dostum olmayıb, isinişə bildiyim təkəmseyrək dostlar da artıq Nyu-Yorkda 

idilər. Başqa sözlə desək, ölmüşdülər, çünki, məncə, öz keçmiş həyatları haqqında həqiqəti 

çeynəməmək üçün dərdli ürək sahibləri məhz oraya yollanırlar. Təqaüdə çıxandan sonra işim azaldı, 

cümə günləri günün ikinci yarısında qəzetə məqalə aparırdım, bir də bəzi faydalı məşğuliyyətlərim 

olurdu: «Bell Artes» zalında konsertlər, əsasını qoyduğum üzvü olduğum və İncəsənət mərkəzində 

rəsm sərgiləri, ictimai abadlıq cəmiyyətində mühazirə, arabir də «Apollo» teatrında Fabreqasın 

filmlərinin nümayişi kimi mühüm işlər. Gəncliyimdə yay kinoteatrlarına gedirdim; orada ay tutulmasını 

müşahidə etmək də, eyni uğurla qəfil yağan leysan nəticəsində ikitərəfli sətəlcəm olmaq da mümkündü. 

Ancaq məni filmlərdən çox, bilet qiymətinə, bəzən müftə, bəzən də borca verən gecə quşları 

maraqlandırırdı. Qısası,  kino – mənim janrım deyil. Şirli Templin ədəbsizliyinə sitayiş isə, 

ümumiyyətlə, mənim səbir kasamı daşdıran son damcı oldu. 

   Otuz yaşıma qədər vur-tut dörd dəfə Çiçək oyunlarına getmək üçün Kartaxena de-İndiasa səfər 

etmişəm, bir dəfə də Sakramento Montelanın dəvəti ilə onun fahişəxanasının təntənəli açılışında iştirak 

üçün murdar bir gecədə motorlu qayıqla Santa Mariyaya üzmüşəm. Evdəki həyatıma gəlincə, vasvası 

deyiləm və az yeyirəm. Damiana qocalandan sonra yemək hazırlamağa gəlmədi, o vaxtdan mənim 

daimi yeməyim redaksiya bağlanandan sonra «Roma» kafesində yediyim kartov tortili oldu. 

   Beləliklə, doxsanilliyim ərəfəsində Rosa Kabarkasın zəngini gözləyərək nahar etmədim, kitab 

oxumağa da səbrim çatmadı. Günorta saat ikidə, dəhşətli istidə cırcıramaların səsi aləmi başına 

götürmüşdü və günəş açıq pəncərəyə yaxınlaşırdı, ona görə tor yelləncəyin yerini üç dəfə dəyişəsi 

oldum. Mənə həmişə elə gəlirdi ki, anadan olduğum gün ilin ən isti günüdür və bununla barışmışdım, 

ancaq həmin gün istiyə dözmək mümkün deyildi. Saat dörddə Pablo Kazalsın ifasında İohan Sebastyan 

Baxın violonçel üçün yazdığı altı süitasının köməyi ilə özümə gəlməyə çalışdım. Onları musiqidə ən 

müdrik adam sayıram, di gəl həmişə sakitləşdirdiyi halda, indi bu musiqi məndə ruh düşkünlüyü 

yaratdı. Bir az hay-küylü saydığım ikinci süitada məni mürgü basdı və yuxuda violonçelin iniltisi 

sahildən aralanan gəminin ürəksıxıcı fit səsinə qarışdı. Demək olar, dərhal da telefon zənginə oyandım 

və Rosa Kabarkasın kallaşmış səsi məni həyata qaytardı. «Axmaqların bəxti gətirir, – o dedi. – Bir dənə 

kəklik tapmışam ki, sən istədiyindən də yaxşıdır, ancaq bir əngəli var: on dörd yaşı yenicə tamam 

olub». «Eybi yox, altını dəyişərəm», – onun nəyə işarə vurduğunu anlamadan zarafat etdim. «Söhbət 

səndən getmir, – qadın dedi, – bəs mənim üç il həbsxanada yatmağımın haqqını kim verəcək?» 

   Heç kim haqq verəsi deyildi, o da ola Rosa Kabarkas. O, öz çörəyini məhz azyaşlıların hesabına 

çıxarırdı, onlar dükanda açıq satılan mal idilər, onun yanında qızlar ilk addımlarını atırdılar və  daha 

sərt peşəkar həyatı yaşamaq üçün məşhur Qara Eufemiya fahişəxanasına keçənə qədər onların şirəsini 

sıxıb çıxarırdı. Rosa Kabarkas heç vaxt cərimə ödəmirdi, çünki onun evi qubernatordan tutmuş 

meriyanın sonuncu dəftərxana siçovuluna qədər, yerli hakimiyyətdə kim Kim, hamısı üçün behişt idi və 

çətin təsəvvür etmək olardı ki, qanunu istədiyi kimi pozmağa bu fahişələr fahişəsinin gücü çatmasın. 

Onun gec oyanmış vicdanı, görünür, öz xidmətini baha satmaq məqsədi güdürdü: nə qədər 



Yüklə 322,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə