KüSKÜn göZƏLÇƏLƏRİMİ xatirlayarkəN



Yüklə 322,12 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix26.03.2018
ölçüsü322,12 Kb.
#34302
1   ...   5   6   7   8   9   10   11   12   13

küləkləri ən uzaq fahişəxanalara səpələnən dostlarımızı səslərinə görə tapmağa imkan verirdi. 

   Ancaq bu küləklərlə mənə pis bir xəbər də çatdı ki, Delqadina milad bayramını mənimlə keçirə 

bilməyəcək, öz ailəsi ilə birlikdə olacaq. Əgər bu dünyada nifrət etdiyim bir şey varsa, o da boyunlarına 

düşübmüş kimi adamların sevincdən ağladığı bayramlar və iki min il əvvəl miskin tövlədə doğulan 

körpəyə heç bir dəxli olmayan bütün bu süni işıqlar, mənasız milad nəğmələri, kağız bəzəklərdir. Ancaq 

Milad gecəsi qüssəmi boğa bilməyib, otağa onsuz getdim. Gecəni yaxşı yatdım və oyandım ki, 

yanımda şimal ayısı kimi dal ayaqlarının üstündə gəzən yumşaq tüklü ayı balası, bir də açıqca var: «Pis 

ataya». Rosa Kabarkas mənə demişdi ki, Delqadina güzgüyə yazdığım sözlərə baxıb, onlardan yazmağı 

öyrənir və qızın rəvan hərfləri məni fərəhləndirdi. Ancaq Rosa məni daha bir xəbərlə kədərləndirdi, ayı 

balası onun hədiyyəsi idi. Yeni il gecəsi öz evimdə saat səkkizdən yerimə girib, heç bir ağrı-acı hiss 

etmədən yuxuladım. Mən xoşbəxt idim, çünki saat on ikini vuranda aramsız çalınan zəng səslərinə

fabrik fitlərinə, yanğınsöndürən maşınların siqnallarına, sahildən aralanan gəmilərin yanıqlı fəryadına, 

barıt partlayışlarına və fişənglərin partıltısına baxmayaraq, Delqadinanın barmağının ucunda otağa 

girdiyini, yanımda uzanıb, məni öpdüyünü hiss elədim. Elə aydın hiss elədim ki, onun öpüşündən 

dodağımda biyan qoxusu qaldı. 

 

 



IV. 

 

   Oyaq vaxtı da bir yerdə yaşayırıqmış kimi, yeni ilin əvvəlində bir-birimizi tanımağa başladıq, elə 



astadan zümzümə etməyə öyrəşdim ki, yuxudan ayılmadan  eşidə bilsin və bədəninin təbii dili ilə mənə 

cavab versin. Onun ovqatı yatışından duyulurdu. Əvvəllər üzgün və bir az kobud olan Delqadina 

tədricən, elə bil, daxili rahatlıq əldə etdi, sifəti daha da gözəlləşib, yuxuları rəngbərəng oldu. Mən 

həyatımı ona danışırdım, adı çəkilməsə də, həmişə yalnız onu nəzərdə tutduğum məqalələrimin 

qaralamasını qulağına oxuyurdum. 

   Bir dəfə anamın zümrüd qaşlı sırğalarını onun yastığının üstünə qoydum. Növbəti görüşümüzdə 

sırğaları taxmışdı, ancaq ona yaraşmırdı. Bu dəfə başqasını, dərisinin rənginə uyğun olanı gətirdim. Və 

izah etdim: əvvəl gətirdiyim sifətinlə, saçının forması ilə tutmurdu. Bu yaxşı olacaq. Növbəti iki 

görüşdə sırğaların heç birini taxmadı, ancaq üçüncü görüşə mən dediyimlə gəldi. Məsələ aydın oldu: o, 

mənim dediyimlə hərəkət etməmişdi, ancaq mənə xoş olsun deyə məqam gözləmişdi. Həmin günlər ev 

şəraitinə elə alışdım ki, çılpaq yatmağı tərgitdim və gecələr çoxdan istifadə etmədiyim Çin ipəyindən  

pijamanı geyinməyə başladım. 

   Fransız yazıçısı, fransızların özündən çox dünyanın məftun olduğu Sent-Ekzüperinin «Balaca 

şahzadə»sini ona oxumağa başladım. Oyanmasa da, bu onu maraqlandıran ilk şey idi, ancaq o qədər 

maraqlandırdı ki, kitabı sona çatdırmaq üçün iki gecə dalbadal gələsi oldum. Biz sonra Perronun 

«Nağıllar»ını, «Müqəddəs tarix»i, «Min bir gecə»nin uşaqlar üçün işlənmiş variantını oxuduq və 

oxuduqlarımın ona nə dərəcədə maraqlı olduğunu bunlar arasındakı fərqdən, nə qədər bərk yatdığından 

başa  düşdüm.  Lap bərk yuxuladığını hiss eləyəndə işığı keçirib, onu qucaqlayaraq, xoruz banına kimi 

yatırdım. 

   Mən xoşbəxt idim, nəvazişlə onun göz qapaqlarından öpürdüm və gecələrin birində, sanki, səmada 

gün doğdu: o, ilk dəfə gülümsədi. Sonra isə birdəncə yataqda kürəyini mənə çevirib, narazı halda dedi: 

«İlbizləri İsabel ağlatdı». Söhbətimizin qızışacağından həvəslənərək, o danışdığı tərzdə soruşdum: «Bəs 

onlar kimindi?» O cavab vermədi. Səsi, danışıq tərzi aşağı təbəqə adamınınkına bənzəyirdi, sanki, onun 

deyildi, sanki, içində başqa biri gizlənmişdi. Ürəyimdə heç bir şübhə qalmadı: o, yatmış vəziyyətdə 

mənim daha çox xoşuma gəlirdi. 

   Yeganə problemim pişik idi. O, həyata marağını tamamilə itirmişdi, iki gün kefsiz halda öz küncündə 

oturdu və  baytar həkimə aparmaq üçün Damiana onu səbətə qoymaq istəyəndə yaralı yırtıcı kimi məni 

cırmaqladı. O, çırpınan pişiyi zorla səbətə qoyub, evdən apardı. Bir müddət sonra heyvan yetişdirmə 

müəssisəsindən zəng vurdu ki, başqa əlac yoxdur, onu öldürmək lazımdır, ancaq bundan ötrü sizin 



icazəniz olmalıdır. Öldürmək niyə? «Çünki çox qocadır», – Damiana dedi. Hirslə fikirləşdim ki, onda 

məni də pişiklər üçün sobada diri-diri yandırmaq olar. İki od arasında əlacsız vəziyyətdə qalmışdım: 

pişiyə isinişə bilməmişdim, ancaq vur-tut qoca olduğuna görə öldürülməsinə də ürəyim gəlmirdi. Bu 

təlimat hanı, görəsən, orada nə deyilir? 

   Bu hadisə məni elə həyəcanlandırdı ki, bazar günü məqaləmi Nerudadan götürdüyüm «Pişik balaca 

ev pələngidir?» başlığı lə yazdım. Məqalə növbəti dəfə cəmiyyəti iki yerə, pişiyin tərəfində olanlara və 

olmayanlara parçaladı. Beş gün sonra qocalığına görə yox, cəmiyyətin sağlamlığı naminə pişiyi 

öldürməyin tamamilə mümkün olması fikri üstünlük qazandı. 

   Anamın ölümündən sonra yuxuda kiminsə mənə toxuna biləcəyindən həmişə qorxurdum. Bir dəfə 

bunu hiss etdim, ancaq anamın səsi məni sakitləşdirdi: Figlio mio poveretto . Bunu bir dəfə də səhərə 

yaxın Delqadinanın otağında duydum, elə bildim mənə toxunan odur, az qaldım sevincimdən tullanam. 

Ancaq yox: bu, zülmətdə peyda olan Rosa Kabarkas idi. «Tez geyin, gedək, – o dedi, – mənim ciddi 

problemim var». Təsəvvür eləyə biləcəyimdən daha ciddi problemdi. Fahişəxananın hörmətli 

müştərilərindən birini girəcəkdəki otaqda bıçaqlayıb öldürmüşdülər. Qatil qaçmışdı. Suda bişmiş toyuq 

kimi solğun, iri, çılpaq, ancaq ayağında ayaqqabı olan meyit qan içində yataqda sərilib qalmışdı. Onu 

qapının kandarından tanıdım: boy-buxunlu, qəşəng, yaxşı geyinməyi bacaran, ən əsası, ailəsinin 

təmizliyi ilə tanınan çox böyük bankir X.M.B. idi. Boğazında dodaq kimi qıpqırmızı iki yara yeri vardı, 

qarnında isə qan axan iri deşik. Meyit hələ soyumamışdı. Ancaq məni yaralardan çox, büzüşmüş 

cinsiyyət üzvünə, deyəsən, istifadə olunmamış prezervativin keçirilməsi heyrətləndirdi. 

   Rosa Kabarkas bankirin kimlə olduğunu bilmirdi, çünki onun da evə bağdakı qapıdan gəlmək 

imtiyazı var idi. O, bankirin kişi ilə olduğunu da istisna etmirdi. Fahişəxana sahibəsinin məndən 

istədiyi bircə şeydi – meyiti geyindirməyə kömək etmək. O, özünü elə sakit aparırdı, ağlımdan keçdi ki, 

yəqin, ölüm onun alışdığı adi bir şeydir. «Meyit geyindirməkdən çətin iş yoxdur», – mən dedim. 

«Allahın köməyi ilə bunu etmişəm, – Rosa bildirdi. – Onu tutan olsa, geyindirmək asandır». Mən 

şübhələndim: «Səncə, doğram-doğram edilmiş, ancaq ingilis centlmeni kimi kostyumunun ütüsü 

pozulmamış meyitə inanarlar?» 

   Bu yerdə Delqadina sarıdan qorxdum. «Yaxşı olar onu buradan aparasan», – Rosa Kabarkas məsləhət 

gördü. «Əvvəlcə – meyit», – vahimələnərək dedim. O bunu sezdi və öz nifrətini gizlətmədi: «Sən ki 

titrəyirsən!». «Ona görə, – mən israr etdim, ancaq bu, həqiqətin yarısı idi. – Qıza de, neçə ki tökülüşüb 

gəlməyiblər, burdan getsin». «Yaxşı, – Rosa söz verdi, – ancaq jurnalist olduğuna görə sənə heç nə 

olmaz». «Sənə də, – əsəbiliklə bildirdim. – Sən bu hökumətdə yeri, çəkisi olan yeganə liberal 

siyasətçisən». 

   Qədimdən bəri öz təhlükəsizliyi, sakitliyi ilə seçilən şəhər, elə bil, lənətə gəlmişdi – dəhşətli və 

qalmaqallı qətllər barədə xəbərlər hər il onu sarsıdırdı. Bu dəfə başqa cür oldu. Diqqəti çəkən başlıqla 

verilən rəsmi məlumatda təfərrüata varılmadan xəsisliklə bildirilirdi ki, gənc bankir Pradomar 

şosesində hücuma məruz qalaraq, bıçaq zərbəsilə qətlə yetirilib; cinayəti doğuran səbəb məlum deyil. 

Onun düşməni olmayıb. Hakimiyyətin məlumatında qətli yerli əhalinin dinc xarakterinə qətiyyən xas 

olmayan cinayətkarlığın artmasında günahkar bilinənlərin – ölkənin orta vilayətlərindən köçənlərin 

törətdiyi ehtimal edilirdi. Elə ilk saatlarda əllidən çox adam saxlanılmışdı. 

   Mən hiddətlənmiş halda, iyirminci illərin tipik jurnalisti, yaşıl sellüloid günlüklü kepka qoymuş, 

köynəyinin qollarına rezin taxmış, hər şeyi baş verməzdən əvvəl bildiyini güman edən cinayət şöbəsi 

redaktorunun yanına getdim. Ancaq bu dəfə əlində elə bir əhəmiyyətli dəlil-sübut yox idi və işimi 

ehtiyatlı tutub, cinayətin mənzərəsini tamamladım. Həmişəki kimi hansısa çox etibarlı mənbəyə istinad 

edərək, qəzetin birinci səhifəsi üçün ikilikdə səkkiz sütunluq xəbər yazdıq. Ancaq senzor Murdar Qar 

Adamı söhbətin, guya, liberalların quldur hücumundan getdiyini bildirən rəsmi xəbəri qəzetə sırımağa 

macal tapdı. Ən həyasız və izdihamlı dəfn mərasimi zamanı vicdan əzabım kədərli dilxorluqla əvəz 

olundu. 

   Evə qayıdıb, Delqadinanın başına nə gəldiyini bilmək üçün elə həmin axşam Rosa Kabarkasa zəng 

vurdum, ancaq telefon dörd gün cavab vermədi. Beşinci gün canımı dişimə tutub, onun evinə 



Yüklə 322,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə