Kursun məqsədi. Qgt – fiziki üsulların məcmuyu olub, quyu ətrafı və quyular arası fəzanın tədqiqinə əsaslanır. Qgt-nin predmeti



Yüklə 6,74 Mb.
səhifə6/36
tarix08.06.2023
ölçüsü6,74 Mb.
#116078
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   36
C fakepathmuhazira 2023

Süzülmə potensialı. Süxurların məsamələrini uzun bir kapliyar kimi təsəvür etmək olar. Fiziki kimyadan məlumdur ki, əgər belə bir kapliyar boruda elektrolit hərəkət edirsə, onda həmin kapliyarda e.h.q. yaranır. Bu EHQ nin istiqaməti kapliyarda mayenin hərəkət istiqaməti ilə üst-üstə düşür. Belə bir şəraitdə yaranmış EHQ-yən süzülmə EHQ-i deyilir. Süzülmə nəticəsində əmələ gələn EHQ-ni onunla izah etmək olar ki, süxurların kapliyarlarının divarlarında müəyyən yüklü ionlar udulur, nəticədə kapliyarın en kəsiyi boyu mayedə başqa yüklü ionlar toplanır. Maye kapliyarlarla hərəkət etdikdə bu ionlarda hərəkət edir və nəticədə EHQ-nin yaranmasına səbəb olur (şək. 5).



Şəkil 5. Süzülmə mənşəli QP
Beləliklə süzülmə EHQ-i yaranır. Süxurun məsamələrinin divarlarında mənfi yüklü ionlar, mayenin hərəkəti istiqamətində isə müsbət yüklü ionlar toplanır. Süzülmə potesialı aşağıdakı düsturla ifadə olunur:

burada -məhlulun xüsusi müqaviməti; -mayenin özlülüyü; f-süxurun xüsusiyyətindən asılı olan əmsaldır; P-kapliyarda olan təzyiqdir.
QP-yə görə gilliliyin təyini. QP (quyu potensialı) əyrilərinin interpretasiyası təbii elektrik sahəsinin faktiki təbiətinə əsasən aparılır. Qum və gillərdən ibarət kəsiliş şəraitində təbii elektrik sahəsinin yaranmasına əsas səbəblər diffuziya və süzülmə prossesləridir.
Belə prosseslərdə quyu potensial əyrisi kəsilişdə keçiriciliyə malik və keçirici olmayan layların aşkar edilməsinə, layların sərhədlərinin təyin olunması­na, lay sularının təyin olunmasına, lay sularının qatılığının qiymətləndirilməsinə və bəzən süxurların litoloji-kollektorluq xüsusiyyətlərinin müəyyən edilməsinə imkan verir.
Keçirici layların seçilməsi, quyu içərisindəki məhlul və lay suları arasında gedən diffuziya-adsorbsiya prossesinə əsaslanır. Lay sularının qatılığı (minera­liza­siya) məhlulun qatılığından böyük olarsa QP əyrisi üzərində keçirici laylar minimula qeyd edilir, keçiriciliyi olmayan laylar isə maksimumla qeyd edilir. Buna «düz QP sahəsi» deyilir. Qatılıqların əks nisbətində «tərs QP sahəsi» alınır və QP əyrisi üzərində keçirici laylar maksimumla, gillər isə minimumla qeyd edilir.
QP sahəsinin dəyişmə xarakterini bildikdə, digər geofiziki üsulların nəticəsindən istifadə edərək kəsilişi araşdırmaq və keçirici layları seçmək mümkün­dür.
QP əyrisi ilə gilliyin qiyməti aşağıdakı ardıcılıqla hesablanır:

  1. Əyri üzərində gil xətti keçirilir;

  2. Əyridə maksimal amplitudlu təmiz qum layları seçilir (istinad layı) və onun qiyməti hesablanılır ;

  3. Əyri üzərində tədqiq edilən layı qiymətləndirilir ;

  4. düsturundan istifadə edilərək, hesablanır;

  5. -nın Cg-dən asılılıq paletkasından istifadə edilərək, Cg-lik qiymətləndirilir (Şəkil 6).


Şəkil 6 Kollektorların gilliliyinin təyini üçün asılılıq

Yüklə 6,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə