Kursun məqsədi. Qgt – fiziki üsulların məcmuyu olub, quyu ətrafı və quyular arası fəzanın tədqiqinə əsaslanır. Qgt-nin predmeti



Yüklə 6,74 Mb.
səhifə14/36
tarix08.06.2023
ölçüsü6,74 Mb.
#116078
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   36
C fakepathmuhazira 2023

Mühazirə 7 –aprel 2022
Neytron-qamma karotaj.NQK ikinci dərəcəli qamma kvantların intensivliyinin qeyd edilməsinə əsas­lanır. İkinci dərəcəli qamma-kvantlar süxurlar sürətli neytronlarla qarşılıqlı əqaqədə olduqda yaranır.
NQK zamanı quyuya buraxılan cihaz indikator və neytron mənbəyindən ibarət olur. İndikator kimi bir stintilyasiya sayğacından istifadə edilir. Mənbədən çıxan neytronun bir başa indikatora çatmaması üçün bunlar arasında qurğuşun ekran və ya parafin təbəqə yerləşdirilir. Bu iki element arasındakı məsafə zondun uzunluğu adlanır və tədqiqat radiusu bu uzunluqdan asılı olur. Zondun uzun­luğu artdıqca tədqiqat radiusu da artır və maksimum qiymətə çatdıqdan sonra azalır. Cihazın tədqiqat radiusuna süxurların litoloji tərkibi və məsamələrdəki hidrogen, xlor, natrium ionlarının miqdarı təsir edir. Belə ki, bu elementlərin ionları neytronu intensiv udmaq qabliyyətinə malikdirlər. Müxtəlif tərkibli süxurlarda tədqiqat radiusu müxtəlifdir: terrigen tərkibli süxurlarda maksimal qiymət 45-50, karbonat süxurlarda isə 60-70 sm-dir.
NQK cihazlarının tətbiqi zamanı inersiya zonası yaranır ki, bu zaman zon­dun uzunluğu inersiya məsafəsindən kiçik olur. Belə zandlarla tədqiqat apa­ılan zaman hidrogenin süxurda miqdarı artdıqca qeyd edilən intensivlik artır. Praktikada əsasən inersiyadan kənar zondlar istifadə edilir ki, belə zondların uzun­luğu təxminən 60 sm-ə bərabər olur.
NQK ilə kəmərli quyularda tədqiqat apardıqda kəmər və sement həlqəsi intensivliyin qiymətinin təxminən 30-40 faiz azalmasına səbəb olur.
Ümumiyyətlə, ən çox istifadə edilən NQK cihazının zondunun uzunluğu 60 sm olur. Belə quyu cihazı vasitəsilə alınan kəmiyyətin qiyməti daha dəqiq olur. Tədqiqat zamanı qeyd edilən Jn γ ümumi γ şüalanmanın cəmidir, yəni bunu aşağıdakı düstur şəklində yazsaq, aşağıdakı düsturu yaza bilərik.
Jn γq.e=J γ+Jn γ+J γ γ+J γf
Burada, J γ təbii radioaktivliyin intensivliyi, J n γ II dərəcəli γ kvant, J γ γ γ hissəciklərin süxurda yayılması zamanı yaratdığı intensivlik, J γ f – təbii fondur. İnterpretasiya zamanı bizə II dərəcəli γ kvantın intensivliyi lazım olur.Bu məqsədlə də yuxarıdakı düsturdan II dərəcəli γ kvantın düsturunu yazaq:

Yüklə 6,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə