Kursun məqsədi. Qgt – fiziki üsulların məcmuyu olub, quyu ətrafı və quyular arası fəzanın tədqiqinə əsaslanır. Qgt-nin predmeti



Yüklə 6,74 Mb.
səhifə36/36
tarix08.06.2023
ölçüsü6,74 Mb.
#116078
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   36
C fakepathmuhazira 2023

Quyularda pakerlərin qoyulması. Partlayıcı pakerlər quyularda layları bir-birindən ayır­maq və süni quyu dibi yaratmaq üçündür. Kəmərin arxasında yerləşdirilən partlayıcı paker (PV-5) sementləmə zamanı qoru­yucu kəmərlə quyu divarları arasında maye və qaz axınını da­yan­dırır. Quyuda süni quyu dibi yaratmaq üçün VP, VPŞ, PVÇ, PVR-48, PVR2-48 tipli pakerlərdən istifadə olunur. Qo­ru­­yucu kəmər ilə NKB arasında maye və qaz axınını dayan­dır­maq üçün PV-2 tipli pakerlər işlədilir.
İstismar quyularında bir istismar obyektdən digərinə keçid zamanı onları bir-birindən təcrid etmək lazımdır. Adətən, quyularda sənaye əhəmiyyətli hesab edilən layların istismarı aşağıdan yuxarıya doğru yerinə yetirilir.
Horizont çoxsaylı böyük qalınlıqlı laylardan ibarət ol­duqda bütün layları deyil, aşağıdan müəyyən saya malik lay­lar qarşısında süzgəc açılır. Məlumdur ki, müəyyən dövr istis­mar­dan sonra bu laylardan hasil edilən mayenin 90%-dən çox bəzən 100%-ni su təşkil edir. Digər laylar neft verməsinə bax­ma­yaraq ayrılan məhsulun əsas həcmi su olur. Buna səbəb neftin özlülüyünün sudan çox olmasıdır ki, suyun sürəti böyük olduğuna görə nefti qabaqlayır. Bu zaman qeyd edilən layı təc­rid etmək üçün laydan yuxarı hissədə paker qoyulmalıdır. Pa­ker aşağıdakı quruluşda olur (şəkil 4.21).
Pakerin iş prinsipi belədir: quyu diametrindən asılı ola­raq pakerlər seçilir. Dərinlikdən asılı olaraq isə dərinlik, təzyiq və onlara uyğun barıtın miqdarı qrafik əsasında seçilir. Pakerin həcmi böyüyərək genişlənir və kəmərə sıxılır. Kabel başlıqla birlikdə pakerdən ayrılır və o yuxarı qaldırılır. Sonra pakerin yuxarı hissəsinə bir neçə metr hündürlükdə sement vurulur. Beləliklə, aşağıda yatan laylar təcrid edilir.

Şək. 4.21. 1 - düralüminiumdan hazırlanmış paker ( silindrik
qab); 2 - kabel başlığı; 3 - naqil; 4 - közərmə teli; 5 - barıt.


Layların və süzgəcin təmizlənməsi. İstismar quyularında açılmış süzgəclər uzun müddət is­tis­mar olunduqdan sonra süzgəcin deşikləri parafinlə və ya sü­xuru təşkil edən skelet materialların gəlməsi nəticəsində tutu­lur. Nəticədə layın məhsuldarlıq əmsalı aşağı düşür. Eləcə də, lay­da maye axını zamanı (quyuya doğru) məsamələr bağlanır. Bu xüsusiyyət nəticəsində quyunun məhsuldarlıq əmsalı ya azalır, ya da sıfıra bərabər olur. Çox zaman süzgəc qarşısında parafini əritmək üçün quyuya xüsusi qızdırıcılar buraxılır. Bu qızdırıcılar yalnız müəyyən dərinliyə qədər tə­sir edirlər. An­caq bu skeleti təşkil edən maddənin hissəciklərinə heç bir təsir etmir. Bu zaman silindrik formalı preslənmiş PM-lərin müəy­yən kütləsi quyuya buraxılır. Süzgəcdən 50-100 m yuxarıda dayandırılır. Quyu ağzına qədər maye (su) ilə dol­durulur. Quyu ağzı bağlanılır və PM partladılır. Partlayışdan çox böyük həcmdə qaz yaranır. Qaz quyu içərisində mayeni böyük təzyiq altında sıxışdırmağa başlayır. Nəticədə maye süz­gəcdən keçərək layda yayılır. Yayılma radiusu layın keçiricili­yinden və götürülən PM-lərin kütləsindən asılıdır. Müəyyən müddətdən sonra quyu içərisində təzyiqlə laydakı təzyiq aras­ın­da fərq yaranır. Nəticədə, laya daxil olmuş maye geri qayıdır, yəni süzgəc və lay hər iki istiqamətdə yuyulub təmizlənir. Təmizlənmiş layın debiti bərpa olunur
Yüklə 6,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə