Kursun məqsədi. Qgt – fiziki üsulların məcmuyu olub, quyu ətrafı və quyular arası fəzanın tədqiqinə əsaslanır. Qgt-nin predmeti



Yüklə 6,74 Mb.
səhifə2/36
tarix08.06.2023
ölçüsü6,74 Mb.
#116078
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   36
C fakepathmuhazira 2023

Mühazirə 2-25 fevral 2021


Elekrtik karotajı (EK). Elektrik karotajı ilə tədqiqat zamanı quyuya elektrodlardan ibarət zondlar buraxılı:



Şək. a-bir qütbülü çevrilmiş potensial zond; b-bir qütbülü daban qradient zond; c-iki qütbulu çevrilmiş potensial zond

Cərəyan elektrodlarına cərəyan verildikdə onun ətrafında elektrik sahəsi yaranır və elekrtik sahəsinin cəryan xətləri mühitə daxil olur.



Şək. 1- elekrtik sahəsi (dairələr); 2-cərəyan xətti (qırıq xəttlər)

M və N ölçü elektrodunda potencial yaradır ( ). Ölçü zamanı bu elektrodlar arasındakı potensiallar fərqi ( ) qeyd edilir ki, bu qiymət elektrodlar arasındakı süxurun xüsusi müqavimərinə proporsionaldır. EK ilə mühitin fərz olunan xüsusi müqaviməti aşağıdakı düsturla təyin edilir:



-potensiallar fərqi; -cərəyan şiddəti; -zond əmsalıdır
YAN KAROTAJ ZONDLAMASI (YKZ). YKZ üsulunun mahiyyəti quyu kəsilişinin məhsuldar qat çöküntüləri qarşısında eyni tipli, müxtəlif uzunluqlu zondlarla ölçü işlərinin aparılmasına əsaslanır. Ölçü işlərinin nəticəsinə görə layın həqiqi xüsusi müqaviməti və layda baş verən dəyişikliklər müəyyənləşdirilir. Layda baş verən dəyi­şik­liklər dedikdə keçirmə zonasının yaranması və bu zonanın xüsusi müqavimətinin (ρkz) eləcə də keçirmə zonasının diametrinin (D) təyini nəzərdə tutulur. YKZ işləri adətən müxtəlif uzunluqlu 5 qradiyent zondları ilə yerinə yetiri­lir (A2M0.5N (N0.5M2A), A0.45M0.1N. A1M0.5N. A4M0.5N, A8M0.5N. Təcrübədə adətən ölçüləri 1-30 quyu diametrinə bərabər olan qradiyent zondlardan istifadə edilir. Ən kiçik ölçülü qradiyent zondun uzunluğu quyu diametrinə yaxın, ən böyük qradiyent zondun uzunluğu isə təxminən 8 m olur. Azərbaycanda məhsuldar qat çöküntülərinin tədqiqi üçün AO=0,45; 1,05; 2,25; 4,25 və 8,25 m uzunluqlu qradiyent zondlardan istifadə olunur. Layların sərhədlərinin daha inamlı təyini üçün daban qradiyent zondları cərgəsinə bir tavan qradiyent zondu və yaxud əksinə əlavə edilir.
YKZ diaqramlarının emalı aşağıdakı mərhələlərdən ibarətdir:
- İnterpretasiya üçün yararlı layların seçilməsi və onların sərhədlərinin təyini;
- Seçilmiş laylar qarşısında fərz olunan xüsusi müqavi­mətin xarakter qiymətlərinin təyini;
- Fərz olunan xüsusi müqavimətin zondun uzunluğundan [ρfxm =f (AO)] asılılıq əyrisinin qurulması;

- Qurulmuş əyrilərin nəzəri əyrilərlə müqayisəsi əsasında lay­­ların xüsusi müqavimətlərinin təyini və keçirmə zonasının müəyyənləşdirilməsi



Aşağıdakı ifadə ilə layın həqiqi xüsusi müqaviməti təyin edilir:



- YKZ paletkasından təyin edilmiş modal qiymətdir; - quyuda olan gil məhlulunun xüsusi müqavimətidir.
Yan karotajı (YK) üsulunun mahiyyəti. Yüksək xüsusi müqavimətə malik kəsilişlərdə eləcə də minerallaşma dərəcəsi böyük olan gil məhlulu ilə qazılan quyularda adi elektrik karotajının səmərəliliyi kəskin azalır. Quyu şəraitinin təsiri nəticəsində qradiyent və potensial zondla alınmış FXM əyriləri kəsilişin səciyyəsini düzgün əks etdirmir. Belə şəraitlərdə ölçü işlərini aparmaq üçün əlavə ekran elektrodlarına malik olan YK zondlarından istifadə olunur. Ekran elektrodlarının funksiyası əsas (mərkəzi) elektroddan çıxan cərəyan qüvvə xətlərini fokuslaşdırmaqla quyu oxuna perpendikulyar istiqamətdə tədqiqat layına yönəltməkdir.
Elektrodların sayına görə YK-nın üç-, yeddi-, və doqquz elektrodlu zondları mövcuddur. Bu zondlar bir-birindən elektrodlarının sayına və formasına görə fərqlənir.


Şəkil. YK zondunun sxemi: I-üç elektrodlu (YK3), II-yeddi elektrodlu (YK7), III-doqquz elektrodlu (psevdo) yan karotajı

Üç elektrodlu YK zondunda elektrodlar silindir formasında, yeddi və doqquz elktrodlu YK- zondlarında isə elektrodlar ya nöqtəvi ya da halqavari şəkildə olur.


Mədən geofizikası təcrübəsində üç və yeddi elektrodlu zondlar eləcədə mikroyan karotaj zondu daha geniş tətbiq olunur.
Üç elektrodlu YK zondu əsas (mərkəzi) elektroddan (A0) və iki ekran elektrodundan (A1 və A2) ibarətdir). A1 və A2 elektrodları bir-biri ilə qısa qapanmış dövrədə A0 elektrodu ilə müqaviməti R=0,01Om olan rezistor vasitəsilə birləşdirilir.
Hər üç elektroddan eyni qütblü cərəyan buraxılır və onlarda potensialın bərabərliyi təmin edilir.
Süxurların FXM-ni təyin etmək üçün zondun istənilən elektrodu ilə (praktiki olaraq hər üç elektrodun potensialı eynidir) nisbətən böyük məsafədə yerləşən N elektrodu arasındakı potensial (U) ölçülür.

Bircinsli mühitdə cərəyan xətlərinin paylanması. I-üçelektrodlu, II-yeddi elektrodlu, III-çoxelektrodlu

Nəticədə fxm -in qiyməti aşağıdakı düsturla təyin edilir.



Cərəyanın (İ0) sabit qiymətində potensialın dəyişməsini qeyd etməklə fxm əyrisi alınır.
Üç elektrodlu YK zondunun əmsalı zondun ölçüsündən asılı olub, düsturu ilə təyin edilir. Burada L-zondun ümumi uzunluğu (A1 və A2 elektrod­larının kənar ucları arasındakı məsafə), L0 - əsas elektrodun (A0) uzunluğu, dz- zondun diametridir.
Hazırda istifadə olunan YK cihazlarında L0=0,18m; L=3,2m; dz=0,07m olduğundan zond əmsalı 0,24-ə bərabərdir.
Üç elektrodlu YK zondunda ölçü nöqtəsi A0 elekt­rodunun tən yarısına aid edilir. Ümumiyyətlə L0=0,150,3m olduğundan ekranlaşdırıcı zondlar yüksək ayırdedicilik xüsu­siy­yətinə malik olurlar.
YK diaqramlarının ilkin emalı tədqiqat üçün seçilmiş layların sərhədlərinin və qalınlığının təyinindən, onların xüsusi müqavimətlərinin qiymətləndirilməsindən və bu qiymətlərə cihazın, quyunun, layın qalınlığının (h) eləcədə ətraf layların xüsusi müqavimətlərinin (ətr) təsirinə görə düzəlişlərin verilməsindən ibarətdir. Bu düzəlişlər sistemi diaqramların qeydiyyatında istifadə olunmuş cihazların növünə uyğun mövcud qaydalar əsasında yerinə yetirilir. Diaqramların transformasiyasında yekun məqsəd quyu şəraitinin və cihazın ölçü nəticələrinə təsirini aradan qaldırmaqla ölçü nəticələrini sonsuz qalınlıqlı lay şəraitinə və yaxud standart quyu şəraitinə uyğunlaşdırmaqdır.



Yüklə 6,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə