Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə304/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   298   299   300   301   302   303   304   305   306

birinin  nəzərdə  tutulan  tədbirlərin  planlara  yenidən  baxıldıqdan  sonra  qalan 

hərbi-texniki  proqramlara  ziyan  vurmaması  olduğu  nəzərə  almarsa,  bu  addım 

özünü  doğruldur.  Hərbi  və  mülki  sahələrdə  çalışan  bütün  işçilər  tərk-silah 

olunmanın və konversiyanın sakit və dinc həyat üçün əsas, bəşəriyyətin ekoloji, 

enerji, tibbi və s. problemlərinin həlli üçün təməl yaradacağına əmin olmalıdır. 

Konversiyanın hazırlanmasına diversifıkasiya prosesi, yəni hərbi sahələrin 

mülki sahələrə nüfuz etməsi şərait yaradır və bu, onların hərbi sifarişlərin daxil 

olmasından, hərbi-siyasi konyunkturanın tərəddüdlərindən asılılığını zəiflədir. 

İnkişaf  etmiş  ölkələrin  hərbi  sənayesinin  nisbətən  aşkar  kon3oınktura 

şəraitində inkişaf etməsi orada yeni sahələrin və istehsalların sürətli elmi- texniki 

inkişafını  stimullaşdırırdı:  məlumdur  ki,  innovasiyalar  ilk  növbədə  hərbi 

sahələrdə  tətbiq  edilirdi.  Korporasiyaların  menecerləri  firmalarının  mənfəətini 

hərbi  yaxud  mülki  bizneslə  eyni  dərəcədə  əlaqələndirdiyi  üçün,  innovasiyaları 

dərhal  bir  sahədən  digərinə  köçürürdülər.  Konversiya  proseslərinin  templəri 

obyektiv olaraq iqtisadi, texniki, texnoloji, təşkilati, sosial, vaxt və s. amillərlə 

məhdudlaşdığına  görə,  bu  məqam  mühüm  şərtlərdən  biridir.  Onların  hərtərəfli 

nəzərə  alınması,  çevikliyi  və  operativliyi  Qərb  ölkələrinə  konversiya 

problemlərini nisbətən asan həll etməyə imkan yaradır. 

Rusiyada  və  bir  sıra  ölkələrdə  konversiya  əvvəlcədən  hərtərəfli  hazırlıq 

aparılmadan,  dəqiq  elmi  konsepsiya  olmadan  amiranə  formada,  hərbi  sənaye 

müəssisələrinin  təşəbbüsü  nəzərə  alınmadan  həyata  keçirilməyə  başlamışdır. 

Tətbiq  olunan  metodlar  hər  yerdə  müdafiə  sənayesi  müəssisələrinin  qabaqcıl 

elmi-texniki  və  istehsal  potensialından  səmərəsiz  istifadə  etməsinə,  sosial 

gərginliyə, yüksək ixtisaslı kadrların axınına gətirib çıxarırdı. Təkcə 1992-ci ildə 

Rusiyanın müdafiə kompleksi təqribən 650 min nəfər itirmişdi. Həyata keçirilən 

konversiya  ilk  addımlardan  iqtisadiyyatda  dağıdıcı  proseslər,  kooperasiya 

əlaqələrinin  pozulması,  1992-1999-cu  illərdə  ayrı-ayrı  sahələrin  idarəetmə 

sisteminin sonu görünməyən yenidən qurulması ilə müşayiət olunmuşdu. Sonrakı 

illərdə də vəziyyət düzəlməmişdi. 

Bununla yanaşı qeyd olunmalıdır ki, konversiya müəssisələrində istehlak 

mallarının buraxılış həcminin artması da müşahidə edilmirdi. 1991-ci ildə onların 

istehsal  etdiyi  televizorların  sayı  1990-cı  illə  müqayisədə  240  min  ədəd, 

soyuducular 110 min ədəd, radioqəbuledici cihazlar 310 min ədəd azalmışdı. 

1992-

 

1999-cu illərdə cüzi artmaya baxmayaraq, HSK müəssisələrində mülki 



795 


məhsulların buraxılışının artması əsas meylə çevrilməmişdi. 

«HSK  sindromu»  Rusiya  hakimiyyətinə  1991-ci  ildən  sonra  müdafiə 

sənayesi rəhbərlərinin potensial siyasi və iqtisadi qüvvəsindən vaxtında istifadə 

etməyə, bu sənayedə islahatlar aparmağa imkan vermədi. «HSK-nın qüdrəti» və 

onun «islahatlar ideyasına düşmən mövqe tutması» barədə şişirdilmiş təsəvvürlər 

hökuməti ondan islahat aləti kimi istifadə etmək əvəzinə, faktiki ləğv olunmasına 

istiqamətləndirdi. Ali rəhbərliyin  gizli göstərişləri hökumət məmurları və hətta 

Rusiyanın  Müdafiə  Nazirliyi  tərəfindən  alqışlandı.  Müdafiə  sənayesinə  son 

dərəcə qətiyyətlə və qüvvə ilə iqtisadi zərbə endirildi. Əfasnəvi qüdrəti olan HSK 

çökməli  və özündən sonra total  konversiya üçün  «tikinti  materialına»  çevrilən, 

planetin hər tərəfindən tökülüb gələn fırıldaqçıların oğurlaya biləcəyi çoxsaylı, 

düşkünləşmiş xırda qəlpələrə parçalanmalı idi. 

İslahatların birinci mərhələsində Rusiya Elmlər Akademiyası da müdafiə 

sənayesinə  münasibətdə  qəribə  mövqe  tutmuşdu.  Ümumi  qəbul  edilmiş  sxemə 

əsasən,  onilliklər  ərzində  akademik  elmin  ən  son  nailiyyətlərindən  müdafiə 

sənayesində  istifadə  olunurdu.  Akademiyanın  ,gördÜ3di  işlər  lazıminca 

qiymətləndirilirdi.  Bu  mənada  SSRİ  ABŞ-dan,  Almaniyadan  yaxud  Fransadan 

heç nə ilə fərqlənmirdi. 

Ənənə  üzrə  «yuxarıdan  gələn»  göstərişlərə  tabeçilik  HSK-də  əmək 

haqqının  ən  aşağı  səviyyədə  müəyyənləşdirilməsi,  fəhlələrin,  mühəndislərin, 

alimlərin məcburi məzuniyyətə göndərilməsinə imkan yaratdı. Nəticədə ölkənin 

sənayesi on minlərlə yüksək ixtisaslı mütəxəssisi itirdi. 



26.4.

 

Qlobal müharibə ehtimalı ilə müşayiət 

olunan hərbi və başqa təhdidlərin təsnifatı 

Yuxarıda nəzərdən keçirdiyimiz məsələlər əsasən hərbi-sənaye istehsalına 

aid  idi.  İndi  isə  müharibənin  qarşısının  alınması  ilə  bağlı  olan  qlobal  vəzifəyə 

hansı  problem  qruplarının  daxil  olduğunu  nəzərdən  keçirək.  Bu  ümumi 

problemin  özü  də  məntiqə  uyğun  olaraq  qurulan  müstəqil  problemlər 

(altproblemlər) yaxud vəzifələr sırasına bölünür: 

1)

 

bütün  dünyada  yerli  və  regional  silahlı  toqquşmalar  daxil  olmaqla, 



silahlı münaqişələrin dayandırılması, aradan qaldırılması və qarşısının alınması; 

796 


2)

 

silah  tətbiq  olunan  daxili  münaqişələr  baş  verdiyi  halda  ciddi 



beynəlxalq nəzarət qoyulması; 

3)

 



hərbi  çevriliş  baş  verdiyi  halda  dərhal  müdaxilə  olunması. 

Konstitusiyaya  zidd  çevrilişlər  çox  vaxt  beynəlxalq  təşkilatların  və  dünyanın 

nüfuzlu dövlətlərinin tam laqeyd yanaşması şəraitində baş verir

4)

 



dövlətin  qanlı  qiyamları  təşkil  etmiş  hər  bir  vəzifəli  şəxsinin 

məsuliyyətə cəlb olunması. Cəzasızlıq başqaları tərəfindən təqlid edilmə üçün ən 

yaxşı nümunədir

5)

 



xarici  ölkələrə  satış  üçün  nəzərdə  tutulmuş  bütün  silah  növlərinin 

istehsalının  ixtisar  olunması:  birinci  mərhələdə  ağır  hərbi  texnikanın,  sonrakı 

mərhələlərdə  isə  polis  texnikası  istisna  edilməklə,  bütün  növlərin;  silahları 

reklam vasitəsi  olduğuna görə silah sərgilərinin qadağan edilməsi; xaricə silah 

satışının narkotik ticarətinə bərabər tutulması; beynəlxalq silah bazarının ləğvi; 

6)

 



bütün  ölkələrə  münasibətdə  nüvə  silahının  və  başqa  kütləvi  qırğın 

silahlarının  yayılmaması  rejiminin  sərtləşdirilməsi;  nüvə  silahına  malik  olan 

ölkələrin  beynəlxalq  öhdəliklər  qəbuluna  məcbur  olunması;  hər  hansı  ölkənin 

(ölkələrin)  nüvə  dövlətlərinin  rəsmi  siyahısından  çıxarılması  barədə  ikitərəfli 

(gizli) razılaşmaların ləğvi; 

7)

 



fəaliyyət göstərən və tikilməkdə olan AES-də atomdan dinc məqsədlər 

üçün  istifadə  edilməsi  sahəsində  Atom  Enerjisi  üzrə  Beynəlxalq  Agentliyin 

(lAEA 

- International Atomic Energy Agency) səlahiyyətlərinin 



gücləndirilməsi.  Bu,  indiyədək  ərazisində  AES  olmayan  ölkələrin  həmin 

proqramları həyata keçirməyə başladığı dövrdə xüsusilə mühüm əhəmiyyət kəsb 

edir; 

8)

 



 qlobal  vəzifənin  -  tədricən  nüvə  silahından  imtinanın  yerinə 

yetirilməsi məqsədilə nüvə silahına malik olan dövlətlərin beynəlxalq sammitinin 

keçirilməsi.  Aydındır  ki,  nüvə  silahı  olan  dövlətlər  onun  məhvinə  başlamasa, 

onların sayı getdikcə artacaq. Bununla yanaşı, həmin silahın terrorist qrupların 

(həm beynəlxalq, həm də milli) əlinə keçməsi təhlükəsi güclənməkdədir

9)

 



suya, dəniz heyvanlarına və bitkilərinə misilsiz ziyan vurduğuna görə 

raketlərin və böyük dağıdıcı gücə malik olan digər mərmilərin Dünya okeanına 

buraxılmasının (yerdən, havadan, sualtı qayıqlardan) qadağan edilməsi; 

10)


 

kosmik  fəzadan  hərbi  məqsədlər  üçün  istifadə  etmək  cəhdlərinin 

qarşısının alınması. 

797 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə