yeni müharibələrə və münaqişələrə təkan verə biləcəyini istisna etmir. Hər halda
demokratikləşmə bəzilərinin düşündüyü kimi, hərbi sarsıntıların qarşısını ala
biləcək vasitə hesab oluna bilməz.
1990-cı illərdə qeyri-sabitliyin və hərbi təhdidlərin yeni regionları
(Balkanlar, Qafqaz, Mərkəzi Asiya, beynəlxalq terrorizm və ekstremizm)
yaranmışdır. Dünyada baş verən dəyişikliklər pozitiv meyillərlə yanaşı milli və
dini zəmində çoxsaylı münaqişələrə gətirib çıxarmışdır. Mütəxəssislər isbat edir
ki, gələcəkdə baş verəcək silahlı münaqişələrin 90%-i təcrübənin göstərdiyi kimi,
çoxmillətli kontingentlərin yardımı ilə həll olunacaq. Bütün bunlar beynəlxalq
təhlükəsizliyin təmin olunmasının üsullarına və vasitələrinə baxışı əməkdaşlığın
gücləndirilməsi istiqamətində dəyişdirir. Deməli, müasir dövrdə dövlətlərin hərbi
siyasətinin qloballaşması onların həm öz ölkəsinin, həm də bütün dünyanın
təhlükəsizliyinin təmin olunması üçün birləşməsi və əməkdaşlıq ehtiyaclarının
ifadəsidir.
XXI əsrin formalaşmaqda olan qlobal hərbi siyasəti dövlətlərin qarşılıqlı
münasibətlərində güc tətbiqinin aradan qaldırılmasının labüdlüyünə, bütün
dünyada tərk-silah olunmaya, hər cür təcavüzün və ümumiyyətlə, «düşmən»
kateqoriyasından, məqsədə nail olmağın vasitəsi kimi müharibədən imtina
edilməsinə əsaslanır, hamı üçün hərbi təhlükəsizlik təmin edə bilən dünyəvi
hakimiyyət strukturlarının yaradılması vəzifəsini qarşıya qoyur. Yeni siyasət
orduların gələcək vəziyyətini, funksiya və vəzifələrini, hərbi strukturların iş
prinsiplərini, inkişafı və fəaliyyəti istiqamətlərini müəyyənləşdirən «yeni genetik
kodun» təməlini qoyur.
Yeni formalaşan hərbi siyasət hərbidən daha çox, müdafiə və hətta
«müharibə əleyhinə» xarakter daşımalıdır. Onun əsas amalı müharibəyə, xüsusilə
də raket-nüvə münaqişəsinə yol verilməməsi, sülh şəraitində həyatın bərqərar
olunmasıdır. Bu siyasət dövlətin təhlükəsizliyinin dinc yollarla (siyasi, iqtisadi,
diplomatik) təmin olunmasına üstünlük verilməsini, hərbi potensialın məhdud-
laşdırılmasmı, mümkün rəqibin qəflətən hücum etmək imkanından məhrum
edilməsini, müharibələrin və münaqişələrin qarşısının alınmasını nəzərdə
tutmalıdır.
Müasir dövrdə dövlətlərin hərbi siyasətlərinin razılaşdırılması prosesi
kifayət qədər məqsədyönlü, planauyğun və fəal xarakter alır. Bu məqsədlə
NATO, Rusiya, MDB-nin başqa ölkələri arasında əlaqələr intensivləşmişdir
(seminarlar, konfranslar, komanda-qərargah təlimləri, nümayəndə heyətlərinin
792
mübadiləsi, bir-birinin hərbi akademiyalarında kadrların hazırlanması və s.).
Ümumilikdə isə, dünyadakı strateji vəziyyəti əsasən Rusiya-Amerika
nüvə qarşıdurması təhlükəsinin azaldılması, Rusiya və ABŞ arasında sıx strateji
əməkdaşlıq, «soyuq müharibənin» maddi və siyasi nəticələrinin aradan
qaldırılması kimi amillər müəyyən edəcək. Bu baxımdan silahlar üzərində milli
və beynəlxalq nəzarətin gücləndirilməsi həm Rusiya, Ukrayna, həm də MDB- nin
başqa ölkələri üçün həlledici əhəmiyyətə malikdir.
26.2.
Tərk-silah iqtisadiyyatı problemi baxımından
beynəlxalq əməkdaşlıq
Sülhməramlı meylilərin üstünlük təşkil etməsinin nəticəsi kimi, dünyanın
aparıcı dövlətlərinin tərk-silah olunması bütün dünya ictimaiyyətinin maraqlarına
təsir göstərir. Özü də bunun kifayət qədər bahalı fəaliyyət olduğu aşkarlanmışdır.
Qeyd olunduğu kimi, inkişaf etmiş ölkələrin hamısı öz hərbi qüvvələrini ehtimal
olunan müharibənin aparılması üçün vasitələrlə təmin edən hərbi-sənaye
kompleks-lərinə (HSK) malikdir. Bu müharibənin baş verməsi yalnız ehtimal
olunsa da, hərbi istehsal və xərclər həmişə konkretdir və iqtisadiyyatda öz əksini
tapır. Buna görə də mütəxəssislər həmişə sadəcə «konversiyanın» deyil,
hərbi-sənaye komplekslərinin sökülməsi iqtisadiyyatının konsepsiyasını işləyib
hazırlamağa çalışmış və burada konversiya onun yalnız struktur həlqələrindən
biri kimi çıxış etməlidir. Problem ölkələrin çoxu üçün aktualdır və sırf zahiri
təhlil zamanı göründüyü kimi, o qədər də ağrısız ötüşmür. Məsələ təkcə bu
sahədə çalışan və bir qayda kimi, imtiyazlı şəraitdə yaşayan milyonlarla insanda,
qızğın silahlanmanın maddi infrastrukturunda deyil, həmçinin hərbiləşdirmənin
vətəndaş cəmiyyətinə sirayət edərək, onun «müdafiə təfəkkürünü» stimullaşdıran
qeyri-maddi tərkib hissəsindədir. Əlbəttə, bu halda hərbi xərclərin ixtisar
olunması problemi ölkələrin həm sosial, həm də iqtisadi vəziyyətinə birbaşa təsir
göstərdiyi üçün son dərəcə aktualdır.
Məsələn, 1980-1990-cı illərdə aparılan hesablamalar dünyada
silahlanmaya yalnız 1 il ərzində xərclənən vəsaitlərin torpaqdan istifadənin
müasir metodlarından istifadə olunduğu halda 150 milyon hektar sahənin
suvarılmasına yönəldildikdə, 1 milyarddan çox insanın ərzaqla təmin edilə
biləcəyini göstənnişdi. Bu pullar il ərzində 500 milyon adam üçün 100 milyon
müasir mənzilin inşası və 650 milyon uşağın təhsil ala biləcəyi 1 milyon
793
məktəbin lazımi avadanlıqla təchizatı üçün kifayət edərdi. Dünyada aclığın, ən
təhlükəli xəstəliklərin, savadsızlığın tamamilə aradan qaldırılması üçün isə hərbi
məqsədlərə istiqamətləndirilən vəsaitlərin ümumi həcminin cəmi 6-10%-i kifayət
edər.
Bundan başqa, hərbi obyektlər (poliqonlar, anbarlar, atıcılıq meydanları,
aerodromlar və s.) altında olan böyük torpaq sahələri kənd təsərrüfatı və başqa
mülki məqsədlərlə istifadə oluna bilər. Məsələn, milyonlarla avtomobil, traktor,
minlərlə gəmi, neft və neft məhsulları, anbarlar, minlərlə zavod bacarıqla istifadə
olunduğu halda dünya ölkələrinin milli iqtisadiyyatının inkişafı üçün güclü
stimuldur.
26.3.
Konversiya və dövlətin iqtisadi sağlamiaşdırılması
Getdikcə daha çox mütəxəssis və alim mürəkkəbliyinə baxmayaraq, hərbi
istehsalın konversiyasının qeyri-adi hadisə olmadığı barədə qənaətə gəlir.
İstənilən ölkənin iqtisadiyyatında strukturun yenidən qurulması prosesi daim
gedir, köhnəlmiş məhsulların istehsalı yenilərinin buraxılması ilə əvəz olunur.
Hərbi sənaye sahələrində buraxılan silah növləri də fasiləsiz yenilənir. Buna görə
də konversiyanın hərbi-siyasi qərarlarla sıx əlaqədar mürəkkəb problem olmasına
baxmayaraq, burada aradan qaldırıla bilməyən iqtisadi və sosial maneələr
mövcud deyil. Digər tərəfdən, demək olar ki, bütün ölkələrdə hərbi sənayenin
dövlət nəzarəti altında yaxud ondan asılı olması bu sahədə qərarların qəbulunu
asanlaşdırır. Məsələn, ABŞ-da hərbi texnikanın 90%-i özəl fınnalar tərəfindən
buraxılsa da, həmin məmulatlar dövlət tərəfindən Müdafiə Nazirliyi vasitəsilə
sifariş edilir və satın alınacağına, istehsalçı fınualarm mənfəət əldə edəcəyinə
təminat verilir. Mütəxəssislərin, o cümlədən BMT ekspertlərinin qeyd etdiyi
kimi, məhz dövlət hərbi istehsalların mülki istehsala keçirilməsində başlıca rol
oynamalı, hərbi müəssisələri taleyin ümidinə buraxıb, onların rəhbərlərinin və
mühəndislərinin «rus zirəkliyinə» güvənməməlidir.
Hərbi elm sahəsinin yönümünün dəyişdirilməsi ən bahalı və çətinliklə
təkrar istehsal olunan resurs - yüksək ixtisaslı elmi və mühəndis kadrlarla
əlaqədar olduğuna görə xüsusilə diqqətli yanaşma tələb edir. Bu mənada bəzi
ölkələrin təcrübəsi ibrətamizdir. Həmin ölkələrin hökumətləri silahların və hərbi
texnikanın satınalmalarını ixtisar etməklə bərabər, hərbi ETTKİ xərclərini demək
olar ki, əvvəlki səviyyədə saxlayır, bəzi proqramlar üzrə isə hətta artırır.
Konversiya proqramlarının həyata keçirilməsinin əsas şərtlərindən
794
Dostları ilə paylaş: |