Hazırda Rusiyanın və MDB ölkələrinin hərb iqtisadiyyatı son dərəcə ağır
vəziyyətə düşmüşdür. Bir tərəfdən, «soyuq müharibə» dövründən iri hərbi-
istehsal aparatı və silah ehtiyatlan miras qalmışdır. Digər tərəfdən, hərbi
sənayenin dağılması davam edir, silahların keyfiyyəti xeyli aşağı düşmüşdür.
Müstəqil dövlətlərin yaranması hərbi müəssisələr arasında kooperasiya
əlaqələrinin qırılmasına, hərbi əmlakın, o cümlədən silahların, döyüş
texnikasının, müdafiə obyektlərinin, hərbi şəhərciklərin, hətta donanmaların
istifadə üçün olmasa da, heç olmazsa, sərfəli satmaq üçün bölüşdürülməsi
uğrunda mübarizəsinə gətirib çıxarmışdır. Artıq Rusiya, Ukrayna və
Qazaxıstanda «hərbi-sənaye kompleksi» adlandırıla biləcək məfbum yoxdur. Bu
kompleks başabəla islahatçılar tərəfindən tamamilə dağıdılmışdır.
Hələ Adam Smit, David Rikardo və Kari Marksm dövründən başlayaraq,
bəzi nəzəriyyəçilər hərbi xərclərin iqtisadi artıma mənfi təsirini, başqaları isə
bunun müsbət nəticələrini; məşğulluq dairəsinin genişlənməsini, bu sahədə
işləyənlərin əmək haqqının jdiksək olmasını əsaslandırırdı. Buna görə də məsələ
təkcə siyasətçilər və hərbçilər, onların korporativ maraqlan ilə tamamlanmır.
Hərbi məmulatlar istehsalından mülki məhsulların istehsalına kütləvi surətdə
keçid həm siyasətçilərin, həm də qızğın silahlanmada varlanma mənbəyi
görənlərin düşüncə tərzində «konversiya» baş vennəsi şərti ilə mümkündür.
Məsələn, ABŞ-m Kolumbiya universitetinin professoru S.Melmanın fikrincə, bu
ölkədə 5,6 milyon adamın Pentaqonun sifarişlərinə görə işi vardır və yaşayışını
təmin edə bilir. Onların ailə üzvləri də əlavə olunarsa, bu sifarişlər sayəsində 20
milyon nəfər dolanır. Bura gəlirləri iqtisadiyyatın hərbi sahələrində məşğul olan
şəxslərlə bağlı olan müəssisələr və firmalar da əlavə edilməlidir. Bu isə, yuxarıda
qeyd etdiyimiz kimi, ABŞ əhalisinin böyük hissəsini təşkil edir. Buna
baxmayaraq, ABŞ-ın HSK-nın xüsusi çəkisinin artırılması ilə əlaqədar olan
stereotipdən əl çəkmək lazımdır: onun ölkə iqtisadiyyatmdakı payı 15-20% təşkil
edir və bura 500 ən iri korporasiyanın təqribən 1/10 hissəsi daxildir. Bundan
HSK-nın maraqlarının ölkənin biznesinin maraqlan ilə eyniləşdirilməsinin
düzgün olmadığı barədə nəticə çıxarılır.
Qərbin iqtisadi ədəbiyyatında çoxdandır ki, hərbi xərclərin iqtisadi və
texnoloji inkişafı ləngitməsini təsdiq edən araşdırmalar aparılır. Amerika
iqtisadçılarının patriarxı C.Helbreytin fikrinə görə, bu xərclər inflyasiya
xarakterlidir, malların və xidmətlərin bahalaşmasına səbəb olur, xammal və
788
texniki mütəxəssisləri mülki sahələrdən yayındırır. Əlbəttə, ölkələrin hərbi-
sənaye kompleksində işləyənlərin maaşının artması istehlakçı tələbini artırsa da,
malların və xidmətlərin təklifinin çoxalmasını ifadə etmir, əmək məhsuldarlığını
aşağı salır, iri həcmdə resursları mülki sahələrdən uzaqlaşdırır və s.
Hərbi-sənaye proqramları dövlət büdcəsinin kəsirini artırır. Xroniki büdcə
kəsiri və insanların yaşayış səviyyəsinin aşağı olduğu vəziyyətdə (Rusiyada və
başqa ölkələrdə) hərbi xərclər ən müasir sənaye müəssisərini, xammalı, yüksək
ixtisaslı işçiləri, ən yaxşı elmi kadrları bu məqsədlərə cəlb etməklə xüsusilə
dağıdıcı təsir göstərir.
Təkcə Qərbin aparıcı ölkələrinin iqtisadiyyatı götürüldükdə isə, burada
iqtisadi tsiklin müəyyən, istehsal güclərindən istifadənin azaldığı dövrlərində
hərbi xərclərin son istehlakı stimullaşdıiTnası və iş yerləri yaratması şübhəsizdir.
Amma uzunmüddətli dövrdə bu xərclər iqtisadiyyata mənfi təsir göstərir. Bunu
həm xaricdə, həm də ölkəmizdə keçirilən, son onillikdə hərbi xərcləri yüksək və
aşağı olan ölkələrin iqtisadi göstəricilərinin müqayisə olunduğu tədqiqatlar sübut
edir. Həmin tədqiqatlar nəticəsində belə qanunauyğunluq aşkar olunmuşdur:
hərbi xərclərin nisbətən az olduğu ölkələrdə iqtisadi göstəricilər daha yaxşıdır
(Yaponiya, Almaniya, Skandinaviya dövlətləri).
Tərk-silah olunma və konversiya prosesləri genişləndikcə, hərbi sənayedə
yaxud onunla əlaqədar sahələrdə məşğul olanlar üçün işsizlik probleminin
meydana çıxması qaçılmazdır. Lakin konversiya təcrübəsi, məsələn, İkinci
Dünya müharibəsindən sonra bir çox ölkələrdə müəssisələrin müharibədən
əvvəlki mülki məhsulların buraxılışına keçməsi bu tezisi təkzib edir. Böyük
Britaniya, ABŞ və AFR iqtisadçılarının çoxsaylı tədqiqatları göstərir ki, mülki
istehsalla müqayisədə, hərbi sənayedə bir iş yerinin yaradılmasına xeyli çox (bəzi
hesablamalara görə 4 dəfə) kapital qoyuluşu tələb edilir. ABŞ konqresinin büdcə
bürosunun məlumatlarına əsasən hərbi məqsədlərə xərclənilən hər 10 milyard
dollar dinc proqramlara yönəldiyi halda olduğundan 40 min az iş yeri yaradır.
İndiyədək hərbi tədqiqatlara istiqamətləndirilən xərclərin elmi-texniki
tərəqqiyə imkanlar açması barədə rəy geniş yayılmışdır. Bəzi hallarda hərbi
texnikanın işlənib hazırlanması aviasiyada, hesablama texnikasında və bir sıra
başqa sahələrdə texnoloji yeniliklərə səbəb olsa da, müdafiə xərcləri çox baha
başa gəlir və elmi-texniki tərəqqinin stimullaşdırılmasmm səmərəsi aşağı olan
üsuludur. BMT-nin məlumatlarına əsasən, 1980-ci illərdə hərbi sahədə aparılan
789