tədqiqatların 1/5 hissəsindən azı sonradan dinc məqsədlər üçün istifadə
edilmişdi. Yalnız 20%-i səmərə ilə nəticələnən bu tədqiqatlar ilə bütün alim və
mühəndislərin 40%-nin məşğul olduğunu nəzərə alsaq, nəticə göz qabağındadır;
1980-ci illərin sonunda həyata keçirilmiş hərbi proqramlar bəşəriyyətin
elmi-texniki və mədəni inkişafı qarşısında mühüm maneəyə çevrilmişdir. Bu
cəhət keçmiş SSRİ-də, onun süqutundan sonra isə milli təsərrüfatlarının böyük
hissəsi məhz hərbi sənaye kompleksi ilə bağlı olan Rusiya və Ukraynada özünü
xüsusilə güclü büruzə vennişdir. Bu məqam 1990-cı illərdə miqyaslı iqtisadi
böhrana və bacarıqsız konversiya nəticəsində onun daha da dərinləşməsinə səbəb
olmuşdur. Hərbi istehsalın təkamülü, onun fəaliyyətinin xüsusiyyətləri müasir
vəziyyətdəki konversiyanın əvvəlki dövrlə müqayisədə daha böyük çətinliklərlə
və xərclərlə əlaqəli olduğunu şərtləndirir.
Tərk-silah olunma və milli təhlükəsizlik siyasəti. Bizim hərbi xərclərin
həddən artıq olması və azaldılmasının zəruriliyi heç bir şübhə doğurmur. Hədsiz
hərbi xərclərin iqtisadi təhlükəsizliyi təhdid etməsini ölkəmiz öz təcrübəsinin
arzuolunmaz nəticələri ilə sübut etmişdir. Amma belə bir məqam da yaddan
çıxarılmamalıdır ki, müasir dövrdə hərbi xərclərin düşünülmədən azaldılması bir
fövqəldövlətin qüdrəti-nin gücləndiyi şəraitdə ölkəmizin müdafiə qabilİ3q/ətini
zəiflədə bilər. Bunu demək kifayətdir ki, 1992-1993-cü illərdə Rusiya hökuməti
qarşısına ordu və donanmanın hərbi hazırlıq dərəcəsini əslində sıfra endirmək
vəzifəsini qoymuşdu və yalnız parla-mentin səyləri nəticəsində müdafiə
məqsədlərinə ayrılan xərclər 2 dəfə artırılmışdı.
Milli təhlükəsizlik konsepsiyasında hərbi-iqtisadi inkişafın daxili
qanunauyğunluqlarının bütün məcmusu nəzərə alınmalıdır. Elmi-texniki
tərəqqi bu sahədə başlıca amildir. Qərb ölkələrinin hərb iqtisadiyyatında əsas
♦
diqqət yüksək texnologiyalı silahların yeni tiplərinin yaradılması üzərində
cəmləşdirilir, təsərrüfatçılıq şəraitində dərin dəyişikliklər baş verir. ABŞ və
Qərbi Avropada hərbi məmulatlar buraxan iri fınnalardan heç biri hərbi
sənayenin yenidən qurulması prosesindən kənarda qalmamışdır.
Qeyd olunmalıdır ki, son illərdə dünyanın siyasi həyatında bir sıra dərin
keyfiyyət dəyişiklikləri baş vermişdir və onlann gələcəkdə genişlənməsi mühüm
pozitiv nəticələr verə bilər. Beynəlxalq münasibətlərdə dünyanın reallıqlannı
əlverişli istiqamətdə böyük sürətlə və birmənalı olmayan tərzdə dəyişdirən və
transformasiya edən qlobal zəncirvari reaksiyasını yarada biləcək «kritik kütlə»
toplanır; amma əks-transforaıasiyanın baş verəcəyi də istisna edilmir.
790
Beynəlxalq hərbi-siyasi münasibətlərin özünün məzmunu da dəyişir. Bir
yaxud bir neçə dövlət tərəfindən öz tərəfdaşlarına və ya opponentlərinə ənənəvi
və adiləşmiş hədələmə, təzyiq göstərmə, güc tətbiqi praktikasından müəyyən
dərəcədə çəkinmə müşahidə olunur. Hələ lazımi dərəcədə olmasa da, siyasi
məharət beynəlxalq münasibətlərdə ön plana çıxır. Bütün məsələlərdə yeni,
müxtəlif qütblü dünya tarazlıq sisteminin qurulması zərurəti yaranır. Bəşəriyyət
əvvəlki «iki dünya - iki sistem» sərt sistemindən yaxa qurtararaq, dünyanın vahid,
sistem və altsistemlərin isə dəfələrlə çox olmasını dərk edir - sintez ümumdünya
meylinə çevrilir. Beynəlxalq münasibətlərə ideoloji təsirin kənarlaşdırılması,
ictimai inkişafın problemlərinin və perspektivlərinin daha geniş təsəvvür
olunması dünyanın siyasi qüvvələrinin əksər hissəsinə müxtəlif ölkələrin
qarşılıqlı münasibətlərindəki problemlərin məzmununu yeni, adekvat surətdə
dərk etməyə və onların həlli yollarını tapmağa imkan yaradır.
Dünya ictimaiyyəti getdikcə belə fikirdə qərarlaşır ki, uzunmüddətli
perspektivdə qlobal hərbi, ekoloji yaxud maliyyə-iqtisadi fəlakətlərin baş
verməsinin, kütləvi epidemiyaların, aclığın, beynəlxalq terrorizmin yayılmasının
qarşısını almağın yeganə yolu fəal əməkdaşlıq və hərtərəfli beynəlxalq
təhlükəsizlik sisteminin yaradılmasıdır. İdeoloji qarşıdurma, geosiyasi rəqabət,
ərazi iddiaları, təbii sərvətlər və xammal uğrunda mübarizə səbəblərindən
dövlətlər arasında baş verən münaqişələrin nəinki aradan qaldırılmadığı, hətta
bəzən yeni qüvvə ilə alovlandığı şəraitdə belə, onlar göstərilən təhlükələr
qarşısında solğunlaşır və cılız görünür. Tərk-silah olunma üzrə danışıqlarda, qanlı
regional münaqişələrin sülh yolu ilə həllində irəliləyişlər baş verir.
Bu, qızğın silahlanmanın ixtisarı və məhdudlaşdırılması uğrunda
mübarizədə ağlabatan qarşılıqlı güzəştlərin axtarılmasını ön plana çıxarır.
«Soyuq müharibə» başa çatdıqdan sonra dünyada baş verən dərin geosiyasi
dəyişikliklərin qlobal sistemdə pozitiv hərbi-siyasi nəticələr (yeni dünya
müharibəsinin baş vennə təhlükəsinin kəskin azalması, silahların və silahlı
qüvvələrin ixtisarı, dövlətlər arasında münasibətlərin yaxşılaşması və s.) verməsi
ilə yanaşı neqativ meyillərə (təhlükəsizliyin əvvəlki sabitləşdiricilərinin
itirilməsi, müharibələrin və silahlı münaqişələrin yeni mənbələrinin yaranması.
Avrasiyanın geniş məkanında xaotik proseslərin güclənməsi və s.) də gətirib
çıxarmasına görə, bu güzəştlərin zəruriliyi xüsusilə aktuallaşır.
Bununla belə, mütəxəssislərin bir çoxu demokratikləşmənin, demoqrafik
partlayışın və qloballaşmanın bunlara bənzər proseslərinin müə3q/ən şəraitdə
791