azalması üçün hamı daha ciddi səylər göstənnəlidir. Kioto protokolunun və
BMT-nin iqlim dəyişməsi haqqında çərçivə Konvensiyasının imzalandığı
vaxtdan 15 il keçməsi faktı bu səylərin təxirəsalınmaz olduğunu bir daha sübut
edir. Ancaq inkişaf etmiş ölkələr öz bəyanatlarına tam riayət etsə belə, iqlim
dəyişməsi ilə bağlı olan problemlərin həlli üçün təkcə onların səyi kifayət
etməyəcək. Hazırkı vəziyyətdə inkişaf etmiş, inkişaf etməkdə olan və keçid
iqtisadiyyatlı ölkələrin qarşılıqlı əlaqələndirilmiş fəaliyyəti zəruridir. Buna isə
yalnız dayanıqlı iqtisadi artıma və inkişafa keçidin dərk olunması şərti ilə nail
olmaq mümkündür.
•
Meşələrin qırılmasının və ətraf mühitin tənəzzülünün nəticələri regional
gərginliyə səbəb olmuş, kəskin, o cümlədən silahlı münaqişələrə gətirib
çıxarmışdır (məsələn. Yaxın Şərq münaqişəsi). Bütün dünyada ətraf mühitin
tənəzzülündən və resursların tükənməsindən can qurtarmağa çalışan qaçqın
qmpları şəhərlər üçün əlavə problem yaradır. Aydındır ki, ətraf mühit sahəsində
genişmiqyaslı ümumi məsələlərin həlli və inkişaf üçün bütün ölkələrin və
xalqların qlobal əməkdaşlığı zəruridir.
•
Ekoloji problemlər miqyasına görə fərqlənir. Kiçik torpaq sahələri, su
hövzələri və s. çirkləndikdə, onlar yerli, ölkə miqyasında və ümumdünya
xarakterdə olur. Bir neçə ölkəyə aid olan və potensial siyasi nəticələr verə bilən
regional ekoloji problemlər müxtəlif ölkələr ümumi resurslardan, məsələn,
beynəlxalq çaylardan və regional dənizlərdən istifadə etdikdə, yarana bilər.
Atmosfer və okeanlar kimi meqaqlobal ekoloji resurslar da mövcuddur və onlar
çoxtərəfli fəaliyyətin obyektinə çevrilməlidir.
•
Bir ölkəyə məxsus olan, amma beynəlxalq ictimaiyyət üçün əhəmiyyət
kəsb edən resurslar, məsələn, təbii yaşayış mühitinin və nadir növlərin
qorunmasında konkret dövlətlər ümumi varidatın qorunub saxlanmasında
beynəlxalq əməkdaşlığa güvənmək hüququna malikdir.
•
Dayanıqlı iqtisadi inkişaf konsepsiyası BMT-nin sənədlərində, məsələn,
BMT-nin Rio-de Janeyrodakı Konfransında (1992-ci il), dayanıqlı inkişaf üzrə
Yohannesburqda keçirilən Ümumdünya Sammitində (2002-ci il) rəsmi olaraq
təsdiqlənmişdir. Onun mahiyyəti iqtisadi inkişafdan əldə olunan xalis faydaları
təbii resursların saxlanması şərti ilə maksimuma çatdırmaqdır. Bu isə, bərpa
olunan təbii resurslardan onların regenerasiya qabiliyyətini aşmamaq, bərpa
olunmayan resurslardan isə optimal səmərəlilik şərti ilə istifadə edilməsi
deməkdir. Bunun üçün təbii resurslardan istifadə texniki-
782
texnoloji tərəqqi ilə əvəz olunmalıdır. Beləliklə, iqtisadi artım ilə ətraf mühit
arasında ahəngdarlığa əməl olunmasını nəzərdə tutan qayda müəyyənləşdirilir.
•
Bütün dövlətlər dayanıqlı iqtisadi artım konsepsiyası ilə razılaşaraq öz
milli siyasətlərinin bunun əsasında işlənib hazırlanacağını vəd etsə də, həmin
sözlərdən real hərəkətlərə keçməmişdir. Bu vədlər dəfələrlə ən yüksək
tribunalardan, o cümlədən Minilliyin Sammitində (Nyu-York, 2000-ci il)
səsləndirilmişdir. Bu forumda dünyanın liderləri yenidən «XXI əsrin
Gündəliyi»ndə ifadə olunmuş dayanıqlı inkişaf prinsiplərini dəstəklədiklərini,
istehsalın və istehlakm səbatsız modellərini dəyişməyə hazır olduqlarını bəyan
etmişlər.
•
Problem həmin konsepsiyanın pozitiv xarakterinə baxmayaraq,
ölkələrin, xüsusilə də iri dövlətlərin iqtisadi siyasətinin bir hissəsinə
çevrilməsidir. Ətraf mühitin pisləşməsinin əsas səbəbi də budur. Nəticə isə göz
qabağındadır: son 30 il ərzində neoliberal-monetar ideologiya inkişaf etmiş
ölkələrin iqtisadi siyasətinin metodoloji bazası kimi dünyaya yayılmış və inkişaf
etməkdə olan, keçid iqtisadiyyatlı ölkələrin üzərinə köçürülmüşdür. Bu
metodologiya iqtisadi proseslərin tənzimləyicisi kimi dövlətin hər hansı fəallığını
inkar edir. Bundan başqa, bəzi dövlətlər iri korporasiyaların təbiətqoruyucu işlərə
çəkilən xərclərini azaltmaq hesabına gəlirlərin artınnasım, təbii resursların
həddən artıq istismarı və ətraf mühitin çirkləndirilməsi sayəsində beynəlxalq
rəqabət qabiliyyətini gücləndirməsini təmin etmək üçün ekoloji müdafiə
normalarını endirməyə başlamışdır. Dövlət məmurlarının, o cümlədən çox
nüfuzlularınm bu cür məsuliyyətsizliyi, iri (və orta) özəl korporasiyaların
dağıdıcı fəaliyyəti ilə birlikdə ətraf mühitin vəziyyətinin getdikcə sürətlənən
pisləşməsinin başlıca səbəbidir. Onlar təbiətlə ünsiyyətdə olan fiziki və hüquqi
şəxslərin fəaliyyətini tənzimləyən beynəlxalq sənədləri qəbul etməyə tələsmir.
Bunsuz isə ekoloji fəlakət təhlükəsinin qarşısının alınması üçün zəruri olan
təbiətqorujmcu tədbirlərin mürəkkəb kompleksini həyata keçirmək mümkün
deyil.
Yoxlama sualları
1.
insanla, təbiət arasında ziddiyyətlərin mahiyyəti və məzmunu nədən
ibarətdir, onlar necə fomıalaşmışdır?
2.
Göstərilən ziddiyyətlər hansı səbəbdən qlobal ekoloji problem
adlandırılır?
783
3.
Ekoloji problemlər necə təsnifləşdirilir: a) tipinə görə; b) miqyasına
görə?
4.
Böyük həcmdə havaya buraxılan istixana qazları hazırda niyə daha çox
ehtimal edilən təhlükə sayılır? Onların atmosferdə izafi çoxluğu hansı nəticələr
verə bilər?
5.
«Dayanıqlı iqtisad inkişaf» məfhumunun mənasını açın. Bu konsepsiya
necə, harada və hansı şəraitdə formalaşmışdır? Dünyanın aparıcı dövlətləri
tərəfindən onun qəbul olunmamasının səbəbləri nədir?
6.
Torpağın, su3oın, havanın çirklənməsinin qarşısının alınması məqsədilə
beynəlxalq təşkilatlar tərəfindən hansı tədbirlər görülür? Onlar nə dərəcədə təsirli
olmuşdur?
Referatların mövzuları
1.
Müasir
dövrün ekoloji problemləri
2.
BMT və başqa beynəlxalq təşkilatların ekoloji fəlakətin qarşısının
alınması üzrə fəaliyyəti
3.
Dayanıqlı iqtisadi inkişaf konsepsiyası: uğursuzluğunun səbəbləri
784