səviyyəsində tənzimlənməsini nəzərdə tutduğuna görə, dünyanın inkişafının
ahəngdarlığını və dayanıqlığını təmin edə bilər. Buradan da sahibkarlığın dövlət
tərəfindən kifayət qədər ciddi tənzimlənməsinin zəruriliyi meydana çıxır.
2002-
ci ildə Yohannesburqda Dayanıqlı İnkişaf üzrə Ümumdünya
Sammiti keçirilmişdir. Bir sıra mühüm qərarların qəbul edilməsinə baxmayaraq,
onlar da formal sənəd kimi qalmaqdadır. Çox maraqlıdır ki, hələ sammitə hazırlıq
gedərkən, BMT-nin Baş Katibi olmuş Kofi Annan «dayanıqlı inkişaf» ifadəsinin
sadəcə «andiçməyə» çevrildiyini, əslində isə bu konsepsiyanın həyata keçirilməsi
üçün heç bir iş görülmədiyini etiraf etmişdi. Buna baxmayaraq, texniki
əməkdaşlığa və resurslardan səmərəli istifadə olunmasına yönəlmiş dayanıqlı
inkişaf siyasəti ekoloji problemlərin həllində mühüm rol oynayır.
Qeyd etməliyik ki, təbii resurslara, ətraf mühitə və insanların həyat
təminatı sistemlərinin üzərinə düşən ağırlıq dünyada ekoloji durumun kəskin
pisləşməsinə gətirib çıxanmşdır və bu proses gələcəkdə də davam edəcək.
Deməli, səbəb-nəticə sisteminin mərkəzində ətraf mühit ilə iqtisadi fəaliyyət
arasında bir-birinə qarşılıqlı təsir göstərən əlaqələr durur və bəşəriyyətin gələcəyi
bundan asılıdır. İnsan həyatının saxlana və inkişaf edə biləcəyi məkan ətraf
mühitin hüdudundadır. Beləliklə, ətraf mühit və iqtisadi inkişaf bir-biri ilə
qeyd-şərtsiz və sıx surətdə bağlıdır, bizim gələcəyimiz isə bu əlaqələri nə
dərəcədə düzgün nəzərə almağımızdan asılıdır.
Ayrı-ayrı ölkələrin və BMT-nin ciddi niyyətləri və hərəkətləri çox zaman
iri dövlətlərin korporasiyalarının mənfəət əldə etmək məqsədi ilə yol verdikləri
eqoist davranış ilə neytrallaşdırılır.
2011-
ci ilin yanvarında Kankunda (Meksika) BMT-nin iqlim üzrə
növbəti Sammiti keçirilmişdir. Onun yekun sənədində yenə də karbon qazının
xeyli azaldılmasının zəruriliyi vurğulanır. Əfsus ki, sənəddə çox mühüm olan
məqsədə çatmağın mexanizmi göstərilmir. Bunun «qarşılıqlı güzəşt» olacağı
iddia edilir. Amma bu halda qarşılıqlı güzəşt yersizdir və məsul şəxslər
tullantılara dair hamı üçün məcburi olan meyarlar müəyyənləşdinnəli idi. Bunun
əvəzində isə başqa alətlər: «İqlim dəyişməsi probleminin həllində yoxsul ölkələrə
yardım göstərilməsi Fondunun (yaşıl iqlim fondu)» yaradılması, ölkələrin iqlimi
qorumaq planlarının dəstəklənməsi üçün «Adaptasiya komitəsinin» təsis
olunması nəzərdə tutulmuşdur. Amma ən əsası.
779
qəbul olunan Sazişdə təklif olunan tədbirlərin, o cümlədən tullantıların
azaldılmasının hüquqi baxımdan icbariliyi məsələsinin açıq qalmasıdır. Bu cür
məcburi olmayan qərar Rusiya və Yaponiyanın mövqeyinin nəticəsidir. Bu 2 ölkə
onlara zəhərli tullantıların məcburi qaydada ixtisarına dair Kioto protokolunda
nəzərdə tutulan ciddi qaydalardan yayınmaq imkanı verən ifadələrə nail
olmuşdur.
Ekoloji böhran iqtisadiyyatı. Ekoloji təhlükəsizlik problemi iqtisadi
təhlükəsizliyə nail olunması, təbii resursların kimyəvi istismarını, zəhərli
istehsalların və təhlükəli tullantıların ixracını istisna edən bərabərhüquqlu iqtisadi
münasibətlərin təsbit olunması ilə sıx əlaqəlidir. Bu fikir BMT-nin Ətraf mühit və
inkişaf üzrə Rio-de Janeyroda keçirilmiş Konfransında səsləndirilmişdir.
Amerika alimi, Vaşinqton Ümumdünya Müşahidə İnstitutunun direktoru Braun
bununla əlaqədar olaraq qeyd edirdi ki, təbii təminat sistemlərin intensiv surətdə
dağıdılması və getdikcə pisləşən, hazırda ənənəvi hərbi təhlükə ilə rəqabət aparan
ekoloji şərait milli və beynəlxalq təhlükəsizliyi təhdid edir.
Məhz buna görə də burada beynəlxalq əməkdaşlığın vahid meyarlara,
ümumi qəbul edilmiş universal yanaşmalara əsaslanan inkişaf etmiş
formalarından istifadə olunmalıdır. Bu məqsədlə mövcud beynəlxalq ekoloji
təşkilatların fəaliyyətinə dinamizm verilməli və bir sıra yeniləri yaradılmalıdır.
Aydındır ki, onların müvafiq maliyyə bazası təmin olunmalı, ehtimal ki, həmin
ölkələrə ətraf mühitin qorunması proseslərinin tənzimlənməsində millətüstü
hüquqlar verilməlidir.
Hələlik isə ölkələrin və beynəlxalq təşkilatların «ekoloji büdcəsi» nisbətən
kiçikdir, onların həcmi sürətlə artsa da, həll etdikləri məsələlərin miqyasına
adekvat deyil. 1970-ci ildə bəşəriyyət təbiətin qorunması məqsədlərinə 40
milyard dollar, 1980-ci ildə 75 milyard dollara yaxın, 1990-cı ildə təqribən 150
milyard, 2000-ci ildə isə 250 milyard dollar xərcləmişdir. 2010-cu ildə
mütəxəssislərin hesablamalarına görə 1,2-1,5 trilyon dollar xərc tələb olunduğu
halda, bu məqsədə cəmi 260 milyard dollar sərf edilmişdir.
Ətraf mühitin keyfiyyətinin pisləşməsi əleyhinə mübarizənin əsas
istiqamətləri ekoloji təhlükəsizlik meyarlannm işlənib hazırlanması və ekoloji
təhlükəsiz texnologiyaların kütləvi surətdə tətbiqidir. Əlbəttə, səmtin bu cür
dəyişməsi ilkin bahalığma görə, müasir təfəkkür baxımından qəbul edilmir.
Amma dərk olunmalıdır ki, bəşəriyyət üçün ən böyük təhlükə törədən
780
problemin həllinin başqa yolu yoxdur. Burada sıx beynəlxalq əməkdaşlıq çox
vacibdir.
Bu əməkdaşlığın özəlliyi beynəlxalq iqtisadi münasibətlərin mövcud olan
bütün formalarından: sənaye-istehsalat və elmi-texniki sahələrdə, xammalın,
yanacaq və enerji resurslarının hasilatı, bölgüsü və istifadəsi, valyuta-maliyyə
sahələrində və s. əməkdaşlıqdan istifadənin nəzərdə tutulmasıdır.
Ekoloji əməkdaşlıq obyektiv olaraq universal bazaya əsaslanmalı,
problemin reallıqlarını əks etdinnəlidir. Misal kimi. Dünya okeanının problemini
götürək. Burada siyasi sərhədlər yoxdur, okean dünyagörüşü şərtlərinə tabe deyil.
Küləklər, çaylar, qrunt suları vəhdəd təşkil edən təbiətin öz qanunlarına tabe olan
hissələridir. Aydındır ki, bəşəriyyət təbiətin dağılması prosesini zəiflətmək, onun
insanın Yerdə nonual yaşamasını təmin edən hissəsini bərpa etmək üzrə səylərini
birləşdirməlidir. Bunun üçün Dünya okeanı ilə məşğul olan ölkələrin, milli və
beynəlxalq təşkilatların maraq dairəsini hərbi-strateji və siyasi mövqelərdən
bəşəriyyətin qlobal ekoloji vəzifələri müstəvisinə keçirmək lazımdır.
Amma bu sahədə beynəlxalq səviyyədə yerinə yetirilən işlərdə yalnız
dünyanın bütün ölkələrinin birgə səyinə istinad edildiyi halda uğur qazanıla bilər.
Su hövzələri, çaylar və s. ilə əlaqədar olan hər bir yeni texniki kəşf, texnologiya,
məhsul, fəaliyyət sərt tələblər sisteminə cavab vennəli və bunların arasında
ekoloji təhlükəsizlik birinci yerə qoyulmalıdır. Bu cür yanaşmada ekologiya üzrə
beynəlxalq əməkdaşlıq səmərəli olacaq, lazımi maliyyə bazasına, yeni beynəlxalq
iqtisadi təfəkkürün tərkib hissəsi kimi, fonualaşmış ekoloji düşüncəyə istinad
edəcək.
Xülasə
•
Qlobal ekoloji problemlər insanın varlığına real təhlükədir. İnsanın
birbaşa müdaxiləsi nəticəsində torpaqda, havada və suda tənəzzül prosesləri baş
verir. Məsələn, hər il yüzlərlə heyvan, minlərlə bitki növü yoxa çıxır, meşələr
qırılır, su çirklənir, atmosferə böyük miqdarda karbon qazı buraxılması
nəticəsində ozon dəlikləri yaranır. Bunun nəticəsində iqlim dəyişməsi baş verir,
qütblərdəki buzlaqlar əriyir. Dünya okeanının səviyyəsi tədricən, amma
dayanmadan qalxır.
•
İqlim dəyişməsi ilə bağlı olan problemlərin həlli üçün birdəfəlik, fərdi
qaydada görülən işlər kifayət deyil. İstixana qazlarının havaya buraxılmasının
781
Dostları ilə paylaş: |