Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə24/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
75
niyyətin varsa, bəri başdan canımı al, heç cəsədimə  də  əli 
toxunmasın erməninin!» (94, s. 163). 
Romanda diqqəti çəkən obrazlardan biri Azərbaycan xalqı 
arasında böyümüş, bu xalqın çörəyini yemiş xain erməni 
Samveldir. «Samvel tarixən baş vermiş hadisələri unuda bil-
məyən, türklərə qarşı dədə-baba kin-küdurəti ilə yaşayan, eyni 
zamanda məharətlə maskalanmış «mehriban»«şirindil»«ya-
zıq görkəmli» tipik erməni surətidir» (135, s. 82). 
Müəllif Samvel obrazının timsalında erməni düşmənliyi-
nin, məkrinin, qaniçənliyinin mahiyyətini üzə çıxarmağa çalış-
mışdır. Bu qəddar insan kənddən çıxan bütün yolları bildiyinə 
görə ermənilərə kömək edərək öz yırtıcı xislətini üzə çıxarmış 
olur. Romanda təsvir olunan epizodların birində Samvel tüfən-
ginin lüləsini vətənini, torpağını, namusunu-qeyrətini qoruyan 
azərbaycanlı Sarı Məhəmmədin alnına dayayır, kinli, nifrətli 
baxışlarla onu süzərək nəfəsi darala-darala deyir: 
« – Ara, eşidirsən məni? Hamınızı gədərdəcəm!.. Kökünüzü 
kəsəcəm!.. Eşidərsən? ... Babam hələ  də onun qurğuşununu 
gəzdirir qulağının dibində. Bilirsən bunnarı? Mən də onun 
törəmələrini qıracam. O qəşəng türk balası var ha, sənin oğlun
o küçüyü də tutub qulaqlarını  kəsəcəm... Burda toxumunuz 
qalmayacax! Sarı Məhəmməd, bura böyük Ermənistan olacaq, 
eşidirsən!?» (94, s. 181). 
Samvelin vəhşiliyini, qaniçənliyini göstərən epizodlardan 
biri onun Kamalı öldürməsi ilə bağlı epizoddur. 
«O, pis-pis söyə-söyə üst-başı qan içində olan Kamala 
ya xınlaşdı,  əyilərək kəkilindən yapışıb başını torpağa çırp-
dı,  əlindən düşmüş  bıçağını yerdən götürüb boğazına dirədi. 
Kamal qurbanlıq qoç kimi Samvelin ayaqları altında dirigözlü 
ölümü görür, dəhşətli ağrı içində çırpınırdı... 
Samvel isə tələsmədi, bıçağı Kamalın hülqumundan götü-
rüb, əvvəlcə qulaqlarını kəsdi, avtomatının qundağıynan vura-
raq dişlərini sındırdı, sonra sinəsinə xaç şəkli çəkdi, gözlərini 


76
Əhməd Sami Elaydi
çıxartdı, lap axırda da soyumaqda olan meyitin basını bədənin-
dən ayırdı... » (94, s. 158). 
Göründüyü kimi, romanın ən təsirli və emosional səhnələ-
rindən biri olan bu epizodda yazıçı Samvel obrazının timsalında 
erməni vandalizminin dəhşətli məqamlarını üzə çıxarmışdır. 
Çağdaş Azərbaycan nəsrində Qarabağ münaqişəsi haqqın-
da yaranan əsərlərdə, o cümlədən Elçin Mehrəliyevin «Doxsa-
nıncı illər» romanında geniş  şəkildə obrazların simvolika-
sından istifadə olunur. Bəhs olunan romanda «vətən simvolu 
yaşlı, müdrik Ana obrazı, yaxud pak və müqəddəs təbiət ob-
razında göstərilir. Öz növbəsində Azərbaycan millətinin yeni 
nəsli pak, inkişaf potensialına malik uşaq obrazı ilə əks etdiri-
lir. Maraqlı məqamdır ki, əsərdə «düşmən obrazı» azərbaycan-
lıların arasında böyümüş, Azərbaycan çörəyini yemiş «erməni 
gədəsi» vasitəsilə təsvir edilir» (136, s. 45). 
Bu cür simvolizm romanda qabarıq şəkildə özünü büruzə 
verir və ayrı-ayrı obrazların timsalında gerçəkləşdirilir. Əsərdə 
hərtərəfl i şəkildə təqdim olunan Sarı Məhəmməd və Yədullanın 
obrazları bu baxımdan diqqəti çəkir. Ancaq Azərbaycanın par-
laq və ümid dolu gələcəyinin simvolu kimi canlandırılan az-
yaşlı uşaq Ümid obrazı xüsusilə təqdirəlayiqdir. 
Qeyd etmək lazımdır ki, Qarabağ problemi getdikcə Azər-
bay can  nəsrində  əsas mövzulardan birinə çevrilməkdədir. Bu 
mövzuda yaranan romanların hamısı bədii cəhətdən kamil ol-
masa da, problemə diqqətin yetirilməsi zəruri faktorlardandır. 
2.2. Sosial-siyasi məsələlərin 
bədii ifadə imkanları
Müasir Azərbaycan romanında sosial-siyasi problemlərin 
müəyyən qədər ağırlıq təşkil etməsi hər şeydən öncə, əvvəlki 
onilliklərdə bu kimi mövzularda əsərlərin yazılmasının ciddi 


Müstəqillik dövrü Azərbaycan romanı
77
nəzarət altında reallaşması ilə izah oluna bilər. Belə ki, sovet 
siyasi dönəmində sosial-siyasi problemlərin roman janrı üçün 
mövzu obyektinə çevrilməsi bilavasitə hakimiyyətlə bağlı ol-
duğu üçündür ki, məlum səbəblər üzündən burada real ger-
çəkliyin obyektiv təcəssümündən danışmaq mümkün deyildir. 
Lakin müstəqillik dövründə Azərbaycan nəsrində bir çox möv-
zular kimi sosial-siyasi problemlərin işlənilməsində müəyyən 
addımlar atılmışdır

Bu mənada Anarın «Ağ qoç, qara qoç», 
Sabir Əhmədlinin «Kef», Seyran Səxavətin «Nekroloq», Afaq 
Məsudun «Azadlıq» romanları daha çox diqqəti çəkməkdədir. 
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələ-
rindən biri olan Anarın «Ağ qoç, qara qoç» əsəri son illərdə 
nəşr olunan romanlar içərisində  əhəmiyyətli yerlərdən birini 
tutur. Həcmcə o qədər də böyük olmayan bu roman ictimai-si-
yasi mövzuda qələmə alınmışdır. 
«İki hissədən ibarət olan roman «utopik və antiutopik nağıl-
lar» adlandırılmış və hər bir hissəyə «Məlikməmməd» nağılın-
dan gətirilmiş Ağ qoç, qara qoçla bağlı uyğun epiqrafl ar veril-
mişdir. Lakin bütövlükdə roman nağıl üslubuna söykənilərək 
yazılsa da, «Məlikməmməd» nağılının süjeti olduğu kimi tək-
rarlanmamış, sadəcə müəllif adıçəkilən folklor abidəsinin mo-
tivləri fonunda şərti-metaforizmin üslub örtüyünə bürünərək 
cəmiyyətin siyasi həyatının fərqli təzahürlərini bütün dolğun-
luğu ilə canlandırmağa çalışmışdır» (114, s. 490). 
Onu da xatırlatmağa ehtiyac vardır ki, «Ağ qoç, qara qoç» 
romanının «utopik və antiutopik nağıllar» kimi səciyyələndi-
rilməsi təsadüfi  səciyyə daşımır və bu, hər şeydən öncə, «ya-
zıçının dünya utopik və antiutopik fi kir ənənələrini ümumiləş-
dirməsinin göstəricisidir» (29, s. 14). 
Qeyd edək ki, Anar romanın birinci nağılında utopiya anla-
yışında işıqlı dünyanı nəzərdə tutur. Məlum olduğu kimi, «uto-
piya anlayışı heç də həmişə sadəcə xəyal olunan deyil, çox vaxt 
gələcək perspektivləri  əks etdirməsi ilə yadda qalır» (75, s. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə