Müstəqillik dövrü Azərbaycan romanı
69
Lakin yazıçı romanda cəbhədən yayınmaq üçün müxtəlif
vasitələrə əl atan, o cümlədən saxta hərbi vəsiqə alan, pulla
ali məktəblərə qəbul olunan gənclərin də olduğunu göstərir.
Müəllif vətənpərvər gənclərlə cəbhədən yayınanları qarşılaş-
dırmaqla əsərin bədii konfl iktinin əks tərəfl ərini nümayiş etdi-
rir. Demək olar ki, bütün süjet boyu təsvir olunan hadisələr bu
konfl ikt fonunda cərəyan edir.
«Ovlaq keçidi» romanında müəllifi n diqqət yetirdiyi ən mü-
hüm problemlərdən biri ordudakı xəyanət və satqınlıqla bağ-
lıdır. Yazıçının fi krincə, xəyanət və satqınlıq elə bir cinayətdir
ki, onu törədənləri heç cür bağışlamaq olmaz. Çünki xəyanət
və satqınlıq bağışlandıqda daha ciddi fəsadlara səbəb ola bilər.
Romanın əsas qəhrəmanı olan Qafar kişi təsvir olunan ha-
disələrin mərkəzində dayanır. Bir insan kimi doğma yurdunu
sevən, torpaqlarının düşmən tapdağında qalmasına dözməyən
bu obrazın timsalında bir çox müsbət insani keyfi yyətlər ümu-
miləşdirilmişdir. Başqa sözlə, Qafar kişi Qarabağ müharibəsində
Azərbaycan xalqının azadlığı, torpaq bütünlüyü uğrunda müba-
rizə aparan vətənpərvər insanların tipik nümayəndəsidir. Onun
xarakterini səciyyələndirmək üçün müəllif müxtəlif bədii üsullar-
dan istifadə etmişdir. Aşağıdakı epizodda Qafar kişinin vətənpər-
vərliyini şərtləndirən məqamlar real və inandırıcı təsir bağışlayır.
«Hamının Qafar kişiyə rəhmi gəlirdi. O isə incik halda deyirdi:
– Məni də bura vətən, torpaq istəyi gətirib. Bu istək nə cava-
na baxır, nə qocaya. Ölsəm də, sizin aranızda öləcəm. Mənim
istəklilərim, mənə rəhminiz gələndə qəlbim kövrəlir, inanın
qəhərlənirəm. Çətinliyimiz də, yaxşımız da birlikdə olacaq.
Onun sözünün müqabilində komandir cavab verirdi:
– Sizsiz bir günümüz də olmasın, ağsaqqal. Siz burdasız,
ürəyimizdə dağ təpəri hiss edirik. Elə bilirik ki, bizi arxadan
böyük bir ordu qoruyur ... » (122, s. 534)
Qafar kişi xəyanət və satqınlığı döyüşən ordunun ən bö-
yük düşməni hesab edir. Yazıçı romanda müxtəlif obrazlarla
70
Əhməd Sami Elaydi
qarşılıqlı ünsiyyət fonunda Qafar kişinin xarakterinə xas olan
bu cəhəti – onun satqınlığı, xəyanəti, casusluğu bağışlama-
masını daim diqqət mərkəzində saxlayır. «Allaha mürvətdən
doğma torpağından, el-obandan, vətənindən qovmaq istəsinlər
səni. Bəyəm, bunu Allah götürər?! Nə qədər həyasız olasan
ki, başqasının torpağına göz dikəsən... Yox, arvad, atalar yaxşı
deyib: «Vətən hər şeydən əzizdir», «Torpaqdan pay olmaz».
Bu ermənilər baş tutmayan sevdaya girişiblər. Bu xalq, bu mil-
lət bir nəfərədək ölər, ancaq torpağını özgəyə verməz. Torpaq
namusdu, Vətəndi, qeyrətdi, arvad. Yoxsa, gələcək nəsil tor-
paqlarımızın işğalını bizə bağışlamaz, vallah» (122, s. 451).
Onun fi krincə, «daxildəki xəyanətkarlar, təxribatçılar ölkədə
müharibə getdiyi bir vaxtda oğurluqla, quldurluqla, talançılıqla
məşğul olan, mötəbər yığıncaqlarda vətən, xalq, millət adından
danışsa da, əməlləri, fi kirləri, düşüncələri öz şəxsi mənafelərinə,
ambisiyalarına xidmət edən «it südü əmmişlərdir» (93, s. 209).
Torpağını və vicdanını satanları vəhşi, qaniçən hesab edən
Qafar kişi məhz satqınlığa, xəyanətə dözmədiyi üçün Bakı şəhə-
rinə, Baş hərbi qərargaha gəlib Qərəzlinin qəbuluna düşərək onu
qətlə yetirir. Qafar kişi Qərəzlinin köməkçisi tərəfi ndən öldürül-
sə də, bu hadisə qəhrəmanın qələbəsi kimi mənalanır.
Yazıçı Qafar kişinin xarakterini səciyyələndirərkən onu
daxili-mənəvi dünyasının bütün incəlikləri ilə canlandıra bil-
diyindən qəhrəmanın bədii obraz kimi bütövlüyünü təmin
etməyə nail olmuşdur. O, Qarabağ müharibəsinin gedişində
bütün çətinliklərə baxmayaraq xalqın qələbə çalacağına dərin
inam bəsləyir. Qafar kişi inanır ki, Azərbaycan xalqı bir gün
düşmənin bütün həmlələrini dəf edərək düşmən tapdağında
olan torpaqları azad edəcəkdir.
«Qafar kişi əmin idi ki, yaz başı torpaqlar azad olunacaq.
Qaçqınlar, köçkünlər ev-eşiklərinə köçəcəklər. Yenə dağlar,
dərələr al qumaşa bürünəcək. Büllur, saf bulaqların şırıltısı,
dağların təmiz havası, otların, çiçəklərin ətri aləmi bürüyə-
Müstəqillik dövrü Azərbaycan romanı
71
cək. Gələnlərdə hədsiz sevinc, yaşamaq eşqi duyulacaq. Bu
yerlərin sakinləri bu zirvəsi qarlı möhtəşəm dağların, xınalı
qayaların sehrinə və sirrinə heyran qalacaq. O, yaxşı bilirdi
ki, bu umulu-küsülü dağlar nə qədər incik düşsə də, öz doğ-
malarını bağışlayacaqdır. Qoynunda yenə də onlara əvvəlki
kimi yer verəcək, hamını, hamını fərq qoymadan əzizləyə-
cək» (122, s. 557).
Romanda təsvir olunan İsgəndər və Qurban obrazları
özünəməxsus fərdi keyfi yyət cizgiləri ilə seçilir. Sıravi əsgər
olan bu gənclər bir kənddə doğulmuş, eyni məktəbdə təhsil al-
mış, yaxın dost olmuşlar. Onlar Qarabağ müharibəsi başlayan
gündən ön cəbhəyə gedərək düşmənlə savaş meydanına atı-
lırlar. Vətəni dərin məhəbbətlə sevən İsgəndər və Qurban dö-
yüşün ən çətin məqamlarında belə ruhdan düşmür, mübarizlik
əzmini itirmirlər. Yazıçı onların düşmənin işğal etdiyi əraziyə
keçərək apardığı uğurlu kəşfi yyat əməliyyatını real cizgilərlə
təsvir etmişdir. İsgəndərlə Qurban əməliyyat zamanı verilmiş
döyüş tapşırıqlarını yerinə yetirməklə yanaşı, həmçinin bir in-
san, bir dost kimi sınaqdan da çıxmış olurlar.
«Müasir nəsrdə əxlaqi kataklizmə qarşı mübarizə 80-ci il-
lərdən başlayaraq davamlı bir şəkildə özünü göstərsə də, yeni
əsrin başlanğıcında Ağarəhim Rəhimovun yaradıcılığının ən
aparıcı xəttinə çevrildi... əxlaqi kataklizmə qarşı mübarizə ide-
alı yeni insan tərbiyəsi idealı ilə birləşərək yazıçının əsərlə-
rində dərin bir ümumiləşdirmə, sosial məzmun, fəlsəfi vüsət
gətirdi» (125, s. 384). Şübhəsiz ki, tədqiqatçının qənaətləri
ilə razılaşmamaq mümkün deyildir. Həqiqətən də, Ağarəhim
Rəhimovun yaradıcılığında bu amil özünü qabarıq şəkildə
büruzə verməkdədir. Bu da hər şeydən öncə yazıçının mil-
li-mənəvi dəyərlərə ciddi əhəmiyyət verməsindən qaynaqlanır.
Bütövlükdə Ağarəhim Rəhimovun «Ovlaq keçidi» romanı
mövzu və problem aktuallığı, özünəməxsus dili, üslubu və ya-
zılış tərzi ilə seçilən bədii örnəklərdən biridir.
Dostları ilə paylaş: |