Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə32/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
99
yuxuya yanaşması iki aspektdən
 mümkündür. Oxucunu həyə-
canda saxlamağa xidmət edən yuxu təsvirlərini əsərində verən 
yazıçıların bəzisi qorxusunu, həyəcanını və kompleksini oxu-
cuya ötürmək üçün bundan istifadə edib, kimisi də  əksinə, 
yuxuya genetik münasibətini və hörmətini çatdırmağa çalışır» 
(28, s. 254). 
Məsələn, Kamal Abdullanın «Yarımçıq əlyazma» romanın-
da, Əzizə Cəfərzadənin «Eşq sultanı» romanında yuxu fakto-
rundan geniş istifadə olunur. Vaqif Sultanlı da «İnsan dənizi» 
romanında bədii priyom kimi yuxudan istifadə etmişdir. Lakin 
burada yuxuya yanaşma tərzi başqadır. Belə ki, roman özü
 
psixoloji xarakter daşıdığına görə müəllif yuxuya psixoloji as-
pektdən yanaşmışdır. 
«O, yuxuda görürdü ki, ayda yanğın var. Yanğınsöndürən 
maşınlar yerbəyerdən gəlib dayanmışdılar. Bilmirdilər göy 
üzünü örtən alovu nə yolla söndürsünlər. Alov get-gedə bü-
tün səmanı bürüyürdü. Nə illah eləyirdilərsə, rezin kəmərlər 
aya çatmırdı. Ay gəlib təxminən yerin bir kilometrliyində da-
yanmışdı, amma yenə kəmər çatmırdı. Yanğınsöndürənlər ba-
şılovlu ora-bura vurnuxurdular. Yağış da yağmırdı ki, bəlkə 
yanğın bir qədər öləziyə... » (132, s. 60). 
Göründüyü kimi, yuxuda yanğın təsvir olunur, lakin bu 
yanğın bizim adət etdiyimiz kimi yerdə deyil, göydə baş 
vermişdir. Od yerə yaxınlaşsa da, yanğınsöndürənlər bu odu 
söndürə bilmirlər. Biz buna adi bir şey kimi yanaşmamalıyıq, 
bunun çox böyük fəlsəfi  mənası vardır. Bu, dolayısı ilə yerdə 
baş verən haqsızlıqlara, ədalətsizliklərə tanrının etirazıdır. Bu, 
eyni zamanda oxucunu dərin düşüncələrə qərq edir. Oxucu dü-
şünür: o nə qədər Allaha yaxındır və dərgahda tövbə etməyə 
hazırdırmı? «İnsan dənizi» romanı insanın həm sosial-fəlsəfi  
mahiyyətini, həm də onun bir fərd kimi gücünü və gücsüzlü-
yünü üzə çıxaran təkrarsız əsərlərdən biridir. Müəllif romanda 
insanın və dünyanın taleyinə olan biganə münasibəti qamçı-


100
Əhməd Sami Elaydi
layır. Əsəri oxuduqca belə qənaətə gəlmək olur: nə qədər ki 
dünyada biganəlik baş alıb gedir, fövqəlinsandan danışmaq 
mümkün deyildir. 
Ölüm amili və ölümlə bağlı düşüncələr «İnsan dənizi» ro-
manını bir xətt kimi kəsib keçir. «Yazıçı təxəyyülü və idealına 
mövzu axtarışları ölümün, ayrılığın içərisindən keçən, estetik 
idealına qovuşmağa cəhd edən və bunu məkansızlıqda təsdiqə 
can atan, həyatın sərt həqiqətlərinə məhrəm Vaqif Sultanlının 
qəhrəmanları sanki romantik həqiqətləri ilə real gerçəkliyin 
arasındakı boşluqda çapalamaqdan yorulan, ömrünün qürub 
çağında olan insanlardır» (101, s. 257-268). 
Romanda müəllif üç fərqli məqamda ölümdən bəhs edir. 
Şəhərdə  tənha qalan qəhrəman üç dəfə ölümü xatırlayır. Bu 
üç ölümün üçü də fərqlənir. Lakin bunları birləşdirən yeganə 
bir cəhət var ki, o da ölümün qaçılmazlığı  və labüdlüyüdür. 
Müəllif ölümə məhz ölüm kimi yanaşır. Lazım gələrsə, ölməyi 
bacarmaq ölümün gözünə dik baxmaq, ölümdən qorxmamaq 
bu hisslərin hər biri müəllif üçün aydındır. Lakin bu gün ölüm 
qəhrəman üçün qorxulu bir varlığa çevrilmişdir. Çünki o, ölü-
mün əsl mahiyyətini bilmir. Qəhrəman ilk dəfə qardaşının ölü-
münü xatırlayır. Müəllif bu epizodu verməklə, ölümlə  həyat 
arasındakı məsafənin aydınca qısa olduğunu, heç bir bəndənin 
nə zaman öləcəyini bilmədiyini, deməli, əcəl və həyat, insan 
və zaman məfhumlarının dərk olunmadıqlarını, bunların hamı-
sının yalnız Allaha məxsus olduğunu bildirmək istəyir. 
Allah Qurani-Kərimdə beş şeyin biliyinin ona məxsus ol-
duğunu bildirir:
«Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq 
Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətn-
lərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya 
sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi 
olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, 
yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. 


Müstəqillik dövrü Azərbaycan romanı
101
Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbər-
dardır!» (91, s. 413). 
Romanı oxuduqca bizi bir sual düşündürür: həyat və ölüm 
nədir? Bu sualın cavabını Qurani-Kərimin ayəsinə istinadən 
vermək mümkündür. Quran belə buyurur ki, «Hökm (hər şeyin 
ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). 
O, hər şeyə qadirdir! Hansınızın əməlcə daha gözəl olduğunu 
sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, 
yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır» (91, s. 561). 
«İnsan dənizi» romanında ölüm baş qəhrəmanı kölgə kimi 
izləyir; əvvəlcə onun qardaşı, daha sonra atası dünyasını də-
yişir. Romanda bu proses mürəkkəb və şəbəkəli təsvir olunur. 
Atasının ölümünün qəhrəmanı  nə  qədər sarsıtdığı inandırıcı 
bir  şəkildə  təcəssümünü tapır. Daha sonra qəhrəman ehtiyac 
ucbatından körpə övladını itirir. Yazıçı burada da qəhrəmanın 
keçirdiyi psixoloji sarsıntıları ustalıqla təsvir edir. Ən nəhayət, 
qəhrəman özü adam öldürmüş, ona ölüm hökmü kəsilmişdir. 
Bəs niyə qəhrəman ölümdən qaçır? Niyə bu qədər əzablı həya-
tı ölümdən üstün tutur? Bunların hamısı onun keçirdiyi gərgin-
liklərin, daxili-mənəvi sarsıntıların içərisində itib-batır. Yalnız 
bir fakta nəzər salmaq kifayətdir.  Əsərin  fi nalına yaxın qəh-
rəman öz kölgəsindən qorxur. Bu kölgəni öldürdüyü adama 
bənzədir və törətdiyi əməl üçün vicdan əzabı çəkir. 
Əsərin ikinci xətti tənhalıqdır. Romanın adı «İnsan dənizi» 
olsa da, qəhrəman gerçək mənada tək və tənhadır. Onun ya-
şadığı «dənizin» sərt və amansız qanunları var. O bu şəhərə 
gəldiyinə peşmandır və meşədə, çöldə-biyabanda yaşamağı 
insanlar arasında yaşamaqdan üstün tutur. 
«Bu şəhərə gəlib çıxdığı üçün özünə lənət oxuyurdu. Fikir-
ləşirdi ki, hardasa – çöldə, düzdə, meşədə yaşasaydı, günü bun-
dan min pay xoş keçərdi. İnsanlardan uzaqda,
 özüylə, taleyiylə 
təkbətək yaşamaq insan dənizində üzməkdən daha yaxşıydı. 
Onda heç olmasa, insan üçün darıxardı, insan üçün darıxdı-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə