Kbt я25 uot (059) Baş redaktor


Dünya ədəbiyyatı Mixail Saltıkov-Şedrin



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə5/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   2   3   4   5   6   7   8   9   ...   204

12

Dünya ədəbiyyatı

Mixail Saltıkov-Şedrin 

1826-1889  

YANV

AR

Mixail  Yevqrafoviç  Saltıkov-Şedrin 

(əsl  soyadı  Saltıkov,  təxəllüsü  Nikolay 

Şedrin)  1826-cı  il  yanvar  ayının  26-da 

(bəzi  mənbələrdə  15-də) Tver  quberni-

yasının Spas-Uqol kəndində anadan ol-

muşdur.

10  yaşında  Moskva  Dvoryan  İns-



titutuna  daxil  olmuş,  2  ildən  sonra  isə 

nümunəvi tələbə kimi Sarkoselski liseyə 

keçirilmişdir.  Elə  orada  da  yazıçılıq 

fəaliyyətinə başlamışdır.  Balaca Mixail 

uşaqlıq illərindən mütaliəni çox sevmiş, 

Moskva  Dvoryan  İnstitutunda  təhsil 

alarkən  V.A.Jukovski, A.S.Qriboyedov, 

M.Y.Lermontov  kimi  sənətkarların  ya-

radıcılığından bəhrələnmişdir.

Bir  çox  yaşıdları  kimi  yaradıcılı-

ğa  şeirlə  başlamış  və  ilk  yaradıcılıq 

nümunələri  ara-sıra  “Библиотека  для 

чтения”,  “Современник”  jurnalların-

da  dərc  edilmişdir.  Şedrinin  yaradıcılı-

ğı təhkimçi mütləqiyyət üsuli-idarəsinə 

qarşı yönəldilmişdi (“Quberniya oçerk-

ləri”, 1856-1857, “Pompadurlar və pom-

padurşalar” və s.).

Onun satirik obrazları xalqın ictimai 

şüuruna daxil olmuşdur. “Bir şəhərin ta-

rixi” (1869-1870) əsərində rəsmi tarix-

çiliyi təqlid edərək, şəhərin böyüklərinin 

gülməli  satirik  obrazlar  qalereyasını 

yaratmışdır.  Sosial-psixoloji  “Cənab 

Qolovlyovlar”  (1875-1880)  romanında 

zadəganların  mənəvi  və  fiziki  iflasını 

təsvir etmişdir. 

1858-1868-ci  illərdə  dövlət  xid-

mətində  çalışan  Şedrin  sonralar 

“Современник”  jurnalının  redaksi-

ya  heyətinə  daxil  olmuş,  senzura 

təqiblərinə  məruz  qalmasına  baxmaya-

raq, redaksiyadaxili çəkişmələrdə jurna-

lın  redaktoru  N.A.Nekrasovla  birlikdə 

N.Q.Çernışevski  və  N.A.Dobrolyubov 

kimi  inqilabçı  demokratların  siyasi  ba-

xışlarını müdafiə etmişdir.

Şedrin  1857-1863-cü  illərdə  yazdı-

ğı  “Nəsrlə  satira”,  “Günahsız  nağıllar” 

kimi  silsilə  hekayə  və  məqalələrində 

Rusiyada çürüməkdə  olan rejimi  ilkin 

göstərənlərdən  idi.  “Zamanın  xüsusiy-

yətləri”,  “Əyalət  haqqında  məktublar” 

satirik oçerklər silsi-ləsində Şedrin Ru-

siyanın mütərəqqi fikirli adamlarını xal-

qın  siyasi  tərbiyəsi  ilə  məşğul  olmağa 

səsləyirdi.

“Современник”  jurnalı  bağlan-

dıqdan  sonra  N.A.Nekrasov  kimi  o  da 

“Отечественные  записки”  jurnalına 

keçərək,  taleyini  axıra  kimi  bu  jurnala 

bağlamış, jurnalın redaktoru olmuşdur.

Bədii  yаrаdıcılığının  zirvəsi  оlаn 

“Bir şəhərin tаriхi” (1869-1870), “Nəcib 

nitqlər”  (1872-1876),  “Müаsir  idilliyа” 

(1877-1881),  “Хаlаcığаzа  məktublаr” 

(1881-1882) əsərlərində mütləqiyyət və 

təhkimçilik quruluşu kəskin sаtirа аtəşinə 

tutulmuş, о dövr rus cəmiyyətinin sоsiаl 

ziddiyyətləri, kаpitаlist münаsibətlərinin 

yаrаnmаsı  göstərilmişdir.  Sаltıkоv  öm-

rünün  sоn  illərində  “Nаğıllаr”  (1882-

1886), “Həyаtın təfərrüаtı” (1886-1887) 

və s. kimi bədii sənət inciləri yаrаtmışdır. 

Оnun  bədii  və  publisistik  əsərləri  rus 

ədəbiyyаtındа  tənqidi  rеаlizmi  dаhа  dа 

inkişаf еtdirmişdir.

Dаhi  rus  yаzıçısı  Mixail  Sаltıkоv-

Şеdrin  1889-cu  il  mаy  аyının  10-

dа  Sankt-Pеtеrburq  şəhərində  vəfаt 

еtmişdir.

Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/M.Y.Saltıkov-Şedrin; 

rus dil. tərc. ed.: 

B.Musayev, İ.Vəliyev, 

E.Cabbarov; ön söz. 

müəl. İ.Vəliyev.- Bakı: 

Şərq-Qərb, 2006.- 240 

s.

Hekayələr /M.Y.Saltıkov 

-Şedrin; [tərc. ed. 

B.Musayev].- Bakı: 

Gənclik, 1973.- 134 s.

Nağıllar və hekayələr 

/M.Y.Saltıkov-Şedrin; 

[red. R.Salamova].- 

Bakı: Gənclik, 1988.- 

195 s.

Господа Головлевы: 

[сказки]/М.Салтыков-

Щедрин.- Москва: 

АСТ, Транзиткнига, 

АСТ Москва, 2006.- 

412 с.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.anl.az

www.elibrary.azlib.net

www.kitab.biz

 26

190 

illiyi

Rus yazıçısı



13

Musiqi.Opera

Tahir Əkbər 

1946 

YANV

AR

Tahir  İsmayıl  oğlu  Əkbərov  (Tahir 

Əkbər)  1946-cı  il  yanvar  ayının  20-

də  Bakı  şəhərində  anadan  olmuşdur. 

1960-cı  ildə  F.Dzerjinski  adına  musiqi 

məktəbinin  fortepiano  şöbəsinə  daxil 

olmuş, 1965-ci ildə  oranı bitirmişdir.

Həmin ildə indiki Həmzə Həkimzadə 

Niyazi adına Daşkənd Musiqi Kolleci-

nin  musiqi  nəzəriyyəsi  şöbəsinə  daxil 

olmuş, 1969-cu ildə təhsilini musiqişü-

nas kimi başa vurmuşdur.

1970-ci  ildə  Muxtar  Əşrəfi  adına 

Daşkənd  Dövlət  Konservatoriyasının 

bəstəkarlıq  şöbəsinə  daxil  olmuş,  bu-

rada  tanınmış  bəstəkar,  professor  Bo-

ris  Zeydmanın  sonuncu  azərbaycanlı 

tələbəsi olmuşdur.

1985-ci ildən Azərbaycan Bəstəkarlıq 

İttifaqının üzvüdür. Tahir Əkbər müxtəlif 

janrlarda  -  xor  musiqisi,  simfonik  və 

kamera  əsərləri  yaratmışdır.  “Simfonik 

rənglər”, ilahiyyat mövzusunda yazdığı 

“Amin”  əsəri Azərbaycan  professional 

musiqisində yeni janrlar hesab olunur. 

Bəstəkarın  bəstələdiyi  onlarca  mah-

nı,  o  cümlədən  “Dərdin  alım”,  “Heç 

küsməyin  yeridirmi?”,  “Azərbaycan”, 

“Əzizim”, “Heyfim gəldi”, “Qalardım”, 

“Bir  qız  bir  oğlanındır”,  “Xəzəllərin 

rəqsi” və başqa mahnılar görkəmli ifa-

çılarımız  Şövkət  Ələkbərova,  Mirzə 

Babayev,  Zeynəb  Xanlarova  və  digər 

müğənnilər  tərəfindən  uğurla  ifa  olun-

muşdur.

Onun  mahnıları  nəinki Azərbaycan, 



hətta  qardaş  Türkiyə  müğənnilərinin 

də ifalarında sevilə-sevilə səslənmişdir. 

Nəşə  Karaböcək  bəstəkarın  “Heç 

küsməyin  yeridirmi?“  mahnısını  reper-

tuarına  daxil  etmiş,  müntəzəm  olaraq 

ifa  etmişdir.  Tahir  müəllimin  “Amin” 

mahnısı müğənni Brilliant Dadaşovanın 

ifasında  Norveçdə  Nobel  mükafatının 

100 illiyi ilə əlaqədar olaraq diskə salın-

mış və dünya xalqlarını sülhə çağıran bu 

disk Avropada geniş yayılmışdır.

Şanxayda keçirilən VIII Beynəlxalq 

Asiya  müsabiqəsində  Tahir  Əkbərin 

“El  oğlu,  hay  ver...”  əsəri  26  ölkədən 

finala  çıxan  qaliblərdən  biri  olmuşdur. 

Bu mahnı dünya azərbaycanlılarına ün-

vanlanan  və  onları  həmrəyliyə  çağıran 

əzəmətli bir əsərdir. Bunun davamı kimi 

Dünya Azərbaycanlılarının II qurultayı 

ərəfəsində  ulu  öndər  Heydər  Əliyevin 

xatirəsinə həsr etdiyi “Həmrəylik” him-

ni  xor  və  simfonik  orkestrin  ifasında 

səslənmişdir.

Bəstəkarın yaradıcılığı dövlət tərəfin-

dən qiymətləndirilmiş, 2006-cı il noyabr 

ayının  9-da  filarmoniyada  Bəstəkarlar 

Birliyinin təqdimatı və Azərbaycan Res-

publikası Mədəniyyət və Turizm Nazir-

liyinin  sərəncamı  ilə Tahir  Əkbərin  60 

illik yubileyi təntənəli surətdə qeyd edil-

mişdir. 2012-ci il 18 sentyabr tarixində 

Milli  Musiqi  Günü  ilə  əlaqədar  olaraq 

dövlət  başçısının  Sərəncamı  ilə  Tahir 

Əkbər  “Əməkdar  incəsənət  xadimi” 

fəxri adına layiq görülmüşdür.

Ə d ə b i y y a t

“Ya Rəbb” (İlahiyyat 

duaları, təsəvvüf musi-

qisi) [Notlar]: solistlər, 

xor, bədii qiraət və 

simfonik orkestr üçün 

poema /T.Əkbər; söz. 

C.Novruz.- Bakı, 2006.- 

31 s.

У мавзолея [Ноты]: 

поэма-кантата для 

смешанного хора а 

capella и колоколов             

/Акперов Таир; слова 

A.Суркова.- Баку, 

1983.- 22 с.

Sarıyeva, İ. Klassik 

musiqimiz dünyada çox 

tanınan azərbaycançılıq 

brendinə çevrilib: Tahir 

Əkbər:  “Azərbaycan 

Şərq və Qərb musiqi-

sinin qovuşduğu bir 

məmləkətdir” /İ.Sarıyeva 

//Bakı xəbər.- 2011.- 14 

mart.- S.14.

İ n t e r n e t d ə

www.anl.az

www.president.az

20

70 

illiyi

Bəstəkar



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə