Kbt я25 uot (059) Baş redaktor


Milli ədəbiyyat İsmayıl bəy Qutqaşınlı



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə4/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   2   3   4   5   6   7   8   9   ...   204

10

Milli ədəbiyyat

İsmayıl bəy Qutqaşınlı  

1806-1869

YANV

AR

İsmayıl  bəy  Nəsrulla  Sultan  oğlu 

Qutqaşınlı  1806-cı  il  (bəzi  mənbələrdə 

1809) yanvar ayının 27-də  keçmiş Qut-

qaşın mahalında (indiki Qəbələ) anadan 

olmuşdur.  Dini  təhsil  almış,  ərəb,  fars 

dillərini  öyrənmiş,  klassik  Azərbaycan 

və Şərq ədəbiyyatı ilə yaxından tanış ol-

muşdur.

1822-ci  ildə  rus  ordusunda  xidmətə 



başlamış,  Peterburqda  4  il  kadet 

məktəbində oxumuşdur. 1822-ci ildə bu 

məktəbi  bitirib,  Əlahiddə  Qafqaz  Kor-

pusu  tərkibindəki  Gürcüstan  qrenadyor 

alayında sıravi əsgər kimi hərbi xidmətə 

başlamışdır.

Rusiya-İran  (1826-1828)  və  Rusiya-

Türkiyə  (1827-1829)  müharibələrində 

iştirak  etmişdir.  Müharibələr  qurtardıq-

dan sonra o, hərbi xidmətini davam et-

dirmiş, vəzifəsi ilə əlaqədar bir müddət 

Varşavada yaşamışdır. Hərbi işi dərindən 

öyrənmiş,  sıravi  əsgərlikdən  general-

mayor rütbəsinə qədər yüksəlmişdir. Çar 

hökuməti zamanı hərbi qulluqda qüsur-

suz  fəaliyyətinə  görə  10-dan  yuxarı  ən 

yüksək  və  müxtəlif  dərəcəli  ordenlərə, 

böyük  həcmdə  pul  mükafatlarına, 

qiymətli  hədiyyələrə,  fərqlənmə  nişan-

larına,  qızıl  və  gümüş  qılınclara  layiq 

görülmüşdür. 

Xidmət  illərində  bir  sıra  mütərəqqi 

rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, 

rus və Qərbi Avropa mədəniyyətlərinin 

nailiyyətlərinə  yiyələnmiş,  dövrünün 

ən  savadlı  Azərbaycan  ziyalıların-

dan  biri  olmuşdur.  Eyni  zamanda  o, 

Azərbaycanın böyük maarifçi alimləri - 

M.F.Axundzadə,  Q.Zakir, A.Bakıxanov 

və başqaları ilə yaxından dostluq etmiş-

dir. 

1841-ci  ildə  istefaya  çıxaraq 



Vətənə  qayıtmış,  Qutqaşın  və  Şama-

xıda  müəllimlik  etmişdir.  1852-ci  ildə 

həyat  yoldaşı  ilə Yaxın  Şərq  ölkələrinə 

səyahətə  getmiş,  1854-cü  ildə  Türkiyə 

Anadolu  ordusunun  baş  komandanlığı 

ilə  əlaqə  saxlamaqda  günahlandırılaraq 

həyatının  sonuna  qədər  nəzarət  altın-

da qalmışdır. Böyük ədib iki dəfə həcc 

ziyarətində olmuş, 1967-ci ildə çap olun-

muş  “Səfərnamə”  adlı  yol  qeydlərini 

yazmışdır.  Burada,  təkcə  şəxsi  həyatı  

barədə  deyil,  Azərbaycan  haqqında  və 

Osmanlı  imperiyasına  daxil  olan  ərəb 

ölkələri  haqqında  orijinal  məlumatlar 

istənilən qədərdir.  

İsmayıl  bəy  Qutqaşınlı  Azərbaycan 

ədəbiyyatına müasir nəsr, hekayə janrını 

gətirən yazıçıdır. Onun 1835-ci ildə Var-

şavada  hərbi  qulluqda  olarkən  fransız 

dilində buraxılan “Rəşid bəy və Səadət 

xanım” hekayəsi, bu dildə nəşr edilmiş 

ilk Azərbaycan bədii əsəridir. 

Yazıçının  “Tutu”  adlı  əsəri  də  ol-

muş, ancaq bu əsər günümüzə gəlib çat-

mamışdır.  Uzun  illər  nasir  kimi  təhlil 

edilmiş  İsmayıl  bəy  Qutqaşınlının  “İki 

quşun  söhbəti”  adlı  şeiri  onun  poetik 

dünyasından  xəbər  verir.  Qutqaşınlının 

şeirlərini  “Miskin”  təxəllüsü  ilə  yazdı-

ğı məlumdur. Şeir 2004-cü ildə ilk dəfə 

“Azərbaycan”  qəzetində  çap  edilərək 

oxucuların diqqətinə çatdırılmışdır.

İsmayıl  bəy  Qutqaşınlı  1869-cu  ildə 

(bəzi  mənbələrdə  1861)  vəfat  etmiş, 

Qəbələdəki Soltanbaba qəbiristanlığında 

dəfn  edilmişdir.  Qəbələ  də  və  Bakıda 

adına küçə var. Qəbələdə ədibin heykəli 

ucaldılmış, ev-muzeyi yaradılmışdır.



Ə d ə b i y y a t

Əsərləri /H.İ.Qutqaşınlı; 

ön söz. müəl. 

C.Qəhrəmanov; 

tərt. ed. və elmi red. 

Ə.Tahirzadə.- Bakı: 

Lider, 2005.- 224 s.

Məmmədov, X. İsma-

yıl bəy Qutqaşınlının 

xatirə ev-muzeyi                          

/Xalis Məmmədov; red. 

Anar İsabəyli.- Bakı: 

Şirvannəşr, 2004.- 44 s.

Azərbaycanın ən 

məşhur general yazıçısı 

/D.Əhməd //Kaspi.- 

2012.- 1-3 sentyabr.-  

S.15.

İsmayıl bəy Qutqaşınlı 

xatirələrdə: Ürəkdən 

qələmə, qələmdən 

kağıza... //Mədəniyyət.- 

2015.- 30 yanvar.- S.12.

Qəbələ səhnəsində 

“Rəşid bəy və Səadət 

xanım”  //Mədəniyyət.- 

2014.- 25 iyul.- S.7.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.anl.az

www.adam.az

www.kitabxana.net

 27

210 

illiyi

Yazıçı


11

Dünya ədəbiyyatı

Cek London 

1876-1916 

YANV

AR

Con  Qriffit  Çeyni  (Cek  London) 

1876-cı  il  yanvar  ayının  12-də  San-

Fransisko  şəhərində  anadan  olmuşdur. 

Yazıçının  anası  Flora  Vellman  musiqi 

müəllimi idi. Doğma atası U.Çeyni on-

dan  imtina  etmişdir.  Cek  London  dün-

yaya gəldikdən sonra anası elə həmin il 

Con London adlı əlil və müharibə vete-

ranı ilə ailə qurmuş, uşaq atalığının so-

yadını - Con London soyadını daşımağa 

başlamışdır.   

14 yaşında konserv fabrikində işləmiş, 

lakin çox ağır olduğundan işi tərk etməli 

olmuş,  qadağan  edilməsinə  baxma-

yaraq  San-Fransisko  limanında  dəniz 

ilbizləri ovu ilə məşğul olmuşdur. 1893-

cü ildə Yaponiya sahillərinə və Berinqə 

dəniz pişiyi ovuna çıxan gəmiyə matros 

düzəlmişdir. İlk dəniz səfəri onda olduq-

ca böyük təəssüratlar oyatmaqla gələcək 

yaradıcılığına böyük təsir göstərmişdir.

Cek London XX əsrin ilk onilliyində 

ən  məhsuldar  işləyən  və  ən  çox  nəşr 

edilən  Amerika  yazıçısı  olmuşdur. 

O  dünya  ədəbi  proseslərini  diqqətlə 

izləmiş, ədəbiyyat sahəsində xidmətləri 

ilə  ən  böyük  korifeylər  cərgəsində  da-

yanmışdır.  Yaradıcılığa  1893-cü  il  no-

yabr ayının 12-də dərc edilən “Yaponi-

ya  sahillərində  tayfun”  adlı  oçerki  ilə 

gəlmiş və bu onun ədəbiyyat karyerası-

nın başlanğıcı olmuşdur. 

1896-cı ildə Berkeley Universitetinə 

daxil olmuş, 1897-ci ildə maddi problem-

lər  səbəbindən  universiteti  tərk  edərək, 

Alyaskaya  qızıl  axtarı-şına  getmişdir. 

Bu səfəri  1898-ci ildə San-Fransiskoya 

qayıdan  yazıçıya  qızıl  əvəzinə  gələcək 

əsərlərinin  qəhrəmanlarını  bəxş  etmiş-

dir.  

İlk  Şimal  hekayələri  1899-cu  ildə 



dərc edilmiş, 1900-cü ildə isə onun ilk 

kitabı “Canavar oğlu” – hekayələr top-

lusu  nəşr  edilmişdir.  Sonralar  “Ataları-

nın  tanrısı”  (Çikaqo,  1901),  “Şaxtanın 

övladları”  (Nyu-York,  1902),  “İnsana 

inam”  (Nyu-York,  1904),  “Ayüzlü” 

(Nyu-York,  1906),  “İtirilmiş  sima” 

(Nyu-York,  1910)  hekayələrindən 

ibarət toplu, “Həyat eşqi”, “Qarlar qızı” 

(1902), “Dəniz canavarı” (1904) “Martin 

İden” (1908/09-cu ildə)  yazıçıya böyük 

şöhrət gətirmişdir. Əsərlərinin motivləri 

əsasında 50-dən artıq film çəkilmişdir.

Onun  əsərlərini  dilimizə  ilk  dəfə 

hələ  XIX-XX  əsrlərdə  X.Əzizbəyli 

və  A.Əliyev  tərcümə  etmiş,  “İtirilmiş 

səma”, “Ağ diş” və “Belyu qoxusu” ki-

tabları  ərəb  əlifbası  ilə  çapdan  çıxmış-

dır. XX əsrin altmışıncı illərindən onun 

yaradıcılığına maraq daha da artmışdır. 

Xüsusilə  “Martin  İden”  avtobioqrafik 

romanı tərcümə ədəbiyyatımız tarixində 

ciddi  hadisə  sayıla  bilər.  Azərbaycan 

Respublikasının 

Prezidenti 

cənab           

İlham Əliyevin “Azərbaycan dilində la-

tın qrafikası ilə kütləvi nəşrlərin həyata 

keçirilməsi haqqında” 12 yanvar 2004-

cü il tarixli Sərəncamı ilə yazıçının “Se-

çilmiş  əsərləri”  2005-ci  ildə  nəşr  edil-

mişdir. 


Cek  London  1916-cı  il  noyabr  ayı-

nın  22-də  Kaliforniyanın  Qlen-Ellen 

şəhərciyində vəfat etmişdir.

Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/C.London; ön söz. müəl. 

Z.Ağayev.- Bakı: Öndər, 

2005.- 512 s.

Dəmir daban: [roman]  

/C.London; ruscadan 

tərc. Y.Əzimzadə.- [Bakı]: 

[Qanun] [Əli və Nino], 

2014.- 299 s.

Oyun: [roman] 

/C.London; ruscadan tərc. 

R.Şıxəmirova.- [Bakı]: 

[Qanun], [2013].- 244 s. 

Martin İden: [ro-

man]  /C.London; tərc. 

İ.İbrahimov.- Bakı: Qa-

nun, 2013.- 462 s.

Mustafa, Ə. Dahi-

nin müəmmalı ölümü 

/Ə.Mustafa //Zaman.- 

2013.- 16 yanvar.- S.12.

Полное собрание 

романов: в двух 

томах: [романы]                            

/Джек Лондон; 

пер. с англ.; [ред. 

Б.Акимов; коммент. 

А.Филиппова].- Москва: 

Престиж Бук, Армада-

Арбалет, Литература

2010.- Т.2.- 1230 с.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.anl.az

www.kitabxana.net

 12

140 

illiyi

Amerika yazıçısı



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə