Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə29/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   25   26   27   28   29   30   31   32   ...   204

63

63

75 

illiyi

Ə d ə b i y y a t

Riyaziyyat: (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün dərs vəsaiti) /M.Yaqubov və b.; red. hey.: 

A.Bağırov və b.; elmi red. M.Abbaszadə; rəy.: F.Mustafayeva, M.Ağayarov, K.Şirinov, Ə.Rüstəmov; Tələbə Qəbulu üzrə Dövlət Komis-

siyası.- Bakı: Şərq-Qərb, 2007.- 855 s.

Riyaziyyat: məsələ və misallar: dərs vəsaiti /M.Yaqubov [red.], T.İsmayılov, İ.Ağakişiyev; rəy.: S.Həsənov, F.Məmmədov, H.Zeynalov.-

Bakı: Çaşıoğlu, 2009.-543 s.

Riyaziyyat: qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün dərs vəsaiti /M.Yaqubov, İ.Abdullayev, 

Ə.Yaqubov və b.; elmi red. M.Abbaszadə; Tələbə Qəbulu üzrə Dövlət Komissiyası.- Bakı: [s.n.], 2006.- 856 s.

Əsl ziyalı və alim ömrü: Elm xadimləri: M.Yaqubovun anadan olmasının 70 illiyi münasibətilə /Y.Məmmədov //Azərbaycan.-2011.-2 

fevral.- S.7.

О корректной разрешимости уравнения с доминирующей производной с нелокальными граничными условиями //Математика, 

информатика, физика в науке и образовании: Сборник научных трудов к 140 летию МПГУ.-Москва, 2012.- C.95-97.

О свойствах скользящих режимов в процессах, описываемых нелинейным уравнением третьего порядка //Bakı Universitetinin 

xəbərləri: fizika-riyaziyyat elmlər seriyası.- 2011.- №3.- C.29-36.

www.anl.az

Məmməd  Haqverdi  oğlu  Yaqubov 

1941-ci  il  fevral  ayının  2-də  Naxçıvan 

MR  Culfa  rayonunun  Milax  kəndində 

anadan  olmuşdur.  1957-ci  ildə  Naxçı-

van şəhər 1 saylı orta məktəbi bitirmiş, 

1957-1962-ci illərdə Azərbaycan Dövlət 

Universitetinin 

mexanika-riyaziyyat 

fakültəsində  təhsil  almışdır.  1965-ci 

ildən BDU-da çalışır.

1966-cı  ildə  “Bir  sinif  inteqro-

diferensial tənliklərin həllərinin davamı 

və  dayanıqlığı  haqqında”  mövzusunda 

fizika-riyaziyyat elmləri üzrə namizədlik 

dissertasiyası  müdafiə  etmişdir.  1992-

ci  ildə  isə  “Paylanmış  parametrli 

sistemlərdə  optimal  sürüşgən  rejimlər 

və optimallıq üçün zəruri şərtlər” möv-

zusunda  dissertasiyasını  müdafiə  etmiş, 

fizika-riyaziyyat elmləri doktoru alimlik 

dərəcəsini almışdır.

Məmməd  Yaqubov  1996-cı  ildən 

BDU-nun  mexanika-riyaziyyat  fakültə-

sinin  İdarəetmə  nəzəriyyəsinin  riyazi 

üsulları  kafedrasının  müdiridir.  Variasi-

ya  hesabı  və  optimallaşdırma  üsulları, 

dinamik proqramlaşdırma üsulu, optimal 

idarəetmənin təqribi üsulları fənləri üzrə 

dərs  aparır.  “Bir  tərtibli  adi  diferensial 

tənliklər”, “V-VI siniflərdə olimpiada ça-

lışmaları”,  “Ümumtəhsil  məktəblərinin 

X  sinfi  üçün  riyaziyyatdan  tədris  ma-

terialının  tematik  planı  və  yoxlama 

yazı  işi  nümunələri”,  “Необходимые 

условия  оптимальности  для  систем 

с  импульсными  воздействами  при 

нелокальных  краевых  условиях”, 

“О  свойствах  скользящих  режимов  в 

процессах, описываемых нелинейным 

уравнением  третьего  порядка”  kimi 

100-dən artıq elmi əsərin müəllifi olmuş, 

bir sıra beynəlxalq seminar, simpozium 

və konfranslarda iştirak etmişdir.

Azərbaycanda təhsilin və elmin inki-

şafındakı xidmətlərinə görə Azərbaycan 

Respublikası  Prezidentinin  30  oktyabr 

2009-cu il tarixli Sərəncamı ilə “Şöhrət” 

ordeni ilə təltif edilmişdir.

Məmməd Yaqubov 

1941  

Riyaziyyat.Fizika.Astronomiya

Alim

FEVRAL

2



64

90 

illiyi

Ə d ə b i y y a t

Məlik-Aslanova Püstə Süleyman bəy qızı //Azərbaycan Sovet Ensiklopediyası:10 cilddə.-Bakı,1980.- C.VI.- S.489.

Возрастные изменения глаза и зрительно-нервного пути: морфогистохимические исследования /П.С.Мелик-Асланова, 

З.А.Алиева.- Баку: Азернешр, 1980.- 122 с.

Методическое рекомендации по выяавлению ферментов опухолей глаза  в свете электронно-микроскопических исследований 

/П.С.Мелик-Асланова.- Баку, 1981.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.gender-az.org

Püstə Süleyman qızı Məlik-Aslanova 

1926-cı  il  fevral  ayının  2-də  Qaryagin 

(indiki Füzuli) rayonunda anadan olmuş-

dur.

1949-cu  ildə  N.Nərimanov  adına 



Azərbaycan  Dövlət  Tibb  İnstitutunu 

(indiki  Azərbaycan  Tibb  Universite-

ti)  bitirmiş,  1956-cı  ildə  “Bəd  xassəli 

yenitörəmələrə  qarşı  skelet  əzələlərinin 

morfo-fizioloji  reaksiyasına  dair  mate-

riallar”  mövzusunda  namizədlik  disser-

tasiyasını, 1971-ci ildə isə “Gözün yaş-

la  əlaqədar  dəyişiklikləri”  mövzusunda 

doktorluq  dissertasiyasını  müdafiə  et-

mişdir.


1957-2001-ci  illərdə  Azərbaycan 

Elmi  Tədqiqat  Oftalmologiya  İnsti-

tutunun  Patomorfologiya  və  elektron 

mikroskopiya  laboratoriyasının  müdiri 

vəzifəsində çalışmışdır. O, respublikada 

yeganə yüksəkixtisaslı oftalmopatomor-

foloq  olaraq,  ölkənin  oftalmologiyasına 

əvəzsiz xidmətlər göstərmiş və 1984-cü 

ildə professor elmi rütbəsinə layiq görül-

müşdür.


Onun  fəal  iştirakı  ilə  təşkil  olunmuş 

traxomanın  laborator  diaqnostikası  bu 

ağır  göz  xəstəliyinin  respublikada  tam 

ləğv  olunmasını  mümkün  etmişdir. Ali-

min  səyləri  nəticəsində  institutda  tətbiq 

edilmiş  histokimyəvi  üsullar,  elektron, 

lyuminessent və polyarizasiyon mikros-

koplarla aparılan müayinələr görmə üz-

vünün xəstəliklərinin morfoloji diaqnos-

tika  prinsiplərinin  işlənməsinə  qiymətli 

töhfə olmuşdur.

Görmə  üzvünün  yenitörəmələrinin 

morfoloji  diaqnostikası  işində  böyük 

xidmətləri olmuşdur. 

Professor  Püstə  Məlik-Aslanova 

150-dən  artıq  elmi  əsər,  iki  monoqra-

fiya  çap  etdirmişdir.  İki  doktorluq  və 

bir  çox  namizədlik  dissertasiyalarının 

rəhbərliyində iştirak etmişdir.

Görkəmli  alim,  həkim  Püstə  Məlik-

Aslanova  2001-ci  ildə  Bakıda  vəfat  et-

mişdir.


Püstə Məlik-Aslanova 

1926-2001

Kimya.Biologiya.Tibb

Oftalmoloq

FEVRAL

2


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə