Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   45   46   47   48   49   50   51   52   53

 “İsa bir yerdə dua edirdi. Duasını bitirəndə 
şagirdlərindən biri Ona dedi: «Ya Rəbb, Yəhya öz 
şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi 
öyrət»” (Luka 11:1).
İsa bu xahişin cavabında onlara “Ey göylərdə olan 
Atamız” duasını öyrətdi. 
Yəhudi dualarını yaxşı bilən şagirdlər Müəllimin qeyri-adi
duasından heyrətə gəlmişdilər. Axı İsa daim duada olurdu
(müqayisə:   Luka   5:16).   Dua   Onun   həyatının   əsas
hadisələrini müşayiət edir:  İordan çayında vəftiz olarkən
İsa   dua   edir   (Luka   3:21);   həvariləri   çağırmazdan   əvvəl
(Luka 6:12); görünüşünü dəyişməzdən əvvəl (Luka 9:28).
İsa   Peterin   möhkəm   imanı   üçün   (Luka   22:31-32),
Müqəddəs Ruhun enməsi barədə (Yəh 14:15-17a, 15:26)
dua   edir.   Lazarın   dirilməsindən   əvvəl   (Yəh   11:41)   və
Yerusəlimə   təntənə   ilə   daxil   olmasından   əvvəl   (Yəh
12:27) dua edir. Oğulu izzətləndirsin deyə, Sirli Axşamda
Ataya dua edir (Yəh 17:1-5); şagirdlər üçün (Yəh 17:6-19)
və bütün imanlılar (Yəh 17:20-26) üçün dua edir. Əzab
çəkməzdən   əvvəl   (Luka   22:39,   46),   ölərkən   isə
düşmənləri üçün dua edir (Luka 23:34).
İsa   Ataya   tabe   olaraq   dua   edir.   Ata   Onun   missiyasını
canlandırır: “Mənim yeməyim Məni Göndərənin iradəsini
243


yerinə yetirmək, Onun işini tamamlamaqdır” (Yəh 4:34).
Onun   üçün   Ata   ilə   gizli   ünsiyyət   sevinc   və   tərifin
mənbəyidir:   “Ey   yerin-göyün   Sahibi   olan   Ata!...   Atam
tərəfindən   hər   şey   Mənə   təslim   edildi.   Oğulu   Atadan
başqa   heç   kəs   tanımaz.   Atanı   da   Oğuldan   və   Oğulun
agah etmək istədiyi hər kəsdən başqa heç kim tanımaz”
(Mat 11:25-27).
Ataya müraciət edilən dua İsanın yer üzündəki həyatının
nəfəsi olub. Baxmayaraq ki, İsa gəlib bizimlə yaşadı, O
heç   vaxt   Atanın   evini   tərk   etmədi,   yəni   duada   Onunla
ünsiyyətdən   ayrılmadı.   Digər   tərəfdən   bu   Oğul   birliyi
hətta   Çarmıxda   ölümədək   insanlarla   xilasedici   və
mərhəmətli yaxınlığa çevrildi.
İsanın   duası   indi   də   bitmir   (müqayisə:   İbr   7:25).
Evxaristiya Liturgiyasında Baş Kahin Məsih Öz fidyə olan
Qurbanını Ataya təqdim edir. Kilsə olan Öz Bədəni ilə bu
Qurbanı   təqdim   edir.   Bizim   hər   bir   duamız   Ataya
“Rəbbimiz Məsih vasitəsilə” yüksəldilir. Məhz Məsih duası
bütün   bizim   gizli   və   ucadan   etdiyimiz   dualarımızı
möhkəmlədir.   Kilsə   dua   edəndə   Oğul   Atanın   dizlərini
qucaqlayır.   Övladların   duası   İlk   Oğul   vasitəsilə   Ataya
çatır.   Tərif,   xahiş   dualarında   yüksəlmiş   milyonlarla   əl
mövcuddur; dua edən səs isə birdir – bu, Oğulun səsidir.
244


Şəkildə Getsamani bağında dua edən İsa təsvir olunub.
O, bəşəriyyətin xilası üçün Ataya ali tabeçilikdə Əzabların
acı kasasını qəbul edir.
245


578.   «Ey   göylərdə   olan   Atamız»   duası   necə
yarandı?
2759-2760
2773
Şagirdlərdən biri İsanın dua etdiyini gördükdə “Ya 
Rəbb, ...bizə dua etməyi öyrət” (bax Luka 11:1) deyə 
xahiş etdiyi gün İsa bizə əvəzedilməz məsihçi duasını – 
«Ey göylərdə olan Atamız» duasını öyrətdi. Kilsənin 
Liturgiya ənənəsində həmişə Mattanın Müjdəsinin 
mətnindən (6:9-13) istifadə olunur.
«Bütün Müjdənin qısa məzmunu»
579. «Ey göylərdə olan Atamız» duası Müqəddəs 
Yazılarda hansı yeri tutur?
2761-2764
2774
«Ey göylərdə olan Atamız» duası «Bütün Müjdənin qısa 
məzmunudur» (Tertullian), «duaların ən kamilidir» (müq. 
Toma Akvinalı). Dağüstü Vəzin mərkəzində (Mat 5-7) 
yerləşdirilmiş bu dua Müjdənin əsas məzmununu dua 
formasında təmsil edir.
580. Nə üçün bu dua Rəbbin Duası adlanır?
2765-2766
2775 
«Ey göylərdə olan Atamız» duası Rəbbin Duası adlanır, 
çünki Rəbb İsa Özü bu duanı bizə öyrədib.
581. «Ey göylərdə olan Atamız» duası Kilsənin 
duasında hansı yeri tutur?
2767-2772
2776
«Ey göylərdə olan Atamız» duası sözün tam mənasında 
Kilsənin duasıdır, Allah övladlarının ilahi həyata yenidən 
doğulmasını göstərmək üçün Vəftiz zamanı ötürülür. 
246


Evxaristiya bu duanın tam mənasını açıqlayır, çünki onun
diləkləri bir dəfə və həmişəlik həyata keçirilən xilas 
sirrinə arxalanaraq, Rəbbin İkinci gəlişində tam olacaq. 
«Ey göylərdə olan Atamız» duası Saat Liturgiyasına 
daxildir.
«Ey göylərdə olan Atamız»
582. Nə üçün biz «tam etibarla Atanın yanına 
gəlməyə cəsarət» edirik?
2777-2778
2797
Çünki Fidyə olanımız İsa bizi Atanın qarşısına gətirir, 
Onun Ruhu isə bizi övlad edir. Buna görə biz adi övlad 
ümidi ilə, sevincli etibarla və həlim cəsarətlə Allahın bizi 
sevdiyinə və bizi eşitdiyinə əmin olaraq Atamıza 
müraciət edə bilərik.
583. Nə üçün Allaha «Ata» deyərək müraciət 
etmək olar?
2779-2785
2789
2798-2800 
Allaha «Ata» deyərək müraciət etmək olar, çünki İnsan 
olmuş Oğlu Onu bizə açdı, Onun Ruhu isə bizə Onu 
tanımaq imkanı verdi. Atanı çağıranda Onun sirrinə daxil 
oluruq, bizi yeni heyrətlə doldurur və Onun övladlarına 
layiq davranmaq arzusunu bizdə oyadır. Buna görə 
Rəbbin duası bizə Oğulda Atanın övladları olmağımızı 
dərk etməyi imkan verir.
584. Nə üçün biz Allahı «Atamız» deyə çağırırıq?
2786-2790
2801
«Atamız» Allahla tamamilə yeni əlaqəni göstərir. Ataya 
dua etdiyimiz zaman Oğulla və Müqəddəs Ruhla birlikdə 
247


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə