Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   45   46   47   48   49   50   51   52   53

Duanı hər vaxt etmək olar, lakin Kilsə Məsihə sadiq 
olanların dualarını daim qidalandırmaq üçün onlara 
müəyyən dövrlülüyü təklif edir: səhər və axşam duası, 
yeməkdən əvvəl və sonra; Saat Liturgiyası; bazar günü 
Evxaristiyası; Rozari duası, Liturgiya ilinin bayramları.
«Nəfəs aldıqdan daha da tez-tez Allahı xatırlamaq 
gərəkdir» (müq. Qriqorius Nazianzus).
568. Dua həyatı nədə ifadə edilir?
2697-2699
Məsihçi ənənəsi dua həyatının üç tərzini qoruyub saxladı:
şifahi dua, dərrakəli dua (meditasiya) və seyrçi dua. 
Onların ümumi xüsusiyyəti ürəyin bir yerə cəlb 
edilməsidir.
Dua ifadəsinin formaları
569. Şifahi duanı necə etmək olar?
2700-2704
2722
Şifahi dua bədəni ürəyin daxili duası ilə birləşdirir. Hətta 
ən gizli dua şifahi duasız keçinə bilməz. Hər halda, dua 
həmişə şəxsi imandan gəlməlidir. «Ey göylərdə olan 
Atamız» duasında İsa bizə şifahi duanın kamil bir 
nümunəsini verdi.
570. Meditasiya nədir?
2705-2708
2723
Meditasiya ilk növbədə Müqəddəs Kitabda verilən Allah 
Kəlamına əsaslanan dua düşüncəsi deməkdir. O, fikri, 
təsəvvürü, emosiyaları işləməyə və imanın 
237


dərinləşməsini arzulamağa, ürəyin Allaha tərəf 
dönməsinə və Məsihin ardınca getmək qərarının 
möhkəmlədilməsinə məcbur edir. Bu, Rəbb ilə məhəbbət 
birliyinə aparan ilk addımdır.
571. Seyrçi dua nədir?
2709-2719
2724
2739-2741
Seyrçi dua sükutla və məhəbbətlə Allaha tərəf baxışdır. 
Bu, Allahın ənamıdır, təmiz imanın dilənməsidir. Bu dua 
vasitəsilə imanlı Məsihi axtarır, özünü Atanın məhəbbətli 
iradəsinə təslim edir və Müqəddəs Ruhun təsiri altında 
bütün varlığı ilə diqqətini cəmləşdirir. Müq. Tereza Avilli 
seyrçi duanı yaxın dost ünsiyyəti adlandırır, «tez-tez 
Allahla təklikdə söhbət edirsən və bunu bilirsən ki, O səni
sevir».
Dua bir mübarizə kimi
572. Nə üçün dua mübarizədir?
2725
Dua lütf hədiyyəsidir, lakin o, həmişə bizim tərəfimizdən 
qəti qərarlı cavab tələb edir, çünki dua edən şəxs özü ilə,
ətraf mühit ilə, ilk növbədə isə «yoldan çıxaranla» 
mübarizə edir. «Yoldan çıxaran» insanı duadan 
döndərmək üçün əlindən gələni edir. Duada mübarizə 
ruhani həyatın ayrılmaz xüsusiyyətidir. İnsan yaşadığı 
kimi dua edir, çünki dua etdiyi kimi yaşayır.
573. Duaya qarşı etirazlar varmı?
238


2726-2728
2752-2753 
Dua haqqında səhv təsəvvürlərlə aldanan bir çoxları 
zənn edirlər ki, onların vaxtı yoxdur yaxud dua etməyin 
xeyri yoxdur. Dua edən şəxs çətinliklər yaxud xəyali 
müvəffəqiyyətsizlik qarşısında məyus ola bilər. Həlimlik, 
ümid və daimiliklə bu maneələrdən keçmək mümkündür.
574. Duaya hansı maneələr var?
2729-2733
2754-2755
Diqqətsizlik dua üçün adi maneədir. O, diqqəti Allahdan 
yayındırır və hətta bağlı olduğumuz şeyləri bizə aça bilir. 
Buna görə ürəyimiz həlimliklə yenidən Rəbbə tərəf 
dönməlidir. Duaya çox vaxt quraqlıq təhlükə yaradır, 
buna üstün gəlməklə hətta təsəlli hiss etmədən, Rəbbə 
imanda bağlanmaq olar. Ümidsizlik ruhani tənbəlliyin bir 
növüdür və buna səbəb ürək oyaqlığının zəifləməsi və 
azalmasıdır.
575. Allaha övlad etibarını necə möhkəmləndirmək
olar?
2734-2741
2756
Allahın bizi eşitmədiyini zənn edəndə övlad etibarı sınağa
çəkilir. Bu an özümüzə sual verməliyik: İradəsini yerinə 
yetirməyə çalışdığımız Allaha doğrudanmı Ata kimi 
hörmət edirik yaxud O bizim üçün istədiyimizə nail 
olmağa yalnız bir vasitədir? Duamız İsanın duası ilə 
birləşirsə, bildiyimiz kimi, O bizə adi ənamlarından da 
çoxunu verəcək: ürəklərimizi canlandıran Müqəddəs 
Ruhun Özünü verəcək.
239


576. Həmişə dua etmək mümkündürmü?
2742-2745
2757
Həmişə dua etmək mümkündür, çünki məsihçinin zamanı
“dövrün sonuna qədər hər gün” (Mat 28:20) bizimlə olan 
dirilmiş Məsihin zamanıdır. Dua və məsihçi həyatı 
ayrılmazdır.
«Ürəkdən və tez-tez dua etmək hətta bazarda yaxud 
tənha gəzintidə; dükanlarınızda oturaraq, alıb-sataraq 
yaxud hətta yemək bişirərək mümkündür» (müq. İohann 
Xrizostom)
577. İsa
 
    Saatının duası nədir?
2604
2746-2751
2758
Sirli Axşam zamanı İsanın Baş Kahin duası belə adlanır. 
Əhdi-Cədid Kahini olan İsa Onun Qurban saatı çatdıqda, 
Atanın yanına «keçmək» Saatı çatdıqda bu duada Ataya 
müraciət edir.
240


İkinci Bölmə
241


Rəbbin «Ey göylərdə olan Atamız» duası
El Greko. İsanın Getsamani bağında duası. İncəsənət
Muzeyi. Toledo.  (Ohayo - ABŞ).
Ey göylərdə olan Atamız!
Adın müqəddəs tutulsun,
Sənin Səltənətin gəlsin.
Göydə olduğu kimi, yerdə də
Sənin iradən olsun.
Gündəlik çörəyimizi bizə bu gün ver;
Və bizə borclu olanları bağışladığımız kimi,
bizim borclarımızı da bağışla.
Və bizi sınağa çəkmə,
lakin bizi şərdən xilas et.
(Çünki Səltənət, qüdrət və izzət əbədi olaraq
Sənindir!)
Amin.
(Mt 6:9-13)
242


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə