Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   2   3   4   5   6   7   8   9   ...   53

Öz Gəlini və Mistik Bədəni olan Kilsə vasitəsilə hər zaman
bəşəriyyətə xeyir-dua verir və insanın əsl həqiqət, səadət
və xilas kitabı olan Öz İncili ilə maarifləndirir.
386-cı ilin avqustunda Avqustin bağda gəzərkən onu «Al 
və oxu, al və oxu» (Etiraf, 8, 12, 29), deyə çağıran bir səs
eşitdi. Kilsə katexizisinin tədris etdiyi İsa İncilinin sintezi 
olan Katolik Kilsəsinin Katexizisinin Kompendiumu 
həqiqət kitabını açmağa, oxumağa və hətta Yezekel 
peyğəmbər kimi onu «yeməyə» (müqayisə: Yez 3:1-4) 
dəvət edir.
8


Giriş
1.
11 oktyabr 1992-ci ildə Papa II İohann Pavel 
Katolik Kilsəsinin Katexizisini «imanın canlı mənbələrini 
yenidən katexizisləşdirmək üçün nümunəvi mətn»
1
 kimi 
təqdim edərək onu bütün dünyanın imanlılarına verdi, 
bununla da II Vatikan Məclisinin (1962-1965) 
başlanmasından otuz il sonra, 1985-ci ildə Yepiskoplar 
Sinodunun Fövqəladə Assambleyasında səsləndirilən 
iman və əxlaq məsələləri barədə bütün katolik təliminin 
Kompendiumunu tərtib etmək xahişi uğurla yerinə 
yetirildi.
Beş ildən sonra, 15 avqust 1997-ci ildə Ali Pontifik Katolik
Kilsəsinin tipik nəşrini (editio typica) təqdim edərək bu 
işin əsas əhəmiyyətini bu sözlərlə ifadə etdi: «Kilsənin 
şəhadət etdiyi, ibadət zamanı icra etdiyi, gündən-günə 
onun həyatını və duasını təşkil edən şeyləri hər bir 
insanın bilməsi üçün katolik təliminin tam və bütöv 
ifadəsini özündə əks etdirmək».
2.
Katexizisin daha da yüksək qiymətləndirilməsi 
üçün II İohann Pavel 2002-ci ildə Katexizatorların 
Beynəlxalq Konqresində səsləndirilən xahişi nəzərə 
alaraq, İman Təlimi Konqreqasiyası prefekti kardinal 
Yozef Ratsinger başda olmaqla Xüsusi Komissiyanı çağırdı
və həmin iman həqiqətlərinin daha yığcam ifadəsini 
özündə birləşdirən Katolik Kilsəsinin Katexizisinin Qısa 
xülasəsini (Kompendium) hazırlamağı həvalə etdi. İki illik 
iş ərzində Kompendiumun layihəsi hazırlandı, 
məsləhətləşmələr üçün kardinallara və Yepiskop 
Konfranslarının sədrlərinə göndərildi. Bütövlükdə layihə 
rəy verən şəxslərin əksəriyyətinin rəğbətli qiymətini 
qazandı. Buna görə də komissiya həmin layihənin 
nəzərdən keçirilməsinə başladı və onun daha da 
1
 II İohann Pavel. Həv.Konst.Fidei depositum, 12 oktyabr 1992, 1.
9


yaxşılaşdırılması üçün alınan təklifləri nəzərə alaraq son 
mətni hazırladı.
3.
Kompendium üç prinsipial xüsusiyyətə malikdir: 
Katolik Kilsəsinin Katexizisindən ciddi asılılıq; mətnin sual
və cavablardan təşkil olunması; katexizdə təsvirlərdən 
istifadə olunması.
Hər şeydən əvvəl, Kompendium müstəqil deyil və heç bir
ölçüdə Katolik Kilsəsinin Katexizisini əvəz etmir; əksinə, 
Kompendium həm Katexizisin paraqraflarının nömrələrini
dəqiq göstərməklə, həm də onun quruluşunu, inkişafını 
və məzmununu daim xatırlatmaqla ona istinad edir. 
Kompendiumun məqsədi hər cəhətdən müdrikliyinin və 
ruhaniliyinin ifadə gücünə görə müasir Kilsə Katexizisinin
bazisi olaraq qalan Katexizisə yenidən maraq və sevgi 
oyatmaqdır.
Kompendium da Katexizis kimi Məsih həyatının təməl 
qaydalarına uyğun olaraq dörd hissəyə bölünmüşdür.
«İmanın şəhadəti» başlıqlı birinci hissə “lex credendi”nin 
vacib sintezini, yəni Katolik Kilsəsinin şəhadət etdiyi 
imanı özündə birləşdirir və məsihçi yığıncaqlarında daim 
bəyan edilən imanın əsas həqiqətlərini canlı yaddaşlarda 
saxlayan Nikeya-Konstantinopol iman rəmzinin əlavə 
olunduğu Həvari iman rəmzi ilə bitir.
«Məsihçi ayininin icra edilməsi» başlıqlı ikinci hissə “lex 
cebebrandi” ünsürlərindən ibarətdir. Həqiqətən, İncilin 
bəyan olunması daha çox öz cavabını gizli və sirli ayin 
həyatında tapır. Onda sadiq imanlılar öz 
mövcudluqlarının hər anında xilas verən Pasxa sirrinin 
təsirini hiss edir və bu barədə şəhadət edirlər: bu sirr 
vasitəsilə Məsih bizi satınalma işini icra etdi.
10


«Məsihdə həyat» başlıqlı üçüncü hissə “lex vivendi”ni, 
yəni vəftiz olunanların ayinlərdə qeyd olunan şəhadət 
etdikləri imana sədaqəti davranışda və əxlaqi 
məsələlərdə nümayiş etdirməsi vəzifəsini yada salır. Axı 
Məsihə sadiq olanlar özlərini Müqəddəs Ruhun 
mərhəmətində Atanın övladı olmaq şərəfinə səsləyən 
əməlləri icra etməyə dəvət olunmuşlar.
«Məsihçi duası» başlıqlı dördüncü hissə «lex orandi»nin, 
yəni dua həyatının sintezini təklif edir. Dua edən insanın 
kamil bir surəti olan İsanın nümunəsinə görə məsihçi 
duada Allahla söhbətə dəvət olunmuşdur və İsanın 
Özünün bizə öyrətdiyi «Ey göylərdə olan Atamız» duası 
bunun ən üstün nümunəsidir.
4.
Kompendiumun ikinci xüsusiyyəti – onun sual və 
cavablardan ibarət olan qədim ədəbi janr - katexezanı 
davam etdirən dialoq formasında olmasıdır. Burada 
söhbət oxucunu dialoqa cəlb edən və iman həqiqətlərinin
hər zaman yeni cəhətlərini açmağa dəvət edən ardıcıl 
sual sekvensiyaları vasitəsilə müəllim və şagirdin ideal 
dialoqunu canlandırmaqdan gedir. Dialoq forması 
həmçinin vacib olanları qeyd etməklə mətni müəyyən 
qədər ixtisar etməyə kömək edir və bu da öz növbəsində
məzmunun dərk olunmasına və lazım gəldikdə yadda 
saxlanılmasına yardım edir.
5.
Üçüncü xüsusiyyət Kompendiumu tam bir şəkildə 
birləşdirən bəzi təsvirlərin mövcudluğu ilə xarakterizə 
olunur. Onlar məsihçi ikonoqrafiyasının zəngin irsindən 
götürülmüşdür. Əsrlər boyunca davam edən Kilsə 
ənənəsindən bilirik ki, surət də həmçinin İncilin vəzi 
deməkdir. Bütün dövrlərdə sənətkarlar Məsihə sadiq 
olanları heyrətə gətirərək xilas sirrinin əhəmiyyətli 
hadisələrini rənglərin möhtəşəmliyində və gözəlliyin 
kamil surətində nümayiş etdirməklə seyr üçün təqdim 
11


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə