Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

çadırında ona baş çəkən və Öz niyyətini ona etibar edən 
Rəbbi qəbul edərək İbrahim cəsarətli etibarla 
günahkarlar üçün vəsatətçilik etməyə hünər edir.
537. Musa necə dua edirdi?
2574-2577
2593
Musanın duası tipik seyrçi duadır: “Rəbb Musa ilə üz-üzə, 
dostu ilə söhbət etdiyi kimi danışardı” (Çıx 33:11). 
Allahla bu yaxınlıqda Musa qüvvə əldə edir ki, təkidlə 
xalq üçün vəsatətçilik etsin; bununla onun duası yeganə 
Vəsatətçi olan İsa Məsihin himayəsinin rəmzinə çevrilir. 
538. Əhdi-Ətiqdə Məbəd və padşahın dua ilə hansı
əlaqələri var idi?
2578-2580
2594 
Allahın evi olan Əhd Sandığı və sonralar Məbədin kölgəsi 
altında rəhbərlərinin istiqaməti ilə Allah Xalqının duası 
inkişaf edir. Onlar arasında xalqı üçün dua edən rəhbər 
“Allahın ürəyincə” olan padşah Davuddur. Onun duası 
xalq üçün dua nümunəsidir, çünki o, İlahi vədlə birləşmə 
və yeganə Şah və Rəbb olan Şəxsə məhəbbətlə ümid 
bəsləməkdir.
539. Peyğəmbərlərin missiyasında duanın rolu 
nədir?
2581-2584
Peyğəmbərlər xalqı iman etməyə və ürəkdən Allaha tərəf
dönməyə çağırmaq üçün duadan nur və qüvvət əldə 
edirlər. Onlar Allahla ayrılmaz birliyə daxil olur, qardaşlar 
üçün vəsatətçilik edir və onlara Rəbdən gördüklərini və 
eşitdiklərini xəbər verirlər. İlyas – peyğəmbərlərin, yəni 
Allahın Simasını axtaranların atasıdır. Karmil dağında 
Allahın işə müdaxiləsi nəticəsində İlyas xalqı imana 
228


qaytarır. İlyas Allaha belə dua etmişdi: “Səsimi eşit, ya 
Rəbb, mənə cavab ver” (1Pad 18:37).
540. Duada Məzmurların rolu nədir?
2579
2585-2589
2596-2597
Məzmurlar – Əhdi-Ətiq duasının zirvəsidir: Allah Kəlamı 
insan duasına çevrilir. Müqəddəs Ruh tərəfindən 
ilhamlanan bu fərdi və ictimai dua yaradılışda və xilas 
hekayəsində izhar olunmuş Allahın möcüzələrini 
tərənnüm edir. Məsih Məzmurlarla dua edirdi və onları 
tam yerinə yetirdi. Buna görə onlar Kilsə duasının 
əhəmiyyətli və dəyişməz hissəsi olaraq qalır və hər bir 
dövrdə hər bir vəziyyətdə olan insana yarayaraq qalır.
Məsihdə duanın tam vəhyi və icrası
541. İsa dua etməyi kimdən öyrənirdi?
2599
2620
İsa Öz insani ürəyi ilə Öz anasından və yəhudi 
ənənəsindən dua etməyi öyrənirdi. Lakin Onun duası 
daha sirli mənbədən gəlir, çünki O, Allah Oğludur və Öz 
müqəddəs insani təbiətində Ataya kamil oğul duası ilə 
müraciət edir.
542. İsa necə dua edirdi?
2600-2604
2620
Müjdələr çox vaxt İsanın dua etdiyini göstərir. Görürük ki,
hətta gecə O, tənhalıqda dua etmək üçün uzaqlaşır; O, 
Öz xidmətinin və həvarilərin missiyasının həlledici 
229


anlarından əvvəl dua edir. Əslində, Onun bütün həyatı 
duadır, çünki O, Ata ilə daim məhəbbət ünsiyyətində 
qalır.
543. İsa Əzabları zamanı necə dua edirdi?
2605-2606
2620
Getsemani  bağında İsanın duası və Çarmıxda sonuncu 
sözləri Onun oğul duasının dərinliyini göstərir: İsa Atanın 
məhəbbət niyyətini yerinə yetirir və bəşəriyyətin əzabını,
xilas hekayətinin bütün suallarını, xahişlərini üzərinə 
götürür. O bunları Ataya təqdim edir, Ata isə bütün 
ümüdləri üstələyir və İsanı ölülərdən dirildərək duaları 
qəbul edir, onları eşidir.
544. İsa bizə dua etməyi necə öyrədir?
2608-2614
2621 
İsa bizə təkcə «Atamız» duasının sözləri ilə deyil, Öz 
duasının nümunəsində dua etməyi öyrədir. Beləliklə, 
məzmundan savayı, həqiqi dua üçün zəruri olan ruhun 
vəziyyətini göstərir: Padşahlıq axtaran və düşmənləri 
bağışlayan ürəyin təmizliyini; hiss etdiklərimizdən və 
dərk etdiklərimizdən üstün olan cəsarətli oğul təvəkkülü; 
şagirdi sınaqdan qoruyan sayıq durma.
545. Nə üçün duamız təsirlidir?
2615-2616
Duamız təsirlidir, çünki imanda İsanın duası ilə birləşir. 
İsada məsihçi duası Ata ilə məhəbbət ünsiyyətinə çevrilir.
Buna görə də biz Allaha xahişlərimizi təqdim edə bilirik 
və O bunları eşidir: “Diləyin, alacaqsınız, ta ki sevinciniz 
kamil olsun” (Yəh 16:24).
230


546. Bakirə Məryəm necə dua edirdi?
2617, 2618
2622, 2674
2679
Məryəmim duasına iman və Allaha onun bütün varlığının 
təmənnasız gətirilməsi xasdır. İsanın Anası Yeni Həvvadır,
«canlıların Anasıdır»: O, insanların ehtiyacları barədə öz 
Oğlu İsaya dua edir.
547. Bakirə Məryəmin duası Müjdəyə daxil 
edilibmi?
2619
Qalileyanın Kana şəhərində Məryəmin vəsatətçiliyindən 
başqa Müjdə bizə Magnificat (Luka 1:46-55), yəni Allah 
Anasının və Kilsənin Nəğməsini, İlahi vədlərin yerinə 
yetirilməsi ilə həyata keçən ümidləri, “yoxsulların” 
ürəklərindən yüksələn sevincli minnətdarlığı təqdim edir.
Kilsə dövründə dua
548. Yerusəlimdə ilk məsihçi icması necə dua 
edirdi?
2623-2624
Həvarilərin İşləri kitabının əvvəlində deyilir ki, ilk 
Yerusəlim icmasında Müqəddəs Ruh tərəfindən dua 
həyatına öyrədilmiş imanlılar “Özlərini həvarilərin 
təliminə, şərikliyinə, birgə çörək bölməyə və duaya həsr 
etdilər” (Həv 2:42).
549. Müqəddəs Ruh Kilsənin duasını necə 
istiqamətləndirir?
2623
2625
Məsihçi duasının daxili Müəllimi olan Müqəddəs Ruh 
Kilsəni dua həyatında təşviq edir və Məsihin sirrini seyr 
231


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə