Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə53/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   45   46   47   48   49   50   51   52   53

həyatın sevincinə çatmaqda bizə kömək et. Rəbbimiz 
Məsih vasitəsilə. Amin. 
Ey Mələkə, salam
Salam, ey Mələkə, Mərhəmət anası; ey həyatımız, 
sevincimiz və ümidimiz, salam.
Həvvanın övladları, sürgündə Səni çağırırıq.
Bu göz yaşı vadisində iniləyərək və ağlayaraq Səni 
çağırırıq.
Ey Havadarımız, mərhəmətli baxışlarını bizə yönəlt. 
Və bətninin bəxtiyar dölü olan İsanı bizə 
bu sürgündən sonra göstər.
Ey təvazökar, ey dindar, ey sevimli, ey bakirə Məryəm!
Allah Anasının nəğməsi “Magnifikat”  (bax Lk 1, 
46-55) 
Mənim qəlbim Rəbbi yüksəldir, 
Və mənim Xilaskarım olan Allah üçün ruhum şad oldu. 
Çünki O, qulunun mütiliyini gördü; budur, bundan sonra 
bütün nəsillər mənə bəxtiyar deyəcəklər. 
Çünki Qadir, mənim üçün möhtəşəm işlər gördü; Onun 
adı müqəddəsdir. 
Onun mərhəməti nəsildən-nəslə Ondan qorxanlaradır. 
Əli ilə qüdrət göstərdi. Məğrurları öz ürəklərinin 
düşüncəsi ilə dağıtdı. 
Hökmdarları taxtlarından endirdi; və mütiləri yüksəltdi. 
Acları doyurdu; lakin zənginləri boş qaytardı. 
Əbədiyyətə qədər İbrahim ilə onun nəslinə mərhəmət 
etməyi unutmayaraq, 
Atalarımıza söz verdiyi kimi, qulu İsrailə yardım etdi. 
Himayənə gəlirik
Himayənə gəlirik, ey Müqəddəs Allah Anası, dərd içində 
olduqda dualarımıza həqarətlə yanaşma, lakin həmişə 
bütün təhlükələrdən bizi azad et. İzzətli və Bəxtiyar 
Bakirə Qız.
258


Zəkəriyyənin nəğməsi (bax Lk 1, 68-79)
İsrailin Allahı Rəbbə həmd olsun ki, Öz xalqının yardımına
gəlib onu xilas elədi. 
O, bizlərə qulu Davudun sülaləsindən qüdrətli bir Xilaskar
meydana gətirdi; 
Əzəldən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə 
xəbər göndərdi ki, 
Bizi düşmənlərimizin və bizə nifrət edənlərin hamısının 
əlindən xilas edəcək; 
Atalarımıza mərhəmət edəcək və Öz müqəddəs əhdini, 
Atamız İbrahimə verdiyi andı anacaq ki, 
Biz düşmənlərimizin əlindən xilas olduqdan sonra, 
Qorxmadan qüdsiyyət və salehliklə bütün ömrümüz boyu
Onun hüzurunda ibadət edək. 
Ey körpə, sən isə Haqq-Təalanın peyğəmbəri 
adlanacaqsan, çünki Rəbbin yolunu hazırlamaq üçün 
Onun önündə gedəcəksən, 
Onun xalqına günahlarının bağışlanması ilə xilas 
olunacaqlarını bildirəcəksən. 
Çünki Allahımızın ürəyi mərhəmətlidir. Bu səbəbdən 
yüksəklərdən doğan Günəş, Zülmətdə və ölüm 
kölgəsində oturanlara işıq saçmaq, ayaqlarımızı sülh 
yoluna yönəltmək üçün yardımımıza gəlmişdir. 
Səni mədh edirik, ey Allah
Səni mədh edirik, ey Allah, 
Səni etiraf edirik, ey Rəbb,
Ey əbədi Ata, Səni bütün dünya tərifləyir. Bütün mələklər,
bütün səmalar, bütün qüvvələr, keruvlar və seraflar Səni 
durmadan çağırırlar: müqəddəsdir, müqəddəsdir, 
müqəddəsdir Ordular Rəbbi Allah. Səmalar və yer 
İzzətinin böyüklüyü ilə doludur.
Şöhrətli həvarilər xoru, mədhedici peyğəmbərlər dəstəsi,
nurlu şəhid qoşunu Səni tərifləyir. Bütün Kainatda 
259


müqəddəs Kilsə Səni etiraf edir. Hədsiz əzəməti olan 
Atanı, möhtərəm, yeganə və həqiqi Oğulu və Təsəlliverici
Müqəddəs Ruhu.
Məsih, Sən izzət Padşahısan, Sən həmişə Var Olan Allahın
Oğlusan. İnsanın xilası üçün Bakirənin qoynundan 
çəkinmədin. Ölümün tikanına qalib gəlib imanlılara 
Səmavi Padşahlığı açdın. Sən Allahın sağ tərəfində Atanın
izzətində oturmusan. İman edirik ki, Sən bizi mühakimə 
etmək üçün gələcəksən. Buna görə yalvarırıq:  qiymətli 
Qanınla satın aldığın qullarına kömək et, onları əbədi 
olaraq Öz izzətli müqəddəslərinə aid et. Ey Rəbb, xalqını 
xilas et, mirasına xeyir-dua ver. Onları idarə et, əbədi 
olaraq onları yüksəlt. Bütün günlər ərzində Sənə tərif 
oxuyacayıq, əbədi olaraq Adını izzətləndirəcəyik. Rəbb, 
bu gün bizə günahsız qalmaqda kömək et. Bizi bağışla, 
ya Rəbb, bizi bağışla. Ya Rəbb, mərhəmətin üzərimizdə 
olsun, Sənə ümid bağlayırıq. Ya Rəbb, Sənə ümid 
bəsləmişəm və heç vaxt utanmaram. Amin.
Gəl, ey Yaradan Ruh
Gəl, ey Yaradan Ruh, sadiqlərin qəlblərinə baş çək, 
məxluqları xilas etmək üçün adamlara səmavi lütf ver.
Sən bütün yerin Təsəllivericisisən.
Sən Allahsan və Allahın ən yaxşı ənamısan, ürəkləri 
məsh edənsən, canlı bulaqsan, məhəbbət alovusan.
Sən yeddi ənamın lütfü və Əbədi Atanın qüdrətisən, 
ürəkləri dəyişdirən, bizə vəsiyyət edilmiş nitqsən.
İşığınla ürəklərimizi nurlandır, qəlblərə müqəddəs 
məhəbbəti ver, bədənlərimizin faniliyini Öz 
möhkəmliyinlə tamamla.
Qəlblərimizin düşmənini qov, qoy həmişə sülhün bizimlə 
olsun ki, insanları yoldan çıxaran şərdən üz çevirək.
Rəbb Allaha apar bizi və Oğulun yolunu bizə tanıt və son 
günlərədək bizimlə ol, ey məhəbbət Nəfəsi.
Səmavi Ataya izzət, Dirilmiş Oğul Onunla izzətdədir. Bizə 
təsəlli verən müqəddəs, əbədi və yeganədir. 
260


Amin.
Gəl, ey Müqəddəs Ruh
Gəl, ey Müqəddəs Ruh Göndər sonsuz işığın,
Səmavi şüasını.
Gəl, ey yetimlər Atası.
Gəl, ey nemətlər qaynağı.
Gəl, ey qəlbin nuru.
Sən gerçək təsəlliçi,
Sən səxavətli qəlblərin,
Nurlu Qonağı varsan,
İncə sərinlik Sənsən.
Zəhmətdən dinc rahatlıq,
Bürküdə təravət mehi,
Ağlayan zaman təsəlli,
Səmanın mübarək Nuru.
Nur çilə sadiqlərin,
Möminlərin qəlbinə.
Yardımın olmadan,
İnsanın gücü olmaz,
Şərdən savunma olmaz.
Yu təmiz olmayanı,
İslat quruyub qalanı,
Sağalt zərər dəyəni,
Yumşalt qəddarlaşanı,
Qızdır üşüyüb donanı,
Düz yola qoy azanı.
Bütün etiqadçılarına,
Möhkəm təvəkkül ver,
Yeddiqat qutsallıq ver,
Heyrətamiz mükafat ver,
Xilasedici çıxış ver,
261


Və əbədi səadət ver.
Amin.
Məsihin qəlbi
Məsihin qəlbi, məni təqdis et.
Məsihin Bədəni, məni xilas et.
Məsihin Qanı, məni suvar.
Məsihin qabırğasından axan su, məni yu.
Məsihin əzabları, məni möhkəm edin.
Ey xeyirxah İsa, məni eşit. Yaralarında məni gizlət. 
Qoyma Səndən uzaqlaşım. Şər düşməndən məni qoru. 
Ölüm saatımda məni çağır və Yanına gəlməyi mənə əmr 
et ki, Sənin müqəddəslərinlə Səni əbədi olaraq mədh 
edim. Amin.
Müq. Bernardın duası
Ey hər şeyə qarşı rəhmli olan Bakirə Məryəm xatırla ki, 
əsrlərdən bəri heç kim eşitməyib ki, sənə pənah 
aparanlardan, sənin köməyini istəyənlərdən, sənin 
himayəni axtaranlardan kimsə, sənin tərəfindən tərk 
edilib. Bu ümidlə dolaraq, həlimliklə və günahlarıma görə
qüssə ilə sənə müraciət edirəm, ey Bakirə və Ana. 
Sözlərimə xor baxma, ey Əbədi Kəlamın Anası və 
xahişimi iltifatla dinlə. Amin.
Rozari (Təsbeh üstə dua)
Ata, Oğul və Müqəddəs Ruhun Adı ilə. Amin.
«İman edirəm» (xaç üstündə)
«Ey göylərdə olan Atamız» (birinci böyük muncuq dənəsi 
üzərində) 
262


«Salam, mübarək Məryəm» (növbəti üç kiçik muncuq 
dənəsi üzərində)
 «Müqəddəs Üçlüyə Həmd» (Ataya, Oğula və Müqəddəs 
Ruha indi də, həmişə də, əbədi olaraq da həmd olsun. 
Amin) 
Rozari zamanı düşüncələr:
Sevinc
 
 li   sirlər (Bazar ertəsi və şənbə günləri oxunur)
1. Məryəmə Xoş Xəbərin verilməsi: «Mən Rəbbin 
quluyam» (bax Luka 1, 38). 
Sirrin bəhrəsi – təvazökarlıq.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
2. Bakirə Məryəmin Elizavetə baş çəkməsi: «Qəlbim
Rəbbi ucaldır...» (Luka 1, 46). 
Sirrin bəhrəsi – yaxınına məhəbbət.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
3. İsa Məsihin doğulması: «Mən sizə bütün xalqı çox 
sevindirəcək bir Müjdə gətirmişəm... Xilaskar doğuldu. 
Bu, Rəbb Məsihdir» (Luka 2, 10). 
Sirrin bəhrəsi – tamahsızlıq ruhu.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
4. Həsretmə: «Yusiflə Məryəm Körpəni Rəbbə həsr 
etmək üçün Yerusəlimə gətirdilər» (Luka 2, 22). 
Sirrin bəhrəsi – saflıq və itaət.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
263


5. Yeniyetmə İsanın Məbəddə tapılması: «Mən 
Atamın evində olmalıyam» (Luka 2, 49). 
Sirrin bəhrəsi – Məsihi tapmaq arzusu.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
Nurlu sirlər (Cümə axşamı oxunur)
1. Rəbb İsanın İordan çayında vəftizi: «Göylərdən bir
səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan 
razıyam» (Mat 3, 17).
Sirrin bəhrəsi – Allahın məhəbbətinə etibar. 
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
2. İsa Qanadakı toyda ilk möcüzəsini edir: «Isa... 
izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi» (Yəh 2, 
11).
Sirrin bəhrəsi – yaxınımıza mərhəmət.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
3. Allahın Səltənətinin vəzi və Allaha tərəf 
dönməyə çağırış: «Tövbə edin və Müjdəyə inanın» 
(Мark 1, 15)
Sirrin bəhrəsi – günahlara görə peşman olmaq.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
4. İsa Məsihin surətinin dəyişilməsi: «Dua edərkən 
üzünün görünüşü dəyişdi və libası gözqamaşdırıcı ağ 
rəng aldı… Bu Mənim Oğlumdur, seçilmişimdir, Ona 
qulaq asın» (Luka 9, 29. 35).
Sirrin bəhrəsi – Müqəddəs Bəxşişlərdə İsaуa səcdə.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
264


5. Evxaristiyanın təyin edilməsi: «Pasxa bayramı 
ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına 
gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə 
məxsus olanları həmişə sevmişdi və axıra qədər də 
sevdi» (Yəh 13, 1).
Sirrin bəhrəsi – Evxaristiyada müntəzəm iştirak.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
Qəmli 
 
 s  irlər (Çərşənbə axşamı və cümə günlərində 
oxunur)
1. Getsemanidə dua: «Mənim yox, Sənin iradən olsun»
(Luka 22, 42). 
Sirrin bəhrəsi – Allahın iradəsinə tabe olma.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
2. Qamçılanma: «Onun yaraları ilə biz şəfa tapdıq» (Yeş
53, 5). 
Sirrin bəhrəsi – cismin ehtiraslarına qalib gəlmək.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
3. Tikanlı tacın qoyulması: «Padşahınız budur» (Yəh 
19, 14).
 Sirrin bəhrəsi – təkəbbür qüsuruna qalib gəlmə.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
4. Çarmıx yolu: «Kəsilməyə aparılan quzu kimi» (Yeş 
53, 7).
Sirrin bəhrəsi – sınaqlarda səbir.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
265


5. İsa Məsihin çarmıxa çəkilməsi: «bədənini 
deşdikləri Şəxsə baxacaqlar» (Zək 12, 10; Yəh 19, 37). 
Sirrin bəhrəsi – Allaha məhəbbət və insanın xilas 
olunması üçün səy göstərmə.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
Izzətli 
 
 s  irlər (Çərşənbə və bazar günləri oxunur)
1. Dirilmə: «Mən dövrün sonuna qədər hər gün 
sizinləyəm» (Mat 28, 20). 
Sirrin bəhrəsi – ruhani yeniləşmə.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
2. Göylərə yüksəlmə: «Öz Atamın – sizin Atanızın, Öz 
Allahımın – sizin Allahınızın yanına qalxıram» (Yəh 20, 
17). 
Sirrin bəhrəsi – Məsihlə səmalarda olmaq arzusu.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
3. Müqəddəs Ruhun enməsi: «gedin, bütün millətləri 
Mənim şagirdim edin» (Mat 28, 19). 
Sirrin bəhrəsi – həvarilik ruhu. 
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
4. Məryəm ananın göyə çəkilməsi: «Salam, lütf ilə 
dolu olan...» (Luka 1, 28). 
Sirrin bəhrəsi – sülh içində dünyadan köçmə 
266


«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
5. Bakirə Məryəmin səmavi izzəti ilə taclanması: 
Rəbb «qulunun yazıq halını gördü» (Luka 1, 48). 
Sirrin bəhrəsi – Məryəm Ananın himayəçiliyinə ümid.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək 
Məryəm»,  «Müqəddəs Üçlüyə Həmd»
Rozarinin son duası:
Ey müqəddəs Allah Anası, bizim üçün dua et ki, Məsihin 
vədlərinin yerinə yetirilməsinə layiq görülək.
Dua edək...
Ey Allah, Yeganə Oğlun Öz həyatı, ölümü və dirilməsi 
bahasına bizə əbədi xilasın rifahını əldə etdi. Qoy biz 
Müqəddəs Bakirə Məryəmin Rozari sirlərinə ehtiram 
edərək, burada düşündüklərimizə bənzəyək və onların 
vəd etdiklərini əldə edək. Rəbbimiz Məsih vasitəsilə. 
Amin.
Buxurlama zamanı edilən dua
(Koptların mərasimi)
Sülh Padşahı, Öz sülhünü bizə ver və günahlarımızı bizə 
bağışla. Öz Kilsəndən düşmənləri uzaqlaşdır və onu qoru,
qoy zəifləməsin. İmmanuel-Allah, Atanın və Müqəddəs 
Ruhun izzətində Sən bizimləsən. Bizə xeyir-dua ver və 
ürəklərimizi təmizlə. Ruhani və cismani xəstəliklərimizə 
şəfa ver. Ey Məsih, Sənə Xeyirxah Atanda və Müqəddəs 
Ruhda ibadət edirik, çünki Sən bizi xilas etməyə gəldin.
Mərhumlar üçün dua
(Bizantiya mərasimi)
267


Ey ölümə qalib gəlmiş, iblisi məhv etmiş və Öz dünyana 
həyat vermiş ruhların və hər bir cismin Allahı! Ey 
Hökmdar, Özün ölmüş qullarının canlarına işıqlı, 
işrətxanada, istirahət yerində rəhmət et. Bu yerdən əzab,
kədər və hönkürtü yox olub. Sözlə,  əməllə yaxud fikirlə 
etdikləri günahı Xeyirxah və insansevər Allah kimi onlara 
bağışla, çünki yaşayıb günah etməyən insan yoxdur. Axı 
Sən yeganə günahsızsan, Həqiqətin əbədi həqiqətdir, 
Sənin kəlamın həqiqətdir.
Çünki Sən Məsih, Allahımız, vəfat etmiş qullarının dirilmə,
həyat və sülhüsən. Başlanğıcı olmayan Atanla və 
Müqəddəs, xeyirxah və həyatverici Ruhunla birlikdə Sənə
indi, həmişə və əbədi olaraq izzət ucaldırıq. Amin.
İman etirafı (iman hökmü)
Ey Rəbb Allah, Müqəddəs Katolik Kilsəsinin təklif etdiyi 
hər bir şeyə möhkəm iman edirəm və imanı etiraf 
edirəm, çünki bunların hamısını  – Əbədi Həqiqəti, 
Müdrikliyi, ey Allah, ona Sən açmısan. Sən yanılmazsan 
və heç kimi aldada bilməzsən. Buna iman edərək 
yaşamağı və ölməyi qərara alıram. Amin.
Ümidin etirafı
Rəbb Allah, ümid edirəm ki, vəd etdiyin kimi 
xeyirxahlığınla günahlarım bağışlanacaq, bu həyatdan 
sonra isə mənə əbədi bəxtiyarlıq veriləcək, çünki Sən 
hədsiz əzəmətlisən, sadiq, xeyirxah və mərhəmətlisən. 
Buna ümid edərək yaşamağı və ölməyi qərara alıram. 
Amin.
Məhəbbətin etirafı 
Rəbb Allah, Səni hər şeydən çox sevirəm və qonşumu 
Sənə görə sevirəm, çünki Sən ən yüksək, sonsuz və ən 
kamil xeyirxahlıqsan, hər bir məhəbbətə layiqsən.
Sənin məhəbbətində yaşamağı və ölməyi qərara alıram. 
Amin.
268


Günahlara görə kədərlənmə
Ey Allahım, günah etməklə cəzaya layiq olduğumu 
anladığıma görə deyil, həmçinin hədsiz xeyirxah və hər 
şeydən çox məhəbbətə layiq olan Səni təhqir etdiyimi 
anladığıma, günahlarıma görə bütün ürəyimlə tövbə 
edirəm.
Buna görə Sənin lütfünün köməyi ilə daha günah 
etməməyi və günaha aparan vəziyyətlərdən yan keçməyi
qəti qərara alıram. Amin.
269


Katolik imanın təliminin ifadələri 
Məhəbbət haqda iki əmr
1. Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün
düşüncənlə sev.
2. Qonşunu özün kimi sev.
Qızıl qanun (Mat 7, 12)
İnsanların sizinlə hər hansı bir işdə necə rəftar etməsini 
istəyirsinizsə, siz də onlarla elə rəftar edin.
Bəxtiyarlıq əmrləri (Mat 5, 3-12)
Nə bəxtiyardır ruhən yoxsullar!
Çünki Səmavi Padşahlıq onlarındır.
Nə bəxtiyardır yaslı olanlar!
Çünki onlar təsəlli tapacaqlar.
Nə bəxtiyardır həlimlər!
Çünki onlar yer üzünü irs alacaqlar.
Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar!
Çünki onlar doyacaqlar.
Mərhəmətli olanlar nə bəxtiyardır!
Çünki onlara mərhəmət ediləcək.
Ürəyi təmiz olanlar nə bəxtiyardır!
Çünki onlar Allahı görəcəklər.
Sülhyaradanlar nə bəxtiyardır!
Çünki onlar Allahın övladları adlanacaqlar.
Salehlik uğrunda təqib edilənlər nə bəxtiyardır!
Çünki Səmavi Padşahlıq onlarındır.
İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan 
söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! 
Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız 
böyükdür.
270


Üç ilahiyyat fəziləti
1.
İman
2.
Ümid
3.
Məhəbbət
Dörd əsas fəzilət
1.
Ağıl (kamal)
2.
Ədalət
3.
Cəsarət 
4.
Təmkinlilik
Müqəddəs Ruhun yeddi ənamı
1.
Müdriklik
2.
Ağıl
3.
Məsləhət
4.
Möhkəmlik
5.
Bilik
6.
Salehlik
7.
Allah qorxusu
Müqəddəs Ruhun on iki səmərəsi
1.
Məhəbbət
2.
Sevinc
3.
Sülh
4.
Səbir
5.
Xeyirxahlıq
6.
Yaxşılıq
7.
Dostluq
8.
Həlimlik
9.
Sədaqət
10.
Təvazökarlıq
11.
Nəfsə hakim olmaq
12.
Əxlaqlılıq
Kilsənin beş əmri
271


1. Rəbbin Gününü (bazar günü) və bayram günlərini
təqdis et (müqəddəs Messada iştirak edərək, işdən azad
olaraq və s.).  
2. Ən azı ildə bir dəfə Tövbə sirrini qəbul et. 
3.  Ən azı ildə bir dəfə – Pasxa zamanı Evxaristiya sirrini
qəbul et. 
4. Təyin edilmiş oruc dövrlərinə riayət et. 
5. Kilsənin maddi ehtiyaclarının qayğısına qal.
Qonşuya göstərilən yeddi mərhəmət əməli
1. Aclara yemək vermək 
2. Susayanları suvarmaq 
3. Çılpaqları geyindirmək 
4. Yolçulara sığınacaq vermək 
5. Xəstələrə baş çəkmək 
6. Məhbuslara baş çəkmək 
7. Vəfat etmişləri basdırmaq
Qonşunun qəlbinə göstəriləcək yeddi mərhəmət 
əməli
1. Şübhə edənə məsləhət vermək 
2. Bilməyəni öyrətmək 
3. Günahkara nəsihət vermək 
4. Kədərlənənə təsəlli vermək 
5. Təqsiri bağışlamaq 
6. Təngə gətirən insana səbirlə dözmək 
7. Sağ olan və vəfat etmiş insanlar üçün dua 
etmək
272


Yeddi əsas günah
1. Təkəbbür 
2. Xəsislik
3. Zina
4. Paxıllıq
5. Qarınqululuq
6. Qəzəb
7. Tənbəllik (ümidsizlik)
İnsanı həyatının sonunda nə gözləyir
1. Ölüm 
2. Məhkəmə 
3. Cəhənnəm 
4. Cənnət
273


Mündəricat
Motu 
proprio ..........................................................................
Giriş ..................................................................................
....
Birinci hissə: Imanin 
şəhadəti ..........................................
Birinci bölmə: «Mən iman edirəm» – «Biz iman edirik»
..............
(İnsan Allahı qəbul etməyə qabildir, Allah insanın 
görüşünə gedir, İnsanın Allaha cavabı)
İkinci bölmə: Məsihçi imanının 
şəhadəti ....................................
(İman Rəmzi, Ata Allaha iman edirəm, Allahın 
Vahid Oğlu İsa Məsihə iman edirəm, Müqəddəs 
Ruha iman edirəm)
İkinci hissə: Kilsədə Məsihin 
sirri ......................................
Birinci bölmə: Ayinlərin 
əsasi ....................................................
(Kilsədə pasxa sirri, Pasxa sirrinin ayinlərdə 
izzətlənməsi)
274


Ikinci bölmə: Kilsənin yeddi sirləri 
(ayini) ..................................
A. Məsihçi həsretmə 
ayinləri ....................................................
(Vəftiz sirri, Miro yaği ilə məshetmə sirri, Evxaristiya sirri)
B. Şəfa 
sirləri ..........................................................................
(Tövbə və barişma sirri, Xəstələrin yağlanmasi sirri)
C. Xidmət 
sirləri ......................................................................
(Keşişlik sirri, Nikah sirri)
(Digər ibadətlər)
Üçüncü hissə: Məsihdə 
həyat ............................................
Birinci bölmə: «İnsanın çağırışı – Ruhda 
həyat» .........................
(İnsan şəxsiyyətinin ləyaqəti, Bəxtiyarlığa 
çağırışımız, İnsanın azadlığı, Ehtirasların mənəvi 
mənası, Mənəvi şüur (vicdan), Comərdlik (Fəzilət), 
Günah, İnsan birliyi, Allahın xilası: qanun və lütf, 
Mənəvi qanun, Lütf və bəraət qazanma)
İkinci bölmə: ON 
ƏMR ............................................................
«Allahin rəbbini bütün ürəyinlə, 
275


bütün caninla, bütün ağlınla 
sev» .............................................
«Qonşunu özün kimi 
sev» .......................................................
Dördüncü hissə: Məsihçi 
duasi .........................................
Birinci bölmə: Məcihçi həyatinda 
dua ........................................
(Duanin vəhyi, Dua ənənəsi, Dua həyati)
Ikinci bölmə: Rəbbin «ey göylərdə olan atamiz» 
duasi ...............
Əlavələr ............................................................................
.....
Əsas 
dualar ............................................................................
Katolik imanin təliminin 
ifadələri ...............................................
276

Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə